Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

88 
 
Böyüklər  və  uşaqlarda  rektoskopiya  zamanı  düz  bağırsaq  polipinin 
elektrokoaqulyasiyası  üsulu  ilə  xaric  edilməsi  geniş  tətbiq  edilir.  Bununla  yanaşı 
fibroendoskop  vasitəsi  ilə  əməliyyat  bir  sıra  xüsusiyyətlərlə  seçilir.  Bunlardan  ən 
başlıcası  odur  ki,  bütün  endoskopik  operasiyalar  qarındaxili  üzvlərdə  aparılır 
(yemək  borusunun  boyun  və  döş  qəfəsi  şöbələrindən  başqa),  buna  görə  də  hər 
hansı travma mediastinit və ya peritonit kimi təhlükəli ağırlaşmalara risk yaradır. 
Endoskopik 
əməliyyatlardan 
sonrakı 
ağırlaşmaları 
daha 
düzgün 
qiymətləndirmək üçün onları 2 qrupa bölmək məqsədə uyğun sayılır. 
-
 
Endoskopiya  zamanı  baş  verən  ağırlaşmaların  davamını  əks  etdirən 
klinik mənzərənin qiymətləndirilməsi; 
-
 
Endoskopik əməliyyatlardan sonrakı ağırlaşmalar. 
Qastro-və 
duodenoskopiya, 
kolonoskopiya 
mürəkkəb 
instrumental 
müayinələrə aiddir, çünki bu zaman təhlükəli ağırlaşmaların inkişafı ilə nəticələnən 
hallara rast gəlinə bilinir. Fibrooptik endoskoplar ortaya çıxmazdan əvvəl mədənin 
müayinəsi  zamanı  aparat  keçirilərkən  ən  çox  yemək  borusunun  perforasiyası 
təhlükəsi  yaranırdı.  Texniki  üstünlüklərinə  baxmayaraq  müasir  fibroskopların 
qastro-duodenoskopiya  zamanı  travmatik  zədələndirmək  ehtimalı  mövcuddur. 
Yemək  borusu  və  mədənin    perforasiyası  fibroqastroskopiyanın  ağır 
zədələnmələrinə aid olaraq qalır. O müayinələrin 0,03%-də müşahidə olunur.  
Uşaqlarda  qastroduodenoskopiya  zamanı  üzvlərin  perforasiyası  qeydə 
alınmayıb,  bu,  müasir,  yetərincə  elastik  və  atravmatik  pediatriya  modelli 
fibroskopdan  istifadə  olunması  ilə  bağlıdır.  Bununla  yanaşı  endoskopist  qeyd 
olunan  ağırlaşmalardan  xəbərdar  olmalı  və  onları  vaxtında  qiymətləndirmək 
bacarığında olmağa borcludur. 
Yemək borusunun ən ilişgənli yeri qırtlağın aşağı sıxıcı yeridir. Fibroskopun 
hərəkətli  qurtaracağı  zorla  yeridilərkən  qırtlağın  arxa  divarına  dirənir  və  ya  yan 
armudvari  sinusa  (cibə)  düşür  ki,  bu  zaman  yemək  borusunun  ən  yüksək 
səviyyəsində  perforasiya  gətirib  törədilə  bilir.  Buna  xəstənin  başının  düzgün 
yerləşdirilməməsi, özünü narahat aparması və ya qırtlaq – udma refleksinin artması 
səbəb  olur.  Yemək  borusunun  perforasiyası  tezliklə  xoş  gedişli  olmayan  irinli 


89 
 
mediastinitin  inkişafına  səbəb  olur,  buna  görə  də  bu  ağırlaşmanı  vaxtında  təyin 
etmək vacibdir. 
Yemək borusunun zədələnməsinin ilkin əlaməti döş sümüyü arxasında ağrılar 
və  dərialtı  emfizemadır.  Dərialtı  krepitasiya  üzə  çıxana  qədər  az  miqdarda  olan 
havanı rentgenoloji müayinədə asanlıqla aşkar etmək olar.  
Mədə  perforasiyası  nəzərə  çarpacaq    dərəcədə  tez-tez  rast  gəlinir.  Mədə 
perforasiyasının  xarakterik  əlaməti  hava  ilə  mədənin  şişirdilməsinin  mümkün 
olmamasıdır.  Cırılmanın  böyüklüyü  və  yerləşmə  yerindən,  onun  aşkara  çıxarılma 
müddətindən  asılı  olaraq  ağırlaşmanın  digər  klinik  simptomları:  qarında  ağrılar, 
pnevmoperitoneum, sonradan isə lokallaşmış abses və ya peritonit inkişaf edir. 
Fibroskopun  iltihablaşmış  selikli  qışada  sürtülməsi  nəticəsində  bir  çox 
hallarda  səthi  selikli  qışaaltı  hematoma  müşahidə  olunur.  Daha  geniş  (böyük) 
selikli  qişaaltı  hematoma  və  ya  selikli  qişa  cırılmaları  aparatın  zorla  hərəkəti 
zamanı əmələ gələ bilər. Ağırlaşmaya aparan vacib faktorlardan biri endoskopistin 
təcrübəsizliyi,  xəstənin  anatomik  xüsusiyyətlərinin  düzgün  qiymətləndirilməməsi 
və  texnikadan  istifadə  bacarığının  az  olmasıdır.  Endoskopiyanın  əsas  texniki 
qaydalarına 
riayət  edilsə  travmatik  zədələnmələrdən  və  ya  üzvlərin 
zədələnmələrindən qaçmaq olar
1.
 
Ancaq  daimi  vizual  kontrol  altında  aparatın  (tubusun)  yerini  dəyişmək 
olar. 
2.
 
Endoskopun hərəkət etdirilməsindən qaçmaq. 
3.
 
 Əvvəlcədən  yetərincə  hava  vurmaq  -―insuflyasiyadan‖  sonra  aparatın 
irəli yeritmək. 
Traxeyanın sıxılması – özünəməxsus ağırlaşmadır, bu ancaq uşaq yaşlarında 
rast  gəlinir.  Belə  ağırlaşma  ən  çox  kiçik  yaş  qrupundan  olan  uşaqların 
müayinəsində  iri  diametrli  endoskopdan  istifadə  edilməsi  nəticəsində  baş  verir. 
Yemək  borusuna  söykənmiş  traxeyanın  mexaniki  sıxılması  xarici  tənəffüsün 
pozulması  təhlükəsini  yaradır.  Belə  ağırlaşmanın  profilaktikası  uşağın  yaşına 
uyğun  olaraq  aparatın  borusunun  seçilməsidir.  Lazım  gəldikdə  xüsusi  təyinatlı 


90 
 
aparatdan  istifadə  edilməlidir;  belə  şəraitdə  isə  10  mm-dən  artıq  diametrdə  lüləli, 
uyğun ventilyasiyanı təmin edən intubasion narkoz  tətbiq edilməlidir. 
Endoskopiyanın əsas texniki qaydasının – aparatın irəliləməsinə daimi vizual 
nəzarətin pozulması endoskopun mədədən retroqrad yemək borusuna keçməsi kimi 
ciddi  ağırlaşmanın  səbəbi  ola  bilər.  Fibroskopun  kor-koranə  mədəyə  itələnməsi 
onun  distal  ucu  divara  dirənərək  fırlana  (çönə)  bilər  və  ardınca  nəzarətsiz 
itələnməsi  nəticəsində  endoskopun  ilgək  əmələ  gətirərək  yemək  borusunun 
―dağılmasına‖  gətirib  çıxarır.  Aparatın  növbəti  cəhdi  mümkün  olmur.  Diaqnoz 
rentgenoloji  müayinədə  təstiqlənir.  Nadir  hallarda  belə  ağırlaşmanı  rentgenoloji 
müayinə altında qansız ləgv etmək olur və laporatomiyanın aparılmasına vaciblik 
yaranır. 
Aspirasion  pnevmoniya  –  baş  verə  biləcək  ağırlaşmadır,  belə  ki,  qırtlağın 
lidokainlə  keyləşdirilməsi  zamanı  onun  hərəki  fəaliyyəti  pozulur.  Mədə 
möhtəviyyatı,  tüpürcək  udma  aktı  zamanı  tənəffüs  yollarına  düşə  bilər  və 
pnevmoniyanın inkişafına təkan vermiş olar. 
Beləliklə,  qastroduodenoskopiya  müasir  aparatlarla  belə  aparıldıqda 
bütövlikdə  ağırlaşmaları  inkar  etmir,  baxmayaraq  ki,  onların  sayı,  ədəbi 
məlumatlara görə, çox da deyil. Həkim-endoskopistin təcrübəsi nə qədər çox olsa, 
ağırlaşmaların  sayı  da  o  qədər  azalır.  Müayinə  üsullarınşn  aparılması  tələblərinə 
ciddi  riayət  etdikdə,  göstəriş  və  əks  göstərişlərin  nəzərə  alınması  ilə  müvafiq 
aparatın  düzgün  seçilməsi  endoskopiyanın yetərincə  etibarlı  təhlükəsizliliyinin  və 
onun effektliliyinin zəmanətini yaranmış olur. 
Endoskopik  polipektomiya  digər  cərrahi  əməliyyatlar  kimi  müəyyən 
ağırlaşma  riskləri  ilə  müşayiət  olunur,  onların  içərisində  əsas  təhlükələri 
aşağıdakılardır: 
1.
 
Üzvün deşilməsi  
2.
 
Qanaxma   
Mədə  və  bağırsağın  perforasiyası  adətən  metodik  və  texniki  qüsurlarla 
bağlıdır.  Hər  şeydən  əvvəl  bu  ağırlaşma  üzvün  divarının  dərin  qatlarını  elektrod 
həlqə  ilə  tutduqda  baş  verir.  Hətta  polipləri  ayaqcıqla  belə  xaric  etdikdə  yadda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə