Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

76 
 
Pankreatitin  mümkünlüyü  hər  bir  halda  ağrılarla  olur,  bu  zaman  isə  nəbz 
atımının səbəbi aydın izah olunmayan artması,  əzginlik, arterial təzyiqin düşməsi 
meydana  çıxır.  Hətta  şokun  əlamətləri  aparılan  əməliyyatın  ağırlıq  dərəcəsi  ilə 
uyğunlaşmır.  Xüsusən  papillosfinkterotomiya  və  ya  sfinkter  sahəsindən  daşın 
çətinliklə  xaric  edilməsi  əməliyyatı  keçirmiş  xəstələrdə  pankreatitin  varlığına 
şübhə yaranır. Bütövlükdə tez-tez və erkən diurezin aşağı düşməsi, bəzən sarılıq, 
ağır  formalarda  isə  hətta  əsəbi  pozğunluq  əlamətləri  olur.  Yenicə  əməliyyat 
keçirilmiş  qarın  boşluğunun  müayinəsinin  məlumatları  həddən  artıq  azlıq  təşkil 
edir,  qarında  köp  və  ağrılar  adətən  əməliyyatla  əlaqələndirilir.  Ancaq  təsadüf 
hallarda bel nahiyyəsində, çənbər bağırsağlar tərəfdə baş verən hissiyyatlılıq və ya 
qaraciyəraltı drenajdan qanlı ifrazatın  olması diqqət çəkir. Diaqnozun qoyulması, 
bir  qayda  olaraq  qanda,  sidikdə  və  ya  digər  mayelərdə  amilazanın  aktivliyinin 
sürətlə  artması  kömək  edir,  bu  da  qarın  boşluğuna  qansızmalı  biliar  peritonitin 
differensə olunmasına kömək edir. 
Əməliyyatdan sonrakı pankreatit bir başa müdaxilədən sonra ortaya çıxa bilər. 
Xoledoxo-duodenal  sahədə  aparılan  əməliyyatlardan  sonrakı  ilk  günlərdən 
amilazanın aktivliyinə nəzarət etmək vacibdir. Diurez  müşahidə olunaraq, qan və 
EKQ-da  olan  dəyişikliklər  qiymətləndirilir.  Azotun  qanda  artması  xoş  olmayan 
əlamətdir.  
Ayrı-ayrı  müüəlliflərin  məlumatlarına  görə  biliar  əməliyyatlardan  sonrakı 
pankreatitlərin  tezliyi  müxtəlifdir,  bununla  belə  bu  ağırlaşma  bir  çox  cərrahların 
qaçdığı papillosfinkterotomiyadan sonrakı ölümlərin səbəbi içərisində əhəmiyyətli 
yer tutur. 
Aparılan  diqqətli  profilaktik    əməliyyatlardan  başqa  pankreatitin  qarşısında 
heçnə  dayana  bilməz.  Təhlükə  ancaq  papillosfinkterotomiya  və  ya  ilişmiş  daşın 
çıxarılmasında  ehtiyatsız  icradan  asılı  deyil,  mədəaltı  vəzin  zondlanması  zamanı 
dərin, zorla genişləndirilməsi, güclü təzyiq edilməsi və ya rentgen kontrastlı maddə 
və  ya  transpapillyar  zondun  sürətlə  yeridilməsi  ilə  də  əlaqəli  olur.  Pankreatitin 
təhlükəsi  olan  xəstələrin  öd  yolları  drenləşdirilir,  mədə  möhtəviyyatı  aktiv 
dekompressiya  edilir,  qidalanma  parenteral  yolla  aparılır.  Pankreatitin  ilkin 


77 
 
əlamətlərinin  ortaya  çıxarılmasına  çalışılır  və  pankreatitdə  bir  başa  ölümə  gətirib 
çıxaran  şokun  aradan  qaldırılmasına  yönələn  tədbirləri  həyata  keçirmək  lazımdır. 
Vəziyyət  aydın  olmadıqda  və  ya  əlamətlərin  kritikləşməsi,  xüsusən  ödün 
özlülüyünün  tam  təmin  olunmaması  baş  verdikdə  əməliyyat  təftişi  vacibdir. 
Plazmoferez  aparılmaqla  əməliyyatın  vaxtında  həyata  keçirilməsi  əməliyyatdan 
sonrakı kəskin pankreatitli xəstələrin xilasına gətirib çıxara bilir.  
 
Əməliyyatdan sonrakı sarılıq.  
Əməliyyatdan sonrakı ağırlaşmalar arasında onların əsas əlamətlərinə çevrilə 
biləcək  zəif  və  ya  sürətlə  inkişaf  edən  sarılıq  üzə  çıxa  bilir.  Öd  yolları 
xəstəliklərinin  ağırlaşması  bəzən    sarılıq  şəklində  özünü  göstərir,  ancaq  onun 
əməliyyatdan  sonra  baş  verməsi  öd  yollarının  mexaniki  tutulmasının  güman 
olunmasın ona çəkir. Sarılıq naməlum qalan və ya lazımı şəkildə işlənilməyən öd 
yollarının  əməliyyat  zamanı  yaralanması  nəticəsində  baş  verə  bilər.  Ümumi  öd 
axacağının  bağlandığından  dərhal  sonra  ilk  günlər,  sürətlə  tam  tutulmaya  uyğun 
gələn  sarılıq  inkişaf  edir.  Digər  formalı  zədələnmələr  və  axacağın  tam  kəsilməsi 
fistula  öd  axması  şəkilində  özünü  göstərir.  Bir  neçə  gün,  hətta  həftədən  sonra,  nə 
zaman fistula öz-özünə bağlanırsa və onun yerində bitişmə əmələ gəlir, sarılıq isə 
artıq özünü göstərir. Əvvəlcə o zəif intensivlikli olur, sonradan isə qabarıq, daimi 
şəkil  alır.  Bir  qayda  olaraq,  elə  başlanğıcdan  o  xolangit  tutmaları  ilə  yanaşı  olur.  
Bəzən  əməliyyatdan  sonrakı  sarılıq  rezidual  daşın  məməcik  səviyyəsinə  düşməsi 
ilə  izah  olunur.  T-şəkilli  drenaj  borudan  axan  ödün  miqdarının  artması  və  ya 
drenajı  sıxdıqda  sarılığın  əmələ  gəlməsi  buna  şübhə  yaradır.  Drenaj  borunun 
sıxılması  zamanı  xəstə  xolangitə  xas  olan  ağrılar  hiss  edər  və  ya  ona  uyğun 
simptomlar  və    şikayətlənəri  olur.  Daşı  USM  və  kontrol  xolangioqrafiya  ilə 
aşkarlayırlar,  xaric  edilməsinə  isə  konservativ  yolla  təşəbbüs  göstərilir. 
Müvəffəqiyyətsizlik  və  tam  blokada  olduqda  təkrari  əməliyyat  vacibdir.  Bununla 
yanaşı, əgər tutulma təricən inkişaf edirsə, onda əməliyyat bir neçə vaxtdan sonra 
aparılır. 


78 
 
Mexaniki inkişaflı, çox da intensiv olmayan müvəqqəti sarılıq əgər axar drenə 
olunmazsa,  məməcikdə  aparılan  əməliyyatdan  sonra  da  baş  verə  bilər.  O  halda 
əməliyyat müdaxiləsindən sonra əmələ gəlmiş ödemin (şişkinliyin) itməsinə qədər 
davam edir. 
Bəzi  xəstələrdə  əməliyyatdan  sonra  skleralar  etiologiyası  məlum  olmayan 
sarımtıl  rəng  alır  və  ya  xolestatik  tiplə  gedən  sarılıq  əmələ  gəlir,  hər  halda  bu 
əməliyyat travması  ilə  bağlıdır.  Xəstə  heç  bir  xüsusi  şikayət  etmir  (bəyan  etmir), 
ancaq  ona  pankreatit  təhlükəli  sarılıqla  olan  xəstə  kimi  diqqət  yetirmək  lazımdır. 
Sarılıq  qara  ciyər  səbəbli,  xüsusən,  hər  şeydən  əvvəl  qara  ciyərin  əvvəllər  olan 
xəstəlikləri  və  ya  Jilber    sindromlu  (anadangəlmə  enzimopatiya  və  metabolizm 
pozğunluğuna  görə  hiperbilirubinemiya),  xəstə  uzun  müddət  ac  qalmışsa 
dekompensə  vəziyyətində  baş  verə  bilər.  Sarılığın  xarakterinin  təyin  edilməsində 
əməliyyatdan  əvvəlki  biokimyəvi  müayinələrin  göstəriciləri  və  əməliyyat  zamanı 
üzvün  görünən  dəyişiklikləri  aşkar  edildikdə  qara  ciyərin  sadə  biopsiyası 
əhəmiyyətlidir. 
İnkişaf  etmiş  sarılığın  səbəbi  hemolitik  reaksiya  törətmiş  qan  köçürmə  ola 
bilər. Belə halda qanda duz bilirubinin səviyyəsinin artması qeyd olunur. Lakin, bu 
zaman  axolik nəcis aşkar edilmir. Əməliyyat sepsisində, xüsusən anaerob mənşəli 
olduqda, sarılıq həlledici amil yerini tutur. Qara ciyərin bir sıra dərman preparatları 
və  digər  maddələrlə  toksiki  zədələnməsi  səbəbindən  çox  az  hallarda  sarılıq  baş 
verir. 
Adətən  qara  ciyər  əvvəl  reaksiya  vermiş  anestetiklərin  təkrari  tətbiqindən 
sonra zədələnir. Ağır hepatit çox zaman qayanıqlı şəkildə baş verir, 20% hallarda 
isə ölümlə nəticələnir. Xəstə, qara ciyərin koması təhlükəsi olan vəziyyətdəki kimi, 
intensiv müalicəyə möhtacdır. 
 
Qaraciyər çatmazlığı. 
Qaraciyərin  koma  ilə  çatmazlığı  qaraciyətin  uzun  müddətli  patoloji  
zədələnməsi və nəticədə mənfəzi qapanması ilə xolangitin inkişafın gətirib çıxaran 
ya  öd  yollarında  aparılan  əməliyyatlardan  sonra,  ya  da  qara  ciyər  səbəbli  sarılıq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə