Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

73 
 
səbəbi  ilə  mübarizə  aparmaq  və  qanın  pozulmuş  laxtalanma  sistemini 
normallaşdırmaq lazımdır. 
 
Hemobiliya və həzm kanalına qanaxma.  
Hemobiliya biliar əməliyyatlardan sonrakı dövrdə az rast gəlinən ağırlaşmalar 
sırasına  aiddir.  Drenaj  boru  ya  təmiz  qan  ya  da  ödlə  bulaşıqlı  qanı  şırnaq  və  ya 
təkanvari  şəkildə  öd  xaric  edən  axarlardan  çıxarmağa  başlayır,  əksər  hallarda  isə 
qan  öd  yolları  ilə  həzm  kanalına  düşərək  melena  kimi  özünü  biruzə  verir. 
Hemobiliya  əməliyyatdan  bir  neçə  gün  və  hətta  həftə  sonra  baş  verə  bilər. 
Qanaxmanın  səbəbi  axarların  zədələnmiş  və  ya  iltihablaşmış  divarıdır;  qonşuda 
yerləşən arteriyanın travması və ya əməliyyatın gedişində axacaq ilə arteriyanın bir 
tikişə alınması hesabına ola bilər. Tikiş sahəsinin nekrozu nəticəsində və ya əmələ 
gələn  anevrizma  axacaqla  qan  damarının  birləşməsinə  gətirib  çıxarır  və  öd 
yollarına  küllü  miqdarda  qan  axır.  Əməliyyat  təftişi  zamanı  adətən  damarı 
axacaqdan ayırmaq, defekti tikmək və ya damara tikiş qoymaq mümkün olur.  Çox 
da  böyük  olmayan    pulsasiyalı  qanaxmalarda  və  ya  qan  ödlə  qarışıq  olduqda, 
axarların  tutulmasını  aradan  qaldırmaq  üçün  əvvəlcə  drenajı  yumağa  təşəbbüs 
göstərmək  lazımdır.  Hemobiliyanın  xolangit  səbəbindən  olduğu  şübhəsi 
yarandıqda  itirilmiş  qanı  bərpa  etmək  və  güclü  təsirə  malik  preparatla 
antibiotikoterapiya aparmaq lazımdır.  
Bəzi  hallarda  öd  xaric  edən  drenajda  qanın  görünməsi  antikoaqulyantların 
dozasının  artıq  olmasının  ilkin  əlamətidir.  Buna  protrombin  zamanı  müayinə 
edildikdə  əminlik  yaranır;  qanın  laxtalanma  sistemindəki  pozgunluqları  olduqca 
tez aradan qaldırmaq lazımdır. 
Həzm kanalına qanaxma az rast gəlinir. 
Xəstələrdə əməliyatdan sonranı ilk günlər melena, az hallarda isə qanlı nəcis 
ola  bilər.  Səbəbi  isə  papillosfinkterotomiya  zamanı  onikibarmaq  bağırsağın 
divarında kiçik arteriyanın kəsilməsi və ya yanaşı gedən xəstəliklərdən xora və ya 
yemək borusu venaların varikoz genəlməsinin nəticəsi ola bilər. T-şəkilli borunun 
yuyulması  ilə  aydınlaşdırmaq  olar  ki,  qanaxma  öd  yollarından,  bir  sözlə 


74 
 
hemobiliya  ilə  bağlı  deyildir.  Papillosfinkterotomiyadan  sonrakı  qanaxma  zamanı 
konservativ  müalicəyə  üstünlük  verilir.  Massiv  qanaxma  zamanı  onun  mənbəyi 
endoskopik və ya rentgenoloji müayinə ilə təyin edilir. Alınan məlumatlara uyğun 
müalicə aparılır. 
 
Ödün qarın boĢluğuna axması. 
Ödün  axması  əksər  hallarda  əhəmiyyətli  dərəcədə  şokun  mənzərəsini 
yaratmır; o, tezliklə peritonun qıcıqlanma əlaməti və ödün qaraciyəraltı drenajdan 
axması, və ya yara sahəsinə sızması ilə ortaya çıxır. Ödün  ortaya çıxması (zühür 
etməsi) və nəticədə qarın boşluğuna axması müxtəlif gedişli olur və onun səbəbi və 
drenləşdirmə  üsulundan,  xüsusən  də  nə  qədər  erkən  və    ödün  hansı  miqdarda 
axmasından asılıdır.  
Əgər  öd  kisənin  yatağından  sızırsa,  ikinci  gün    o  özünü    aydın  şəkildə 
göstərir.  Xəstə  əzgin  olaraq  qalır,  onun  nəbzi  tezləşir,  adətən  yara  ilə 
əlaqələndirilən və ağrılara görə o dərin nəfəs almaqdan çəkinir. Drenajın öd xaric 
etməsi  vacib  deyildir,  o  sıxılmış,  qatlanmış  ya  kənardan  təsir  altında  ola  bilər. 
Buna  baxmayaraq  peritoneal  əlamətləri  izləmək  lazımdır.  Əgər  ağrılar  aşağıya 
doğru  yayılmırsa  və  əzələ  müqaviməti  başlamırsa  onda  təkrari  əminlik  yaranır. 
Həqiqi  səbəb  qara  ciyəraltı  drenaj  öd  xaric  etdikdə  aydınlaşır.  Drenaj  boru  sızan 
ödün  öhdəsindən  gələ  bilmədikdə,  o  qarın  boşluğuna  tökülür  və  bu  zaman 
əməliyyat sahəsinin təftişinə göstəriş yaranır. Praktikada təftişin aparılması çox da 
tez-tez  olmayan  və  çatışmayan  səviyyədə  lazım  olur,  bir  qayda  olaraq,  qarın 
boşluğunundan  ödün  xaric  edilməsi,  yatağa  parenximatoz  tikişlərin  qoyulması, 
lazım  gəlsə,  piyliyin  təsbit  edilməsi  və  mütləq  qara  ciyəraltı  sahəyə,  nisbətən  iri 
diametrli sorucu drenaj yeridilir. 
Ödün T-şəkilli drenaj, tikişlər və ya anastomoz boyu axması adətən bir neçə 
gündən sonra üzə çıxır. Öd yollarına yeridilmiş drenajın boyunca ödün axması T-
şəkilli  drenajın,  bir  qayda  olaraq,  sorucu  xüsusiyyətini  yetirincə  artırır;  ifrazatın 
yığıldığı  (toplandığı)  qab  xəstənin  yatağının  altına  yerləşdirilir,  drenaj  borunun 
distal  ucu  isə  qabda  maye  səviyyəsindən  aşağı  buraxılır.  Öz  günahlarımızı 


75 
 
xolangioqrafiya  ilə  yoxlamaq  olar.  Bir  neçə  gündən  sonra  öd  artıq  T-şəkilli 
drenajla axmağa başlayır, ətrafındakı fistula isə öz-özünə tədricən qapanır. Birincili 
tikişlər  qoyulmuş  axacaqdan  ödün  axması  zamanı  qara  ciyər  altındakı  qoruyucu 
drenaja  çox  da  güclü  olmayan  vakum-sorucu  qoşulur  və  fistula  bağlanana  qədər 
saxlanılır. 
Bilio-deqestiv  anastomoz  tikişlərinin  tutmazlığı  olduqda  ağır  vəziyyət 
yaranır.  Bir  qayda  olaraq  əməliyyatdan  sonra  bir  neçə  günlər  keçir.  Anastomoz  
ətrafında  heç  olmasa  hissəvi  bitişmələr  yaranır,  ardınca,  ümüd  var  ki,  ətrafından 
ödün  daim,  altında  xaric  etmək  mümkündür.  Iri  daşlar  və  ya  mədəaltı  vəzin 
səbəbindən  uzun  müddətli  stenozlu  xəstələri  təkrari  əməliyyat  etmək  lazımdır. 
Yolun  tutulmasının  klinik  mənzərəsi  xəstə  üçün  daha  sərfəli  təftişin  aparılması 
məqsədi  ilə  təcili  və  ya  təxirəsalınan  əməliyyatın  seçilməsini  təyin  edir.  Bəzi 
hallarda drenajla bol ifrazatın olması duodeno-reflyuks ilə izah olunur. Onu təkcə 
ifrazatın  miqdarının 0,5 l-dən artıq olması ilə deyil, həmçinin açıq, rəngsiz olması, 
bir qayda olaraq amilazanın əhəmiyyətli yüksəlməsi ilə təyin edirlər. Onikibarmaq 
bağırsağdan  reflyuksun  səbəbi  əksərən  T-şəkilli  drenajdan  sorulmanı  hədsiz 
artırmaq, xüsusən papillosfinkterotomiya və ya transpapilyar drenajın onikibarmaq 
bağırsağa  yeridilməsi  zamanı  Oddi  sfinkterinin  çatmazlığı  ilə  bağlıdır.  Mayenin, 
öd  və  onikibarmaq  bağırsaq  möhtəviyyatının  çoxlu  itgisi  şokun  simptomlarında 
tezliklə əks olunur. Təkcə itirilən həcmi bərpa etmək deyil, həm də drenajın sorucu 
fəaliyyətini axacaqda müsbət təzyiq olana qədər (onikibarmaq sm su.süt.) azaltmaq 
lazımdır.  
Əməliyyatdan sonrakı kəskin pankreatit. 
 
Öd  yolları,  xüsusən  məməcik  və  öd  axarının  terminal  hissəsində  aparılan 
əməliyyatlardan  həmən  sonra  yarana  biləcək  təhlükə,  həyəcan  yaradan 
ağırlaşmalardan  ən  öndəki  kəskin  pankreatitdir.  Onun  klinik  mənzərəsi  tipik 
əlamətlərsiz  olur,  ağrılar  həmişə  ön  plana  çıxmır.  Əməliyyatdan  sonrakı  dövrdə 
onun  digər  şəkildə  ortaya  çıxması  gizli  və  ya  cərrahi  əməliyyatla  əlaqələndirilir, 
yüngül forması isə ümumiyyətlə qeydə alınmır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə