Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

79 
 
məsələn, bərkləşmiş sirroz tutmaları, xolestatik fazada virus hepatiti və ya alkoqol 
hepatitində  səhvən  aparılan  laparotomiyadan  sonra  baş  verə  bilər.  Ola  bilsin  ki, 
çatmamazlıq  ilkin  qara  ciyər  xəstəliyi,  məsələn,  sirrozun  xolelitiazla  kombinə 
olunmuş  variantında  rast  gəlinsin.  Həmişə  həlledici  faktor  qara  ciyərin 
əməliyyatdan  öncə  məruz  qaldığı  zədələnmələri  olur,  əməliyyat  öz-özlüyündə 
çatmazlığı sürətləndirir. 
Xüsusi forması qaraciyərin kəskin nekrozudur; bu qaraciyər arteriyası və ya 
onun    şaxələrinə  qoyulan  liqaturadan  sonra  rast  gəlir.  O,  xəstəni  əməliyyatdan 
bilavasitə  sonra  sonra  təhlükəyə  salır,  həkimin  sayığlığı  zəif  olduqda  bir  neçə 
gündən sonra ölümlə qurtara bilər.  
 Qaraciyərin  təhlükəli  çatmazlığının  əlamətləri    -  yuxunun  pozulması  və 
huşun  dəyişməsi,  məsələn,  uyğun  olmayan  eyforiya,  ətrafa  oriyentasiyanın 
itirilməsi və ya aqressivlikdir. Xəstənin baxışları dikilmiş və kütləşmiş, nitqi aydın 
olmayan,  özünün  isə  habitusu    nəzərə  çarpan  ―hepatik‖    vəziyyəti  alır,  əsmələr 
əmələ  gəlir,  əllər  həyacanla  hərəkətlənir.  Vacib  əlamətlər  isə  sarılığın  kəskin 
artması,  hərarətin  yüksəlməsi  güclü  qanaxma,  sayılır.  Xəstə,  hərəkətsiz,  yuxulu 
olur  və  tədricən  dərin  huşsuzluğa  -  komaya  düşür.  Laborator  müayinələr 
leykositozdan  əlavə  protrombin  kompleksinin  intensivliyinin  davamlı  şəkildə 
düşməsi, qanda albuminin azalması və azotun artmasını göstərir. Bir çox hallarda 
yanaşı böyrək çatmazlığı inkişaf edir (hepatorenal sindrom). 
Profilaktika: etiologiyasına uyğun təyin edilir. 
Müalicə: spesifik deyildir, onun səmərəliliyi müəmmalıdır. Ancaq müalicəni 
israrlı  şəkildə  aparmaq  lazımdır,  çünki  xəstə  sağ  qala  da  bilər.  Müalicənin  əsas 
prinsipi  vena  daxili  qlükoza,  əsasən  vitaminlər  verilməsidir.  Pəhrizdən  zülalın 
çıxarılması, imalə yolu ilə azotlu maddələrin bağırsaqlardan sorulmasının qarşısını 
almağa    yönəldilmiş  tədbirlər  görülür.  İonlu  hemostazə  üstünlük  vermək,  qanın 
laxtalanma  sistemindəki pozğunluqları bərpa etmək  və təzə qanın köçürülməsi ilə 
qanın  göstəricilərinin  yaxşılaşdırılması  vacibdir.  Geniş  spektrə  malik 
antibiotikoterapiya,  bir  qayda  olaraq,  həm  də  qlükokortikoidlər  təyin  edilir. 


80 
 
Membranlı  plazmoferez,  qanın  ultrabənövşəyi  və  infraqırmızı  şüalarla 
zənginləşdirilməsi həyata keçirilir. 
Böyrək çatmazlığı.  
Əməliyyatdan sonra böyrəklərin fəaliyyətinin pozulması yalnız əməliyyatönü 
mövcud  olan  nefropatiyalı  deyil,  həm  də  böyrəkləri  sağlam  olan  xəstələrdə  də 
mümkndür.  Böyrək  çatmazlığı,  ən  çox,  sarılığı  həddən  artıq  inkişaf  etmiş  və 
xoledoxoduodenal sahədə əməliyyat keçirmiş xəstələri xüsusi olaraq təhlükə altına 
alır.  Çatmazlığın  mexanizmi  bu  günədək  tam  aydın  deyil.  Adətən,  o  böyrəkdən 
kənar  mənbəədən  qaynaqlanır  və  əməliyyat  yükü  nəticəsində  böyrək  qan 
dövranının  fəaliyyətinin  aşağı  düşməsi  ilə  əlaqələndirilir.  Əhəmiyyətli  sayılan 
pozulmalar  dövr  edən  qanın  həcminin  aşağı  düşməsidir.  Müxtəlif  arzuolunmaz 
amillərin toplusundan əlavə bu patologiyaya infeksiyanın aktivləşməsi, o çümlədən 
bağırsaq  patogen  bakteriyalarının  endotoksinlərinin  təsiri  öz  töhfəsini  verir. 
Kompensasiya 
mexanizmi 
əvvəlcədən  məhdudlaşan  böyrəklərin  xroniki 
xəstəliklərində oluqouriya və hipoksiya xüsusən təhlükəlidir. 
Əməliyyatdan  sonrakı  birinci  gün  ifraz  olunan  sidiyin  miqdarı  həmişə  çox 
olmur,  böyrəklərlə  çıxarılan  natriumun  miqdarı  azalır.  Əgər  zərərli  maddələrin 
təsiri aradan qaldırılmasa və vəziyyət tarazlaşdırılmasa (düzəldilməsə), bu zaman, 
baxmayaraq  ki,  diurez  hələ  də  kafi  vəziyyətdə  qalır,  sidik  cövhərinin 
konsentrasiyası  sürətlə  arta  bilər.  Böyrəklərin  öz  fəaliyyətinin  azalmasının 
təhlükəli (SOS) əlamətləri: oliqouriya, sidik cövhəri və kreatinin qanda yüksəlməsi 
(artması), natrimun sidiklə xaric olması və osmolyarlılığının pozulmasıdır. 
Belə  statusun  proqnozu  xoşagələn  deyildir.  Profilaktikadan  əlavə  və 
əməliyyatdan  sonrakı  pozğunluqların  bərpası  məqsədi  ilə  müasir  dövrdə 
hemodializ və ya plazmoferezdən istifadə olunur. 
Profilaktika: Əməliyyatdan əvvəl və əməliyyatın ilk günləri diurezi normada 
saxlamaq üçün Mannitol, Paresol Nefro, 
Nexramin
 vena daxili yeritmək.   
 
 
 


81 
 
Öd yollarında ləngimiĢ (qalmıĢ) daĢlar. 
Öd  yollarında  qalmış  daşlar  nisbətən  tez-tez  baş  verən  ağırlaşmalara  aiddir. 
Bəzən  onun  ağırlaşmalar  şəklində  özlərini  göstərmirlər,  nə  qədər  ki,  heç  bir 
pozğunluqla  bağlı  deyil  və  könüllü  olaraq  saxlanıldıqda  həqiqi  uğursuzluğa 
əməliyyat yüngül şəkildə aparılması məqsədi ilə aid olunur.  
Ancaq  tək-tək  hallarda  cərrah  əməliyyat  vaxtı  daşın  qalmasını  bilir  və  ya 
onlar  haqqında  şübhələnir.  Hər  şeydən  əvvəl  onları,  əgər  xəstədə  drenaj 
saxlanılıbsa  və  ya  sonradan  xəstə  şikayətləri  bəyan  edirsə,  əməliyyatdan  sonrakı 
xolangioqrafiya üzə çıxarır. 
Öd daşı xəstəliyinə görə aparılan əməliyyatlardan sonra öd yollarında qalmış 
daşların  rast  gəlmə  tezliyi  2-10%-dir.  Sistematik  şəkildə  əməliyyat 
xolangioqrafiyasından istifadə edildikdə öd yollarında qalmış daşların xeyli hissəsi 
aşkarlanır və yalnız 3%-ə qədər hallarda digər hissəsi öz mövqeyini saxlamış olur. 
Cərrahların  aşkar  edə  bilmədikləri  və  ya  çıxarmağa  müvəffəq  olmadıqlar 
―qalmış‖  daşlardan  əlavə,  yenidən  əmələ  gələnləri  də  ola  bilər  və    onları  həmişə 
aydın şəkildə fərqləndirmək olar. Qalmış daşların  tərkibində adətən  xolesterinin 
miqdarı yüksək olur, bir çox hallarda çoxbucaqlı forma alır, ən başlıcası da odur ki, 
onlar    əvvəlki  əməliyyar  zamanı  xaric  edilmiş  daşlara  oxşayırlar.  Yeni  daşlar  bir 
müddət  sonra  əmələ  gəlir,  xüsusən  öd  axmasının  ləngiməsi  hallarında  formalaşır 
və bu ağırlaşma uzaq dövrə aiddir. 
Axacaqlarda  ya  heç  müayinə  olunmadığı  və  ya  müayinə  yetirincə 
aparılmadığı hallarda daşlar nəzərə çarpmadan qalmış olur. 
Öd yollarının müayinəsinə göstərişlər bəzən çox məhdudlaşdırılır və bir çox 
cərrahlar  əməliyyat  xolangioqrafiyasından  yetərincə  istifadə  edə  bilmirlər, 
baxmayaraq  ki,  o  xüsusən,  zondlama  və  ya  xoledoxoskopiya  ilə  birgə  tətbiq 
edildikdə qalmış daşların rast gəlmə tezliyini nəzərə çarpacaq şəkildə azaltmış olur. 
Əfsuslar  olsun  ki,  ən  diqqətli  müayinələr  (USM  və  s.)  və  öd  yollarının 
təmizlənməsi bütün daşların aşkar olunmasına kömək edə bilmir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə