Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

94 
 
2.
 
Hepatikoxoledoxun  divaryanı  zədələnməsi  –  açıq  üsulla  əməliyyatla 
ağırlaşma aradan qaldırılır. 
Uzun  alətlərlə  aparılan  instrumental  palpasiya,  hətta  laparoskopik 
əməliyyatlar  üzrə  böyük  təcrübə  olduqda  belə,  əfsuslar  olsun  ki,  cərrahın  birbaşa 
toxunulma  ilə  hissiyatın  ekvivalent  şəkildə  əvəz  etmək  iqtidarında  deyildir. 
Bununla  bağlı  olaraq,  hepato-dəyişikliklər  olduqda  əməliyyatın  icrasında 
mürəkkəblik artır. Cərrah dəyişilmiş toxumalarda oriyentasiyasını itirə bilər, bu da 
ən ağır ağırlaşmanın ortaya çıxması – öd axarlarının zədələnməsi təhlükəsi yaradır. 
Qanaxma – öd yollarında iltihabi və xüsusən çapıq xarakterli olur. Yaranma 
vaxtına görə 2 növü ayırd edilir: 
1.
 
Əməliyyat  daxili  -  əgər  laparoskopik  üsulla  qanaxmanı  dayandırmaq 
mümkün olmazsa, əməliyyat açıq üsulla davam etdirilir.  
2.
 
Əməliyyatdan sonrakı – açıq üsulla əməliyyatla ağırlaşma aradan qaldırılır.  
Öd  axması  -    relaparoskopiya  müsbət  nəticə  verməzsə,  açıq  üsulla 
əməliyyatla ağırlaşma aradan qaldırılır. 
Mexaniki  sarılıq  -  relaparoskopiya  müsbət  nəticə  verməzsə,  açıq  üsulla 
əməliyyatla ağırlaşma aradan qaldırılır. 
Qara ciyər altı abses – USM-nin nəzarəti ilə relaparoskopiya müsbət nəticə 
verməzsə açıq üsulla əməliyyat - drenləşdirmə aparılır. 
Peritonit 
Göbək ətrafı yaranın irinləməsi – yaranın təftişi 
Qarın divarının infiltratı – yaranın təftişi  
Qarın divarının absesi – yaranın təftişi, drenləşdirmə  
Pnevmoniya – terapevtlə cərrahın birgə müalicəsi və xəstənin təqibi  
Dərialtı  venaların  kəskin  tromboflebiti  -  əgər  konservativ  müalicə  müsbət 
nəticə vermirsə, cərrahi əməliyyat – venektomiya aparılır. 
Miokard infarktı – birgə cərrahi və terapevtik müalicə və təqibi. 
Laparoskopik  yolla  xoledoxolitiazın  aradan  qaldırılması  zamanı  bir  sıra 
problemlər  yaranır  ki,  bunlar  da  əməliyyatın  icrasını  əhəmiyyətli  dərəcədə 
çətinləşdirir və müvafiq ağırlaşmaların ortaya çıxmasına səbəb olur. Daşların kisə 


95 
 
axacağından  keçməklə  xoledoxoskopun  nəzarəti  altında  Dormia  kəsiciləri  və  ya 
Foqarti katetri ilə xaric edilməsinə üstünlük verilə bilər. Bu əməliyyata diaqmetri 
çox  da  böyük  olmayan  tək-tək  daşların  təstiqlənməsi  göstərişdir.  Ancaq,  bu 
əməliyyatın  həyata  keçirilməsi  üçün  xüsusi  alətlərin  olması  vacibdir.  Ayrıca 
götürdükdə,  bir  qayda  olaraq  kisə  axacağının  eni  xoledoxa  alətlərin  keçməsinə 
imkan vermir, hələ oradan daşların xaric edilməsi özlüyündə çətinlik yaradır. Buna 
görə  də  kisə  axacağının  genişləndirilməsi  əlavə  tədbirlərin  həyata  keçirilməsini 
tələb  edir.  Kisə  axacağının  genişləndirilməsi  üçün  onun  divarının  tamlığını 
pozmamaq  üçün  təzyiqi  12  atmosferə  qədər  artırmaqla  xüsusi  (dilatator) 
genişləndirici balondan istifadə olunur. Axacağın digər alətlərin istifadəsi həmçinin 
Foqarti katetri ilə  genişləndirilməsi, səmərəsiz olur.  Həmçinin belə güman etmək 
olar  ki,  kisə  axacağının  xoledokoskopla  retroqrad  genişləndirilməsi  təşəbbüsü  də 
qeyd olunan ağırlaşmaya səbəb ola bilər.  
Əməliyytdan  sonrakı  ağırlaşma  təhlükəsini  yaradan  amillərdən  biri  də  əlavə 
öd axacağının olmasıdır. Histoloji müayinələrin nəticəsinə görə əlavə öd axacağı 3-
5-%  tezliklə  rast  gəlinə  bilər,  ancaq  klinik  praktikada  bu  rəqəm  0,2-dən  –  16% 
qədərdir.  Açıq  üsulla  aparılan  xolesistektomiya  zamanı  kisə  yatağı  bir  qayda 
olaraq, həmişə ketqutla, hətta əlavə öd axarlarından  keçməklə tikilir, sıxılır və öd 
axması  baş  vermir.  Praktika  göstərir  ki,  laparoskopik  xolesistektomiya  zamanı, 
kisə axacağının elektrokoaqulyasiyası həmişə etibarlı biliostazı təmin etmir, bu da 
əməliyyatdan sonrakı dövrdə öd axını şəklində üzə çıxır. Əməliyyat zamanı əlavə 
öd  axarı  aşkarlanaraq  klipə  almalıdır  və  ya  onu  tikmək  (açıq  icra  olunan 
əməliyyatlarda) lazımdır. Əlavə öd axarı güdülünü koaqulyasiya etmək isə yalnış 
qərardır.  
Laparoskopik  xolesistektomiya  zamanı  daxili  qanaxma  əməliyyatın  icrasını 
çətinləşdirir  və  bəzən  xətaların  baş  verməsinə  səbəb  olur.  Qanaxma  kisə 
axacağından baş verdikdə daha mürəkkəb vəziyyət yaranır. Belə qanaxmaların baş 
verməsi dəyişilmiş – çapıq və ya infiltrasiyalı toxumada Calot  üçbucağında kobud 
manipulyasiya apardıqda arteriyanın təsadüfən zədələnməsi ilə əlaqədar ola bilər. 
Əməliyyatdaxili qanaxmanın baş verməsi ehtimalı xüsusi qara ciyərin, sağ  mədə, 


96 
 
mədə-onikibarmaq,  ümumi  qara  ciyər,  yuxarı  ön  və  ya  arxa  mədəaltı  vəz-
onikibarmaq arteriyasının şaxəsi, əlavə öd kisəsi arteriyası kimi formalaşan halda 
əhəmiyyətli dərəcədə artır. Əlavə arteriya Calot üçbucağında yerləşdiyi halda onun 
təyin edilməsi çətinlik törətmir və əməliyyatın gedişində problem yaratmır. Ancaq 
əlavə  arteriya  kisə  axacağının  önündən  keçərsə,  diaqnostik  səhv  baş  verə  bilər. 
Əlavə  arteriya  kisə  axacağı,  kisə  axacağı  isə  tipik  yerləşmiş  kisə  arteriyası  kimi 
qiymətləndirilir.  Belə  səhv  olduqda  öz  normal  yerində  olan  arteriyadan  qanaxma 
təhlükəsi  yaranır.  Digər  variantda  səhv  ondan  ibarətdir  ki,  boruvari  quruluşu 
düzgün  fərqləndirərkən  (araşdırarkən)  cərrah  hesab  edir  ki,  kisə  axacağının 
önündən  keçən  artetiya    təkdir  və  nəticədə  isə  öz  normal  yerində  olan  kisə 
arteriyasından qanaxma alır.  
Qanaxmanı  dayandırarkən  hepatikoxoledoxun  yaxınlığında  koaqulyasiyadan 
istifadə  etmək  yol  verilməzdir,  belə  ki,  bu  zaman  onun  termiki  zədələnməsi  baş 
verər, bu isə əməliyyat zamanı deyil, ondan sonrakı dövrdə üzə çıxa bilər. 
Əməliyyatdan sonrakı qarındaxili qanaxma əməliyyat zamanı olanlardan daha 
böyük  təhlükə  yaradır.  Bu  diaqnostikanın  çətin  və  müalicənin  başlanmasında 
gecikmənin olması səbəbindəndir. Kobud səhv isə kisə arteriyasının kliplənmə ilə 
birgə koaqulyasiyasının aparılmasıdır. 
Mexaniki  sarılığın  baş  verməsi  əməliyyat  zamanı  xırda  daşların  və  ya  qatı 
şəkilli  möhtəviyyatın  kisə  axacağın  kliplənmədən  əvvəl  kisə  sıxıcı  alətlərlə 
tutulduqda enli kisə axacağından xoledoxa keçməsi səbəbindən ola bilir.  
Əməliyyatdan  sonrakı  ağırlaşmalar,  bir  qayda  olaraq  əməliyyatın  düzgün 
aparılması  və  əməliyyat  zamanı  qarın  boşluğunun  və  ya  qarnın  ön  divarındakı 
toxumaların  infeksiyalaşması  hesabına  olur.  Qara  ciyər  absesi  görünür,  öd  və  ya 
qanın kisə yatağından sızması və toplanması  nəticəsində baş verir. 
 
Profilaktika : 
-
 
Antibakterial terapiya 
-
 
Öd kisəsinin qarın boşluğundan xaric edilməsində konteynerdən istifadə 
etmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə