Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

91 
 
saxlamaq  lazımdır  ki,  elektrodu  polipin  ayaqcığına  yerləşdirdikdə  perifokal 
iltihablı dərin yanıq özünə yer etmiş olur. Sonra isə narkoz və peritonit inkişaf edə 
bilər. Mədə-bağırsaq perforasiyasının  müalicəsi cərrahidir (laparotomiya, defektin 
tikilməsi). 
Qanaxma iki formada olur: 
-
 
Erkən, birincili 
-
 
Ikincili    
Birincili  qanaxma  polipektomiya  zamanı  ayaqcıq  kəsildikdən  həmən  sonra 
başlayır.  Aparılan  yarıtmaz  hemostaz  səbəbindən  qanaxma  əməliyyatdan    yaxın 
saatlarda  davam  edə  bilər.  Ikincili  qanaxma  isə  əməliyyatdan  3-7  gün  sonra  baş 
verə bilir. Yarıtmaz hemostazın səbəbi - polipin ayaqcığının mexaniki və ya kəsici 
cərayanla kəsilməsidir. Qanaxmanın qarşısını almaq üçün bir sıra qaydalara riayət 
etmək lazımdır: 
1.
 
Ilgək  elektrodunu  yavaş-yavaş,  toxuma  müqaviməti  hiss  edilənədək 
dartmaq  lazımdır.  Ayaqcıqğın  burulmasına  (stranqulyasiya)  çalışmaq 
lazım deyil. 
2.
 
Polipi yandıraraq kəsməzdən əvvəl koaqulyasiyaedici cərayandan istifadə 
etmək  lazımdır;  kiçik  parametrlərdən  (generatorun  şkalası  üzrə  2-3 
bölgü)  başlamaq  və  cərayanın  gücünü  tədricən  artırmaq  (4-5  bölgüyə 
qədər)  lazımdır.    Koaqulyasiya  zamanı  toxumada  yalnız  müqavimət 
yarandıqda kəsici rejimdən istifadə olunur. Kəsici rejim qısa müddətli (2-
3 sm) olmalıdır. 
3.
 
Ayaqcığın diametri 1 sm-dən böyük olan polipləri bir momentli kəsməyə 
çalışmaq  lazım  deyil.  Belə  ayaqcıqdan  adətən  nisbətən  iri  diaqmetrli 
arteriya  damarları  keçir  ki,  bunun  da  nəticəsində  etibarlı  hemostaz 
yaratmaq  həmişə  mümkün  olmur.  Belə  polipləri,  ən  yaxşısı,  hissə-hissə 
xaric  etmək  lazımdır.  Əgər  yoğun  ayaqcığı  kəsərkən  koaqulyasiyada 
yüksək  müqavimət  yaranırsa,  əməliyyatın  dayandırılması  və  elektrodu 
çəkmək (xaric etmək) məqsədə uyğundur. 


92 
 
Ləngimiş  qanaxmalar  əməliyyatdan  4-7  gün  sonra  qartmağın  qopması, 
xoralaşma və güdüldə yerləşən damarların arroziyası nəticəsində baş verir.  Polip 
kəsilib  xaric  edildikdən  sonra  qanaxmanın  başverməsi  zamanı  mütləq  polipin 
ayaqcığını  (güdülü)  yenidən  tutmaq,  kəsilmə  olmadan  koaqulyasiya  edilməsinə 
təşəbbüs  göstərilməlidir.  Əgər  qanayan  damarı  görmək  mümkün  olmursa,  bu 
zaman qanaxmanı dayandırmaq üçün tədbirlər, təzə qan köçürülməsi tətbiq edilir, 
soyuq su ilə mədənin yuyulması və ya imalə icra olunur. Konservativ taktika əksər 
xəstələrdə qanaxmanın dayandırılmasına imkan verir. 
Əgər  qan  xaric  olması  davam  edərsə,  arterial  təzyiq  düşərsə  və  qanaxmanın 
davam  etməsinə  aid  digər  əlamətlər  də  üzə  çıxarsa,  o  zaman  təcili  operativ 
müdaxiləyə göstəş yaranır. 
Çox  da  böyük  olmayan  poliplər  xaric  edilərkən  yetərincə  hemostaz 
aparılmazsa  selikli  qişaaltı  hematomalar  yarana  bilər.  Əgər  belə  hematoma 
böyüyürsə,  mütləq  ilgəkli  elektrodla  koaqulyasiya  etməklə  hemostazın 
aparılmasına təşəbbüs göstərmək lazımdır. 
Enli  əsaslı  poliplər  xaric  edildikdən  sonra  nəzərə  çarpacaq  ölçülü  sahədə 
yanıq əmələ gələ bilər.  
 
Laparoskopik əməliyyatlardan sonrakı ağırlaĢmalar. 
 
İlk  dəfə  1985-ci  ildə  Fransada  laporoskopik  əməliyyat  icra  edilmiş,  1988-ci 
ildə  isə  Amerika  Birləşmiş  Ştatlarında  kütləvi  istifadəsi  başlanmışdır.  Sonralar 
kiçik  invaziv  cərrahiyyə  adı  altında  birləşmiş  -  videoendoskopik  müdaxilələr  – 
yüksək  intensivliyi  və  sürətli  inkişafına  görə  cərrahlara  daxili  üzvlərə  alternativ 
yola  etibarlı  şəkildə  müdaxilə  etmək  imkanı  vermişdir.  Lakin,  kiçik  invaziv 
əməliyyatların əvəzsiz və danılmaz üstünlükləri ilə yanaşı bir sıra çatmamazlıqları 
da  vardır  ki,  onlar  əməliyyatdan  sonra  inkişaf  edən  ağırlaşmaların  əmələ  gəlmə 
səbəbləri içərisində mühüm yer tutur: 
-
 
əməliyyat sahəsi birbaşa deyil, ikiqat əks olunma ilədir


93 
 
-
 
toxumanın palpasiyasının mümkün olmaması; 
-
 
əməliyyat  zalının  bahalı  və  texniki  icrası  insan  əlini  özündən  asılı  edən 
cihazlarla təhciz olunması; 
-
 
yüksək  texnoloji  imkanlara  malik  təhcihzatın  vacibliyi  (laboratoriya, 
videoaparatlar); 
-
 
təkmilləşdirmiş  yeni  videoendoskopik  aparatların  variantları  işləmə 
qaydalarının daim  öyrənilməsi vacibliyi. 
Laporoskopik  üsulla  əməliyyatların  icrası  geniş  klinik  praktikaya  tətbiq 
edildikcə  əməliyyatdan  sonrakı  ağırlaşmaların  sayının  artmasına  səbəb  ola  bilir. 
Laporoskopik  üsulla  əməliyyatların  icrasında  təcrübə  artdıqca  ağırlaşmaların  sayı 
nəzərə  çarpacaq  dərəcədə  azalır.  Bununla  belə,  təəsüflər  olsun  ki,  onlardan  tam 
qaçmaq  mümkün  olmur.  Buna  görə  də,  cərrahların  nəzərinə  çatdırmaq  (birinci 
növbədə  laparoskopik yolla əməliyyatı yenicə icra etməyə başlayanda) lazımdır ki, 
ağırlaşmaların  baş  vermə  ehtimalları  və  bu  ağırlaşmalardan  kənara  qaçmağın 
texniki  üsulları  mütləq  aydınlaşdırılmalı  və  öyrənilməlidir.  Bunlarla  yanaşı 
ağırlaşmaların  inkişafının  qarşısının  alınması  yollarını  formalaşdırmaqla  yanaşı, 
laparoskopik  cərrahi  əməliyyata  əks  göstərişləri  əsaslandırmaqla  profilaktik 
tədbirlər  ümumiləşdirilmiş olur. 
 
Qarın boşluğunda aparılan laparoskopik əməliyyatlar: 
1.
 
Öd yolları – hepatobiliar sahədə aparılanlar 
2.
 
Mədə və onikibarmaq bağırsaqda aparılan əməliyyatlar 
3.
 
Yoğun bağırsaqlarda aparılan əməliyyatlar 
4.
 
Yırtıqlarda laparoskopik əməliyyatlar 
 
Laparoskopik xolesistektomiya və öd yollarında aparılan  laparoskopik 
əməliyyatdan sonrakı ağırlaĢmalar. 
 
Öd axarlarının zədələnməsi: 
1.
 
Hepatiko-xoledoxun  kəsilməsi  –  açıq  üsulla  əməliyyatla  ağırlaşma  aradan 
qaldırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə