Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

106 
 
Autodermoplastika 
ləngidilmiş 
qaydada  hazırlanmış  dəri  materialı 
qranulyasiya  olunmuş  yara  üzərinə  yerləşdirilməklə  aparılır  (köçürmə  ya  əzələ 
qatına, ya da dərialtı-piy təbəqəsində aparılır). 
IV  dərəcəli  yanıqların  cərrahi  müalicəsində  nekrektomiyanın  fassial 
üsulundan  istifadə  olunur.  Nekroz  toxumasının  kəsilib  götürülməsi  fassiya 
dərinliyinə  qədər  aparılır.  Dərin  yanıq  zədələnmələrində  toxuma  bütöv  blok 
şəklində  xaric  edilir.  Yara  səthi  qanaxma  dayandırıldıqdan  sonra 
autodermotransplantant köməyi ilə qapanır. 
Fassial  nekrektomiya  zamanı  autodermoplastika  ya  birmomentli,  ya  da 
müəyyən  vaxt  keçdikdən  sonra,  yəni  ləngidilməklə  aparılır.  IV  dərəcəli  ağır 
formalı  yanıq  zədələnmələrində  cərrahi  müdaxilə  zədələnmiş  ərazinin 
revaskulyarizasiyasına yönəldilir. 
Yanıqlardan sonrakı plastik və elastik cərrahi əməliyyatlar, onların 
ağırlaĢmaları. 
Yanıqlardan  sonra  dərinin  köçürülməsi  –  bu  əməliyyat  zədələnmiş 
sahələrin  xaric  edilməsi  və  sağlam  dərini  bədənin  bir  hissəsindən  digərinə 
köçürülməsidir.  Bu  zaman  transplantant    kimi  budun,  baldırın  iç  səthinin  dərisi, 
qulağın ön və arxa, körpücükaltı sahə və çiyinlərin dərisindən istifadə olunur. 
Yanıqdan sonra dərinin köçürülməsi. 
Yanıqdan  zərər  çəkmiş  insanın  öz  dərisindən  transplantat  şəklində  istifadə 
edilməsi  autotransplantasiya  adlanır.  Əgər  pasientin  bədən  səthinə  transplantasiya 
üçün  dəri  çatmazsa  onu  digər  mənbələrdən  də  götürmək  olar.  Bu  zaman  yadda 
saxlamaq lazımdır ki, alternativ  mənbələr ancaq  müvəqqəti  material  kimi işlədilə 
bilər ki, pasientin öz dərisi bərpa olunan kimi aktuallığını itirir. 
Dərinin alternativi kimi istifadə olunan mənbəələr: 
-
 
Sintetik toxuma 
-
 
Heyvan mənşəli dəri 
-
 
Başqa adam dərisi 


107 
 
Aydındır  ki,  alternativ  mənbəələr  transplantasiyanın  xoş  gedişli  nəticəsinin 
ehtimalını  tam  təmin  etmək  imkanında  deyildir,  ancaq  ümidsiz  hallarda  onlara 
önəm verilir. 
Yanıq zamanı dəri köçürməsi əməliyyatından sonrakı ağırlaĢmalar. 
Yanıqdan  sonra  dəri  köçürülməsi  əməliyyatı  zamanı  aşağıdakı  ağırlaşmalar 
baş verə bilər: 
1.
 
Transplantın qopması 
2.
 
Dərinin pis sağalması 
3.
 
Qanaxma 
4.
 
Resipientdə infeksiyalaşma və ya donorun əməliyyat yarası 
5.
 
Transplantant toxuması ətrafın dolğun hərəkətinə maneə ola bilər 
6.
 
Köçürülən dəri sahəsində tüklərin inkişafı yoxdur 
 
Yanıqlardan sonra dəri köçürülməsinin aparılma qaydası. 
Dəri köçürüləcək sahənin hazırlanması. 
Geniş nekrektomiya dəri plastikası ilə eyni vaxtda nəzərə çarpacaq dərəcədə 
qanaxma  ilə  müşayiət  olunan  travmatik  əməliyyatdır.    Əməliyyatdan  sonra  əgər 
yara  bütövlükdə  dəri  autotransplantı  ilə  tam  əvəz  olunmamışsa  və  ya  tamamilə 
bitişməmişsə,  xəstənin  vəziyyətində  pisləşmə  baş  verir.  Dəri  strupunun  kəsilib 
götürülməsində  karbon  lazerdən  istifadə  qanitirmənin  azalmasına  imkan  yaradır. 
Bunlarla  yanaşı  toxumanın  zədələnməsinin  dərinliyinin  təyinində  yaranan 
çətinliklər və əməliyyatın travmatik olması onun tətbiqini məhdudlaşdırır. 
Geniş  nekrektomiya  və  erkən  dövrdə  dəri  köçürülməsi  yalnız  yanıq  üzrə 
xüsusiləşdirilmiş  cərrahiyyə  şöbələrində  həyata  keçirilir,  belə  ki,  orada  plastik 
cərrahiyyə  təcrübəsi  mövcuddur,  əməliyyat  zamanı  qanitirilmənin  bərpasına  və 
anestezioloji yardıma müvafiq şərait vardır.  
Ikincili dəri plastikasına göstəriĢ: 
-
 
Xəstənin ümumi vəziyyətinin ağırlaşması 
-
 
Bədəni səthinin 10-15% təşkil edən dərin yanıqlar 


108 
 
-
 
Nekroz sahəsinin ayrılıb düşməsi 
-
 
Geniş qranulyasiya sahəsinin olması 
Nekroz  sahəsinin  xaric  edilməsində  onun  qopma  sərhəddi  qorunmaqla  qan 
axıdılmadan  mərhələli  nekrektomiyadan  istifadə  olunmalıdır.  Buna  ferment  və 
kimyəvi nekrolizin tətbiq edilməsi şərait yaradır. Proteolitik təsirə malik vasitələrin 
tətbiqi  həm  yanıq  yarasıının,  həm  də  homeostaza  təsir  etməklə  həyata  keçirilir. 
Bunlar iki formada olur: 
1.
 
Yerli  tətbiq  olunma  –  tekstil  sellüloz  əsasda  mobilizə  olunmuş  üsul. 
Infraqırmızı lazerlə lokal şüalandırma. 
-
 
Maqnit terapiyası 
-
 
Ultrasəs terapiyası 
-
 
Lazerlə səpələnmiş şüalanma  
2.
 
Tripsin 
tərkibli 
daxilə 
qəbul 
(Vobenzim, 
Floqenzim) 
olunan 
enzimoterapiya 
Yanıqlı  xəstələrin  müalicəsi  müasir  vasitə  və  üsulları  birləşdirərək  həm 
bütövlükdə  xəstəlik,  həm  də  yerli  patoloji  dəyişikliklərə  qarşı  aparılmalıdır. 
Yanıqla  olan  xəstələrin  müasir  müalicə  tədbirləri  içərisində  önəmli  yer  tutan 
bioaktiv yara örtükləri və müxtəlif növ lazer şüalarının tətbiqinin müddəti onların 
effektli təsiri ilə təyin olunur. 
Proteolitik  aktivlikli  sellüloz-lifli  örtük  və  impulslu  infraqırmızı  lazer  şüası 
həm  ayrılıqda,  həm  də  müxtəlif  variantda  müştərəkliyi  dərin  termiki 
zədələnmələrin  müalicəsində  effektiv  üsuldur.  Ferment  tərkibli  material 
nekrektomiyadan  sonra  tətbiq  edilir,  belə  ki,  termiki  strup  proteazaların  təsirinə 
dayanıqlıdır.  Bununla  belə  səthi  yaş  nekrozlar  olduqda  müalicəni  hospitalizasiya 
günündə  başlamaq  olar.  Fermentlərlə  fiksə  olunmuş  örtük  yara  səthinə 
yerləşdirilərkən  material  ilə  nekroz  toxumasının  təması  və  yaxşı  uyğunlaşması 
lazımdır.  Sarğı  2-3  gündən  bir  aparılır,  qoyulması  və  götürülməsi  ağrı  reaksiyası 
yaratmır. 
Lokal lazeroterapiyanı yanıq yaralarına həm nekrektomiyadan əvvəl, həm də 
sonra  aparmaq  olar,  yəni  infraqırmızı  lazer  şüalanmasını  dərin  yanığın  gedişinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə