Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

109 
 
müxtəlif  mərhələlərində  müalicə  kompleksinə  qatmaq  olar.  Yaraların 
şüalandırılması hər gün, ya nekrektomiyaya qədər yanıqların müalicəsində ümumi 
qəbul olunmuş yerli dərman preparatları ilə birlikdə, ya da nekrektomiyadan sonra 
aktiv fermentativ nekrolizlə müştərək aparılır (aktiv proteolitik örtüklə). Seansların 
sayı 3-dən 7-yə qədər məsləhət görülür. 
Lokal  enzimo-  və  lazer-enzimoterapiya  yaraların  təmizlənmə  müddətinin 
azalmasına  və  yanıq  yarasının  autodermoplastikasına  hazırlıqda  dəri  plastikasının 
yaxın nəticəsinin yaxşılaşmasına, həm də xəstələrin stasionarda qalma müddətinin 
qısalmasına  səbəb olur.  
  Əməliyyat  sahəsindəki  toxumalarda  hematoma,  uzunmüddətli  və  geniş 
sahəli  ödem  və  yanıq  yarasındakı  infeksiyalaşma  xəstələrin  əmək  qabilliyinin 
əsaslı  şəkildə  və  uzun  müddətli  itirilməsi,  müalicənin  qiymətinin  artmasına  təsir 
edən  ağırlaşmalardan  biridir  və  cərrahiyyənin  bütün  sahələrinin  son  nəticələrində 
özünü əks etdirir. 
  Plastik  və  estetik  cərrahiyyədə  önəmli  olanı  təkcə  göstərişlərin  özündən 
yaranan ağırlaşmaların qarşısını almaq deyildir. Belə ki, bu xəstənin öz qüsurunu 
hiss etməsi ilə təyin edilsə də, vacib olanı pasientin uzun müddət cəmiyyətlə bağlı 
həyatının fasiləsini qısaltmaq, həm də müalicənin qiymətinin mümkün qədər aşağı 
səviyyəyə  endirməkdir.  Buna  görə  də,  belə  hallarda  cərrahi  əməliyyatın 
fiziolojilliyinə  və  xəstəyə  əməliyyatdan  sonrakı  dövrdə  diqqətli  qulluq, 
antibiotikoterapiya,  həmçinin  onun  yerli  tətbiqi,  yerli  -  damardaraldıcılar, 
hemostatik  dərman  preparatları,  sərinləşdirici  kompress  və  ödem  əleyhinə 
vasitələrin  qoşulması  prinsiplərinə  xüsusi  diqqət  yetirilir.  Xəstəyə  hətta  belə 
kompleks yardım həmişə əməliyyatdan sonrakı dövrün optimal gedişini, mümkün 
ağırlaşmaların qarşısını ala bilmir. 
Plastik  və  estetik  cərrahiyyə,  xüsusən  termiki  yanıqlar  olduqda  təkcə  son 
nəticənin  yüksək  səviyyədə  olması  qayğısına  qalmır,  o  həm  də  baş  verə  biləcək 
ağırlaşmalar, hər şeydən əvvəl ödem, hematoma və iltihabın profilaktikasını təmin 
etməkdən  ötrü  proteolitik  enzimlərin  orqanizmə  ümumi  təsirini  öyrənir  və 
proteolitik fermentlərin müalicə təsirini tətbiq edir. 


110 
 
1994-cü  ildə  Duskova  kombinə  olunmuş  enzim  preparatı  Vobenzimdən 
plastik  və  rekonstruktiv  əməliyyatdan  əvvəl  istifadə  edərək  bütün  gözlənilən 
ağırlaşmaların  baş  vermə  tezliyinin  əhəmiyyətli  dərəcədə  azalmasını  nümayiş 
etdirdi.  Daha  əhəmiyyətlisi,  enzimoterapiya  əməliyyatdan  sonrakı  dövrdə 
müalicəni  sadələşdirir,  qiymətini  aşağı  salaraq  ödem  və  hemostatik  terapiyaya 
ehtiyacı  azaldır, həmçinin sarğı materialına və kompreslərə sərfiyyatı 80% azaldır. 
Bütün  bunlara  yanaşı  enzimoterapiya  əhəmiyyətli  dərəcədə  analgetik  effekt 
nümayiş etdirir. Vobenzim, Floqenzim daxilə sxem üzrə qəbul edilməklə həm də 
dəstəkləyici terapiya rolunu oynayır. 
Dəri plastikasının həyata keçirilməsinin müddətinin təyini, üsulun seçilməsi
göstəriĢlər: 
-
 
Xəstənin ümumi vəziyyəti
-
 
Zərərçəkmişin yaşı; 
-
 
Zədənin yayılma sahəsi; 
-
 
Dərin yanıqların lokalizasiyası; 
-
 
Köçürüləcər dərinin vəziyyəti. 
  Məhdud  dərin  yanıqlarda  daha  düzgün  sayılan  üsul  əgər  yaranın  ölçüləri, 
ətraf toxumanın və xəstənin vəziyyəti imkan verirsə, travmadan sonrakı ilk 2 gün 
ərzində  nekroza  uğramış  toxumaların  tam  kəsilib  götürülməsi  ilə  eyni  vaxtda 
yaraya  tikişlərin  qoyulmasıdır.  Əgər  yaranın  kənarlarını  yaxınlaşdırmaq  mümkün 
olmursa,  o  zaman  birincili  sərbəst  və  ya  kombinə  olunmuş  (sərbəst  və  yerli  dəri 
plastikasının  birləşdirilməsi)  dəri  plastikası  həyata  keçirilir.  Erkən  kəsilib 
götürülmə  təkcə  quru  qərtmək  olduqda  mümkündür.  O,  əsasən  oynaq,  əl  və 
barmaqlarda lokalizə olunmuş məhdud dərin yanıqlarda vacibdir. Funksional aktiv 
sahələrdə  osteonekrozla  müşayiət  olunan  yanıqlarda  sümükdə  olan  həyat 
qabiliyyətini  itirmiş  sahələrin  spontan  sekvestral  qopmasını  gözləmədən  erkən 
kəsilib götürülməsi və eyni zamanda defektin qapanması, əgər kənar sahələr imkan 
verərsə, kombinə olunmuş dəri plastikası yolu ilə aparılması məqsədə uyğundur. 
 
 


111 
 
SĠTUASĠON TAPġIRIQ VƏ TESTLƏR. 
I.
 
ABDOMINAL ƏMƏLIYYATLARDAN SONRAKI AĞIRLAġMALAR
 
1.
 
Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaĢmaların    inkiĢafına  səbəb  olan  əsas 
amillərə aid deyil? 
A.
 
qonşu üzvlərin müştərək patologiyaları  
B.
 
əsas xəstəlik səbəbindən inkişaf edən pozğunluqlar 
C.
 
xəstəyə adekvat qulluğun olmaması  
D.
 
həyat üçün vacib sistemlərin fəaliyyətinin pozulması 
E.
 
əməliyyat icrasının qüsurlu olması və ya yarıtmaz üsullardan istifadə edilməsi.  
 
2.
 
Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaĢmalarının  kompleks  səbəblərinə  aid 
deyil? 
A.
 
Homeostazın pozulması 
B.
 
Dietik siyasətin düzgün aparılmaması  
C.
 
Infeksiya 
D.
 
Patoloji vəziyyətin xüsuyyəti 
E.
 
Taktiki səhvlər  
 
3.
 
Diafraqmaaltı  abseslərin simptomlarına aid deyil : 
A.
 
Daimi qusma 
B.
 
Qrekov simptomu 
C.
 
Kryukov simptomu 
D.
 
Şotkin-Blümberq simptomu  
E.
 
Yayre simptomu 
 
4.
 
Əməliyyat zamanı texniki səhvlərə aid olanları göstərin:  
1.
 
Narkozun aparılmasında yaranan qüsurlar 
2.
 
Əməliyyatın uzunmüddətli olması 
3.
 
Etibarlı olmayan hemostaz 
4.
 
Əməliyyatın travmatik aparılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə