Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

54 
 
Əməliyyat  zamanı  dövr  edən  qanın  dəqiqəlik  həcmi  2,4  l-dən  və  diurez  0,5 
ml/kq/saat-dan  az  olmadıqda  bu  böyrəyin  fəaliyyət  göstəricilərinin  proqnostik 
xoşagələn olmasına dəlalət edir. 
Əməliyyatdan  sonrakı  dövrdə  diurezin  0,5ml/kq/saat-dan  aşağı  düşməsi 
kəskin böyrək çatmazlığının oliquriya mərhələsinin inkişafına xəbərdarlıqdır. Dövr 
edən qanın həcminin bərpası, mannitol (0,5-1,0 q/kq) və laziks (1-5 mq/kq) diurezi 
1,0 ml/kq/saata qədər və bir qədər yüksək səviyyəyə qaldıra bilərlər, bu da böyrək 
fəaliyyətinin  yaxşılaşmasının  göstəricisidir.  Oliquriya  üç  saatdan  artıq  qalmaqda 
davam  edərsə,  bu  halda  kəskin  tubulyar  nekroz  sindromunun  inkişafından 
danışmaq olar.  
Kəskin  böyrək  çatmazlığının  oliqouriya  mərhələsinin  müalicəsi  su-elektrolit 
balansının  adekvat  saxlanılması  üçün  və  sonradan  böyrək  parenximasının 
fəaliyyətinin  pisləşməsinə  qarşı  yönəldilməlidir.  Normal  ürək  vurğusunu  təmin 
edən  dərman  preparatları  ilə  müalicə  eyni  zamanda  böyrək  qan  dövranını 
yaxşılaşdırır,  ancaq  kəskin  tubulyar  nekroz  inkişaf  etdiyi  halda  belə  yaxşılaşma 
böyrək  fəaliyyətinin  tez  bir  vaxtda  bərpasına  gətirib  çıxarmır.  Nefrotoksik 
preparatların qəbulunu kənarlaşdırmaq lazımdır. 
Qanın elektrolitlərinin gündəlik nəzarəti aparılır. Plazmada kaliumun miqdarı 
4,5 m ekv/l-dən yuxarı qalxdıqda bu göstəriciyə nəzarət hər 4 saatdan bir, onun 5,5 
mekv/l-ə çatmasında isə hər saatdan bir aparılır. 
Təcili tədbirlər: 
-
 
hiperkaliemiya təhlükəli səviyyə - çox 6,0mekv/l-dən olduqda 
-
 
EKQ-də xarakter T-dalğasının əmələ gəlməsi. 
-
 
EKQ-də QRS kompleksinin genişlənməsi 
 
Tələb olunur; vena daxili 
-
 
Kalsium qlükonat – 0,5 q 
-
 
Natrium bikarbonat – 44,5 mekv 
-
 
Qlükoza – 50% - 50 ml + insulin 10 v 
Kəskin  böyrək  çatmazlığının  müalicəsi  bir  sıra  hallarda  peritoneal  və 
hemodializdən  istifadə  etmədikdə  müvəffəqiyyət  gətirmir,  belə  ki,  dərman 


55 
 
preparatları  ilə  müalicə  artan  uremiya,  hiperkaliemiya  və  asıdoza  nəzarət  etmək 
imkanında  olmur.  Toxumalar  arasında  mayenin  toplanması  ağciyər  arteriyasında 
təzyiqin  yüksəlməsinə  gətirib  çıxarır,  ürək  çatmazlığının  inkişafı  isə  süni  sürətdə 
törədilmiş  olur.  Oliqouriya  mərhələsi  kreatinin  səviyyəsi  5  mql-dən  yüksək 
olduqda,  hətta  hemodializ  tətbiq  edildikdə  belə  xoşagəlməz  nəticəyə  məhkumdur. 
Belə halda xəstələr sepsisdən ölürlər.  
Mədə-bağırsaq traktı tərəfindən ağırlaĢmalar. 
Mədə-bağırsaq  traktı  tərəfindən  ağırlaşmalar  nadir  hallarda  inkişaf  edir. 
Onlara  eroziv  qastrit  və  ya  mədə  və  onikibarmaq  bağırsağın  peptiki  xorası 
nəticəsində  qanaxma,  müsariqə  damarlarının  trombemboliyası,  kəskin  pankreatit 
aid olur. 
Süni  qan  dövranı  zamanı  nəbz  vurğusu  olmadığı  halda  qanaxma, 
əməliyyatdan  sonrakı  zəif  ürək  vurğusu  sindromu,  düz  və  qeyri  düz 
antikoaqulyantlardan  istifadə  ağırlaşmanın  inkişafına  təkanverici  faktorlarıdır. 
Anamnezin  hərtərəfli  toplanması  və  mədə-bağırsaq  traktı  patologiyalarının 
əməliyyatdan öncə müalicəsi bu riski nəzərə çarpacaq dərəcədə azaldır. 
Açıq  ürəkdə  əməliyyatdan  sonra  qaraciyər  parenximasının  pozulması 
(zədələnməsi)  əksər  hallarda  əməliyyat  vaxtı  və  əməliyyatdan  sonrakı  ürək 
çatmazlığı  ilə,  həmçinin  küllü  miqdarda  qan  transfuziyası,  hemoliz, 
mikroemboliya,    infeksion  ağırlaşmalarla  bağlıdır.  Diaqnoz  bilirubinin  və  qara 
ciyər  enzimlərinin  səviyyəsinin  təyin  edilməsinin  köməkliyi  ilə  formalaşır. 
Qaraciyər  çatmazlığı  tez-tez  qanaxmaya  gətirib  çıxaran  hemokoaqulyasiyanın 
pozğunluqları ilə özünü göstərir.  
Qara ciyər çatmazlığının müalicəsi: 
-
 
Adekvat ürək vurğusunu saxlamaq;  
-
 
Dezintoksikasiya  
-
 
Bəzən hemosorbsiya 
 
 
 


56 
 
Infeksion ağırlaĢma  
Aseptika  və  antiseptikanın  müasir  üsullarından  istifadəyə  baxmayaraq  bu 
günə  qədər  əməliyyatdan  sonrakı  dövrün  dəhşətli  ağırlaşmalarından  biri  də 
mediastinit  sayılır.  Müxtəlif  müəlliflərin  məlumatlarına  görə  bu  əməliyyat 
olunmuşlarda  1,5-5,8%-də  cıvarında  rast  gəlinir.  Mediastinitin  müalicəsi 
bütünlüklə işlənməmişdir, qeyd olunan ağırlaşmada isə letallıq 3,5%-dən 58,3%-ə 
qədər olur. 
Yara inkişafının risk faktorları: 
-
 
diabet 
-
 
iki arteriyadan istifadə 
-
 
əməliyyatın uzun müddət olması 
-
 
süni qan dövranı 
-
 
xroniki ağ ciyər çatmazlığı 
-
 
aşağı ürək vurğusu sindromu 
Revmatik  mənşəli  ürək  qüsurları  olan  xəstələrdə  mediastinitin  tezliyi 
anadangəlmə  ürək  qüsuru  və  ürəyin  işemik  xəstəliyi  olan  xəstələrə  nisbətən 
yüksəkdir,  bu  isə,  aydındır  ki,  orqanizmdə  xroniki  infeksiyanın  olması  və 
immunitetin aşağı düşməsi ilə bağlıdır. 
Mediastinitin inkiĢafını əks etdirən etibarlı əlamətləri: 
-
 
yara sahəsində ağrı 
-
 
döş sümüyü arxasında ağrı 
-
 
analgetiklərlə ağrıların aradan qalxmaması (91,5% halda) 
-
 
5-7 gündən artıq davam edən üzüçü titrətmə (qızdırma) (85,1%) 
-
 
qanın iltihabi dəyişiklikləri – ilk əlamət, tam etibarlı deyil. 
Qeyd  etmək  vacibdir  ki,  son  illər  adı  çəkilən  əlamətlərdən  yalnız  biri  və  ya 
ikisi  ilə  üzə  çıxan  medastinitin  sayı  üzə  tam  çıxmayan  klinik  formasına  nisbətən 
artmışdır.  Bununla  bağlı  olaraq  cərrahlar  infeksiyanın    inkişafına  münasibətdə 
ehtiyatlı  olmalıdırlar.  Şübhəli  hallarda  yaranın  zondlanması  göstərişdir.  Ikinci 
sutkanın  sonunda  xaric  olunan  yara  eksudatının  miqdarı  xeyli  miqdarda  azalır. 
Divararalığı  ilə  plevra  boşluğu  arasında  olan  drenaj  boru  vasitəsi  ilə  əlaqə 
mediastinitin inkişafının xeyli azalmasına (6,2%-dən 3,7%-ə) səbəb olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə