75
xolangioqrafiya ilə yoxlamaq olar. Bir neçə gündən sonra öd artıq T-şəkilli
drenajla axmağa başlayır, ətrafındakı fistula isə öz-özünə tədricən qapanır.
Birincili
tikişlər qoyulmuş axacaqdan ödün axması zamanı qara ciyər altındakı qoruyucu
drenaja çox da güclü olmayan vakum-sorucu qoşulur və fistula bağlanana qədər
saxlanılır.
Bilio-deqestiv anastomoz tikişlərinin tutmazlığı olduqda ağır vəziyyət
yaranır. Bir qayda olaraq əməliyyatdan sonra bir neçə günlər keçir. Anastomoz
ətrafında heç olmasa hissəvi bitişmələr yaranır, ardınca, ümüd var ki, ətrafından
ödün daim, altında xaric etmək mümkündür. Iri daşlar və ya mədəaltı vəzin
səbəbindən uzun müddətli stenozlu xəstələri təkrari əməliyyat etmək lazımdır.
Yolun tutulmasının klinik mənzərəsi xəstə üçün daha sərfəli təftişin aparılması
məqsədi ilə təcili və ya təxirəsalınan əməliyyatın seçilməsini təyin edir. Bəzi
hallarda drenajla bol ifrazatın olması duodeno-reflyuks ilə izah olunur. Onu təkcə
ifrazatın miqdarının 0,5 l-dən artıq olması ilə deyil, həmçinin açıq, rəngsiz olması,
bir qayda olaraq amilazanın əhəmiyyətli yüksəlməsi ilə təyin edirlər. Onikibarmaq
bağırsağdan reflyuksun səbəbi əksərən T-şəkilli drenajdan sorulmanı hədsiz
artırmaq, xüsusən papillosfinkterotomiya və ya transpapilyar drenajın onikibarmaq
bağırsağa yeridilməsi zamanı Oddi sfinkterinin çatmazlığı ilə bağlıdır. Mayenin,
öd və onikibarmaq bağırsaq möhtəviyyatının çoxlu itgisi şokun simptomlarında
tezliklə əks olunur. Təkcə itirilən həcmi bərpa etmək deyil, həm də drenajın sorucu
fəaliyyətini axacaqda müsbət təzyiq olana qədər (onikibarmaq sm su.süt.) azaltmaq
lazımdır.
Əməliyyatdan sonrakı kəskin pankreatit.
Öd yolları, xüsusən məməcik və öd axarının terminal hissəsində aparılan
əməliyyatlardan həmən sonra yarana biləcək təhlükə, həyəcan yaradan
ağırlaşmalardan ən öndəki kəskin pankreatitdir. Onun klinik mənzərəsi tipik
əlamətlərsiz olur, ağrılar həmişə ön plana çıxmır. Əməliyyatdan sonrakı dövrdə
onun digər şəkildə ortaya çıxması gizli və ya cərrahi əməliyyatla əlaqələndirilir,
yüngül forması isə ümumiyyətlə qeydə alınmır.