Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
 
 
83 
Xəstəliyin ilk sutkalarında qiymətləndirilən, fibrinin əmələ gəlməsini və  lizisini əks 
etdirən  D-dimer  səviyyəsi  xəstələrin  vəziyyətinin  ağırlıq  dərəcəsi  ilə  korrelyasiya 
edir.    Plazmada  D-dimerin  miqdarının  artmasına  görə  müəyyən  edilmiş  hemostaz 
sisteminin  şiddətli  aktivasiyası  mənfi  proqnostik  əlamətdir.  Daha  sonra  hemostaz 
sistemin zədələnməsi   güclənir, orqanizmin antitrombin aktivliyinin əsas komponenti 
olan    AT-III  səviyyəsinin  azalması  baş  verir.  Bütün  bunlar  kompensator  imkanların 
uğursuzluğu nəticəsində hemokoaqulyasiya sistemində ciddi disbalansı əks etdirir. Bu 
fonda  POÇ-nın  proqressivləşməsi  və  xəstələrin  vəziyyətinin  pisləşməsi  baş  verir. 
Kəskin  dövrün  dinamikasında  POÇ  səviyyəsi  FPA  və  D-dimer  səviyyəsinə  görə 
qiymətləndirilən hemostaz sistemi aktivasiyası ilə korrelyasiya edir. Beləliklə, POÇ –
nın inkişafı metabolik proseslərin pozğunluqlarının mürəkkəb kompleksi ilə müşayiət 
olunur,  hansıları  ki  təkcə  infuzion  və  antibakterial  terapiya  aparılması  ilə  aradan 
qaldırmaq  olmur.  Alınmış  nəticələrin  analizi  əsasında  tərəfimizdən  müəyyən 
olunmuşdur  ki,  POÇ  meydana  çıxması  və  inkişafı  həmçinin  hemostaz  sistemi 
aktivasiyası  ilə  də  əlaqəlidir.  Qeyd  etmək  mühümdür  ki,  bu  məlumatlar  aparılmış 
antikoaqulyant terapiya fonunda əldə olunmuşdur. Bizim nəticələr Kəskin destruktiv 
pankreatitlər zamanı  xəstələrdə hemostaz sistemi dəyişiklikləri mexanizmlərinin və 
aşkar  olunmuş  pozğunluqların  korreksiya  üsullarının  optimizasiyasının  sonrakı 
öyrənilməsinin vacibliyini diktə edir. 
 
 
 
 
 
 


 
 
 
84 
IV FƏSİL.Kəskin pankreatitlər zamanı oksidləşdirici stressin hemostaz sistemi 
göstəricilərinə təsiri 
Əvvəlki    başlıqda  kəskin  destruktiv  pankreatitlər  zamanı    POÇ-ı  olan  cərrahi 
xəstələrdə  hemostaz  sistemi  pozğunluqları  ətraflı  müzakirə  olunmuşdur.  Kəskin 
destruktiv  pankreatitlər  zamanı  hemokoaqulyasiyanın  aktivasiyası  və  YDLS-nun 
meydana  çıxması  tam  bir  kompleks  səbəblərin  nəticəsidir:  cərrahi  müdaxilələr 
zamanı  qan  dövranına  toxuma  faktorunun  düşməsi,  asidoz  və  hipoksiya  şərtləri 
daxilində  endotel  qatının  tamlığının  pozulması,  trombositar  bəndin  aktivləşməsi, 
antikoaqulyant sistemin tükənməsi. 
Müasir  təsəvvürlərə  görə  kəskin  destruktiv  pankreatitlər  zamanı  DDLS-nun 
inkişafında mühüm yer SİRS-na verilir, hansı üçün müxtəlif sitokinlərin, həmçinin də 
OAF sintezinin artması xarakterikdir. 
Kəskin  destruktiv  pankreatitlər  zamanı  YDLS-nun  müalicəsi  məsələlərinə 
nəzər  salarkən  başlıca  rolu  əsas  etioloji  faktorun  kənar  edilməsinə  verilir,  hansı 
hemostaz  sisteminin  daimi  aktivasiyasına  dəstək  olur.  Yayılmış  irinli  peritonitli  və 
destruktiv  pankreatitli  xəstələrdə  irinli  ocağın  sanasiyası  və  antibakterial  terapiya 
mühüm  mərhələ  hesab  olunur.  Hemostaz  sisteminin  pozğunluqlarının  kompleks 
terapiyası  üçün    hal-hazırda  infuzion  terapiyadan,  antikoaqulyantlardan  (ən  çox 
heparin)  və  antiaqreqantlardan  istifadə  olunur.  Lakin  hemokoaqulyasiya 
pozğunluqlarının müalicə nəticələri arzu olunandan çox uzaqdır. Bu, ağır vəziyyətdə  
olan  xəstələrdə  DDLS-nun  inkişafı  zamanı  hemostaz  sistemi  aktivasiyasının  əlavə 
mexanizmlərinin olmasına şahidlik edir. 
Son  zamanlar  kəskin  destruktiv  pankreatitlər  zamanı    OS-nin  əsas  zədələyici 
faktorlardan  biri  olması  haqda  inandırıcı  sübutlar  meydan  çıxmışdır.  OS  prosesi 
zamanı  lipidlərin  peroksidləşməsi  və  zülalların  oksidləşdirici  modifikasiyası  baş 
verir.  Bu,  hüceyrələrin    normal  funksiya  göstərməsinin  pozulmasına  gətirib  çıxarır, 
belə ki, zülallar, həmçinin böyük miqdarda yarımdoymamış yağ turşularından ibarət 
olan fosfolipidlər  hüceyrə membranının mühüm struktur komponentləridir. 


 
 
 
85 
Hemokoaqulyasion  kaskadın  mühüm  xüsusiyyəti  budur  ki,  qanın  laxtalanma 
faktorlarının  aktivasiyası  və  qarşılıqlı  əlaqəsi  prosesin  bütün  mərhələlarində 
fosfolipid  membranlarında  gedir.  Hemostaz  proseslərinin  inisiasiyası  üçün 
fosfolipidlərin  hüceyrələrdən  çıxması  vacibdir,  hansı  ki,  hüceyrə  membranlarının 
zədələnməsi  və  ya  trombositlərin  aktivasiyası  zamanı  mümkündür.Protrombinaz 
kompleksin  əmələ  gəlməsi  buna  bariz  nümunədir  ki,  hansının  ərzində  fosfolipidlər 
substrat  rolunu  oynayır  və  üzərinə  Ca

iştirakı  ilə  Xa,  Va  faktorları  və  protrombin 
toplanır. 
OS  şərtləri  daxilində  zülalların  və  lipidlərin  kimyəvi  modifikasiyası  onların 
strukturunun  və  funksiyasının  pozulmasına  gətirib  çıxarır.Qanın  laxtalanma  və 
laxtalanma  əleyhi  sistemlərinin  əsas  faktorlarının  zülal  mənşəli  olduğunu  nəzərə 
alaraq  ağır  vəziyyətdə  olan  xəstələrdə  hemostaz  pozğunluqlarının  genezində  OS 
rolunun  öyrənilməsi  tərəfimizdən  daha  məqsədəuyğun  sayılırdı.Bu  məsələnin  həlli 
üçün biz OS-nin qanın laxtalanma və əkslaxtalanma sistemlərinin əsas göstəricilərinə 
“in vitro” təsirini öyrəndik.  
Cədvəl  4,1-dən  göründüyü  kimi  I  və  II  qrup  bir-biri  ilə  müqayisə  etdikdə, 
trombositlərin  aqreqasion  aktivliyinin  artması  77,8±8,1%  (p<0,05  birinci  qrupla 
müqayisədə) diqqəti üzərinə çəkirdi. Eyni vaxtda ikinci qrupda MDA-nın 11,6% və 
ZKQ-12,9%  artması  və  ZSQ  14,4%  azalması  qeyd  olunmuşdu  (p<0,05  bütün 
göstəricilər üçün başlanğıc qiymətlərlə nisbətdə). 
MDA  və  ZKQ  səviyyələrinin  artması  və  həmçinin  ZSQ  azalması  OS 
modelləşdirilməsi  zamanı  OAF  hasilatı  ilə  bağlıdır.  OAF  təsiri  altında  plazma 
komponentlərində  və  qan  hüceyrələrində  lipidlərin  peroksidləşməsi  və  zülalların 
oksidləşdirici modifikasiyası müşahidə olunur, hansı ki qeyd olunmuşdur.  
Trombositlərin 
aqreqasion 
aktivliyinin 
yüksəlməsi 
aşkar 
olunan 
kənaraçıxmaların mühüm komponentidir. Bu fenomenin mexanizmi mürəkkəbdir və 
axıra qədər öyrənilməmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə