Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 
 
 
99 
St. localis. Epiqastral nahiyədə orta xətt üzərində 5,0X4,0X4,0 sm ölçülərdə şiş-
kinlik görünür. Şişkinlik üzərində dərinin rəngi adidir. Palpasiya zamanı şişkinlik qa-
rın boşluğuna düzəlir.  
Klinik diaqnoz: Ağ xəttin yırtığı.  
Əməliyyatönü  hazırlıq  ambulator  şəraitdə  aparıldığından  standar  laborator  və 
instrumental müayinələrdən sonra növbəti gün – 09.01.2010-cu il tarixdə ACSV şə-
raitində  ümumi  anesteziya  altında  standart  troakar  girişlərindən  (yalnız  12  mm-lik 
troakar göbəkdən 2 sm aşağıda yerləşdirilməklə) cərrahi əməliyyat – videoendosko-
pik  TEP  icra  olunmuşdur.  Yırtıq  kisəsi  hidroseparasiya  edilməklə  ayrılmış,  möhtə-
viyyat və burulmuş  yırtıq kisəsi qarın boşluğuna salınmış, üırtıq qapısı sellüloza ilə 
örtülmüş polipropilen torla perimetr boyunca fasiləli tikilməklə qapadılmışdır. Diq-
qətli  yerli  hemostazdan  sonra  troakarlar  xaric  edilmiş,  troakar  nahiyələrinə  dəriiçi 
estetik tikişlər qoyulmuşdur.  
Növbəti gün səhər saatlarında xəstə aktivləşdirilmiş, onun ayağa qalxmasına və 
maye  qəbuluna  icazə  verilmişdir.  Əməliyyatdan  sonrakı  dövr  sakit  keçmiş,  2  gün 
sonra 11.01.2010-cu il tarixdə xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Müalicə pro-
sesi ambulator şəraitində davam etdirilmiş, 1 həftədən sonra xəstə əmək fəaliyyətinə 
başlamışdır. 2 ay və 1 ildən sonra xəstəyə baxılmışdır. Şikayətləri yoxdur.  
Hər 2 plastika üsulunda protezin sancaqlarla fiksasiyası xeyli populyardır. Lakin 
sancaqlarla  fiksasiya  zamanı  damarların  və  sinirlərin  zədələnmələri  baş  verir.  L. 
Campos, E. Sipes öncədən protezin kənarlarında deşik açmaqla sancaqların fiksasi-
yası nöqtələrini müəyyənləşdirirlər. D. Rosenthal və M.E. Franklin fiksasiya məqsədi 
ilə adi tikişi daha məqsədə müvafiq hesab edirlər. A. Havasli göbələkşəkilli sintetik 
protezə  üstünlük  verir.  Protezin  göbələk hissəsi  yırtıq qapısını  doldurur və  implan-
tatın fiksasiyasına zərurət yaranmır. Trabucco (2002) sərt və qalın sintetik protez is-
tifadə etdiyindən ümumiyyətlə protezi fiksə etmir. 
TEP zamanı biz sellüloza tərkibli tora üstünlük vermişik. Torun sellüloza ilə ör-
tülməsi toxumalar tərəfdən qıcıqlanmanı, müvafiq surətdə yerli eksudasiyanı aradan 
qaldırır, və təbii olaraq seromaların inkişafı demək olar ki, baş vermir. Protezin qapı 


 
 
 
100 
ətrafına  əllə  tikilməsi  tərəfimizdən  daha  məqsədəuyğun  hesab  edilmişdir.  Bu  bir 
tərəfdən  əməliyyat  xərclərini  azaldır,  digər  tərəfdən  isə  keyfiyyətli  vizualizasiya 
şəraitində mühüm anatomik strukturların zədələnməsi təhlükəsi aradan qalxır. 
Sellüloza tərkibli torla endoprotezləşdirmədən sonra 1 xəstədə laparoskop üçün 
istifadə edilmiş troakar yarası irinləmişdir (5,9%) (cədvəl 5.2).  
Digər müəlliflərə görə də TEP-dən sonra irinli ağırlaşmalar 1-5,9% hallarda rast 
gəlir
.
 
 Cədvəl 5.2 
Yırtıqların endoskopik total ekstraperitoneal  
alloplastik plastikasından sonra baş vermiş yerli ağırlaşmalar  
 
 
Ağırlaşmalar 
Eksperitoneal 
hernioplastika (n=17) 
Müt. 

Əməliyyat yarasının 
infiltrasiyası 
 

 
11,8 
Əməliyyat yarasının 
irinləməsi 
 

 
5,9 
Seroma 

5,9 
İşemik orxit 

5,9 
Cəmi 

29,4 
 
0,5-3 illik müşahidə müddətlərində residiv hadisəsi olmamışdır. 
 
III  qrupun  xəstələrində  yara  nahiyəsində  ağrılar,  diskomfort  hissi  3,2±0,6  gün 
davam etmişdir.  
Bu qrupda ümumi ağırlaşmalar 2 xəstədə (kəskin böyrək çatmazlığı – 1, mədə və 
OBB-ın xora xəstəliyinin kəskinləşməsi – 1) rast gəlmişdir. Kəskin böyrək çatmazlığı 
inkişaf etmiş xəstə nefroloqun tərəfindən müalicə olunmuş, xəstəliyin kompensasiya-
sı  əldə  edilmişdir.  Digər  xəstədə  endoskopik  müayinələrdən  sonra  xoraəleyhinə  və 
antihelikopter müalicə hesabına xəstəliyin remissiyasına nail olunmuşdur. 
Stasionarda orta müalicə müddəti 3,0±0,7 gün (1-8 gün) təşkil etmişdir (p<0,05). 
Bu qrupun xəstələrində tibbi və sosial reabilitasiya müddəti açıq atenzion plasti-
ka  əməliyyatı  keçirmiş  xəstələrlə  müqayisədə  2,5  dəfə  qısa  olmuş,  xəstələr  2,7±0,4 
həftədən sonra (1-4 həftə) əmək fəaliyyətinə başlamışdır.  


 
 
 
101 
H.  Hoffman  və  Traverso  204 endoskopik  TEP  əməliyyatından  sonra 1  xəstədə 
42 ay müddətində residiv meydana çıxmasını müşahidə etmişdir. Riyazi proqnozlaş-
dırma üsullarına istinad etməklə bu müəllif 25 il ərzində residivlərin tezliyinin 1%-
dən çox olmayacağı ehtimalını irəli sürmüşdür.  
Qarının ön divarının yırtıqlarına görə cərrahi əməliyyatdan sonrakı dövrün gedişi  
açıq  üsul  ilə  atenzion  plastika  əməliyyatından  sonrakı  dövrün  aparılması  digər  gər-
ginlikli açıq əməliyyatlardan sonrakı gedişdən fərqlənməmişdir. Əməliyyat günü, bə-
zi hadisələrdə daha 1-2 gün narkotik, növbəti günlər qeyri-narkotik ağrıkəsicilər isti-
fadə  edilmişdir.  Əməliyyatdan  1  gün,  kök  və  yaşlı  xəstələr  isə  2-3  gün  sonra  ayağa 
qaldırılmışdır. İlk gün qidalanma təyin edilməmiş, yalnız az porsiyalarla maye qəbu-
luna icazə verilmişdir. Xəstələrin stasionar müalicəsi 3 gündən 14 günə qədər davam 
etmişdir. Orta çarpayı günü 7,6±1,3 gün təşkil etmişdir. 
TAP  üsulu  ilə  atenzion  plastika  əməliyyatından  sonrakı  dövrün  aparılması  açıq 
əməliyyatlardan sonrakı gedişdən yaxşı mənada xeyli fərqlənmişdir.  Əməliyyat günü 
1-2 dəfə qeyri-narkotik ağrıkəsici təyin edilmişdir. Gənc və cavan yaşlı xəstələr əmə-
liyyat günü ayağa qaldırılmış, onlardan 11-i həmin gün evə buraxılmışdır. Bu xəstələ-
rin  müalicəsi  poliklinika  cərrahının  və  ya  müalicə  həkiminin  nəzarəti  altında  ambu-
lator  şəraitdə  davam  etdirilmişdir.  Kök,  yaşlı  xəstələrə,  yanaşı  somatik  xəstəlikləri 
olan xəstələrə ilk 1-2 gün qeyri-narkotik ağrıkəsicilər təyin edilmiş, qidalanma tövsi-
yə olunmamış, yalnız maye qəbuluna icazə verilmişdir. Həmin xəstələr 1 və ya 2 gün 
sonra  ayağa  qaldırılmış,  1-5  gün  müddətlərində  evə  yazılmışdır.  Xəstələrin  ümumi 
stasionar müalicəsi 0 gündən 5 günə qədər davam etmişdir. Orta çarpayı gün 3,6±1,3 
gün təşkil etmişdir. 
TEP üsulu ilə icra olunan əməliyyatdan sonrakı dövrün aparılması TAP üsulu ilə 
əməliyyatlardan sonrakı gedişdən demək olar ki, fərqlənməmişdir. Əməliyyat günü 1-
2 dəfə qeyri-narkotik ağrıkəsici təyin edilmişdir. Gənc və cavan yaşlı xəstələr əməliy-
yat günü ayağa qaldırılmış, onlardan 13-ü həmin gün evə buraxılmışdır. Bu xəstələrin 
müalicəsi  poliklinika  cərrahının  və  ya  müalicə  həkiminin  nəzarəti  altında  ambulator 
şəraitdə  davam  etdirilmişdir.  Kök,  yaşlı  xəstələrə,  yanaşı  somatik  xəstəlikləri  olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə