94
ləşdirməyə səbəb olmuşdur. Bu məsafənin kiçik (1-3 sm) olması erkən müddətlərdə
protezin qopması və yırtığın residivi ilə nəticələnir.
İkitərəfli qasıq yırtıqları, çoxkamerali və çoxsaylı yırtıqların TEP üsulu ilə
plastika olunması daha məqsədəuyğundur. Tədqiqat işimizdə 2 xəstə üzərində bilate-
ral TEP hernioplastika yerinə yetirilmişdir. Praktikadan nümunə təqdim edirik.
Praktikadan nümunə
Xəstə M.M., 33 yaş, 5554 saylı x/t, 14.05.2009-cu il tarixdə hər iki sağ qasıq na-
hiyəsində ağrılı şişkinlik, qəbizlik, həyat keyfiyyətinin və əmək qabiliyyətinin aşağı
düşməsi şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Özünü 10 ildir ki, xəstə hesab
edir. Xəstəliyin səbəbini heç nə ilə əlaqələndirmir.
Dəri və selikli qişalar adi rəngdədir. Periferik limfa düyünləri böyüməmişdir.
Dayaq-hərəkət sistemi dəyişikliksizdir.
Tənəffüs sərbəstdir, ritmikdir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir.
Ürək tonları aydındır, təmizdir. Nəbz ritmik, kafı dolğunluqlu, dəqiqədə 74-dür. Arte-
rial təzyiq 120/70 mm.c.st.
Dil qurudur, təmizdir. Qarın simmetrikdir, yumşaqdır, intaktdır və ağrısızdır.
Qaraciyər və dalaq böyüməmişdir. Diurez sərbəstdir. Döyəcləmə simptomu hər
iki tə-
rəfdə mənfıdir.
Defekasiya və diurez sərbəstdir. Qazlar xaric olur.
St. localis. Sağ qasıq nahiyəsində 0,5X4,0 sm ölçülərdə şişkinlik görünür. Şiş-
klinlik üzərində dərinin rəngi dəyişikliksizdir. Palpasiya zamanı şişkinlik qarın boşlu-
ğuna düzəlir.
Sol qasıq nahiyəsində 1,5X3,0 sm ölçülərdə şişkinlik görünür. Şişkinlik üzərində
dərinin rəngi dəyişikliksizdir. Palpasiya zamanı şişkinlik qarın boşluğuna düzəlir. Sol
xayalıq nahiyəsi şişkindir, palpator ağrılıdır. Ultrasonoqrafik olaraq xayalıqda duru
maye aşkar edilmişdir.
Diaqnoz: İkitərəfli sərbəst, düz qasıq yırtığı. Soltərəfli varikosele.
95
Əməliyyatönü hazırlıq ambulator şəraitdə aparıldığından rutin laborator və inst-
rumental müayinələr təkrar edilmiş və 16.05.2009-cu il tarixdə ACSV şəraitində
ümumi anesteziya altında cərrahi əməliyyat – videoendoskopik TEP yerinə yetiril-
mişdir (1 işçi
troakar sağ qalça, sonra 1 işçi troakar sol qalça, və 1 işçi troakar ağ xətt
xətt üzərində) və göbəkdən 2 sm aşağıda laparoskop üçün 12 mm-lik troakar). Prepe-
ritoneal sahəyə qaz inssufflyasiyası edilməklə və maye şırnağı vurmaqla, həmçinin
küt üsulla yırtığa doğru tunel əmələ gətirilmiş, yırtıq kisəsi əldə edilmiş, açılmadan
qarın boşluğuna düzəldilmiş, Cooper və Pupart bağları əldə edilmiş, qasıq kanalının
arxa divarına sellüloza tərkibli sintetik tor qoyulmuş, sonuncu nizamlanmış və peri-
metr boyunca bağlara və xarici çəp əzələnin aponevrozuna tikilmişdir. Eyni prinsip-
lə əks tərəfin qasıq kanalının arxa divarı plastika edilmişdir. Sonra sol qasıq nahiyə-
sindən port çıxarılmış, dəri kəsiyi azacıq genişləndirilmiş, sağ şəhadət barmağı küt
olaraq xayalığa doğru, ağlı qişaya qədər irəliləmiş, ağlı qişa mümkün qədər həmin
barmaqla sərbəstləşdirilmişdir. Barmaq cıxarılmış, əmələ gəlmiş tunel tupferlə quru-
dulmuş və tunelə port istifadə edilmədən laparoskop salınmışdır. Ağlı qişa vizuali-
zasiya olunmuş, laparoskopun yanından sıxıcı salınmış, ağlı qişa tutulmuş, yaraya
doğru dartılmış və punksiya edilmişdir. Şəffaf maye xaric olduqca ağlı qişanın yara-
ya gətirilməsi asanlaşmışdır. Qişanın sərbəst, yaraya gətirilmiş hissəsi qayçı ilə kəsil-
miş, maye tam aspirasiya olunduqdan sonra qişanın sərbəst hissəsi maksimal kəsil-
mişdir. Qalmış hissə xayalığa qayıtmışdır. Tunel tupferlə qurudulmuş, tunel boyunca
spiralşəkilli tikiş qoyulmuşdur. Troakar yaraları dəriiçi tikişlərlə tikilmişdir.
Cərrahi əməliyyat günü axşam saatlarında xəstə aktivləşdirilmiş, ayağa qaldırıl-
mış və maye qəbuluna icazə verilmişdir. 5 gün sonra (21.05.2009) xəstə kafi vəziy-
yətdə evə buraxılmışdır. Müalicə prosesi ev şəraitində müalicə həkiminin tövsiyələri
əsasında davam etmiş, 10 gündən sonra xəstə əmək fəaliyyətinə başlamışdır. 3 ay, 1
il və 2 ildən sonra xəstəyə baxılmışdır. Şikayətləri yoxdur.
Klinik praktikada postoperasion yırtıqların alloplastikasında 3 variant istifadə
edilir: protezin aponevrozüstü yerləşdirilməsi ilə (“onlay”) kombinə olunmuş plasti-