96
ka; protezin əzələaltı və ya peritonönü yerləşdirilməsi və sintetik materialla qarın di-
varının defektinin qapadılması ilə (“sublay”, “inlay”) kombinə olunmuş plastika [35,
109, 173, 209]. Yırtıq qapısının kənarlarının bir-birinə yaxınlaşdırılmaqla
tikilməsi və
tikiş xəttinin protezlə bərkidilməsi əməliyyatı xeyli geniş yayılmışdır. Lakin böyük və
giqant ölçülü yırtıqlarda bu metodika atenzion plastika prinsiplərinə ziddir, qarında-
xili təzyiqin əhəmiyyətli yüksəlişinə və tikiş tutmazlğına görə residivlə yekunlaşır
[4]. Protezləşdirici materialın açıq üsulla aponevrozüstü yerləşdirilməsi zamanı dəri-
nin və dərialtı toxumanın geniş mobilizasiyası tələb olunur. Nəticədə qan təchizatı,
venoz qanın və limfanın axını pozulur, uzun müddətli davamlı eksudasiya baş verir,
seroma formalaşır, dərialtı toxuma nekrozlaşır, irinli-iltihabi aşırlaşmalar inkişaf edir
[5, 123, 132]. Ona görə də əməliiyatdan sonrakı yırtıqların endoskopik TEP zamanı
tə-rəfimizdən protezin preperitoneal sahədə, bilavasitə yırtıq defektinin üzərində
yerləş-dirilməsi variantı daha məqsədəuyğun hesab olunmuşdur.
Tərəfimizdən OLP cəmi 4 xəstədə (birincili qasıq yırtığı – 2, residiv qasıq yır-
tığı - 1 və postoperasion yırtıq – 1) yerinə yetirilmişdir. Bu xəstələrdə yırtığın həcmi
və yırtıq qapısı kiçik ölçülərdə olmuş, dərialtı toxumanın geniş separasiyasına ehtiyac
yaranmamışdır. Bu hallarda protezin yırtıq qapısından 1,-1,5 sm kənarda perimetr bo-
yunca tikilməsi bizim fikrimizcə kifayətdir. TEP-nın bu texnikası əməliyyatın qısa
müddətlərdə və aztravmatik həyata keçirilməsini tamamailə təmin edir.
Bu əməliyyatlar zamanı da yerli qıcıqlandırıcı təsirin azaldılması məqsədilə
sellüloza tərkibli sintetik torlar istifadə edilmişdir. Aşağıda birincili qasıq yırtığına
görə endoskopik TEP əməliyyatı keçirmiş xəstənin xəstəlik tarixindən çıxarış təqdim
edilir.
Praktikadan nümunə
Xəstə M.M., 60 yaş, 559 saylı x/t, 08.01.2010-cu il tarixdə sağ qasıq nahiyəsində
ağrılı şişkinlik, qarında köp, qəbizlik və əmək qabiliyyətinin aşağı düşməsi şikayətlə-
ri ilə Klinik TM-ə müraciət etmişdir. Özünü 10 ildir ki, xəstə hesab edir. Xəstəliyin
səbəbini heç nə ilə əlaqələndirmir.
98
zin üzərindən bir-birinə tikilir. Texnili cəhətdən bu üsul mürəkkəb olsa da seromala-
rın, digər ağırlaşmaların əmələ gəlmə tezliyi azdır. Lakin böyük, çox böyük və giqant
yırtıqlarda bu üsulun tətbiqi mümkünsüzdür. Bu hallarda protez sadəcə sorulmayan
saplarla perimetr boyunca yırtıq qapısının kənarların tiklir, qapı daraldılmır. Bu əmə-
liyyatdan sonra seromaların və başqa ağırlaşmaların inkişaf riski yüksək olur. Ona
görə də protezüstü sahə aktiv drennləşdirilməlidir [5].
Ötən əsrin sonlarından başlayaraq praktik təcrübənin zənginləşməsi hesabına bir
çox cərrahlar sintetik torların peritonönü yerləşdirilməsi metodlarının istifadəsinə üs-
tünlük verdilər [235, 253, 282].
Orta və böyük həcmli yırtıqlar zamanı SLP, İLP və ya onların kombinə olunmuş
variantı (SLP və İLP) tətbiq edilmişdir. Tunel yaradılarkən separasiya aparıldıqda
parietal peritonun zədələnmə ehtimalı böyük olduqda SLP-ya üstünlük vermişik (12
xəstədə). 3 xəstədə İLP, 2 xəstədə isə müştərək plastika yerinə yetirilmişdir.
Praktikadan nümunə
Xəstə B.R., 37 yaş, 558 saylı x/t, 08.01.2010-cu il tarixdə epiqastral nahiyədə
şişkinlik və ümumi zəiflik şikayətləri ilə KTM-ə müraciət etmişdir. Özünü bir
neçə il-
dir ki, xəstə hesab edir. Xəstəliyi heç nə ilə əlaqələndirə bilmir.
Dəri və selikli qişalar adi rəngdədir. Periferik limfa düyünləri böyüməmişdir.
Dayaq-hərəkət sistemi dəyişikliksizdir.
Tənəffüs sərbəstdir, təminedicidir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidi-
lir. Ürək tonları aydındır. Nəbz ritmik, orta dolğunluqlu, dəqiqədə 88-dir. Arterial
təzyiq 110/70 mm.c.st.
Dil nəmdir, təmizdir. Qarın simmetrikdir, yumşaqdır, intaktdır və ağrısızdır. Qa-
raciyər və dalaq böyüməmişdir. Diurez sərbəstdir. Döyəcləmə simptomu hər iki tərəf-
də mənfıdir.
Defekasiya sərbəstdir. Qazlar çətin xaric olur.