Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   20   21   22   23   24   25   26   27   28

74 

 

Razılaşmanın  giriş  hissəsinin  1-ci  maddəsində  qeyd  olunduğu  kimi  gömrük 



dəyərinin  müəyyən  edilməsinin  birinci  üsulu  qiymətləndirmənin  əsas  üsuludur. 

Əsas  üsuldan  istifadə    edilə  bilmədiyi  halda  bu  üsullardan  hər  biri  ardıcıl  olaraq 

tətbiq  edilir.  Bu  zaman  hər  bir  sonrakı  üsulun  tətbiqi  gömrük  dəyərini  əvvəlki 

üsulla  təyin  etmək  mümkün  olmadıqda  həyata  keçirilir.  Razılaşmanın  4-cü 

maddəsinə  uyğun  olaraq  deklarantın  xahişi  ilə  dəyərin  çıxılması  və  toplanması 

üsullarından istənilən ardıcıllıqla istifadə oluna bilər. 

Razılaşma  ilə  birinci  üsulun  tətbiq  edilə  bilmədiyi  aşağıdakı  şərtlər  müəyyən 

edilmişdir: 

a)  qiymətləndirilən 

mallara 


alıcının 

hüquqlarına 

münasibətdə 

məhdudiyyətlər olduqda, bu zaman: 

-  qanunavericiliklə  və  ya  idxal  ölkəsinin  səlahiyyətli  orqanları  tərəfindən 

müəyyən edilən məhdudiyyətlər; 

-  malların satışı və ya yenidən satışı üzrə coğrafi məhdudiyyətlər; 

-  malların qiymətinə əhəmiyyətli təsir etməyən məhdudiyyətlər istisna edilir; 

b)  satış və sövdələşmə qiyməti təsiri nəzərə alına bilməyən şərtlərin yerinə 

yetirilməsindən asılıdırsa; 

c)  malların sonrakı  yenidən satışı  və  ya  istifadəsi  üzrə alıcının əldə etdiyi 

mənfəətin bir hissəsi satıcının hesabına birbaşa və ya dolayısı yolla köçürülmürsə; 

d)  satıcı və alıcı qarşılıqlı asılıdırlarsa. 

Qarşılıqlı asılı şəxslər aşağıdakılar hesab edilirlər: 

a)  sövdələşmə  iştirakçılarından  biri  və  ya  iştirakçılardan  birinin  vəzifəli 

şəxsi eyni zamanda digər iştirakçının da vəzifəli şəxsidir; 

b)  onlar hüquqi cəhətdən biznesdə tərəfdaş hesab edilirlər; 

c)  onlar  sahibkar  və  qulluqçu  hesab  edilirlər  (yəni  əmək  əlaqələri  ilə 

bağlıdırlar); 

d)  sövdələşmə  iştirakçılardan  biri  digər  iştirakçının  payının  və  ya 

nizamnamə  kapitalının  5  %-dən  azını  təşkil  etməyən  və  səs  hüququ  verən 

səhmlərin sahibidir; 

e)  onlardan biri digəri tərəfindən birbaşa və ya dolayı yolla idarə olunursa; 



75 

 

f)  onların  hər  ikisi  üçüncü  şəxs  tərəfindən  birbaşa  və  ya  dolayı  yolla  idarə 



olunursa; 

g)  onlar birlikdə birbaşa və ya dolayı yolla üçüncü şəxsi idarə edirsə; 

h)  onlar  və  ya  onların  vəzifəli  şəxsləri  yaxın  qohumdurlarsa  (ailə 

üzvləridirlərsə). 

Sövdələşmə  qiymətinin  gömrük  məqsədləri  üçün  məqbul  hesab  edilməsinin 

mümkünlüyü  müəyyən  edilərkən  alıcı  və  satıcının  qarşılıqlı  asılı  olması  faktı 

özlüyündə sövdələşmə qiymətindən imtina edilməsi üçün əsas hesab edilə bilməz. 

Belə  halda  satış  şərtləri  digər  faktorlarla  birlikdə  ətraflı  tədqiq  oluna  və 

münasibətlərin qiymətə təsir etmədiyi şərtilə sövdələşmə qiyməti qəbul edilə bilər. 

Idxalatçı  və  ya  digər  mənbə  tərəfindən  verilən  məlumatlar  əsasında  bu  asılılığın 

qiymətə  əsaslı  təsir  etməsi  haqqında    gömrük  orqanında  şübhə  varsa,  bu  əsaslar 

haqqında idxalatçıya məlumat verilməli və ona bu faktlara münasibətinin bildirmək 

üçün  şərait  yaradılmalıdır.  Idxalatçının  xahişi  ilə  bu  məlumat  yazılı  şəkildə  də 

verilə  bilər.  Idxalatçı  tərəfindən  qarşılıqlı  asılılığın  qiymətə  əsaslı  təsir  etmədiyi 

sübut olunarsa, sövdələşmə qiyməti gömrük məqsədləri üçün qəbul edilməlidir. 

Müvafiq hallarda gömrük dəyərindən kontrakt şərti ilə  sövdələşmə qiymətinə 

daxil edilmiş aşağıdakı xərclər çıxılmalıdır: 

a) malların  idxal  ərazisinə  gətirildikdən  sonra  yığılıb  quraşdırılması, 

sazlanması və ya texniki qulluq göstərilməsi xərcləri;  

b) idxaldan sonrakı nəqliyyat daşımaları xərci; 

c) idxal və ya satış üzrə yerli rüsum və vergilər. 

Razılaşmada  həmçinin  alıcı  tərəfindən  faktiki  ödənilmiş,  lakin  sövdələşmə 

qiymətinə daxil edilməmiş aşağıdakı  xərclər də gömrük dəyərinə daxil edilməlidir: 

a)  malın  alınması  ilə  əlaqədar  alıcının  komission  mükafatlandırmaları 

istisna olmaqla, komission və broker mükafatlandırmaları, 

- qiymətləndirilən mallarla vahid tam təşkil edən taranın dəyəri; 

- qablaşdırma  materiallarının  və  işlərinin  dəyəri  də  daxil  olmaqla 

qablaşdırma dəyəri; 




76 

 

a)  alıcı tərəfindən birbaşa və ya dolayı yolla pulsuz, yaxud qiymətləndirilən 



malların  istehsalı  və  ya  ixrac  üçün  satılması  ilə  əlaqədar  istifadə 

edilməsindən  ötrü  aşağı  qiymətə  təqdim  olunmuş  aşağıdakı  malların  və 

xidmətlərin dəyəri: 

- xammalın,  yarımfabrikatların,  hissələrin  və  qiymətləndirilən  malların 

tərkib hissələri olan digər predmetlərin,  

- idxal  edilən  malların  istehsalında  istifadə  olunan  alətlərin,  qəliblərin, 

pressformaların və digər buk imi əşyaların; 

- qiymətləndirilən  malların  istehsalı  zamanı  sərf  olunan  materialların 

(yanacaq, sürtkü materiallarının), 

- idxal  ölkəsindən  kənarda  yerinə  yetirilən  və  qiymətləndirilən  malların 

istehsalı  üçün  bilavasitə  lazım  olan  mühəndis,  təcrübə-konstruktor,  dizayn,  bədii 

tərtibat, eskiz və  çertyoj işlərinin; 

c) qiymətləndirilən mallarla əlaqədar olaraq alıcının birbaşa və ya dolayı yolla 

sərf etməli olduğu royalti və lisenziyalaşdırma xərcləri; 

d) qiymətləndirilən malların istifadə olunmasından, verilməsindən və ya təkrar 

satışından satıcının birbaşa, yaxud dolayı yolla əldə etdiyi gəlirin bir hissəsi. 

Razılaşmanı  qəbul  edən  hər  bir  tərəf  öz  Milli  qanunvericiliyini  yaradarkən 

sövdələşmə qiymətində aşağıdakı xərcləri nəzərə almalıdır: 

b)  idxal yerinədək malların daşınma xərcləri; 

c)  yükləmə,  boşaltma,  kredit  riskinin  qəbul  edilməsinə  görə  komission 

xərclər, idxal yerinədək malların daşınması ilə bağlı kredit kartoçkası ilə əməliyyat 

üzrə xərclər; 

d)  sığorta xərcləri. 

Gömrük  qiymətləndirilməsinin  beynəlxalq  təcrübəsində  qiymətləndirmənin 

birinci üsulundan sonra ən geniş yayılmış üsul VI üsuldur. 

Razılaşmanın  7-ci  maddəsində  göstərilir  ki,  əgər  gömrük  dəyərini  bundan 

əvvəlki  üsullarla  müəyyən  etmək  mümkün    deyilsə,  onda  gömrük  dəyəri  Tarif  və 

Ticvrət  üzrə  baş  Sazişin  VII  maddəsinin  və  bu  razılaşmanın  ümumi  şərtləri  ilə 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə