Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   20   21   22   23   24   25   26   27   28

68 

 

[6, s.46]. 



Respublikamızın  iqtisadi  maraqlarını  qorumaq  üçün  idxal  olunan  mallara 

müvafiq surətdə xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq oluna bilər 

[4,  s.4].  Qanunvericiliklə  etil  spirtinə,  alkoqollu  içkilərə  (pivədən  başqa),  tütün 

məmulatlarına kvotalar müəyyən edilmişdir. Ölkənin metallurgiya müəssisələrinin 

xammal  bazasının  gücləndirilməsi  və  onların  səmərəli  inkişafına  nail  olmaq 

məqsədilə  respublika  prezidentinin  17  aprel  2001-ci  il  tarixli  Fərmanı  ilə  qara  və 

əlvan metal qırıntılarının və tullantılarının ixracına qadağa qoyulmuşdur.   

 

 Azərbaycanın Ümumdünya Ticarət  Təşkilatına  üzv olmasına  hazırlıq prosesi 



ilə  əlaqədar  olaraq  ölkədə  xüsusi  qrup  fəaliyyət  göstərir.  Ölkəmizin  bu  nüfuzlu 

quruma  daxil  olması  üçün  istehsalın  stimullaşdırılması  və  rəqabət  qabiliyyətli 

məhsulların  istehsalı  məqsədəuyğun  hesab  edilir.  Mütəxəssislərin  fikrincə,  əgər 

yerli iş adamları yüngül, yeyinti və emal sənayesində hazır məhsulların istehsalına 

keçsələr,  yəni  xammal  son  məhsul  halına  göstərilib  dünya  bazarına  çıxarılsa, 

Azərbaycan  ÜTT-yə  hazır  ölkə  kimi  girmiş  olacaq[20,  s.135].  Odur  ki,  Avropa 

ölkələri  ilə  sıx  ticarət  əlaqələri  qurarkən  ilk  növbədə  yerli  istehsalın  rəqabət 

qabiliyyətinin gücləndirilməsinə çalışılmalıdır. 

 

  Həm  fritreder,  həm  də  proteksionist  nəzəriyyənin  istifadə  ideyasına  tənqidi 



yanaşmaq  lazımdır.  Onların  müdafiəsinin  hansısa  bir  istiqamətə  yönəldilməsi 

dağıdıcı  nəticələrə  səbəb  ola  bilər.  Müasir  dünya  təsərrüfatı  dayanıqlı 

iqtisadiyyatın  və  müqayisəli  üstünlüyün  vahidliyinin  ümumi  qanununa  əsaslanır. 

Odur  ki,  xarici  iqtisadi  siyasətin  aparılmasında  milli  iqtisadiyyatın  inkişafı  və 

dünya  iqtisadiyyatına  inteqrasiyası  vasitəsi  kimi  ixraca  yönüm  istiqamətini  və 

idxalın əvəz olunmasını balanslaşdırmaq zəruridir. 

 

İdxalın  azaldılmasının  daha  geniş  yayılmış  forması  kimi  həmçınin 



kompensasiya rüsumları istifadə edilməlidir. Məsələn, antidempinq tariflərini digər 

ölkələr  öz  əmtəəsini  Azərbaycanda  orta  xərclərdən  aşağı  qiymətlər  və  ya  daxili 

bazardan  aşağı  qiymətlər  üzrə  satdığı,  daha  doğrusu,  dempinq  meydana  çıxdığı 

vaxt  müəyyən  etmək  lazımdır.  Bu  halda  idxal  əmtəəsinə  “dempinq  rüsumları” 

müəyyən etmək lazımdır. 



69 

 

 



Nə  qədər  ki,  digər  ölkələr  idxal  məhdudiyyətlərindən  istifadə  edirlər  və  ya 

digər  metodlarla  bizim  məhsula  qarşı  ayrı-seçkilik  edirlər,  onda  ölkəmiz  yalnız 

optimal  tarif  və  kvotaları  tətbiq  etməklə  müdafiə  olunmalıdır.  Məhz  bu  prinsip 

nəzərə alınmaqla Ümumdünya ticarət Təşkilatı ilə əməkdaşlığa getmək lazımdır. 

 

3.2.Daxili bazarda qiymətlərin tənzimlənməsinin iqtisadi metodları və  

onların təkmilləşdirilməsi yolları 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əsası  Azərbaycanın  ümummilli  lideri  H.Əliyev  tərəfindən  qoyulmuş  Milli 

iqtisadi inkişafın Azərbaycan modelində aşağıdakı 3 istiqaməti ayırmaq olar: 

1.  Ölkənin  açıqlığı.  Bu  açıqlığın  arxasında  isə  heç  bir  məhdudiyyət 

qoyulmadan ölkə  daxilində əlverişli sahibkarlıq və investisiya mühitləri durmaqla 

qlobal məkandan istehsal amillərinin axını üçün real şərait yaranır. Ölkənin açıqlığı 

buraya  kapitalın,  texnologiyaların,  eləcə  də  müasir  informasiya-kommunikasiya 

vasitələrinin axınına səbəb olur. İstehsal  amillərinin  bu  istiqamətdə axını ölkənin 

malik  olduğu  son  dərəcə  zəngin  karbohidrogen  tutmuş,  onların  emalı,  dünya  

bazarlarına çatdırılmasına qədər xeyli işlərin həyata keçirilməsinə, başqa sözlə, yer 

altında  olan  qaynaqların  iqtisadi  dövriyyəyə  cəlb  olunmasına  və  onlara  əmtəə 

xarakteri verilməsinə və iqtisadi gücə çevrilməsinə imkan yaradır (16, s.2). 

2.  Qradulizm  siyasəti.  Bu,  yumşaq  keçidi  özündə  bir  qədər  ehtiva  etsə  də,  

1994-cü  ildən  əsası  qoyulan  Azərbaycan  modeli  fərqli  keçid  prinsipləri  əsasında 

quruldu.  Belə  ki,  burada  islahatlaşma,  islahatların  dərinləşməsi,    liberal  dəyərlərə 

əsaslanmaqla  ölkənin  Milli  təhlükəsizliyinin  təmin  olunması,    Milli  mənafelərlə 

regional  mənafelərin qarşılıqlı surətdə əlaqələndirilməsi, eləcə  də ölkənin iqtisadi 

tərəqqisi və xalqın rifahının yaxşılaşdırılması kimi meyarlar əsas sayılır. 

3.  Geosiyasət. Bu siyasət hazırda bütün ölkələrin xarici iqtisadi  siyasətində 

prioritet  mövqeyə  malikdir.  Onu  da    qeyd  edək  ki,  H.Əliyev  strategiyasının  bu 

istiqamətdə əsas fərqli  xüsusiyyətləri  xarici  iqtisadi  əlaqələrdə ağırlıq  mərkəzinin 

geosiyasətdən  geoiqtisadiyyat  müstəvisinə  keçirməkdən  ibarət  olmuşdur. 

Geoiqtisadiyyat  isə  Azərbaycanın  dünya    iqtisadiyyatına  ən  rasional  şəkildə 



70 

 

qoşulmasının  təmin  olunmasına  yönəlmişdir,  onun  beynəlxalq  əmək  bölgüsündə 



layiqli  yer  tutmasına  və  ölkənin  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  üçün  lazımi 

imkanların təmin olunmasına yönəldilmişdir (16, s.2). 

İqtisadçılar geoiqtisadiyyatın aşağıdakı istiqamətlərini qeyd edirlər: 

- Azərbaycanın  inteqrasiya  siyasətində  çoxvektorluluğun  diqqət  mərkəzində 

saxlanılması; 

- ölkənin ikitərəfli və çoxtərəfli, yəni iqtisad elmində biletireal və  monotireal 

adlanan əlaqələrin vəhdətdə inkişaf etdirilməsi; 

- qlobal  təşkilatlarla,  xüsusilə  beynəlxalq  maliyyə-kredit  institutları  ilə,  ÜTT 

kimi  qlobal  təşkilatlarla  səmərəli  fəaliyyətin  həyata  keçirilməsi.  Bu    siyasətin 

mahiyyəti  ölkənin  Milli  iqtisadi  təhlükəsizliyinin,  xüsusilə  də  Milli  mənafelərin 

prioritetliyinin təmin olunmasından ibarətdir. 

Dövlətin  iqtisadi  maraqlarının  təmin  edilməsi  işində  mühüm  rol  bazar 

infrastrukturunun  Ən  vacib  ünsürlərindən  birinə-gömrük  xidmətinə  məxsusdur. 

Xarici ticarət dövriyyəsinin tənzimlənməsində  iştirak etməklə  və  fiskal  funksiyanı 

həyata  keçirməklə  gömrük  xidmət  dövlət  büdcəsini  müntəzəm  olaraq  tamamlayır 

və  bununla  da  iqtisadi  problemin  həllinə  kömək  edir.  Tədqiqatlar  göstərir  ki,  son 

illər 

respublikada 



idxal-ixrac 

əməliyyatları 

üzrə 

gömrük 


nəzarətinin 

təkmilləşdirilməsi,  qaçaqmalçılıq  və  gömrük  qaydalarının  pozulması  halları  ilə 

mübarizə  və  maliyyə  intizamının  möhkəmləndirilməsi  sahəsində  xeyli  işlər 

görülmüşdür. 

Gömrük  sisteminin  inkişafını  sürətləndirmək,  onun  normativ-hüquqi  bazasını 

və  maddi-texniki  təminatını  yaxşılaşdırmaq  və  gömrük  orqanlarının  fəaliyyətini 

daha  da  təkmilləşdirmək  məqsədilə    ölkə  Prezidentinin    Sərəncamı  ilə 

«Azərbaycan Respublikası  gömrük sisteminin 2007-2011-ci  illərdə  inkişafına dair 

Dövlət  Proqramı    »  təsdiq  edilmişdir.  Gömrük  işində  qanunvericilik  bazasının 

təkmilləşdirilməsi  məqsədilə  Avropa  Ittifaqı  və  BMT-nin  Inkişaf  Proqramının 

dəstəyi  ilə  «Azərbaycan  Respublikasında  Gömrük  xidmətinin  təkmilləşdirilməsi» 

layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb olunmuşdur. Bununla yanaşı, ixrac 

nəzarəti  haqqında  qanunvericilikdən  irəli  gələn  məsələlərin  həlli  və  ikili  təyinatlı 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə