80
Nəticə və təkliflər
Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da getdikcə iqtisadiyyatın əsas
sahələrindən birinə çevrilən turizm bir çox xidmət sahələrini özünə cəlb edərək,
bütövlükdə cəmiyyətin, demək olar ki, bütün təbəqələri üçün gəlir mənbəyi rolunu
oynayır. Təsdiq edilmiş Dövlət Proqramının yerinə yetirilməsi üçün hazırlanmış
tədbirlər planında regionlarda turizm infrastrukturunun yaradılması ilə bağlı təkliflər
30 bənddə öz əksini tapmışdır.
Azərbaycanda turizmin inkişaf etdirilməsi ilə bağlı Gənclər, İdman və Turizm
Nazirliyinin fəaliyyət planında məhz regionlarda yeni turizm infrastrukturunun
qurulması, yerli və xarici sərmayəçilərin regionlara cəlb olunması və orada yeni
turizm müəssisələrinin yaradılması ilə əhalinin məşğulluğunu təmin etmək öncül
istiqamət təşkil edir. Bu məqsədlə Turizm Baş İdarəsinin ölkədə turizmin inkişafı ilə
bağlı seçilmiş 30 perspektivli rayon və şəhərlərə ezam olunmuş əməkdaşları
tərəfindən regionlarda turizmin müxtəlif növlərinin yaradılması üçün ərazilərin
öyrənilməsi və sxematik xəritələrin hazırlanması işi aparılır. Sonrakı mərhələdə
Azərbaycan üzrə turizm zonalarının müəyyən edilməsi və bu zonalara sərmayələrin
cəlb olunması nəzərdə tutulur. Lakin bundan əvvəl turizm zonalarından, yerli
potensialdan maksimum dərəcədə səmərəli istifadəni təmin etmək, ətraf mühiti
qorumaq məqsədi ilə zonaların əsasnaməsi hazırlanmalı və təsdiq edilməlidir.
Zonaların istifadəsi prosesində də əsas meyar regionların inkişafı və sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılması olacaqdır.
Azərbaycanın təbiətinin zənginliyi və rəngarəngliyi regionlarda turizmin müxtəlif
növlərinin inkişafına geniş imkanlar yaradır. Kortəbii olsa da, yerli əhali artıq belə
imkandan istifadə edir. Kənd turizmi ilə məşğul olaraq, ilin bütün mövsümlərində
yerli və xarici turistlərə yaşayış yeri, yemək verir, hətta bəzi kəndlərdə ekskursiya
xidmətləri də göstərirlər. Qeyd etmək lazımdır ki, turistləri qəbul edən kəndli ilə
yanaşı, göstərilən xidmətlərə görə digər sakinlər də mənfəət əldə edirlər. Belə ki,
qonşu kəndlilər istehsal etdikləri ərzaq məhsullarını, əl işlərini turistlərə satmaq
imkanı qazanırlar. Bizdə olan məlumatlara görə, belə kənd evlərinin sayı hər mövsüm
81
artmaqdadır. Sosial rifahın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayan bu turizm
növünün dəstəklənməsi məqsədi ilə Turizm Baş İdarəsi kənd turizminin təbliğ
olunması və inkişaf etdirilməsi üçün daim regionlarda treninqlər və təlim kursları
təşkil edir. Kənd turizmi maddi gəlir mənbəyi olmaqdan əlavə, mədəniyyətimizin,
adət-ənənələrimizin, mətbəximizin təbliğində əvəzedilməz amildir və inanırıq ki,
yaxın gələcəkdə Azərbaycanın bütün bölgələrində geniş vüsət tapacaqdır.
Regionlarda mövcud olan problemləri yaxından öyrənmək məqsədi ilə respublika
Prezidenti yanında fəaliyyət göstərən Sahibkarlar Şurasının nəzdində regionlarda
sahibkarlığın inkişafı işçi qrupu yaradılmışdır. Turizm Baş İdarəsinin əməkdaşının da
üzv olduğu qrup regionlara mütəmadi səfər edir, müxtəlif fəaliyyət növləri ilə məşğul
olan sahibkarlarla yanaşı, turizm sektorunda çalışan iş adamları ilə də görüşlər
keçirir. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə
yetirilməsinə töhfə verəcəkdir.
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində önəmli rol oynayan
məqamlardan biri də turizm sahəsində fəaliyyət göstərən sahibkarların turizm
infrastrukturunun yaradılmasına dair təqdim etdikləri layihələrin nəzərdə tutulmuş
proqramlar üzrə maliyyələşdirilməsinə üstünlük verilməsidir. Belə layihələrin
aidiyyəti qurumlar tərəfindən dəstəklənməsi regionlarda da turizm axınının
güclənməsinə təsir edə biləcək turist xidmət sahələrinin yaradılmasına və inkişafına
müsbət təsirini göstərəcəkdir.
Gənclər, İdman və Turizm Nazirliyi regionların turizm potensialının tədqiq və
təbliğ olunması məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı ilə birgə Azərbaycanın
yeddi rayonunda turist informasiya mərkəzinin yaradılması işinə başlamışdır. Turizm
Təbliğat maşınının tərkib hissəsi olmaqla yanaşı, bu mərkəzlər yerlərdə turizm sahəsi
üzrə mütəxəssislərin hazırlanması funksiyasını da yerinə yetirərək, regionlarda
mövcud olan kadr boşluğunun aradan qaldırılmasında əvəzsiz rol oynayacaqdır.
Göründüyü kimi, Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bu sahədə həyata
keçirilən tədbirlərin əsasını regionlarda turizm sektorunun inkişaf etdirilməsi və
bununla da sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması təşkil edir. http: //azertag.
az/xeber/-2015.
82
2015-ci ildə ölkəmizin mövcud turizm potensialının səmərəli istifadə olunması
məqsədilə turizm sahəsində ardıcıl işlər görülmüşdür.
Yeni mədəni-turizm marşrutlarının yaradılması çərçivəsində layihələrin hazırlanması
üzrə işlər aparılmışdır.
Turizm sahəsində çalışan kadrların maarifləndirilməsinə və turizmin müxtəlif
növlərinin inkişafına təkan verəcək «Azərbaycan Respublikasında 2007-2016-cı illər
üçün Turizmin inkişafına dair Dövlət Proqramı»nın layihəsi hazırlanmış və müvafiq
dövlət orqanlarına təqdim edilmişdir.
Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər
müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm
sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını
təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını,
turizmin ölkə iqtisadiyyatının öncül istiqaməti kimi tanınması və bu sahənin
səmərəliliyinin artırılmasını təmin etməkdir.
Turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər
Turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti,
onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər
mədəni
tədbirlərin
çeşidinin
genişləndirilməsi
və
müasir
standartlara
uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı,
mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm
marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü
kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi
sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələri, Azərbaycan
xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən
materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının
istehsalının və satışının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər
sırasındadır.
Eyni zamanda Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi
dünyada tanıtmaq məqsədilə yeni Azərbaycan Turizm əmtəə nişanının (loqosunun)
və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu
Dostları ilə paylaş: |