42
2.3. METAL MƏMULATLARININ ÇEŞID XARAKTERISTIKASI
VƏ KEYFIYYƏT EKSPERTIZASI
Metal malları öyrənərkən əsasən məmulatın çeşidinə, onların təsnifatına,
müxtəlif məmulatların müəyyən olunmasına, sortlaşmanın xarakterik qəbulu ilə
tanışlığa və məmulatın keyfiyyətinin təyini əsas göstərilir. Çeşid qrupunu
öyrənərkən məmulatları və eksponatları ətraflı nəzərdən keçirirlər, kataloqlarda
DÜIST-lərlə, plakatlarla və preyskurantlarla tanış olurlar. Məmulatın hər çeşid
qurupu üçün bu qrupa hanmı məmulatlar daxil olduğunu, onların müxtəlif
əlamətlərə görə təsnifləşməsini, eyni təyinatlı məmulatların ayrı-ayrı tərzinin
fərqləndirici əlamətlərini, onların tətbiqi xüsusiyyətləri aydınlaşdırılır.
Məmulatlar və texniki şərtlərlə işləyərkən, ayrı-ayrı hissələrin hansı
materialdan hazırlandığını, hansı halda onların emala məruz qalmasını, nöqsanların
aşkar edilməsini, keyfiyyətə verilən tələbatları təyin edirlər və tədqiqat üsullarını
müəyyənləşdirirlər.
Növünü təyin etmək üçün məmulat diqqətlə nəzərdən keçirilir, onlarda olan
nöqsanlar aşkar olunur, hər nöqsanın yerini və onun ölçülərini və həm də
nöqsanların miqdarı göstərilir. Daha sonra isə uyğun gələn TŞ-dən istifadə
olunaraq məmulatın növü müəyyən olunur.
Preyskurantla işləyərkən, məmulatların adlarına görə onun quruluşu
öyrənilir. Preyskurantların quruluşunda olan fərqə fikir verilir. Eyni məmulatın
bəzəyinin halından, materialından, formasından, ölçüsündən və növündən asılı
olaraq qiymətinin dəyişməsini təhlil edirlər, ticarət güzəştləri və şərtləri ilə tanış
olurlar.
Məmulatlara xarakteristika: məmulatın adı, istehsal üsulu, materialı, bəzəyi,
əsas ölçüləri, preyskurant üzrə artikulu, nöqsanların növü haqqında nəticə (TŞ-ə
əsasən) kimi sxem üzrə verilir. Metal qablar öyrənilərkən bu qabların hər
yarımqrupunun, həm də örtüyünün hansı tərkibdə və markada metaldan və
ərintilərdən hazırlanmasına fikir verilir. Onların fərqləndirici əlamətlərinə görə
43
qabların hazırlanma üsulunun, onun səthinin emalı və örtüyünün çəkilməsini
müəyyən edirlər.
Hər yarımqrup qabların ərzaq məhsullarının kimyəvi təsirinə, suya, yuyucu
məhlullara, yanacağa qarşı davamlılığı aydınlaşdırılır. Qabların gigiyenik
xassələrinin nə cür olduğunu – metalın gövdəsi və örtüyü, zəhərli olub-olmaması,
ərzağı boyayıb-boyamaması, qabın çirkdən asanlıqla təmizlənib-təmizlənməməsi
qeyd edilir. Bütün bundan sonra müxtəlif tərzdə qabların çatışmayan və üstün
cəhətləri müəyyən olunur.
Metal qabların çeşidini aşağıdakı yarımqruplara bölmək olar: çuqun qablar
(qara və minalı), polad qablar (minalanmış, sinklənmiş, qalaylanmış, qara və
boyalı), paslanmayan polad qablar, alüminium, bürünc qablar və mis-nikelin
ərintisindən olan qablara (melxior və neyzilber).
Metal məmulatların çeşidinin öyrənilməsi onların xarici görünüşünü
nəzərdən keçirməklə başlanır. Düzgün DÜIST-lərdən və kataloqlardan istifadə
edərək, mövcud tərzdə qabların təyinatını və düzgün göstəricilərini, adlarını
müəyyən edirlər. Bu zaman onların şərti işarələrinə fikir verilir. Sonra
nümunələrdə rənginə, çalarlığına, xüsusi çəkisinə görə gövdəsinin və örtüyünün
hansı metaldan hazırlandığını təyin edirlər.
Istehsal üsuluna görə qabları müəyyən etmək üçün bu və ya başqa texnoloji
əməliyyatların xüsusiyyətləri ilə bağlı olan fərqləndirici cəhətləri (əlamətləri)
bilmək lazımdır. Məsələn, tökmə qabların divarları daha qalın olur, nəinki təzyiq
üsulları (ştamplama, uzatma, basma) ilə hazırlanan qablara. Tökmə qablarda
novların təmizlənmiş izləri, dəliklər və tökmələr olur.
Tökmə qabların çeşidi təzyiq üsulu ilə hazırlanan qablar yalnız çuqundan və
təkrar tökmə alüminium ərintilərindən qablar istehsal olunur. Tikişli qablar təzyiq
üsulu ilə hazırlanan qablardan məmulatın gövdəsinin ayrı-ayrı hissələrinin
birləşdiyi yerlərdə tikişlərin olması ilə fərqlənir. Səthi pardaxlanmış qablar,
qoruyucu-dekorativ örtüklü gövdəli metal görünüşlü qablardan həm də səthinin
bəzəyi üsulu ilə fərqlənirlər. Məsələn, paslanmayan poladdan, ya da alüminium və
44
onun ərintilərindən istehsal olunan qablar, nisbətən çox vaxt səthi pardaxlanmış
olur. Paslanmayan poladdan olan qablar xromlanmış və nikellənmiş buraxılmır.
Poladdan olan qablar adətən qoruyucu-dekorativ örtüyə malik olur. Metal
məmulatları təyinatına görə çeşidlənirlər. Bu əlamətlərinə görə onlar aşağıdakılara
bölünürlər:
1. metal qablar;
2. bıçaq növləri və yeməkxana cihazları;
3. mətbəx-təsərrüfat əşyaları;
4. metal alətlər;
5. qızdırıcı cihazlar;
6. qapı və pəncərə alətləri.
Metal məmulatlarını həm də istifadə təyinatına, düzəldilmə metoduna görə
də çeşidləşdirirlər. Qeyd etmək lazımdır ki, metal məmulatlarının çeşidi son
vaxtlar çox genişlənmişdir. Bəzi məmulatların istifadə xassələri artmışdır. Başqa
bir növləri isə konstruksiyasının əlverişliliyinə görə saxlanmaq və daşınmaq üçün
əlverişlidir.
Metal qablar təyinatına əsasən aşağıdakı növlərə bölünürlər:
1. yeyinti məhsulları üçün;
2. sanitar-gigiyenik;
3. müxtəlif təyinatlı qablar.
Yeyinti məhsulları üçün istifadə olunan qablar da öz növbəsində
aşağıdakılara bölünür: tazlar, çörək və şirniyyat hazırlamaq üçün peçlər (sobalar)
və s. Yeməkxanalarda istifadə olunanlara aşağıdakılar aiddir: müxtəlif ölçülərdə
boşqablar, podnoslar, qənd qabı, çörək qabı, konfet qabı, vazalar, bakallar,
çayniklər, samovarlar və s.
Sanitar-gigiyenik qablara isə su üçün baklar, vedrə, tazlar, vannalar, əl-üz
yuyanlar daxildir. Müxtəlif təyinatlı qablara isə bidonlar, müxtəlif qıflar, bağ və
bostanda istifadə olunan su çiləyicilər daxildir.
Dostları ilə paylaş: |