27
Əsas ştamplama üsulları: çəkiclərdə ştamplama, çarxqollu qızğın ştamplama
proseslərində ştamplama və üfüqi döymə maşınlarında ştamplamadır.
Soyuq təbəqə tşamplama ilə yastı və həcmli kiçik divarlı məmulatlar
hazırlanır. Ilkin material (pəstah) kimi təbəqə, zolaq və lent şəkilli metallar
götürülür. Soyuq təbəqə ştamplama preslərdə, soyuq oturma avtomatlarında
aparılır. Bu üsul yüksək məhsuldarlığı, yüksək keyfiyyəti, metala qənaət edilməsi,
az (kiçik) maya dəyəri və s. ilə xarakterizə olunur.
Metalların kəsmə üsulu ilə emalı. Metalların kəsmə üsulu ilə emalı dedikdə
metalın səthinin istənilən formaya, ölçüyə salınması nəzərdə tutulur. Bunun üçün
metalın səthi kəsici bıçaqlarla yonulur və hamarlanır.
Kəsmə metodu ilə emal müxtəlif metal kəsmə dəzgahlar vasitəsilə həyata
keçirilir. Onlara frezer, yonucu, yivaçan cihazlar daxildir. Bu metodda yaranan
defektlər aşağıdakılardır: düzəldilən detalın forma və ölçüsünün çertyoja uyğun
gəlməməsi, səthinin kələ-kötür olması, səthdə əmələ gələn cızılma və həm də yiv
açmada yivin ölçüyə uyğun gəlməməsidir.
Metal detallarının (hissələrinin) birləşməsi metodu. Metal məmulatlarının
hazırlanmasında 2 birləşmə növü mövcuddur: ayrılması mümkün olan və ayrılması
mümkün olmayan.
Ayrılması mümkün olan detallar vint, qayka, bolt və başqa birləşdirici
vasitələrlə həyata keçirilir. Onlar detalın təmizlənməsini, təmirini və həm də bəzi
hissələrinin dəyişdirilməsini asanlaşdırır. Ayrılması mümkün olmayanlara isə
qaynaq, payka (qalaylama), zaklepka (hissələri bir-birinə bərkidən alüminium
məftil hissəsi) daxildir.
Qaynaq prosesində metal hissələr istər elektrik cərəyanının vasitəsilə və ya
asetilen qaynağı vasitəsilə metal hissələr yüksək temperatur həddinə qədər
əridilərək birləşdirilir. Bu metodda da bir sıra defektlərə rast gəlinir. Bunlara
detalların hissələrinin düzgün yerləşdirilməməsi, bərkidicinin başlığının çəp
olması, hissələrin möhkəm bərkidilməməsi və s. nöqsanlar misal ola bilər.
28
Qaynaq zamanı əmələ gələn defektlərə məmulatın tərpənməsi, detalların
ölçülərinin dəyişməsi və bir-birinə uyğun gəlməməsi, tam qaynaq olunmaması,
detalın səthində metal damcısının əmələ gəlməsi və s. Bütün bunlar metalın
keyfiyyətinə və istehlak xassələrinə mənfi təsir göstərir.
Metalın səthinə örtüklərin çəkilməsi. Məmulatlardan asılı olaraq metal
səthlərin örtülməsi 2 qrupa bölünür: metalla örtülmə və qeyri-metalla örtülmə.
Metalla örtülmənin özü də 3 növdür:
1. qalvanik;
2. çökdürmə;
3. həll olma.
Qalvanik metodda məmulat xüsusi vannalarda yerləşdirilir. Vannada səthə
çəkiləcək metalın məhlulu olur. Vannaya elektrik cərəyanı buraxılır. Anod
vəzifəsini örtəcək metal, katod isə məmulat olur. Prosesə elektrik cərəyanı
buraxıldıqda metal ionları katoda tərəf hərəkət edəcək (məmulata) və onun üzərinə
çökəcək örtük əmələ gətirəcəkdir.
Xalq istehlakı malları üçün çox zaman nikel, xrom, qalay, sink, qızıl, gümüş
örtüklərdən istifadə olunur.
Çökdürmə metodunda təmizlənmiş məmulat ərimiş sinkin içərisinə batırılır.
Soyuma zamanı məmulatın səthinə sink çökür və onu korroziyadan qoruyur. Bu
metod ən çox məişət əşyalarında istifadə olunur. Bunlara məişət vannaları,
vedrələr, ləyənlər və s. üçün tətbiq olunur.
Həll olma metodu (qaynar metod) əsasən iki və daha çox metalların isti
halda bir-birində həll olmasıdır. Onlar soyuduqda isə möhkəm birləşmə əmələ
gətirirlər. Bu metodda örtük kimi asan əriyən metallar götürülür. Bunlara sink,
qalay, qurğuşun misal ola bilər.
Qeyri-metal örtüklərə lak boyalar, silikat, emal örtükləri misal ola bilər.
Silikat emal örtük üçün xammala qum, soda, potaş, qurğuşun oksidi, torpaq
daxildir. Bu qarışıq xüsusi peçlərdə 700-1300
0
S yandırılır. Sonra qarışıq soyuq
suya tökülür. Alınan kütlə üyüdülür və torpaqla qarışdırılır və məmulatın səthinə
29
çəkilir. Götürülən məmulatın təyinatından asılı olaraq emalın tərkibi də müxtəlif
olur.
Emala göndərilən məmulat əvvəlcə yaxşı təmizlənir, emala salınır və sonra
xüsusi peçlərdə yandırılır. Axırıncı mərhələdə qrunt emalın səthinə örtücü emal
çəkilir. Örtücü emal müxtəlif rəngdə ola bilər.
Emal əsasən çuqun qablara, kostullara, çayniklərə, müxtəlif cihazların
səthinə çəkilir. Bütün bunlar metalı korroziyadan qoruyur.
Bu proseslərdə bir sıra defektlər ola bilər. Bunlara aşağıdakılar daxildir.
Metalın səthində metal örtüyünün eyni qalınlıqda örtülməməsi, bəzi yerlərdə
örtüyün olmaması, səthin tutqun olması, qara nöqtələrin olması, cızılma və s.
Emal örtüyün defekti qat əmələ gəlmə, çatlama, emalın tərkibinin düzgün
olmaması, nazik çatlar və başqaları daxildir.
Metalın səthinə qiymətli metalların çəkilməsi. Metalın səthinə qızıl örtük
qalvanik metodla çəkilir. Bəzən metal məmulatlarının səthinə başqa qiymətli
metallarla ikiqat çəkilir. Bu metodla yuvilir məmulatları, saatlar, bədii tərtibatlı
məmulatlar, müxtəlif qab-qacaqların səthinə çəkilir.
Qalvanik metodla metal məmulatların səthinə gümüş örtük də çəkilir. Belə
məmulatlar da qızıl kimi bəzək işlərində, müxtəlif qab-qacaqlara tətbiq olunur.
Bu proseslərdə də defekt müşahidə olunur. Bunlara məmulatın səthinin
örtülməyə yaxşı hazırlanmaması, prosesin düzgün aparılmaması və s. misal ola
bilər.
Dostları ilə paylaş: |