15
Yüksək təzyiq, havasız mühitdə və daha xüsusi şəraitdə istifadə olunur.
Ondan paslanmayan polad alınır (12% Cr). Bu metodun mənfi cəhəti ərimə
prosesinin uzun müddət davam etməsi, yüksək yanacaq sərf olunması, quruluşunun
mürəkkəb olmasıdır. Müsbət cəhəti odur ki, yüksək keyfiyyətli ligirlənmiş poladın
alınması, sobada həm qaz və həm də mazutdan istifadə olunmasıdır ki, onların hər
ikisi müasir kimyanın əsas xammalıdır.
Elektrik sobalarında poladın alınması. Polad əritmək üçün 2 növ
sobalardan istifadə olunur: 1. elektrik qövs sobası; 2. induksiya sobası.
Elektrik sobalarında polad əritmənin bir sıra üstünlükləri vardır:
1. yüksək temperaturun alınması nəticəsində çətin əriyən metalların mümkün
olması;
2. sobanın daxilində reduksiyalayıcı və neytral mühitin yayılması;
3. metalın itkisinin az olması;
4. sobanın quruluşunun sadə olması;
5. müxtəlif tərkibli və hallı (bərk, maye) şixtədən istifadə olunması.
Bütün bunlara görə elektrik sobası yüksək keyfiyyətli polad əritmədə geniş
tətbiq olunur.
Elektrik-qövs sobaları 3 fazlı cərəyanla işləyir. Onların həcmi 50-400 ton
olur. Elektrik qövsü metal ilə sobaya salınmış 3 ədəd elektrod arasında yaranır.
Irihəcmli sobanın üst hissəsi ayrılıqda hazırlanır. Yəni sobaya şixta
yüklənən zaman o, kənara çəkilir, qurtardıqdan sonra isə yenidən əvvəlki yerinə
gətirilir.
Elektrik sobalarında şixta materialı kimi polad qırıntıları, təkrar emal
çuqunu təşkil edir. Bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, yüksək elektrik
enerjisi, yəni 1 ton polad almaq üçün 500-950 kvt/saat enerji tələb etməsi və əritmə
prosesinin uzunmüddətli – 4,5-6 saat davam etməsidir.
1990-cı illərə qədər Azərbaycanda bir neçə poladəritmə zavodu vardı.
Bunlardan Sumqayıt Boru-Prokat (yayma), Səttarxan adına, Keşlə Maşınqayırma,
16
Əmircandakı «Əriyən modellər üzrə dəqiq tökmə» zavodlarında polad əridilirdi və
bu zavodlarda 900 min tona yaxın polad istehsal olunurdu.
1990-cı ildən sonra bu zavodların istehsalı azaldı və hətta bəziləri dayandı.
24 iyun 2001-ci ildə Bakı Poladəritmə Zavodu açıldı. Bu zavod ildə 350 min
ton polad əridərək və 250 min ton müxtəlif inşaat armaturu istehsal edir.
Zavod ABŞ, Almaniya, Rusiya, Hindistan, Moldovadan gətirilmiş müasir
avadanlıqla quraşdırılmışdır və məhsuldarlığı 60 ton olan bir ədəd elektrik-qövs
sobası işləyir. Əlvan metallar içərisində alüminium və onun ərintiləri xüsusi yer
tutur.
Alüminium. Müasir texnikada istifadə olunmasına görə alüminium
dəmirdən sonra ikinci yeri tutur. Onun sıxlığı 2,7 q/sm
3
, ərimə temperaturu 660
0
S,
qaynama temperaturu 2500
0
S-dir. O. Yer qabığının 8,8%-ə qədərini təşkil edir. O,
yaxşı plastik, korroziyaya davamlı, elektriki və istiliyi yaxşı keçirir. Kimyəvi
cəhətdən aktiv olduğundan saf halda tapılmır. Ancaq müxtəlif birləşmələr halında
olur (34-40). Alüminium almaq üçün xammal kimi boksidlərdən istifadə olunur.
Boksidlər 48-60% Al
2
O
3
, 10-30% Al (OH)
3
, 1,7% SiO
2
və az miqdarda
dəmir birləşməsindən ibarətdir. Son zamanlar alüminium almaq üçün kaolindən,
nefelindən və alunitdən istifadə olunur.
Kaolinin tərkibində (Al
2
O
3
.
2SiO
2
.
2H
2
O) alüminium oksidin miqdarı 20-
40% arasında dəyişir.
Nefelinin tərkibində (Na
2
O
.
K
2
O
.
Al
2
O
3
.
2SiO
2
) Al
2
O
3
miqdarı 24-34%
təşkil edir.
Alünitin tərkibində (Na
2
SO
4
.
K
2
SO
4
.
Al
2
(SO
4
)
3
.
2Al
2
O
3
.
6H
2
O) Al
2
O
3
miqdarı 22-23%-ə bərabərdir.
Dünyada ən böyük alunit yataqları Çində və respublikamızda Daşkəsən
şəhəri yaxınlığındakı Zəylik yatağıdır.
Alüminium 3 mərhələdə alınır:
1. alüminium filizindən Al
2
O
3
alınması;
2. Al
2
O
3
-dən elektroliz metodu ilə ilkin alüminiumun alınması;
17
3. saflaşdırma metodu ilə alüminiumun bir sıra zərərli qarışıqlardan
təmizlənməsi.
Al
2
O
3
qələvi metodu ilə alınması aşağıdakı reaksiyalara əsaslanır:
Al
2
O
3
.
4H
2
O + 2NaOH = 2NaAlO
2
+ 5H
2
O
Natrium alminat hidroliz olunur:
NaAlO
2
+ 2H
2
O = NaOH + Al(OH)
3
Alınan Al(OH)
3
1150-1200
0
S-də fırlanan sobalarda közərdilir və
susuzlaşdırılır.
2Al(OH)
3
Al
2
O
3
+ 3H
2
O
Alunitdən «qaynar qat» üsulu ilə Al
2
O
3
alınma texnologiyası Azərbaycan və
Sankt-Peterburq alimləri tərəfindən hazırlanmışdır. Dünyada «qaynar qat»
texnologiyası ilə işləyən, ilk və yeganə alüminium zavodu Gəncədə tikilmişdir.
Elektroliz metodu ilə alüminium 1886-cı ildə ABŞ-da Xoll və Fransada Eru
tərəfindən təklif olunmuşdur. Elektroliz prosesi elektrolizer adlanan xüsusi
vannalarda aparılır. Konstruktiv quruluşca elektrolizer xaricdən metal təbəqə ilə
örtülür, daxildən isə karbonlu materiallardan preslənmiş bloklardan hörülür.
Vannanın daxilində katod vəzifəsini görən kömür örtük və kömür anodlar
yerləşdirilir. Al
2
O
3
əridilmiş kriolit (Na
3
AlF
6
) içərisində parçalanır. Proses 950-
1000
0
S gedir. Al
2
O
3
əvvəlcə kriolitdə həll olur, sonra isə elektrik cərəyanının təsiri
altında ionlara parçalanır.
Al
2
O
3
⇄ Al
+3
+ AlO
3
-3
Al
+3
3 elektron qəbul edərək sərbəst Al çevrilir.
Al
+3
+ 3e = Al
0
AlO
3
-3
isə 12e verərək Al
2
O
3
çevrilir və O
2
ayrılır. Alınan Al
2
O
3
təkrar
prosesdə istifadə olunur.
4 AlO
3
-3
– 12e = 2 Al
2
O
3
+ 3O
2
Elektrolizin sutkalıq məhsuldarlığı orta hesabla 350 kq yaxın olur. Beləliklə
1 ton alüminium almaq üçün 1,98 ton Al
2
O
3
, 0,1 ton kriolit və 0,6 ton preslənmiş
kömür anod tələb olunur.