8
Bunlardan əlavə tutacaq ölçüsü barmaqla tutmağa uyğun olmalı və kənara tərəf
qatlanmış olmalıdır.
Istifadə olunan alətlərdə istifadəyə yararlı olmalıdır. Belə ki, onu istifadə
edən şəxsin barmağı və əlinin içi alətin tutacağına yaxşı oturmalıdır ki, ona üstdən
təsir edə bilsin. Qeyd etmək lazımdır ki, alətin yararlığından başqa istifadə edən
şəxsin fizioloji qabariti də rol oynayır.
Metal məmulatların gigiyenik xassələrinə onların çirklənmə dərəcəsi və
onların asan təmizlənməməyi daxildir. Asan təmizlənməsi üçün onun səthi hamar
olmalıdır.
Məmulatların zərərsizliyi bütün istifadə sahələrinə aid edilir. Bunların
içərisində yemək hazırlamaq üçün olan qabların zərərsizliyi daha əsas götürülür.
Bunlara müxtəlif qazanlar, kostrullar, yeməkxana dəstləri daxildirlər. Ona görə də
belə məmulatları zərərsiz materiallardan hazırlayırlar. Bunun üçün alüminium,
paslanmayan polad, üzəri emal ilə örtülmüş çuqundan olan qablar və ya
yeməkxana dəstlərindən istifadə olunurlar.
Metal məmulatların təhlükəsizliyinə onlarda kəsici çıxıntıların olmaması,
metalın səthinin hamar olması, iti kəsiklərin olması daxildirlər ki, istifadə olunan
metal məmulatlarında bu nöqsanlar olmamalıdır.
Bəzi metal məmulatlarının mürəkkəb quruluşa malik olmaları ilə əlaqədar
olaraq onlar təmir olunmurlar. Ona görə də onların işləmə müddətinə
uzunömürlülüyü və ya uzun müddət təmirsiz qalması xassələri daxildirlər.
Metal məmulatların fiziki uzunömürlülüyü əsasən onların möhkəmliliyi,
örtüyün davamlılığı, detalın hissələrinin möhkəm bərkidilməsi və s. daxildirlər.
Bəzi metal məmulatlarının uzunömürlülüyünün müddəti müəyyən edilmir.
O xassəni ancaq onların kimyəvi və termiki davamlılığı, hissələrinin
birləşdirilməsinə, sürtünməyə, zərbəyə qarşı davamlılığı ilə ölçürlər.
Bir sıra metal məmulatları üçün işləmə müddəti müəyyən olunmuşdur.
Məsələn, NV 170-187 nümunəsinə uyğun yiyələrin istifadə müddəti 180 dəqiqə,
9
mətbəx ətçəkənlərinin etibarlılığı onun bıçağının işləmə müddəti ilə ölçülür. Bu
müddət 300 saatdan az olmamalıdır.
Metal məmulatlarının estetik xassəsinə, kompozisiyanın bütövlüyü, onun
rasional forması, ətraf əşyalarla əlaqələri, moda və stilin uyğunluğu, rəng
uyğunluğu daxildirlər.
Rəng quruluşu metal məmulatlarının estetik xassələrində əsas yeri tutur. O,
metal əşyanın görünüşünü, ölçüsünü, çəkisini və hətta onda soyuqluq və istilik
əhval-ruhiyyəsini yaradır.
Metal məmulatların estetik xassələrinə onların bədii tərtibatı böyük təsir
göstərir. Belə ki, estetik tərtibat onu əhatə edən başqa əşyalara uyğun gəlməlidir.
Beləliklə, metal məmulatların istehlak xassələrinə təsir edən faktorlara
məmulatın özü, onun konstruksiyası, alınma üsulları daxildirlər.
10
IKINCI FƏSIL. TƏCRÜBƏVI HISSƏ
2.1. METAL MƏMULATLARININ KEYFIYYƏTINI
FORMALAŞDIRAN AMILLƏR
Metal məmulatlarının keyfiyyətini formalaşdıran faktorlara aşağıdakılar
daxildir: xammal və onun keyfiyyəti, onların emal üsulları. Bildiyimiz kimi
metallar təyinatına görə 2 qrupa bölünür: 1. qara metallar; 2. əlvan metallar.
Qara metallara dəmir və onun ərintiləri olan çuqun və polad daxildir.
Dəmir. O, açıq boz rəngli metaldır. Onun sıxlığı 7,9 q/sm
3
, ərimə
temperaturu 1539
0
S-dir. Dəmir plastik və özlü metaldır. Onun bərkliyi Brinellə
görə 80-100 kqs/sm
2
. O, bir sıra metal və qeyri-metallarla ərinti əmələ gətirir.
Dəmirin karbonlu ərintilərinin yavaş soyudulması nəticəsində aşağıdakı formaları
olur. Bunlara ferrit, austenit, sementit və perlit daxildir (7-10).
Ferrit dedikdə dəmirdə az miqdar (0,4%) karbonun həll olması nəzərdə
tutulur. O, tərkibcə təmiz dəmirə yaxındır.
Austenit. Dəmirin tərkibində karbonun miqdarı bərk məhlul halındadır. O,
723
0
S-dən yuxarı temperaturda əmələ gəlir.
Sementit. O, dəmirin karbonla əmələ gətirdiyi kimyəvi birləşmədir. O,
kövrək və bərkdir (700-800 kqs/mm
2
).
Perlit. O, ferlit ilə sementinin mexaniki qarışığıdır. Onun tərkibində
karbonun miqdarı 0,8%-dir və bərkliyi Brinellə görə 180-200 kqs/mm
2
-dir.
Dəmiri filizlərdən reduksiya metodu ilə alırlar. Bu filiz maqnitli dəmir
(Fe
3
O
4
) və Fe
2
O
3
tərkibdə olur.
Çuqun. O, dəmirin karbonla ərintisidir. Onun tərkibində karbonun miqdarı
2-6,67% arasında dəyişir. Xalq istehlak mallarının alınmasında karbonun miqdarı
əsasən 3-4,5% olur. O, çox kövrək olur. Ona görə də təzyiq altında emal etmək
olmur. Ancaq tökmə metodu ilə emal olunur və ucuz başa gəlir. Onun kimyəvi
tərkibi Fe
3
C-ə (dəmir-karbid) uyğun gəlir. Karbondan başqa onun tərkibində Si,
11
Mn, S, P elementləri də olur. Burada P və S zərərli qatışıqdır. Onlar çuqunun
tərkibini aşağı salır (15-20).
Müasir zamanda dünya əhalisinin hər bir nəfərinə ildə 100 q-dan çox çuqun
düşür. Ayrı-ayrı ölkələrdə bu rəqəm belədir: Yaponiyada 600 kq, Almaniyada 470
kq, ABŞ-da 160 kq, Rusiyada isə 410 kq çuqun düşür.
Silisiumun çuqunda miqdarı 1,5-4,5% arasında olur. O, çuquna mexaniki
bərklik verir.
Manqan 0,3-0,8% arasında olduqda çuqunun bərkliyini artırır. Kükürd isə
(0,1-0,12%) onun mexaniki xassələrini azaldır.
Domna peçlərində çox boz çuqun alınır. Onun tərkibində karbon qrafit
halında olur. O, çox kövrəkdir, aşağı bərkliyə malikdir. Sənayedə aşağı markalarda
çuqun alınır: SG 18-36, SG 12,28, SG 28-48 və başqaları.
Çuqundan əsasən polad alınır. Çuqunu almaq üçün şixta materialı kimi
dəmir filizindən, yanacaqdan və flüsdən istifadə olunur. Onu almaq üçün qırmızı
dəmir daşı (Fe
2
O
3
), maqnitli dəmir (Fe
3
O
4
), qonur dəmir (2Fe
2
O
3
.
3H
2
O), şpat
dəmir daşından (FeCO
3
) ibarət olan filizlərdən istifadə olunur.
Qeyd etmək lazımdır ki, mədənlərdən çıxarılan dəmir filizlərinin ölçüləri
bəzən 1-15 m-ə qədər olur. Domna sobalarında istifadə olunan filizlərin ölçüləri isə
50-80 mm çox olmamalıdır. Ona görə də dəmir filizləri xırdalanmalıdır.
Cılız filizlər, yəni dəmiri az olan filizlər zənginləşdirilir. Onlar aşağıdakı
üsullarla zənginləşdirilir: 1. Yüksək təzyiqli su ilə yumaqla; 2. Qravitasiya üsulu
ilə. Bu üsul mineralların xüsusi çəkilərinin müxtəlif olmasına əsaslanır.
Xırdalanmış filiz suya tökülür. Bu zaman ağır minerallar çökür, yüngüllər isə
suyun üzərində qalır; 3. maqnitlə zənginləşdirmə.
Domna sobalarında yanacaq kimi koksdan istifadə olunur. Onun
parçalarının ölçüsü 40-80 mm olmalıdır.
Flüs kimi əhəngdaşından (CaCO
3
) istifadə olunur. Onun ölçüsü 30-80 mm
olmalıdır.
Çuqun almaq üçün həmçinin metal qırıntılarından da istifadə olunur.
Dostları ilə paylaş: |