18
Elektroliz vannasından alınan ilkin alüminiumun tərkibində müxtəlif
qarışıqlar olur və onu təmizləmək üçün onun maye hissəsinə 750
0
S və 15 dəqiqə
müddətində xlor qazı üfürülür və alınan alüminium saflıq dərəcəsinə görə 3 qrupa
bölünür:
1. xüsusi təmiz alüminium A-999, A-995;
2. yüksək təmiz alüminium A-99, A-97, A-95;
3. texniki təmiz alüminium A-85, A-8, A-7, A-6.
Alüminiumun ərintiləri böyük əhəmiyyət kəsb edir. Onun çox əhəmiyyətli
ərintisi duralümindir. Onun sənayedə aşağıdakı markalarda istehsal olunur: D1,
D6, D16 və D18. Ondan müxtəlif borular, lenta və müxtəlif cihazlar, maşın
hissələri hazırlanır. Tökmə alüminium ərintiləri müxtəlif formalı məmulatlar
hazırlamaq üçün istifadə olunur. Burada maye halda olan ərinti formalara tökülür.
Bu metodla istənilən məmulat istehsal olunur. Bu ərintiyə Fe, Ni, Cr, Mn, Ti, Be
elementləri əlavə olunur ki, bu da ərintinin möhkəmliyinə, bərkliyinə və başqa
xassələrinə müsbət təsir göstərir.
Mis və onun ərintiləri. Mis açıq qırmızı rəngli metal olub, onun sıxlığı 8,96
q/sm
3
, ərimə temperaturu 1083
0
S, qaynama temperaturu 2360
0
S, möhkəmliyi 85-
115 HB, nisbi uzanması 40-50% və dartılmaya görə möhkəmlik həddi 200-250
Mpa. Elektrik və istilik keçirməyə görə ancaq gümüşdən geri qalır. Onun elektrik
keçirmə qabiliyyəti alüminiumdan 1,7 dəfə, Pt və Fe-dən 6 dəfə, volframdan isə
300 dəfə çoxdur.
Misin texnoloji xassələri onun soyuq halda nazik təbəqələr və lentlər
şəklində yayılmasına imkan verir, asanlıqla pardaqlanır, yaxşı lehimlənir və
qaynaq edilir. O, sərbəst halda elektrotexnikada tətbiq olunur. Onu istehsal etmək
üçün tərkibində 1-6% qədər olan filizlərdən və mis tullantılarından istifadə olunur.
Mis filizləri 2 qrupa bölünür: 1. sulfidli filizlər; 2. oksidli filizlər.
Sulfidli birləşmələrə xalkopirit (CuFeS
2
), xalkozin (Cu
2
S), kovalin (CuS),
oksidli birləşmələrdən kupurit (Cu
2
O), malaxit [(CuCO
3
.
Cu(OH)
2
)], tenorit (CuO)
və s. Sulfidli filizlər dünya mis yataqlarının 80%-ni, oksidli filizlər isə təqribən
19
15%-ni təşkil edir. Tərkibində 3%-dən çox misi olan filizlər zəngin hesab olunur.
Zəngin filiz yataqları Uralda, Qazaxıstanda, Azərbaycanda (Gədəbəy, Filizçay)
yerləşir. Mis istehsalı filizlərdən emalı 2 üsulla alınır:
1. pirometallurgiya üsulu – filizlərin bilavasitə əridilməsi;
2. hidrometallurgiya üsulu. Bu üsulda filiz Cu məhlula keçirir və emal
olunur.
Sulfidli filizləri pirometallurgiya üsulu ilə emal etmək üçün onlar birinci
mərhələdə oksidləşdirilir və oksid halına keçirilir. Kükürd isə kükürd qazına
çevrilir. Kükürd qazının xaric olunması nəticəsində filizdəki misin faizlə miqdarı
təqribən 2 dəfə artır. Alınan mis oksidi qüvvətli reduksiyaedicilər vasitəsilə (C,
CO, H
2
) reduksiya olunur və təmiz mis (98,5-99,5%) alınır.
Daha təmiz mis almaq üçün tutumu 250-400 ton olan peçlərdə aparılır.
Saflaşdırmanın müddəti 16-26 saat, maye mis doldurulduqda isə 10-14 saat çəkir.
Misin elektrlitik üsulla saflaşdırılmasında məqsəd daha saf mis almaq və onun
tərkibində olan qızıl və gümüşü çıxarmaqdır.
Elektroliz içərisi qurğuşun və ya viniplast ilə örtülmüş vannalarda aparılır.
Anodları alovlu saflaşdırma ilə alınan misdən, katodları isə təmiz mis lövhəsindən
hazırlanır. Elektrolit kimi mis-sulfatın (CuSO
4
) sulu məhlulundan və sulfat turşusu
qarışığından istifadə olunur. Vannaya sabit cərəyan buraxdıqda anod həll olaraq
məhlula keçir, katodlarda isə mis ionlarının toplanması baş verir.
Qatışıqlar vannanın dibinə çökür və o, şlak adlanır. O xüsusi deşiklərdən
buraxıb, emal yolu ilə ondan nəcib metalları ayırırlar. Bir ton katod misi almaq
üçün 250-350 kvt/saat elektrik cərəyanı sərf olunur. Cərəyan şiddəti 10000-
15000A, gərginlik 0,3-0,35V bərabər olur. Anodların həll olması orta hesabla 20-
30 gün davam edir. Təmizlik dərəcəsindən asılı olaraq aşağıdakı mis markaları
mövcuddur: M00 (99,99% Cu), M0 (99,97% Cu), M1 (99,9% Cu), M2 (99,7%
Cu), M3 (99,5% Cu).
Nikel, xrom, qalay, sink və başqa əlvan metallar. Nikel açıq-boz rəngli
metaldır. Onun ərimə temperaturu 1453
0
S, sıxlığı 8,9 q/sm
3
, bərkliyi (NB 70
20
kqs/mm
2
). Ondan polad istehsalında leqirli metal kimi və həm də poladın səthinə
çəkilmək üçün istifadə olunur.
Xrom ağ rəngli metaldır, ərimə temperaturu 1910
0
S, sıxlığı 6,92 q/sm
3
-dir,
bərkliyi isə NB 220 kqs/mm
2
bərabərdir. O da bir sıra qiymətli ərintilərin
alınmasında, polada əlavə edilmədə, poladın üzərinə çəkilmədə istifadə olunur.
Qalay gümüşü-ağ rənglidir, ərimə temperaturu 232
0
S-dir, bərkliyi NB 5
kqs/mm
2
, sıxlığı isə 7,3 q/sm
3
-dir. O da qalaylama işlərində, poladın üzərinin
örtülməsində istifadə olunur.
Sink mavi-ağ rəngli metaldır, ərimə temperaturu 419,5
0
S, bərkliyi NB 35
kqs/mm
2
, sıxlığı 7,14 q/sm
3
-dir. O, korroziyaya davamlı olduğu üçün poladın
üzərinin örtülməsində istifadə olunur.
Qurğuşun açıq-boz rəngli metaldır. Onun sıxlığı 11,3 q/sm
3
, bərkliyi NB 4
kqs/mm
2
. O, korroziyaya davamlıdır, ondan bir sıra ərintilər alınır və həm də
ondan maşın akkumulyatorlarının plastinkaları hazırlanır.
Yüksək dərəcədə əriyən metallar. Bunlara volfram, molibden və titan
daxildir. Volfram daha yüksək dərəcədə əriyən metaldır (3400
0
S). O,
elektrolampalarda
közərmə
tellərinin,
elektrodların,
radiolampaların
hazırlanmasında istifadə olunur. Molibden 2635
0
S əriyir. O, ən çox polada əlavə
olunur. Titan 1680
0
S əriyir, bərkdir, yüngüldür. O, bir sıra ərintilərdə istifadə
olunur.
Qiymətli metallar. Bunlara qızıd, gümüş və platin elementləri daxildir.
Onlar korroziyaya qarşı davamlıdır və havada, suda, atmosferdə, oksigendə və
qələvi mühitdə oksidləşmir. Qızılın ərimə temperaturu 1063
0
S-dir, sıxlığı 19,54
q/sm
3
-dir, bərkliyi NB 25 kqs/mm
2
, parlaq sarı rənglidir. O, yüksək plastikliyə
malikdir və ona görə onun 1 qramından təxminən 1 km uzunluqda tel çəkmək olar.
Qızıl gümüş və mislə ərinti əmələ gətirir. O, mislə 553, 750 və daha yüksək problu
ərinti əmələ gətirir ki, onlardan bir sıra bəzək əşyaları hazırlanır və dişdüzəltmə
işlərində istifadə olunur.
Dostları ilə paylaş: |