12
Domna sobası şaquli şaxt tipli sobadır. O, xaricdən qalın polad təbəqə ilə
əhatə olunub, daxildən isə odadavamlı şamot kərpiclə hörülür. O, 5 hissədən
ibarətdir:
1. Yuxarı hissə «koloşnik» adlanır. Oraya filiz koks və flüs verilir;
2. Koloşnik hissəsindən aşağıda «şaxta» hissəsi yerləşir;
3. Şaxta hissəsindən sonra «buğluq» hissəsi yerləşir;
4. Buğluqdan sonra «çiyinlik» hissəsi yerləşir;
5. Aşağı hissədə isə «kürə» hissəsi yerləşir. Kürənin aşağısından novlar
vasitəsilə maye çuqun və posa buraxılır.
Hazırda dünyada faydalı tutumu 2000 m
3
-dən çox olan 130-a yaxın Domna
sobası vardır. Onlardan 40-ı Yaponiyadadır. Sobanın maksimum məhsuldarlığı
12000 ton/gündür.
Domna sobaları fasiləsiz olaraq 5-8 il və daha çox işləyir və ondan sonra
əsaslı təmirə dayanır. Domna sobasının daxilində koks, oraya üfürülən O
2
ilə
birləşərək dəm qazı (CO) əmələ gətirir. 2C + O
2
= 2CO – Q
Dəm qazı qüvvətli reduksiyaedicidir və o, yuxarıda göstərilən dəmir
birləşmələrini sərbəst dəmirə qədər mərhələlərlə reduksiya edir.
3Fe
2
O
3
+ CO = 2Fe
3
O
4
+ CO
2
Fe
3
O
4
+ CO = 3FeO + CO
2
FeO + CO = Fe + CO
2
Beləliklə alınan çuqun təyinatına görə 2 yerə bölünür: 1. təkrar emal
çuqunu; 2. tökmə çuqun. Təkrar emal çuqunu (93%) polad almaq üçün istifadə
olunur.
Tökmə çuqun isə metaltökmə istehsalatında çuqun məmulatları istehsal
edilməsi üçün istifadə olunur.
Domna posasından tikinti materialları (sement, kərpic, çınqıl) almaq üçün
istifadə olunur.
13
Çuqun istehsalı üçün ən mühüm göstəricilərdən biri hər bir ton çuqun üçün
koks sərfidir. Ən yaxşı sobalarda bir ton çuqun əritmək üçün 400 kq koks sərf
olunur.
Polad. Polad dəmirin karbonla ərintisidir ki, karbon ərintidə cəmi 2%-ə
qədər olur. Xalq istehlak tələbatlarında tərkibində karbonu 0,08-1,4% olan polad
istifadə olunur. Onun tərkibində olan qarışıqlar çuqunda olduğu kimidir. Onun
tərkibində az da olsa silisium, kükürd, manqan, fosfor olur. Bu elementlər poladın
xassələrinə mənfi təsir göstərir. Onun möhkəmliyini aşağı salır, yüksək
temperaturda onun səthində çatlar əmələ gətirir.
Polad yüksək mexaniki xassəyə malikdir, ona görə də o, xalq istehlak
malları almaq üçün müxtəlif metodlarla istehsal olunur. Poladın istehsalı üçün
konvertor, marten və elektro ərimə metodları mövcuddur.
Konverter üsulu 1952-1953-cü illərdə ilk dəfə Avstriyanın zavodlarında
həyata keçirilib. Onun ideyasını ilk dəfə 1934-cü ildə rus mühəndisi N.Marqovoy
irəli sürmüşdür. Bu üsul hazırda geniş tətbiq olunur və 70%-dən çox polad bu
üsulla əridilir. Oksigen-konverter sobası daxildən odadavamlı kərpicdən
hörülmüşdür, xaricdən 50-100 mm qalınlığında polad təbəqə ilə əhatə olunmuşdur.
Ərimə prosesi başlanmazdan əvvəl soba üfüqi vəziyyətə gətirilir. Oraya
metal qırıntıları verilir, sonra onun üzərinə temperaturu 1100-1200
0
S olan maye
çuqun tökülür. Bu materiallar sobanın 2/3 hissəsi qədər olur. Sonra soba şaquli
vəziyyətə gətirilir və flüs (CaO) verilir və oksigen üfürülür. Maye metalın səthində
temperatur 2500
0
S-yə qədər yüksəlir. Konverter sobasında əvvəlcə Fe oksidləşib
FeO əmələ gətirir. Bu zaman Mn, S, P elementləri də oksidləşir.
2Fe + O
2
= 2FeO
2Mn + O
2
= 2MnO
Si + O
2
= SiO
2
4P + 5O
2
= 2P
2
O
5
Sonra isə FeO koksla reaksiyaya daxil olaraq Fe alınır.
14
FeO + C = Fe + CO – Q
Eyni vaxtda posanın əmələ gəlməsi reaksiyası baş verir.
FeS + CaO = CaS + FeO
Ərimə prosesi zamanı maye metaldan analiz götürülür, əgər karbonun
miqdarı nəzərdə tutulan poladın karbonuna uyğun olduqda proses dayandırılır.
100 ton həcmi olan konverterdə ərimə müddəti 30-32 dəqiqə davam edir. 1
ton polad almaq üçün 50-60 m
3
oksigen sərf olunur.
Konverter prosesi daha yüksək müsbət cəhətlərlə xarakterizə olunur:
1. yüksək keyfiyyətli poladın alınması;
2. prosesin
məhsuldarlığının
yüksək
olması,
Marten
sobasının
məhsuldarlığından 10 dəfə çoxdur;
3. Marten poladına nisbətən maye dəyərinin aşağı olması;
4. kapital xərclərinin az olması;
5. 35-40%-ə qədər polad qırıntılarından istifadə olunması;
6. sobanın quruluşunun sadə olması və texnoloji prosesin asan idarə
edilməsi;
7. yanacaqdan istifadə edilməsi. Sobada istilik ekzotermik reaksiyaların
hesabına alınır.
Bu üsulun mənfi cəhətləri:
1. metal və odadavamlı material itkisinin çox olması;
2. maye çuqun tələb olunması və s.
Marten sobalarında polad istehsalı. Bu üsul 1864-cü ildə Marten
tərəfindən (Fransa) tətbiq olunmuşdur. 20-50-ci illərdə bu üsulla 80%-ə qədər
polad əridilirdi. Bu metodda yanacaq kimi, həm qaz və həm də mazutdan istifadə
olunur. Bu proses konverter metodundan 10 dəfə gec başa gəlir. Burada xammal
kimi çuqun, metallom, müxtəlif otxodlardan istifadə olunur. Proses müddətində
peçə ligirlənmiş metallar (Cr, W, Mo) əlavə oluna bilər. Ona görə də bu metodla
daha qiymətli polad almaq olar ki, bu da korroziyaya, kimyəvi maddələrin təsirinə
qarşı davamlı olur.