24
3. Məhsulunun təyinatına görə: yarım məhsul və hazır məhsul istehsal edən
dəzgahlara ayrılır.
Yayma istehsalının məhsulları müxtəlif qalınlıqlı təbəqələr, zolaqlar,
reyslər, bərabər və qeyri-bərabər tərəfli bucaqlar, şvellerlər, inşaat armaturları,
çubuqlar, borular və s.
Presləmə üsulu. Bu prosesə əsasən qurğuşundan başqa, əlvan metallar
uğradılır. Son vaxtlar kiçik polad hissələr də bu prosesə uğradılır.
Qırmış plastik metalı qapalı həcmdə sıxmaqla onun en kəsiyindən kiçik
gözlükdən keçirməklə müəyyən formaya salınması prosesinə presləmə deyilir. Bu
proses hidravlik preslərdə aparılır. Preslərin gücü 1000 t – 20000 t olur. Presləmə
üsulu iki metodla: 1. düzünə; 2. əksinə presləmə ilə aparılır.
Düzünə presləmələrdə qızğın silindrik metal pəstah presin konteyner
adlanan qalın divarlı polad silindrin içərisinə yerləşdirilir.
Konteyner odadavamlı poladdan hazırlanmış və gözlüyün forması
preslənəcək məmulatın formasını əks etdirən (oxşayan) matris bərkidilir. Hidravlik
presin pyansonun təzyiqinin təsiri ilə (sıxılması) metal matrisin gözlüyündən çıxır.
Əks presləmədə isə bağlı konteynerin içərisinə qızğın metal qoyulur və
ucuna matris bərkidilən içi boş puanson daxil olur. Puanson hərəkət etdikdə matris
metala təsir edir (metalı sıxır) və qızğın metal gözlükdən çıxır. Əks presləmə
əsasən metal çubuqların istehsalında tətbiq olunur. Bu presləmədə metal itkisi az
olur. Presləmə ilə çubuqlar, borular və müxtəlif çeşidli məmulatlar istehsal olunur.
Çəkmə prosesi (məftilçəkmə prosesi). Çəkmə matrisanın lövhəsinin daralan
gözlüyündən metalı dartıb keçirməklə en kəsiyinin azalması və uzununa
ölçülərinin artması prosesinə çəkmə və ya çəkib uzatma deyilir.
Bu üsulla 0,02-1 mm qalınlığı olan məftillər, nazik divarlı borular, saat
istehsalı üçün dişli çarxlar və s. məmulatlar alınır. Bu üsulda metal pəstaha əsasən
qızdırılmır. Çəkmə ilə emal prosesi aşağıdakı əməliyyatlardan ibarətdir:
1. metal pəstahın plastikliyini artırmaq üçün tabalmaya uğraması;
25
2. pəstahın üzərindəki oksid təbəqəsini qızdırılmış H
2
SO
4
ilə aşılaması
(yuyulması);
3. pəstahın ucunun matrisanın gözlüyündən çıxa bilməsi və onun dartma
tutucusu ilə tutula bilməsi üçün en kəsiyinin kiçildilməsi;
4. çəkmə;
5. çəkmə məmulatın termik emalı;
6. məmulatın lazımi ölçüdə doğranması.
Çəkmə prosesi çəkmə dəzgahlarında aparılır. Dəzgaha çəkib dartmanı
yerinə yetirməyə görə 3 növə bölünür:
1. barabanlı;
2. zəncirli;
3. hidravlik dəzgahlar.
Sərbəst döymə. Çəkicin ardıcıl zərbələri və ya presin sıxma təzyiqi ilə
metalın sərbəst tərəflərə deformasiyasına sərbəst döymə deyilir. Belə döymə fərdi
və kiçik seriyalı istehsalda səmərəlidir. Sərbəst döymə metal emalı üsullarından,
məsələn, metal tökmə, ştamplamadan və s. ilə müqayisədə bir çox üstünlüklərə
malikdir. Sərbəst döymə üsulunda çəkisi 0,1 kq-dan 300 tona qədər olan pəstahlar
almaq mümkündür. Bu üsulda metalın daxili quruluşu (strukturu) və mexaniki
xassələri dəyişir. Burada güclü avadanlıqlar tələb olunmur. Sərbəst döymə əl ilə və
ya maşınla aparılır. Sərbəst döymə proseslərində bir sıra dəmirçi döymə
əməliyyatları tətbiq edilir.
1. Oturtma. Bu zaman pəstahın hündürlüyünü azaltmaqla eninə ölçüləri
artırılır;
2. Sıxıb uzatma və ya yayma. Bu əməliyyat zamanı pəstahın en kəsiyini
azaltmaqla uzununa ölçüləri artırılır;
3. Əymə. Pəstaha tələb olunan əyrilikdə forma vermək üçün tətbiq edilir;
4. Burma;
5. Dəlmə. Pəstahın daxilində boşluqların açılması dəlmə adlanır.
26
Göstərilən əməliyyatları yerinə yetirmək üçün əsas və köməkçi alətlərdən
istifadə olunur. Sərbəst döymənin texnoloji prosesi aşağıdakı əməliyyatlardır:
1. döymə çertyojuna uyğun pəstahların doğranması;
2. pəstahların qızdırılması;
3. döymə prosesi;
4. alınan döymə məmulatların termiki emalı və təmizlənməsi. Sərbəst
döymənin əsas avadanlıqları döymə çəkicləri və preslərdir.
Sərbəst döymədə pnevmatik və buxar-hava çəkiclərindən, hidravlik döymə
presindən istifadə olunur.
Həcmi ştamplama. Sərbəst döymədən fərqli olaraq, ştamplamada metal
(material) ştamp alətinin daxili bölgünün forma və ölçülərini almaqla baş verir.
Ştamp metal qəlibdir. Onun daxili forması pəstahın xarici səthini yaradır. Ştamplar
odadavamlı poladdan hazırlanır. Ştamplanacaq metallar plastikliyə malik olmalıdır.
Buna görə də metalları qızdırırlar. Buna əsasən həcmi ştamplama qızğın həcmi
ştamplama adlanır.
Qızğın həcmi ştamplamanın sərbəst döymə ilə müqayisədə bir çox
üstünlükləri vardır. Belə ki, əmək məhsuldarlığını 10 dəfəyə qədər yüksəldir,
alınan məmulatın ölçüləri dəqiq və səthi hamar olur ki, o da sonrakı mexaniki
emalda emal payını azaldır, metala qənaət edilir, yüksək ixtisaslı fəhlə tələb etmir.
Mənfi cəhəti isə odur ki, ştamplama ilə çəkisi 100-200 kq-a qədər olan
məmulatlar alınır.
Ştamplama 2 hissədən ibarət olan polad qəlibdir.
Qızğın həcmi ştamplama ilə məmulatın hazırlanmasında texnoloji proses
aşağıdakı əsas əməliyyatlardan ibarətdir:
1. metalın lazımi ölçüdə doğranması;
2. pəstahın qızdırılması;
3. qızğın həcmi ştamplama;
4. termik emalı və təmizlənməsi.