34
Bədii çini məmulatlar klublarda, teatr və mədəniyyət evlərində,
mehmanxana və sanatoriyalarda rast gəlinir.
Çini-kaşı qabların çeşidi sistematik olaraq təzələnir, hər il qabların çeşidi
demək olar ki, 24-25% təzələnir. Bu zaman əsas diqqət ev məişətində işlədilən
yeni formalı əşyaların (nəlbəki, fincan, çaynik, salat qabı), həmçinin sümük
çinisindən yüksək ağlığa və işıq keçirməyə malik olan bədii məmulatların və
cürbəcür bəzəklərlə tərtib edilmiş qabların buraxılışına yönəldilmişdir. Ictimai iaşə
müəssisələri üçün istehsal edilən çini qabların çeşidi təzələnmiş və uzun
ömürlülüyünün artmasına onun istehsalında təminat yaradılmışdır. Aparılan
tədqiqatlara görə belə boşqabların mexaniki möhkəmliyi 18-24 aydır, adi
boşqablarda isə 4-8 aydır.
Çini-kaşı qabların müasir çeşidi üçün keyfiyyəti daim artırılması
xarakterikdir. Ildən-ilə çini-kaşı sənayesində 1 sort məhsulların xüsusi çəkisi artır.
Hazırda məişət çini məmulatlarının verilən tələblərə funksional, erqonomik,
estetik və istifadə zamanı etibarlı olması deməkdir. Funksional tələb məmulatın
ərzaq və içkini saxlamaq üçün yararlı olması, sadəliyi, yüngül olması, funksiyasını
yerinə yetirməkdən ibarətdir. Erqonomik tələb çini məmulatların istifadəsi üçün
rahat və onun gigiyenik xüsusiyyətindən ibarətdir. Estetik tələb çini məmulatının
kompozisiyasının bütövlüyü, gön rasional forması ilə xarakterizə olunur.
Cədvəl 3. Yeməkxana servizinin və dəstinin (nabor) tərkibi
Məmulatın adı
Məmulatın miqdarı
Boşqablar
5,0
Fincan ilə nəlbəki
5,2 (2,6 cüt)
Nəlbəkilər
0,5
Tayqulplar
1,5
Çayniklər
0,5
Başqa məmulatlar
1,8
35
Cədvəldən göründüyü kimi məişət keramikasının bütün məhsulunun 70%-ni
boşqab və fincan ilə nəlbəki təşkil edir. Belə çeşid strukturası optimal sayılır.
Onların keyfiyyətini yüksəltmək, hər şeydən əvvəl mexaniki möhkəmliyini
artırmaq hesabına istehsalına ümumi həcmində bu məmulatların xüsusi çəkisi
azaldılır və azaldılacaqdır. Lakin istehsal müəssisələri boşqab, nəlbəki, fincanın
əvəzinə yeni formalı çini qablar istehsal edərsə, bu qablar funksional təyinatına
uyğun gəlmir: Məsələn, tas formalı nəlbəki əvəzinə dayaz nəlbəkilər, Ukraynada
istehsal olunan dərin boşqabın əvəzinə miskillər həm xarici quruluşuna görə, həm
də funksional təyinatına əsasən cavab vermir.
Çini qabların istehsalının ümumi həcmində komplekt məmulatların xüsusi
çəkisi 12% qədər, şərq çeşidli məmulatlar isə (piyalə, kasa və s.) 12% qədər təşkil
edir.
Çini
qabların
çeşidi
kaşıya
nisbətən
genişdir.
Çini
qabların
çeşidində çay və qəhvə təyinatlı məmulatlar daha çox xüsusi çəkiyə
malikdir, kaşı qablarda isə yeməkxana təyinatlı məmulatlara daha üstünlük verilir.
Çini-kaşı qabların bəzək qruplarına əsasən çeşid quruluşu aşağıdakı kimidir.
Cədvəl 4.
Məhsulun
xüsusi çəkisi,
%-lə
Bəzək qrupları
Q
ru
p
d
an
k
ən
ar
1
2
3
4
5
6
7
8
10
11
15
Çini
Miqdarla
ifadəsi
2,1
-
1,4
5,1
9,1
18,7
17,3
24,3
10,2
7,5
1,6
2,7
Dərəcə
ifadəsi
0,6
-
0,5
1,9
4,4
13,3
14,8
25,7
13,7
13,6
13,9
7,6
Kaşı
Miqdarla
ifadəsi
0,6
0,1
8,2
31,0
4,5
38,3
17,1
-
-
-
-
0,2
Dərəcə
ifadəsi
0,1
-
4,9
20,8
4,1
43,4
26,3
-
-
-
-
0,4
36
Cədvəldən göründüyü kimi çini qabların 90%-i və kaşı qabların 70%-i
dəyərcə 6-cı və yüksək qruplarda buraxılır. Bunu müsbət hal hesab etmək olmaz.
Zavodlar əksər hallarda məmulatın üzərini qızıl preparatla lent, haşiyə və başqa
naxışlarla bəzəyirlər ki, bu da buraxılan məhsulun həcmini dəyərlə artırır.
Müxtəlif növ qablara və müxtəlif bəzəkli qablara tələbin daim öyrənilməsi,
müxtəlif mürəkkəblikdə olan bəzək qruplarına lazımi tələbata gündəlik nəzarətin
həyata keçirilməsi əmtəəşünasın əsas vəzifələrindən biridir.
Çini qablar təyinatına, növünə (adına), fasonuna (forma), ölçüsünə,
bəzəndirilməsinə və komplektləşdirilməsinə görə qruplaşdırılır.
Çini məmulatlar təyinatına görə 3 qrupa bölünür:
1. Çay, qəhvə qabları
2. Xörək qabları
3. Digər məmulatlar.
Çini qablar növünə (adına) görə müxtəlifdir.
Məmulat formasına görə yastı (nəlbəki, boşqab, bulud və s.), içi oyuq
(fincan, çaynik, sup üçün vaz və s.) olur. Məmulatın forması onun təyinatı ilə və
hazırlanma prosesi ilə təyin edilir.
Çini qabların fasonu nömrə ilə göstərilir: 1, 2, 3, 39, 51 və s. amma ticarətdə
fasonlara şərti adlar verilir. Məsələn, “repka” (turp), “şar” fasonlu çayniklər,
“zəng-kolokol”, “armud”, “zanbaq” formalı fincanlar.
Çini qabların ölçüsü tutumuna yaxud diametrinə görə göstərilir.
Bəzək xarakterinə görə qablar şəbəkə, möhür, basma naxışlı olur və s.
Dəst qablar bir fasonlu, eyni sortlu və bəzəkli olmalıdır.
Çay, qəhvə qabları. Çay çini qablar çeşidində fincan daha çox xüsusi çəkiyə
malikdir. Bunlar satışa nəlbəki ilə birlikdə daxil olur, eyni bəzəkli və eyni
sortludur.
Təyinatına görə çini fincanlarçay və qəhvə fincanlarına bölünürlər.