103
Təcrübə 6. Axıra qədər gedən (dönməyən) reaksiyaların şərtlərinin
yoxlanılması.
a)
Çöküntünün əmələ gəlməsi ilə gedən reaksiyalar. İki sınaq şüşəsinin
birinə 2-3 ml duru sulfat turşusu, digərinə isə bir o qədər natrium-sulfat məhlulları
tökün və hər birinə bir neçə damcı barium-xlorid məhlulu əlavə edin. Nə müşahidə
edilir? Müvafiq reaksiyaların molekulyar, ion-molekulyar və qısa ion tənliklərii yazın.
b)
Qaz və az dissosiasiya edən maddələrin alınması ilə gedən reaksiyalar.
Sınaq şüşəsinə 2-3 ml ammonium-xlorid məhlulu töküb, üzərinə bir o qədər natrium-
hidroksid məhlulu əlavə edin. Nə müşahidə edilir? Ammonyakın ayrılmasını iyinə
görə və su ilə isladılmış qırmızı lakmus kağızı vasitəsilə müəyyən edin. Baş verən
reaksiyaların molekulyar, ion-molekulyar və qısa ion tənliklərini yazın.
Təcrübə 8. Qeyri-metalların nisbi aktivliyi.
a)
Sınaq şüşəsinə 2-3 ml kalium-yodid töküb üzərinə 3-4 damcı xlorlu su əlavə
edin. Nə müşahidə edilir? Məhlulun qırmızı-qəhvəyi rəngə boyanmasının səbəbini
izah edin və reaksiyanın tənliyini yazın.
b)
Üç sınaq şüşəsi götürüb, onların hər birinə 2-3 ml hidrogen-sulfidli su tökün.
Sınaq şüşələrindən birinə 3-4 damcı xlorlu su, ikincisinə bromlu su, üçüncüsünə isə
yodlu su əlavə edin. Nə müşahidə olunur? Reaksiyaların tənliklərini yazın, xlor, brom,
yod və kükürdün nisbi aktivlikləri barədə nəticə çıxarın.
3-cü iş. Duzların hidrolizi və elektroliz.
Ləvazimat və reaktivlər: sınaq şüşələri, spirt lampası, kibrit, kimyəvi stəkanlar,
U şəkilli boru, kömür elektrodlar, mis məftili, düzləndirici, fenolftalein, natrium-
karbonat, natrium-sulfit, natrium-sulfid məhlulları, alüminium-xlorid, mis(II)sulfat,
sink-xlorid , lakmus məhlulları, natrium-xlorid məhlulu, kartof kəsikləri.
Təcrübə 1. Duzların hidrolizi.
104
a)
Üç sınaq şüşəsi götürüb, birinə natrium-karbonat, ikincisinə natrium-sulfit,
üçüncüsünə isə natrium-sulfid məhlullarından bir qədər töküb, hər birinə bir neçə
damcı fenolftalein əlavə edin. Nə müşahidə edilir? Baş verən hadisələrin səbəbini
aydınlaşdırın və reaksiyaların molekulyar və ion -molekulyar tənliklərini yazın.
b)
Üç sınaq şüşəsinin birinə alüminium-xlorid, ikincisinə sink-xlorid,
üçüncüsünə isə mis(II)sulfat məhlullarından bir qədər töküb, üzərilərinə lakmus
məhlulu əlavə edin. Baş verən hadisələrin səbəbini aydınlaşdırın və reaksiyaların
molekulyar və ion-molekulyar tənliklərini yazın.
c)
Sınaq şüşəsinə natrium-sulfitin doymuş məhlulundan 10 ml töküb, üzərinə
bir neçə damcı fenolftalein məhlulu əlavə edin. Məhlulun bir hissəsini kiçik stəkana
tökün və açıq-çəhrayı rəng alınana kimi üzərinə distillə suyu əlavə edin. Alınan
məhlulu iki stəkana tökün, birini qızdırın. Qızdırılmış stəkandakı məhlulun rəngi,
soyuq məhlulla müqayisədə necə dəyişiləcək? Stəkanarı arxasına ağ vərəq tutmaqla
müqayisəni dəqiqləşdirin və nəticə çıxarın.
Təcrübə 2. Mis(II) xlorid və natrium-xlorid məhlullarının elektrolizi.
a)
U şəkilli boruya 5%-li mis(II) xlorid məhlulu töküb, içərisinə kömür
elektrodlar saldıqdan sonra düzləndirici vasitəsilə elektrik cərəyanı mənbəyinə
birləşdirin (gərginlik 12 voltdan artıq olmamalıdır) (şəkil
23). Elektrodlarda nə müşahidə edilr? Hadisənin səbəbini
izah edin. Hansı maddələr alınır və onları necə müəyyən
etmək olar? Reaksiyanın tənliyini yazın.
b)
Natrium-xloridin elektrolizini də eyni qayda ilə
aparın. Elektrodlarda və məhlulda əmələ gələn maddələri
necə təyin edərdiniz? Natrium-xloridn elektrolizi mis(II)
xloridin elektrolizindən nə ilə fərqlənir? Səbəbini izah
edin və nəticə çıxarın. Reaksiya tənliyini yazın.
c)
Natrium-xloridin elektrolizini quru kartofla da
aparmaq olar. Bunun üçün, uzunluğu 4-5 sm, eni 1-1,5 sm,
Şəkil 23. Duzların suda
məhlullarının elektrolizi
üçün cihaz.
105
qalınlığı 1 sm olan iki kartof parçasının üzərinə natrium-xlorid və fenolftalein
məhlulu sürtüb vərəq üzərinə qoyun. Sonra kartof kəsiklərinə aralarında 3 sm məsafə
olmaqla düzləndiriciyə birləşdirilmiş iki nazik mis məftili yaxınlaşdırın. Nə müşahidə
olunur? Hadisələri izah edin.
3.5. Metalların öyrədilməsi zamanı kimya eksperimenti
1-ci iş. Metalların elektrokimyəvi gərginlik sırası və korroziya.
Ləvazimat və reaktivlər: sınaq şüşələri, stəkanlar, sap, pinset, çini kasa,
dəmir(II) sulfat, mis(II ) sulfat, civə(II ) xlorid, gümüş-nitrat məhlulları, civə metalı,
2-3 qəpiklik pul, durulaşdırılmış sulfat və xlorid turşusu məhlulları, sink metalı, mis
və maqnezium məftilləri, anilin məhlulu, dəmir lövhələr, dəmir mıx, 1: 5 nisbətində
sulfat turşusu məhlulu, kalium-yodid məhlulu.
Təcrübə 1. Metalların nisbi aktivliyi.
a)
Sınaq şüşəsinə onun üçdə biri qədər dəmir(II)sulfat məhlulu töküb, üzərinə
1-2 damcı sulfat turşusu məhlulu əlavə etdikdən sonra 3-4 parça sink salın. Nə
müşahidə edilir? Məhlulun açıq sarı rəngi nə cür dəyişir? Sınaq şüşəsinin dibində
yığılan çöküntü nədən ibarətdir? Reaksiyanın tənliyini yazın.
b)
Sınaq şüşəsinə 3-4 ml mis(II) sulfat məhlulu tökün və içərisinə təmizlənmiş
kiçik mıx salın. Nə müşahidə edilir? Reaksiyanın tənliyini yazın.
c)
Çini kasaya 3-4 ml civə(II) xlorid məhlulu (zəhərlidir ehtiyatlı olun) töküb,
içərisinə efirlə isladılmış pambıqla yaxşıca təmizlənmiş 2 və ya 3 qəpiklik pul salın.
Bir neçə dəqiqədən sonra pulu pinset vasitəsilə məhluldan çıxarın, su ilə təmiz yuyun
və parça ilə silib qurudun. Pulun rənginin dəyişməsinin səbəbini izah edin və
reaksiyanın tənliyini yazın.
Dostları ilə paylaş: |