Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   27   28   29   30   31   32   33   34   ...   111

109 
 
Maqnezium və onun birləşmələri. 
Təcrübə  1.  Maqneziumun  su  ilə  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə  pipet 
vasitəsilə təqribən 2  ml suyu elə tökün ki, onun daxili  divarı  islanmasın. Sonra sınaq 
şüşəsinə,  həmin  suyu  tamamilə  özünə  hopdurana  qədər  çay  qumu  əlavə  edin.  Kiçik 
taxta  parçası  ilə  sınaq  şüşəsindəki  qumun  yanına  bir  qədər  maqnezium  tozu  tökün 
(şəkil 25). Sınaq şüşəsini üfiqi vəziyyətdə ştativin pəncəsinə bərkidin və ağzını su ilə 
dolu silindrə salınmış qazaparan borusu olan tıxacla bağlayın. Sınaq şüşəsinin əvvəlcə 
maqnezium  tozu  alan  yerini  qızdırın  və  sonra  alovu  yaş  qum  olan  hissəyə 
yaxınlaşdırın.  Əmələ  gələn  su  buxarının  maqneziumun  üzərindən  keçməsi  zamanı 
onun parlaq alovla yanmasını müşahidə edin. Maqneziumla su arasında reaksiya başa 
çatdıqdan sonra qazaparan borunu sudan çıxarınvə silindrə yığılan hidrogeni yandırın. 
Maqneziumun  su  ilə  hansı  şəraitdə  reaksiyaya  girdiyini  müəyyən  edin  və  reaksiya  
tənliyini yazın 
 
 
 
 
 
 
 
 
 
Şəkil 25. Maqneziumun su ilə qarşılıqlı təsiri. 
 
Təcrübə  2.  İçərisinə su  ilə  isladılmış qum və  maqnezium tozu tökülmüş sınaq 
şüşəsini  üfiqi  vəziyyətdə  ştativin  pəncəsinə  bərkidib  qızdırın.  Reaksiya  başladıqda 
çıxan  hidrogeni sınaq şüşəsinin ağzında  yandırın. Maqneziumla su arasında reaksiya 
qurtarana kimi hidrogenin yanmasını müşahidə edin və reaksiyanın tənliyini yazın. 


110 
 
a)
 
 Maqnezium-oksidin  alınması.  Çətin  əriyən  sınaq  şüşəsinə  bir  qədər 
maqnezium-karbonat  töküb,  ağzını  düzbucaq  şəkilli  əyilmiş  şüşə  borusu  olan  tıxacla 
bağlayın.  Sınaq  şüşəsini  ştativin  pəncəsinə  bərkidin,  şüşə  borunun  ucunu  isə 
içərisində  əhəng  suyu  olan  stəkana  daxil  edin.  Sınaq  şüşəsinin  maddə  olan  hissəsini 
qızdırın. Nə müşahidə edilir? Qızdırılmanı qaz qabarcıqlarının çıxması dayanana kimi 
davam  etdirin.  Sınaq  şüşəsi  soyuduqdan  sonra  tıxacı  çıxarıb  oraya  bir  qədər  distillə 
edilmiş su tökün. Mayeni çalxalayıb, üzərinə bir-iki damcı fenolftalein əlavə edin. Nə 
müşahidə edilir? Baş verən hadisələri izah edin və reaksiyaların tənliklərini yazın. 
b)
 
 Maqnezium-hidroksidin  alınması.  İki  sınaq  şüşəsinin  hər  birinə  3-4  ml 
maqnezium-sulfat  məhlulu  tökün.  Sınaq  şüşələrindən  birinə  kalium-hidroksid 
məhlulu,  digərinə  isə  bir  o  qədər  ammonium-hidroksid  məhlulu  əlavə  edin.  Nə 
müşahidə  edilir?  Hansı  sınaq  şüşəsində  çöküntü  daha  çox  alınmışdır?  Nə  üçün? 
Reaksiyanın tənliyini yazın. Alınmış çöküntülərin üzərinə artıqlaması ilə ammonium-
xlorid  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Baş  verən 
hadisənin səbəbini izah edin. 
Təcrübə 2. Kalsium və onun birləşmələri. 
a)
 
Kalsiumun  suya  təsiri.  Kiçik  kalsium  parçasını 
sumbata  kağızı  ilə  təmizlədikdən  sonra  içərisində  distillə 
edilmiş su olan kristallizatora atıb, dərhal üzərinə su ilə dolu 
şüşə silindir çevirin (şəkil 26). Nə  müşahidə edilir? Silindrə 
yığılan  hidrogen  qazını  yandırın.  Məhlulun  bulanmasına 
diqqət  edin  və  içərisinə  bir-iki  damcı  fenolftalein  məhlulu 
əlavə edin. Nə müşahidə edilir? Nəticə çıxarın və reaksiyanın 
tənliyini yazın. 
b)
 
 Kalsium-oksid  və  kalsium-hidroksidin  alınması.  Çini  puta  qapağına  bir 
qədər  kalsium-karbonat  töküb,  üzərinə  azca  distillə  edilmiş  su  əlavə  edərək  şüşə 
çubuqla qarışdırın. Qarışığa  lakmus kağızı daxil edin. Nə  müşahidə edilir? Çini puta 
qapağına  bir  qədər  kalsium-karbonat  töküb,  qaz  və  ya  spirt  lampası  alovunda 
Şəkil 26. Kalsiumun su 
ilə qarşılıqlı təsiri. 


111 
 
közərtdikdən  sonra  putanı  soyudun  və  yuxarıdakı  əməliyyatları  yerinə  yetirin.  Nə 
müşahidə  olunur?  Hər  iki  müşahidəni  müqayisə  edin  və  nəticə  çıxarın.  Reaksiya 
tənliklərini yazın. 
c)  Kalsium-sulfatın  alınması.  İki  sınaq  şüşəsinin  hər  birinə  2-3  ml  kalsium-
xlorid  məhlulu  tökün.  Sınaq  şüşələrindən  birinə  az  miqdarda  kalium-sulfat  məhlulu, 
ikincisinə  isə  natrium-sulfat  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Reaksiyaların 
tənliklərini  yazın.  Sınaq  şüşələrindən  birinə  asetat  turşusu,  ikincisinə  isə  xlorid 
turşusu tökməklə çöküntülərin həll olmasını yoxlayın və nəticə çıxarın. 
d) Gipsin alınması. Kiçik stəkanda kalsium-xloridin qızdırılmadan hazırlanmış  
doymuş məhlulunun üzərinə bir o qədər 50%-li sulfat turşusu məhlulu əlavə edin. Nə 
müşahidə  edilir?  Nəticəni  yuxarıdakı  təcrübənin  nəticəsi  ilə  müqayisə  edin  və 
reaksiya tənliyini yazın. 
e)  Kalsium  ionunun  alovu  boyaması.  Nixrom  məftili  bir  neçə  dəfə  xlorid 
turşusu  məhluluna  salıb,  spirt  lampası  alovunda  qızdırdıqdan  sonra,  kalsiumun  hər 
hansı  bir  duzuna  batırın  və  alovun  işıqsız  hissəsinə  tutun.  Nə  müşahidə  edilir? 
Kalsium ionu alovu hansı rəngə boyayır?  
Təcrübə 3. Suyun codluğunun aradan qaldırılması.  
Suya  codluq  verən  hansı  ionlardır?  Codluq  neçə  cür  olur  və  hansılardır? 
Codluğu hansı üsullarla aradan qaldırmaq olar? 
a)
 
Cod suya bir qədər əhəng suyu əlavə edin. Nə müşahidə edilir? 
b)
 
 Cod  suya  bir  qədər  soda  Na
2
CO
3
  əlavə  edin.  Nə  müşahidə  edilir?  Hər  iki 
təcrübəyə aid olan reaksiya tənliklərini yazın.  
Müvəqqəti  codluğun  aradan  qaldırılması  üsullarından  birinə  siz  məişətdə 
harada rast gəlirsiniz? 
 
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə