Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   28   29   30   31   32   33   34   35   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  71 
qiymətləndirmə  və  istifadə  bacarıqlarının  qazandırılması  ön  plana  çıxmış,  şübhəsiz, 
texnologiyanın yayılması da şagirdin təlim prosesindəki rolunu dəyişdirməyə səbəb olmuşdur. 
Yeni  texnologiyalar,  şagirdin  informasiya  əldə  etmə  və  istifadə  etmə  bacarıqlarının  inkişaf 
etməsinə iştirak edərkən digər tərəfdən də onların bu proseslərdə fəal iştirakını təmin etmişdir. 
Cəmiyyətlərin  ehtiyac  duyduğu  insan  profilini  müəyyənləşdirməyə  istiqamətlənmiş  bir  çox 
işlər görülmüşdür [2, 3]. 
SCANS hesabatına görə fərdlərdə olması lazım gələn bacarıqlar: 
-
 
Əsas bacarıqlar (oxuma-yazma, riyazi, yazma və dinləmə bacarıqları); 
-
 
Düşünmə bacarıqları; 
-
 
Fərdi  xüsusiyyətlər  (məsuliyyət  daşıya  bilmək,  digər  fərdlər  və  qurumlarla 
ünsiyyət qura bilmək, özünü idarə edə bilmək) olaraq müəyyən edilmişdir. 
Bu bacarıqların istifadə edilə biləcəyi sahələr isə: 
-
 
Qaynaq istifadəsi; 
-
 
Fərdlər  arası  əlaqələr  (qrup  çalışması,  ünsiyyət  qurma,  informasiyanı  paylaşma 
kimi), 
-
 
İnformasiyanı  emal  etmə  bacarığı  (informasiya  əldə  etmə,  informasiyanı 
qiymətləndirmə, formalaşdırma və başqaları ilə paylaşma); 
-
 
Texnologiyadan  istifadə  etmə  (texnologiyadan  faydalanma  və  öz  fəaliyyətlərində 
istifadə etmə) kimi müəyyən edilmişdir [2], [4]. 
International  Society  for  Technology  in  Education  [5]  isə,  şagirdlərdə  olması  lazım 
olan bacarıqları aşağıdakı kimi sinifləndirmişdir: 
-
 
İnformasiyaya ehtiyac duyma və axtardığı informasiyanı əldə edə bilmək; 
-
 
Əldə etdiyi informasiyanı seçmə, qruplaşdırma və istifadə edə bilmək; 
-
 
Problem həll etmək; 
-
 
Texnologiyanı səmərəli istifadə edə bilmək; 
-
 
Ünsiyyət qurmağı bacarmaq və rup fəaliyyətində ola bilmək. 
Bütün  bunlar  diqqətə  alındığında,  informasiyanın  güc  qaynağı  olduğu  zəmanəmizdə 
emal  edən,  paylaşan  fərdlər  olmaq  informasiya  cəmiyyətinin  tələb  etdiyi  insan  gücündə 
olması lazım olan xüsusiyyətlər olaraq şərh edilmişdir. Başqa sözlə, informasiya mədəniyyəti 
bacarığı  olan  fərdlərə  ehtiyac  artmaqdadır.  İnformasiya  əsrinin  tələb  etdiyi  xüsusiyyətlərə 
sahib fərdlərdə olması gözlənilən təməl bacarıqlardan biri də informasiya mədəniyyətidir. 
İnformasiya  mədəniyyəti  -  qısaca,  informasiyanı  əldə  etmə  və  istifadə  etmə  bacarığı 
[6]  olaraq  təyin  olunmaqdadır.  İnformasiya  mədəniyyətinə  sahib  olmaq,  informasiyaya 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
72 
ehtiyac  duyulduğu  zaman  bunu  hiss  etmək  və  ehtiyac  duyulan  informasiyanı  əldə  etmək, 
qiymətləndirmək  və  səmərəli  istifadə  edə  bilməkdir.  İnformasiya  əldə  edə  bilən, 
informasiyanı  istifadə  edə  bilən  və  paylaşa  bilən,  texnoloji  inkişaflara  və  bunların  gətirib 
çıxardığı  dəyişməyə  uyğunlaşa  bilən  və  davamlı  olaraq  özünü  yeniləyə  bilən,  inkişaf  etmiş 
texnologiyalara aşına ola bilən fərdlər yetişdirə bilmək üçün müəllimlərin də fərqli bacarıqlara 
sahib olması lazımdır. Bu proseslər müəllimin də rolunu dəyişdirmişdir. 
MÜƏLLİMİN DƏYİŞƏN ROLU 
Öyrənmə və öyrətmə prosesində şagirdlərinə səmərəli və iştirakçı mühitləri təmin edə 
bilmək,  onlara  informasiya  əldə  edə  biləcəkləri,  istifadə  edə  və  paylaşa  biləcəkləri  mühitlər 
təşkil  edə  bilmək  üçün  müəllimlərin  yeni  bacarıqlar  qazanması  və  təhsil  prosesində 
texnologiyadan  faydalanması  zəruri  hala  gəlmişdir.  Beynəlxalq  Müəllim  Təhsili  Dərnəyi, 
müəllimlərdə olması lazım olan bacarıqları aşağıdakı kimi sinifləndirmişdir: 
-
 
Dərslərində texnologiya istifadə edə bilmə; 
-
 
Şagirdlərini texnologiya istifadə etməyə yönəldə bilmə, 
-
 
Şagirdlərinə  informasiya əldə etmə  bacarıqlarını  qazandırmada öyrənmə  mühitini 
texnologiya istifadə edə biləcəkləri şəkildə təşkil edə bilmə, 
-
 
Peşə  inkişafları  və  təcrübəni  paylaşması  üçün  həmkarları  ilə  İnternet  üzərindən 
əməkdaşlıq edə bilmə [7]. 
Müəllim  standartları  araşdırıldığında,  müəllimlərin  bir  tərəfdən  texnologiya  istifadə 
edə bilən, digər tərəfdən də sinif mühitini şagirdlərinin texnologiyanı istifadə edə biləcəkləri, 
şagirdlərini  informasiya  əldə  edə  biləcəkləri  və  onların  məlumatı  istifadə  etmələrini  və 
paylaşa bilmələrini təmin edə biləcək şəkildə tənzimləmə bacarıqlarına sahib olmaları lazım 
olduğu görülməkdədir. Müəllimin rolu "hər şeyi bilən və izah edən"dən çıxaraq, "şagirdi ilə 
öyrənən və onları istiqamətləndirən"e çevrilmişdir. 
Öyrənmə mühitləri artıq, şagirdlərin 
-
 
Müxtəlif qaynaqlardan informasiya əldə edə biləcəkləri; 
-
 
İnformasiyanı;  problem  həll  etmə,  qərar  vermə  və  planlama  məqsədi  ilə  istifadə 
edə biləcəkləri; 
-
 
Məlumatı gündəlik həyatda istifadə edə biləcəkləri; 
-
 
Texnologiyanı  informasiyanı  əldə  etmə  vasitəsi  olaraq  istifadə  edə  biləcəkləri 
şəkildə hazırlanmalıdır. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  73 
Bu cür öyrənmə mühitlərinin hazırlana bilməsi üçün də informasiya əldə edə biləcək; 
məlumatın  istifadə  edilməsini,  emal  edilməsini  və  çatdırılmasını  təmin  edəcək  hər  cür 
vasitəsni istifadə etmə zəruriliyi vardır. İnternetdə bu vasitələrdən biridir. 
NƏ ÜÇÜN İNTERNET? 
İnternet,  kompüter  şəbəkələrinin  meydana  gətirdiyi  bir  şəbəkədir.  İnternet  Kompüter 
Şəbəkəsi  isə,  bir-biri  ilə  xəbərləşmədə  ortaq  bir  ünsiyyət  dili  (protokol)  istifadə  edən 
kompüterlərin meydana gətirdiyi nəhəng bir şəbəkədir. Başqa sözlə İnternet, dünya üzərindəki 
bir  çox  kompüterin  bir-birinə  bağlı  olduğu,  bir-biri  ilə  xəbərləşməsini  və  informasiya 
mübadiləsini təmin edən daima inkişaf edən bir ünsiyyət şəbəkəsidir. 
İnternet vasitəsilə bir çox sahədəki məlumatları insanlar asan, ucuz, sürətli və etibarlı 
bir  şəkildə  əldə  edə  bilməkdədirlər.  İnterneti  bir  informasiya  dənizinə,  ya  da  böyük  bir 
kitabxanaya bənzədə bilərik. 
İnternet vasitəsilə: 
-
 
məsafədən asılı olmayaraq bir-birimizlə xəbərləşə bilər; 
-
 
dünyanın hər hansı bir yerindəki hava proqnozunu öyrənə bilər; 
-
 
təyyarə, avtobus ya da kino bileti ala bilər; 
-
 
faktura ödəyə bilər; 
-
 
axtardığımız bir mövzu ilə əlaqədar məlumata əldə edə bilər; 
-
 
bir müzakirə qrupunda iştirak etməklə fikirlərinizi başqaları ilə paylaşa bilər; 
-
 
Misir Piramidalarını ziyarət edə bilərik. 
İnternetin  bizə  verdiyi  imkanlardan  biri də  WWW  ya da dünyanı  hörümçək torudur. 
WWW İnternetə bağlı kompüterlərdə olan mətn, şəkil, musiqi, animasiya və video surətlərin 
yerləşdiyi  səhifələri  ehtiva  edən  bir  xidmətdir.  Nəhəng  bir  məlumat  xəzinəsidir.  WWW 
üzərində  jurnallar,  mahnılar,  idmanlar,  oyunlar,  filmlərdən  parçaları  və  bir  çox  fəaliyyətləri 
WWW üzərindən əldə edə bilərik. WWW, İnternetin ən sürətli inkişaf edən, bir çox baxımdan 
ən  həyəcanverici  və  maraq  oyandıran  hissəsidir.  İnternet,  şagirdlərə  və  müəllimlərə,  veb 
səhifələri  vasitəsilə  məlumatlarını  yayma  imkanı  da  təmin  edər.  Bunun  sayəsində  şagirdlər, 
texnologiyanı istifadə edərək informasiya əldə edər və onu istifadə edərlər. Beləcə şagirdlər, 
informasiya  istehlak  edən  olmaqdan  çıxıb  informasiya  emal  edən  vəziyyətə  gəlirlər. 
Müəllimlər isə təhsil proqramlarını zənginləşdirmə imkanı əldə edər. 
Bu  məqalədə  dünyan  hörümçək  toru  adlanan  WWW-nin  təhsil  prosesində  istifadəsi 
şərh edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə