Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   36   37   38   39   40   41   42   43   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
94 
prinsipial fərqli cəhətləri də vardır. Bütün oyunlar, bu və ya digər şəkildə iştirakçılara öz təsiri 
ilə üç əsas məsələni həll edir: 
-
 
tərbiyəvi; 
-
 
maarifləndirmə; 
-
 
əyləncə. 
Lakin oyunların  funksiyaları arasında dəqiq sərhədlər çəkmək  mümkün deyildir. Hər 
bir  oyun  nəyi  isə  öyrədir,  oyunçularda  xüsusi  keyfiyyətlər  tərbiyə  edir  və  eyni  zamanda 
əyləncəli məqsədə çatmağı təmin edir (işgüzar oyunlardan başqa). 
Öyrədici və məşqetdirici oyunlar daha ciddi oyunlardır. Adından da göründüyü kimi, 
bu  oyunlar  əslində  təlimin  oyun  formasında  (yəni,  sadə,  əyani,  canlı,  praktiki  və  əyləncəli 
şəkildə)  verilməsidir.  Hətta  hər  hansı  bir  tapşırığın  da  oyun  formasında  yerinə  yetirilməsi 
təlim  alan  şəxsi  yormur,  əksinə,  daha  da  həvəsləndirir.  Beləliklə,  öyrədici  və  məşqetdirici 
oyunların  əsas  məqsədi  –  müəyyən  biliyin  və  ya  faydalı  vərdişlərin  əldə  edilməsinə  nail 
olmaqdır [2]. 
TƏŞKİLATİ OYUNLAR 
Təşkilati-fəaliyyət  oyunları  (TFO)  problemin  həllinə  yönəlmiş  kollektiv  zehni 
fəaliyyətin xüsusi təşkili forması və stimullaşdırma metodu kimi 80-ci ilərdə meydana gəlmiş 
və  yaradıcılıq  məsələlərinin  həlli  sahəsində  olduğu  kimi,  həmçinin  intellektual  idarəetmə 
sistemlərində də geniş yayılmışdır. 
TFO  “klassik”  variantda  müəssisə  və  təşkilatların  həqiqi  şəraitdə  mürəkkəb  texniki, 
təşkilati və idarəetmə problemlərinin optimal həllərinin kollektiv tapılması kimi istifadə edilir. 
TFO-nun  mahiyyəti  ondan  ibarətdir  ki,  bu  onun  gedişatında  qoyulmuş  və  ya  şərh  edilmiş 
problemin həllindən ibarət olan “oyun məhsulunun” – mətnin yaradılmasına istiqamətlənmiş 
müxtəlif  növ  kollektiv,  qrup,  mikroqrup  fəaliyyətlərinin  məntiqi  əsaslanmış  əvəzlənməsini 
təmin  edən  qarşılıqlı  əlaqədə  olan  metodika  və  texnikalar  (mütəfəkkir-  intellektual,  ictimai-
psixoloji  və  s.)  kompleksindən  ibarətdir.  Problemin  həlli  elə  bu  oyunun  mövzusunu  təşkil 
edir. 
Təşkilati-öyrədici  oyunlar  (TÖO)  yaşlı  insanların  peşəkar  təhsili  və  ümumi  ictimai 
inkişafı  problemlərini  şəxsiyyətin  inkişafını  təmin  edən  və  insanda  ətraf  gerçəkliyə  olan 
münasibəti  dəyişdirən  tədqiqati  və  yaradıcılıq  qabiliyyətləri  formalaşdıran  vasitə  və 
metodlarla həll edir. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  95 
Yaşlıların təlimi inkişafetdirici təlim prinsiplərinin həyata keçirilməsi ilə səmərəli ola 
bilər.  Bu  o  deməkdir  ki,  təlim  prosesi  yalnız  bilikləri  çatdırmaqla  kifayətlənməməli,  eyni 
zamanda şəxsiyyətin inkişafını idarə etmə prosesi olmalıdır. 
İŞGÜZAR OYUNLAR 
Son  zamanlar  işgüzar  oyunlar  müxtəlif  sahələrdə:  əsasən  iqtisadiyyat  və  siyasət, 
həmçinin  sosiologiya,  ekologiya,  şəhər  planlaşdırılması,  tarix  və  s.  geniş  tətbiq  olunur. 
İşgüzar  və  ya  təqlidedici  oyunlar  uyğun  sahələrdə  mütəxəssislərin  hazırlanması,  həmçinin 
tədqiqat,  proqnoz,  nəzərdə  tutulan  yeniliklərin  təsdiq  edilməsi  kimi  məsələlərin  həlli  üçün 
istifadə edilir. 
Bu  metodu  şərh  etmək  üçün  müxtəlif  terminlərə  rast  gəlinir.  Adətən  əgər  oyun 
iqtisadçılar  tərəfindən  aparılırsa,  onda  o  işgüzar  oyun  (business  game),  bəzən  idarəedici 
(managment game) və ya əməliyyat adlandırılır. Siyasət sahəsində, şəhər planlaşdırılmasında, 
bir  qayda  olaraq,  “təqlidedici  oyun”  (simulation  game)  termini  istifadə  edilir.  “Təqlidedici 
oyun” termininin istifadə edilməsi bu metodun əhəmiyyətli xarakteristikalarının seçilməsi ilə 
bağlıdır.  Təqlidedici  oyun  real  həyatdan  götürülmüş  müəyyən  şəraitlərə  əsaslanır  və 
sadələşdirilmiş  gerçəkliyin  dinamik  modelidir.  Yəni,  işgüzar  oyunun  əsasında  oyun 
iştirakçılarının  fəaliyyətləri  ilə  həyata  keçirilən  immitasiya  modeli  durur.  Onlar  özlərinə 
inzibati işçilər və ya siyasi xadimlər rolunu götürürlər və oyunun məzmunundan asılı olaraq 
bu təsərrüfat, idarəetmə və ya siyasi şəraiti oynayırlar. 
İşgüzar  və  ya  təqlideici  oyunların  fərqli  əlamətləri  təqlidedici  modelin  nə  təşkilati-
fəaliyyətdə, nə də rollu oyunda qurulmamasıdır. 
ROLLU OYUNLAR 
Rollu oyunlar (RO) olduqca çoxmənalıdır. Milli psixoloji baxışlara uyğun olaraq rollu 
oyunlar  uşaq  oyununun  inkişafının  yüksək  forması  sayılır.  O  öz  çiçəklənmə  dövrünə 
məktəbəqədər dövrdə başlayır, bu dövrdə aparıcı fəaliyyət kimi çıxış edir, sonra isə öz aparıcı 
rolunu təhsilə verir və bir daha gələcək inkişafın sərbəst hərəkətverici qüvvəsi kimi baxılmır. 
Rollu oyunlarda şagirdlər rola girərək öz duyğu və düşüncələrini daha rahat ifadə etmə imkanı 
əldə edirlər. Başqaları ilə daha rahat əlaqə qurma bacarıqlarını inkişaf etdirirlər. Rollu oyunlar 
şagirdləri müəyyən mövzularda tədqiqat aparmağa və birgə işləməyə sövq edir [4]. 
Bəs daha yuxarı yaşlardakı uşaqların rollu oyunlarına (həmçinin yaşlıların oyunlarına) 
necə  münasibət bəsləməli? RO-nun təsnifatını  müxtəlif  əlamətlərinə görə aparmaq olar. RO 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
96 
onların  yaradılma  üsullarına,  keçirilmə  yerlərinə,  mürəkkəblik  səviyyələrinə,  zaman  və  ya 
məqsəd əlamətinə görə siniflərə bölünürlər. Hətta sadə RO-nun aparılması üçün təşkilatçının 
onun müəyyən təsnifati əlamətlərini müəyyənləşdirməsi lazımdır. 
MƏHƏLLİ ƏLAMƏTLƏR 
1.
 
Masa  RO  -  Bu  cür  oyunların  əksəriyyətində  hazırlıqlı  aparıcının  olması  nəzərdə 
tutulur, oyunçuların ilkin hazırlanması vacib deyildir; 
2.
 
Pavilyonlu  RO  -  Bu  cür  oyunlar  otaq  şəraitində  aparılır,  ərazi  və  proseslərin 
ölçüsünə  görə  modelləşdirilməsinə  istiqamətlənir.  Bu  oyunlar  üçün  oyunun  aparıcı, 
nizamlayıcı gedişatının olması lazımdır; 
3.
 
Məkana görə RO – Bu oyunlar onların texniki tələblərinə görə daha mürəkkəbdir, 
əsasən də onlar bir necə gün ərzində aparılarsa və nəqliyyat və məişət problemlərinin həllini 
tələb  edərsə.  Bir  qayda  olaraq,  yerlərdə  RO  aparmaq  üçün  şərait  elementi,  iştirakçılar  üçün 
kostyumlar,  oyun  və  səyahət  təchizatları  lazımdır.  İri  həcmli  RO-nun  aparılması  üçün 
əvvəlcədən  tədbirin  keçirilməsinə  hazırlaşan  və  iştirakçıların  hazırlanmasını  təşkil  edən 
hazırlıqlı oyun-texniklərin və idarəçi qrupların olması lazımdır. 
MÜRƏKKƏBLİK SƏVİYYƏSİ 
1.
 
Hərbi oyunlar - Əsasən hərbi strateji xarakter daşıyan oyunlardır; 
2.
 
Nağıl oyunları - Bu, nağıl və cadugər personajlarının olduğu oyunlardır; 
3.
 
Tarixi-etnoqrafik oyunlar – Bu cür oyunlar həm tarixi hadisələrin, həm də ədəbi 
əsərlərin mövzusuna və ya təşkilatçıların xüsusi hazırladıqları mövzuya əsasən aparıla bilər. 
Tarixi,  xüsusilə  də  tarixi-etnoqrafik  oyunlar,  oyun  üçün  seçilmiş  əfsanənin  ətraflı 
hazırlanmasını,  siyasi,  iqtisadi,  mənəvi  mühit,  maddi  mənəvi  elementlərin  və  həyatın  digər 
sahələrinin modelləşdirilməsini tələb edir; 
4.
 
İnformasiya  oyunları  –  Bu  oyunlar  daha  sakit  oyun  sinifləridir.  Onun 
iştirakçılarının  imkanları  fəal  oyun  fəaliyyətlərinin  seçilməsində  məhdudlaşdırılır.  Bu  cür 
oyunların  digər  adı  –  intellektual  oyunlardır,  belə  ki,  oyun  məsələləri  siyasi,  iqtisadi, 
fövqalədə təsir vasitələrilə həll edilir. İntellektual oyunların hazırlanması zamanı iştirakçı və 
oyun-texniklərin müxtəliv istiqamətdə (nəzəri, teatral, psixoloji) hazırlanması lazımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə