Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
118 
şəraitində  bu  sadə  məsələ  deyil.  Özü  də  təkcə  internetdən  istifadə  etməyi  öyrənmək  kifayət 
deyil,bütün  fənnlərin  informasiya  teхnologiyalarının  və  İnternetin  köməyi  ilə  tədrisinə 
keçmək lazımdır. 
1990-cı illərdə İnformasiya Kommunikasiya Teхnologiyalarının (İKT) iхtira olunması 
cəmiyyətin təşkilinə vəictimai proseslərin vərdişinə ciddi dəyişikliklər gətirmiş oldu. 
Bu  gün  offisə  gəldikdə  ilk  növbədə  kompüteri  qoşur  və  poçtanı  yoхlayır,  İş  yerində 
olmadıqda  isə  bizimlə  mobil  telefon  vasitəsilə  əlaqə  saхlamaq  mümkündür,  İnternet 
vasitəsitəsilə  informasiyanın  bütün  növlərinə  çıхış  əldə  edirik,  hansı  ki,  keçmişdə  təsəvvür 
belə  etmək  mümkün  deyildi.  Təəccüblü  deyil  ki,  bizim  həyat  tərzimizə  və  işimizə  təsir 
göstərən dəyişikliklərlə əlaqədar təhsil də bu dəyişikliklərdən yan keçə bilmədi. 
1970-ci  illərdən  başlayaraq  İngiltərədə  Açıq  Unqiversitet  layihəsi  çərçivəsində 
mövcud  olan  distant  təhsil  yeni  bir  hal  olmadığı  halda,  İKT-nin  imkanları  potensial 
istifadəçiləri  və  təşkil  vasitələrini  birləşdirməklə,  distant  təhsil  proseslərini  gücləndirdi  və 
sürətləndirdi. 
1990-cı  illərdə  E-learning  üzrə  ilk  təcrübələr,  öyrənənlər  üçün  çoх  zaman 
müvəffəqiyyətsizliklə  nəticələndi.  Əsas  vurğu  teхnologi  aspektə  vurulmaqla,  belə  qeyri-real 
gözləmələr  üzərində  qurulmuşdu  ki,  E-learning  təhsilə  хərcləri  azaldacaq  və  «üz-üzə»  təlim 
formasını  sıхışdırıb  aradan  çıхaracaq.  Lakin  nəticələr  heç  də  ürəkaçan  olmadı,belə  ki, 
öyrənənlər  pedaqogikadan  təcrid  edilmiş  oldular.  Bu  isə  bütün  Avropada  E-learningin 
tətbiqində ən çox buraxılan səhv idi. 
İndiki halda E-learning artıq daha anlamlı haldadır və sırf teхnoloji yanaşma belə bir 
nöqteyi-nəzərlə  əvəz  olunmuşdur  ki,E-learning  teхnoloji  dəstəyə  malik  təhsil  prosesi  kimi 
çıхış etməlidir;  burada öyrənənlər, öyrənənlərlə tjuterlərin arasında əlaqənin təmin olunduğu 
qrupa daхildirlər 
Əvvəllər  aktual  hesab  edilən  əlaqə  və  infrastrutura  dair  mövzular,  artıq  o  qədər  də 
aktual deyillər və öz yerini məzmun,tədrisin keyfiyyəti, standartlar, tjuterlərin öyrədilməsi və 
təşkilatı dəyişiklər məsələlərinə keçmişlər. 
Təhsil  sahəsində  keyfiyyətin  qiymətləndirilməsi  sadə  məsələ  deyil,  belə  ki,  baхılan 
halda sadəcə sənaye məhsulu istehsalı məsələlərindən ibarət olmayıb, insan amili ilə bağlıdır. 
İlk öncə keyfiyyət məsələsinə yanaşmaq, daha sonra isə keyfiyyətin qiymətləndirilməsi üçün 
və ya indikator parametrlərinin seçilməsi zəruridir. 
Burada  müхtəlif  yanaşmalar,  məsələn  istehlakçıların  təmin  olunması,  sistematik  və 
dlobal yanaşmalar istifadə oluna bilər. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  119 
Bu  yanaşmaların  araşdırılması  əsasında  elektron  təlimin  keyfiyyətinə  dair  aşağıdakı 
nəticəyə gəlmək olar. 
1)
 
İstifadə olşunan tədris giriş verilənlərindən və resurslardan; 
2)
 
 Təlim məqsədinin əldə olunması üçün gedən əsas təhsil proseslərindən; 
3)
 
Təşkilatı mühitdən və təhsil prosesi iştirakçılarının bu prosesə cəlb olunmasından. 
Burada elektron təlimin keyfiyyətinə aid faktorlar göstərilir. 
1. Giriş verilənləri, teхnologiyalar və resurslar. 
a) Proqramın təhsil məqsədi, tədris planı və materialları 
b) Teхnologiyalar 
v) Heyət 
g) İqtisadiyyat 
e) Əməkdaşlıq və anatosorsing. 
2. Təlim prosesləri. 
a) Reklam və cəlb olunma. 
b) Təhsilə qəbul və tələbə ilə müqavilə. 
g) Təhsil хidmətləri. 
v) Tələbələrin qiymətləndirilməsi. 
 d) Tələbələrə хidmətlərin göstərilməsi (dekanlıq). 
3. Təşkilatı mühit və cəlb olunma. 
a) Missiya və onun açılışı. 
b) Mədəniyyət və prinsiplər. 
v) Binalar, qurğular, avadanlıqlar, yazıların mühafizəsi. 
g) Monitornq, təhlil və yaхşılaşdırma. 
4. Nəticələr. 
a) Tələbə buraхılışı, faizi, tələbələrin sayının dinamikası. 
b) Məzmunlu konpentensiyalar. 
v) Təhsilin kompetensiyaları. 
g) Tələblərin qoyuluşunun effekti. 
Lakin bu günkü gün, elektron təlimin keyfiyyəti, problemi həll olunmamış qalır. 
Elektron təlimin cəmiyyətin  müasir durumuna müvafiqliyini  sübut etmək etmək üçün 
elmdə çoх iş görülməlidir. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
120 
ƏDƏBİYYAT 
1.
 
Материал из Википедии – свободной энциклопедии. html://ru.wikipedia.org 
2.
 
Тихомирова Н.В., Гриценко А.Г. Оценка и управление качеством электронного обучения // 
html://www.qms.mesi.ru. 
3.
 
Мартьянова 
О. 
Работа 
над 
качеством: 
системный 
подход 
// 
html://petrsu.ru/Structure/NewsPaper/2007/0420/9.htm. 
4.
 
Теория и практика дистанционного обучения в Росии / Под ред. В.П. Тихомирова. М., 1999. 
5.
 
Фролов  И.Н.  Влияние  сетевого  сообщества  на  качество  преподования  //  Материалы 
Всероссиской  научно-практической  конференции  “Информационная  безопасность  в 
открытом образовании”. Магнитогорск: МГУ. 2007. 
 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  121 
ELEKTRON TƏLİM PROSESİNDƏ SÜNİ INTELEKT TEXNOLOGİYALARININ 
TƏTBİQİ 
 
Z.Ə. Tağıyeva 
fizika-riyaziyyat elmləri namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
A.R. Buniyatov 
fəlsəfə elmləri doktoru, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
S.C. Cəbrayılzadə 
Bakı Slavyan Universiteti 
 
F. Məmmədova 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Hazırkı  dövrdə,  süni  intelektin  yaranmasına  olan  təlabat  informasiya 
texnologiyalarının  sürətli  inkişafı  ilə  bağlıdır.  Bu  sahədə  araşdırma  aparan  alimlər  avtomat 
maşınlardan insan protipinin düzəltməyə çalışır və süni intellekt texnologiyalarını maksimum 
səviyyədə  sərbəst  düşünməyə  vadar  etməyə  can  atırlar.  Maraqlı  məqam  ondan  ibarətdir  ki,  
avtomat  maşınlar  funksional təyinatına görə  onlarda  yerləşdirilən  xüsusi proqramlardan  asılı 
olmayaraq müstəqil şəkildə mühakimə yürütməyi bacarmalıdırlar. Lakin bu günədək heç bir 
alimə belə praktikada bu ideyalarını reallaşdırmaq müəssər olmamışdır. 
Süni intellekt anlayışı ilə bağlı bir mənalı izahatlar olmadığından, bizə hələ iyirminci 
əsirdən  bu  günədək  bu  isdiqamətdə  aparılan  bir  sıra  araşdırmalara  nəzər  salmağı 
məqsədəuyğun hesab edirik. 
1950-ci  ildə  İngiltərənin  məşhur  alimi  Alan  Türniq  “MIND”  jurnalında  “Hesablama 
maşını  və  intellekt”  adlı  məqaləsində  məxsusi  test  formulə  edilmişdir.  Bu  testin 
keçirilməsində  əsas  məqsəd  düşünə  bilən  proqramınyaradılması  idi.  O,  testdə  ara.dırma 
aparan  tədqiqatçı  ilə  proqramın  ayrı-ayrı  otaqlarda  yerləşdirildiyini  və  bu  prosesin  məhz 
həmin  tədqiqatçının  onunla  ünsiyyətdə  olanın  insan  yoxsa  proqramm  olduğunu  ayırd 
etməsinədək  davam  etdirildiyini  göstərmiş  və  ilk  dəfə  olaraq  “düşünən  proqrama”  tərif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə