KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
127
Avropa universitetləri bir sıra ortaq layihələr həyata keçirməkdədirlər. Bunlardan: TERENA,
Gartner Group, CAUDIT, EKMA, EDUCAUSE, HUMANE kimi layihələri göstərmək olar.
2. MƏLUMAT SİSTEMİNİN KEYFİYYƏTİN ARTIRILMASINDAKI ROLU
Bologna prosesi bu standartlara qoşulmaq istəyən hər bir universitet üçün bir hədəfdir.
Bu prosesi məqsəd kimi seçdikdən sonra davamlı olaraq cavablandırılması lazım olan bir neçə
suallar vardır:
1.
Haraya gedirik?
2.
Düşündüyümüz yerə necə getmək olar?
3.
Düşündüyümüz yerə çatdığımızı necə anlayacağıq?
4.
Daha öncə o yerdə olduqmu?
5.
Hazırda yolumuzun harasındayıq?
Bu suallara doğru və ətraflı cavab yalnız lazım olan biliklərə sahib olduqdan sonra
verilə bilər. Bu ehtiyacı bir çox səbəblərə görə kağız üzərindəki statik məlumatlar ödəyə
bilməz, bunun üçün dinamik, ən son vəziyyəti əks etdirən mərkəzləşdirilmiş elektron məlumat
sistemi əvəzedilməzdir.
Universitet olaraq adlandırılan hər hansı bir müəssisə bu üç xüsusiyyətə sahib
olmalıdır: mükəmməllik, səmərəlilik və obyektivlik. Universitetlərin ticarət deyil, ictimai
müəssisələr olduğunu nəzərə alarıqsa, bu xüsusiyyətlərin vacib olduğu görünəcəkdir, eyni
zamanda bunları əldə etmək imkanları maddi baxımdan məhduddur. Minimum xərclərlə
maksimum keyfiyyət əldə etməyin ən qısa yolu müəssisənin daima özünü
qiymətləndirməsidir. Ümumi keyfiyyət qaydası belədir: “Planla, tətbiq et, nəticəni
qiymətləndir, lazım gələrsə dəyişdir” (Şəkil 1.). Bu qayda sonsuz dövri olaraq tətbiq
edilməlidir. Universitet məlumat sistemi bu qaydanın hər addımını həyata keçirməyə və
minimum xərclərlə maksimum nəticə əldə etməyə kömək edəcəkdir.
KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
128
Şəkil 1. Keyfiyyətə Nəzarət Sxemi
3. “QARA QUTU” YANAŞMASI
Universitet məlumat sistemini layihələndirmə mərhələsində universitetə informasiya
texnologiyaları sahəsində çox istifadə edilən “qara qutu” şəklində baxa bilərik. Bu
yanaşmaya görə universiteti məlumat giriş (material) və çıxışları (məhsul) olan şəklində
düşünə bilərik. Universitet baxımından girişlər bunlardır: orta məktəb məzunları, insan
resursları və maliyyə. Çıxışlar isə: məzunlar, nəşrlər, texnologiya və xidmətlərdir (Şəkil 2.).
Universitetin yuxarıda göstərilən üç xüsusiyyətə (mükəmməllik, səmərəlilik və
obyektivlik) sahib olduğunu çıxışlardakı məhsulların keyfiyyəti göstərir. Məhsulun
keyfiyyətini artırma yollarından biri materialın keyfiyyətli olmasıdır, lakin bu hər zaman
mümkün deyil. Digər yol isə “qara qutu” daxilində işlərə, proseduralara, qaydalara daha
diqqətlə baxmaq və bunların keyfiyyətini artırmaqdır. Müəssisə daxilindəki işləri nəzarətdə
saxlaya bilmək, işin gedişini məmurların öhdəsinə buraxmamaq, işin məhsuldarlığını analiz
etmək və müştərilərin məmnuniyyətini ölçə bilmək üçün ən düzgün yol: bütün kritik işlərin
informasiya texnologiyası baxımından gözdən keçirilməsi, lazım olan dəyişikliklərin edilməsi
və bunların məlumat sistemində tətbiq edilməsidir. Bunun nəticəsində aşağıdakılar əldə
ediləcəkdir:
1.
Təsdiqlənmiş proseduraların tam tətbiq edilməsi;
2.
Proseduraların mövzu və təlimatlar əsasında işləmələri;
KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
129
3.
Görülən bütün işlərin təqib edilməsi və qiymətləndirilməsi;
4.
Müəssisənin asanlıqla dəyişə bilməsi.
Şəkil 2. Universitetə məlumat sistemi nöqteyi-nəzərindən baxış
4. UNİVERSİTET MƏLUMAT SİSTEMİNİN TEXNOLOJİ
İNFRASTRUKTURU
Universitet öncə ifadə edildiyi kimi məhdud gəlir qaynaqları olan bir müəssisə
olduğundan universitet məlumat sistemi layihələndirilərkən infrastruktur üçün qoyulan
investisiyadan maksimum dərəcədə faydalanma imkanları ön planda durmalıdır.
İnfrastrukturu təşkil edən ölçülər qiymət-səmərəlilik baxımından ən münasib olmalıdır (Şəkil
3.).
4.1. Modul yanaşması
Universitet məlumat sistemi layihələndirilərkən modul* yanaşmasından istifadə
edilməlidir. Bina daşlardan ibarət olduğu kimi məlumat sistemi inteqrasiya olunmuş
modullardan ibarətdir. Dolayısı ilə bütün modullar bir-biri ilə inteqrasiya oluna biləcək
(Application Integration) şəkildə layihələndirilməlidir: eyni yanaşma, texnologiya,
standartları və mərkəzləşdirilmiş verilənlər bazasını istifadə etməlidirlər. Bundan başqa modul
yanaşması çox etibarlılıq imkanı verir.
KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
130
Qeyd: Modul müəyyən vəzifələndirilmiş şəxsin və ya qurumun cavabdehliyini
(proseduranı) yerinə yetirmək üçün istifadə edilən proqramdır.
4.2. Əməliyyat sistemi
İstifadəçilər tərəfindən hansı əməliyyat sisteminin istifadə edilməsi çox əhəmiyyət
daşımasa da, xidmətçi kompüterlər üçün (xüsusilə Web Server, Verilənlər Bazası Serveri) bu
çox əhəmiyyətlidir. Xidmətçi kompüterlərin əhəmiyyətini, bunlar məlumat sisteminin
“ürəyini” və “beynini” təşkil etdiklərini diqqətə alaraq, bu kompüterlər üçün mümkün olduğu
qədər etibarlı və mübadilə mühitində maksimum məhsuldarlığı təmin edə biləcək əməliyyat
sisteminə üstünlük verilməlidir. Bu cür istəklərə cavab verə biləcək əməliyyat sistemi UNIX
əsaslı sistemlərdir. Universitetimiz tərəfindən Novell şirkətinin Linux SUSE Enterprise Server
əməliyyat sistemi istifadə edilməkdədir. UNIX əsaslı əməliyyat sistemlərinin dəstəklənməsi
və istifadəsinin Windows sisteminə nisbətən daha bahalı olduğunu da unutmamaq lazımdır.
4.3. Texniki vasitələr
Müştəri/Xidmətçi (Client/Server) arxitekturasının istifadə edildiyi mühitlərdə əsas yük
xidmətçi kompüterlər üzərinə düşdüyündən müəssisədə istifadə edilən bütün kompüterlərin
yüksək məhsuldarlığa sahib olması vacib deyildir. Lakin xidmətçi kompüterlərin
məhsuldarlığının kifayət qədər artırılması çox əhəmiyyət daşıyır. Buna görə də xidmətçi
kompüter kimi adı fərdi kompüter (FK) deyil, əsil xidmətçi kompüter kimi layihələndirilmiş
bir kompüterin istifadə edilməsi tövsiyə olunur. Unudulmamalıdır ki, xidmətçi kompüterlər
7x24
*
qaydasına uyğun olaraq işləməlidirlər. İstifadəçi kompüterlər isə çox hallarda İnternet
Tədqiqatçısını (məsələn, Internet Explorer) işlədə bilmə xüsusiyyətinə sahib olmalıdır.
Qeyd: Həftənin yeddi günü və günün 24 saatı.
4.4. Verilənlər bazası idarəetmə sistemi
Universitet məlumat sisteminin əsas məqsədi istifadəçilərə mərkəzləşdirilmiş
məlumatları əldə etmə imkanını vermək olduğundan və məlumatlar verilənlər bazasında
saxlanıldığından Verilənlər Bazası İdarəetmə Sisteminin (VBİS) seçilməsi informasiya
sisteminin əsasını təyin edəcək qərarlardandır. VBİS-ni seçərkən Universitetin daima böyüyən
və informasiya həcminin artdığı bir müəssisə olduğunu nəzərdən qaçırmamaq lazımdır.
Bundan başqa informasiya sistemi çərçivəsində işləyən proqramların ağır (çox məhsuldarlıq
tələb edən) işlərin istifadəçi kompüterində deyil, xidmətçi kompüterdə işləməsi lazımdır,
çünki istifadəçi kompüterinin yaddaşı kifayət etməyə bilər və informasiya sisteminin tətbiqi
kompüterlərin yenilənməsi ilə bağlı universitetə əlavə xərclər gətirməməlidir. Bu şərtə
əsaslanaraq xidmətçi kompüterdə proqramlaşdırma imkanı verən və geniş istifadə edilən
Dostları ilə paylaş: |