Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
124 
lemmaların  isbatını  və  daha  sonra  isə  8,5  dəqiqə  ərzində  130-dan  çox,  o  vaxtadək  isbat 
olunmamış mürəkkəb teoremlərin isbatını vermişdir. 
Lakin  indiki  dövrədək  özü  sərbəst  şəkildə  teorem  tərtib  edib,onu  isbat  edə  bilən 
intellektual proqramm yaradılmamışdır. 
 
ƏDƏBİYYAT 
1.
 
В.Б. Кудрявцев, Информационные Системы, Москва, 2004. 
2.
 
Г.И.Челпанов, Учебник логики, Москва, 2009. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  125 
İNFORMASIYA TEXNOLOGİYALARININ VƏ UNİVERSİTET MƏLUMAT 
SİSTEMİNİN BOLONİYA PROSESİNDƏKİ ROLU 
 
A.Z. Adamov 
texnika elmləri namizədi 
Qafqaz Universiteti 
Məlumat Sistemi Koordinatoru 
 
XÜLASƏ 
Bologna  prosesi  ali  məktəblərə  səmərəlilik  və  şəffaflıq  aşılamaq  üçün  hazırlanan  standartlar 
paketidir.  Bugün  bu  xüsusiyyətləri  İnformasya  Texnoloqiyalarından  istifadə  etmədən  qazandırmak 
mümkünsüzdür.  Buna  görə  ticari  şirkətlərdə  olduğu  kimi  universitetlər  də  Elektron  Məlumat 
Sistemlərini  və  ya  Elektron  Universitet  İdarəetmə  Sistemlərini  layihələndirmə  yolunda  işlərini 
sürətləndirməlidirlər. Bu maqalədə İnformasiya Texnologiyalarının və Universitet Məlumat Sisteminin 
Bologna  prosesindəki  rolundan,  sistemin  infrastrukturundan,  bu  sistemi  layihələndirirkən  diqqət 
edilməsi gərəkənlərdən və Qafqaz Universiteti nümunəsindən bəhs edilmişdir. 
 
1. İNFORMASIYA TEXNOLOGİYALARININ BOLOGNA PROSESİ İLƏ 
ƏLAQƏSİ 
Bologna  prosesi  təhsildə  tətbiq  olunması  tövsiyə  olunan  standartlar  paketidir.  Bu 
standartların  tətbiq  edilməsində  əsas  məqsəd  Universitetə  növbəti  xüsusiyyətlər 
qazandırmaqdır: 
1.
 
Təhsil standartları; 
2.
 
Kifayət qədər informasiya və onun əldə edilməsi; 
3.
 
Ölçmə və Qiymətləndirmə; 
4.
 
Özünüqiymətləndirmə; 
5.
 
Şəffaflıq; 
6.
 
Keyfiyyətə nəzarət sistemi; 
7.
 
Həyat boyu öyrənmə; 
Diqqət  etsək  görərik  ki,  bu  xüsusiyyətlərin  əldə  edilməsini  asanlaşdırmaq, 
sürətləndirmək  və  sistemləşdirmək  üçün  ən  doğru  yol  İnformasiya  texnologiyalarından 
düzgün faydalanmaqdır. Bologna prosesinin məqsədini təşkil edən bu xüsusiyyətlərin hamısı 
geniş istifadə etdiyimiz İnternet mühitinə aiddir və ya bu mühitdən faydalanaraq bunları əldə 
etmək daha asandır. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
126 
Hər bir xüsusiyyəti informasiya texnologiyaları və İnternet baxımından şərh edək: 
1.
 
Təhsildə  standartlar.  Hər  hansı  bir  yeni  standartı  və  ya  yeni  iş  prosesini 
müəssisədə tətbiq etməyin ən asan yolu bu standartı Məlumat Sistemində tətbiq etməkdir. Bu 
halda  Məlumat  Sistemini  istifadə  edən  məmur  da  standartlara  uymaq  məcburiyyətindədir. 
Məlumat  Sistemi  xaricində  vəzifəsini  yerinə  yetirməsi  mümkün  olmadığı  kimi,  standartlar 
xaricinə çıxmaq da mümkün deyildir. 
2.
 
Kifayət qədər informasiya və onu əldə etmək. İnformasiya mübadiləsini həyata 
keçirmək üçün ən sürətli, ən əhatəli və asan mühit və vasitənin İnternet olduğu artıq mübahisə 
mövzusu deyildir. 
3.
 
Ölçmə və qiymətləndirmə. Hər icra olunmuş iş mütləq qeyd olunmalıdır. Əgər bu 
qeydiyyat elektron  mühitdə  həyata keçirilərsə,  bu  informasiyanın qiyməti daha  yüksək olar. 
Elektron mühitdə informasiya axtarmaq, yeniləmək, saxlamaq, mübadilə və emal etmək və s. 
kağız üzərindəki informasiyadan müqayisə olunmayacaq dərəcədə daha asan və funksionaldır. 
4.
 
Özünüqiymətləndirmə. Müəssisə daxilində görülən hər işin keyfiyyəti və nəticəsi 
ilə  əlaqədar  nə  qədər  ətraflı  məlumat  saxlanarsa,  yerinə  yetirilən  qiymətləndirmələr  bir  o 
qədər obyektiv olar. 
5.
 
Şəffaflıq.  Ən  şəffaf  mühit  İnternetdir.  Bir  çox  müəssisələr  şəffaflığı  saxlamaq 
üçün  müxtəlif  səbəblərə  görə  (qiymət,  əhatə  dairəsi,  sürət  və  s.)  İnternet  mühitinə  üstünlük 
verirlər.  
6.
 
Keyfiyyətə  nəzarət  sistemi.  Hər  müəssisə  daxilindəki  əsas  işlər  Məlumat 
Sisteminə inteqrasiya olunarsa, keyfiyyətə ümumi nəzarət daha asan olar. 
7.
 
Həyat  boyu  öyrənmə.  İnformasiya  texnologiyalarının  verdiyi  imkanlardan 
faydalanaraq İnternet mühitində verilən xidmətləri istənilən yerdə və istənilən zaman (24 saat) 
istifadə etmək mümkündür. Bunlardan biri məsafədən təhsildir. 
Universitetlər  arasında  və  ya  universitet  daxilindəki  qurumlar  arasında  informasiya 
mübadiləsi,  koordinasiya  və  inteqrasiyanı  yeni  səviyyəyə  gətirmək  üçün  informasiya 
texnologiyalarından istifadə edilməsi təşviq edilməlidir. Bu məqsədlə 1993-cü ildə Avropanın 
30  ölkəsindən  90  universitet  və  təhsil  qurumunu  birləşdirən  EUNIS  (European  University 
Information  Systems)  layihəsi  həyata  keçirilməyə  başlamışdır.  Bu  layihənin  davamı  olaraq 
2003-cü ildə “Universitet məlumat sistemlərinin strategiya və yönləri” adlı rektorların iştirak 
etdiyi  seminar  təşkil  edilmişdir.  2006-cı  ildə  isə  “Universitet  məlumat  sistemlərinin 
istifadəsində  Bologna  prosesinin  rolu”  adlı  başqa  bir  seminar  təşkil  edilmişdir.  Universitet 
məlumat sistemləri ilə bağlı problemləri həll etmək, ortaq standartlar və həllər tapmaq üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə