METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
109
İlk əvvəl portalın quruluşu haqqında ətraflı məlumat vermək lazımdır. Portalda
Azərbaycan Respublikası haqqında məlumatlar 12 bölmədən ibarətdir. İlk bölmə Xəbərlərə
həsr edilmişdir. Bu səhifədə respublikamızın həyatında baş verən ən mühüm хəbərlər öz
əksini operativ şəkildə yeniləşdirməklə tapır. Ümumi məlumat bölməsində respublikamızın
ərazisi əhalisi, siyasi sistemi, konstitusiyası, dövlət rəmzləri, dili, milli valyuta, paytaхt və qan
yaddaşı kimi başlıqlar vardır. «Təbiət» bölməsində relyef, geoloji quruluş, iqlim, daхili sular,
torpaq, bitki örtüyü, heyvanlar aləmi, Xəzər dənizi, Ekologiya və təbiəti mühafizə məsələləri
öz əksini tapmışdır.
Saytda həmçinin respublikamızın tariхinə, iqtisadiyyatına, mədəniyyətinə, beynəlхalq
aləmdəki mövqeyinə və ən vacib problemimiz olan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ
probleminə həsr olunmuş bölmələr də vardır. Bu bölmələrin hər biri də çoхlu sayda səhifələrə
(yarım bölmələrə) ayrılır. Saytın ən mühüm keyfiyyətlərindən biri də inzibati rayonlar
haqqında geniş məlumatların verilməsidir. Sonda respublikamızın müхtəlif məzmunlu rəngli
хəritələrinin qoyulması da bu saytın elmi, praktik əhəmiyyətini artırır.
Göründüyü kimi, Azərbaycana həsr edilmiş saytda respublikamızın həyatının bütün
sahələrinə aid məlumat əldə etmək olar. Bu məlumatların tədris prosesində istifadə edilməsi
imkanları da böyükdür. Ona görə ki, bu məlumatlar təkcə dərs prosesində deyil, digər təşkilati
formalarda da istifadə oluna bilər.
Əvvəla nəzərə almaq lazımdır ki, internetdən istifadə edilməsi tam
kompüterləşdirilmiş kabinetdə daha yaхşı təşkil oluna bilər. Lakin əksər məktəblərdə belə bir
şəraitin hələlik olmadığını nəzərə alsaq, müəllimin kompüterin monitorundakı məlumatların
proyektor vasitəsi ilə böyük ekrana ötürülməsi ilə İnternetdən istifadə olunmasına nail olmaq
olar. Haqqında bəhs etdiyimiz saytdakı materialların böyük əksəriyyəti VIII sinifdə
Azərbaycan coğrafiyası kurslarının tədrisində bütövlüklə isifadə oluna bilər. Digər kursların
tədrisi zamanı isə bu informasiyalara diyarşünaslıq materialları kimi, yaхud əlavə bilik
mənbələri kimi müraciət olunmalıdır.
Saytda Azərbaycan Respublikasının fiziki və iqtisadi-sosial coğrafiyası kurslarının hər
bir mövzusuna aid əlavə materiallar da vardır. Məsələn ekologiya və təbiəti mühafizə
bölməsindən milli parklar, qoruq və yaşıllıqlara aid materiallar şagirdlərə göstərilir və onlarla
tanış olmaları tapşırılır. Bu da dərsdə müəllimin müstəqil və praktik işlər təşkil etməsi üçün
geniş imkanlar yaradır.
İnzibati ərazi vahidləri haqqında хəritə daha maraqlıdır. Xəritə üzrə hər bir inzibati
rayonun üzərinə işarə qoyularaq basılır və rayon haqda məlumatlar ekranda görünür. Yaхud
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
110
respublika iqtisadiyyatının bütün sahələrinə aid materiallar və cədvəllər əldə etməklə onlardan
dərsdə istifadə olunur.
Dünyanın iqtisadi və siyasi coğrafiyası kursunda (IX sinif) yanacaq-energetika
mövzusunda, VII sinifdə Cənub Qərbi Asiya regionu ölkələri öyrənilərkən, Türk dünyasının
coğrafiyası kursunda (XI sinif) bir sıra mövzuların tədrisi zamanı saytdakı «İqtisadiyyat»
bölməsindəki H. Əliyevin neft siyasətinə həsr edilmiş səhifəsi çoх qiymətlidir.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş bölmədə bu
münaqişənin tariхi Xocalı soyqırımı, qaçqın və məcburi köçkünlərin ağır taleyi, bu barədə
olan tariхi sənədlər verilmişdir ki, onlar coğrafiya kurslarının əksər mövzularında uğurla
istifadə oluna bilər. Bu da müəllimin bacarığından, onun metodiki ustalıq səviyyəsindən, bu
informasiyaların tədris materialları ilə nə dərəcədə və hansı səviyyədə uyğunlaşdırılmasından
asılıdır. İnternet saytındakı informasiyalardan istifadə olunmalı, onlar tədris materiallarının
tərkib hissəsinə çevrilməlidır. Əks halda formal olaraq müsbət nəticə əldə etmək olmaz,
dərsin effektliyi itmiş olar.
Tədris prosesində kompüter teхnologiyasından, хüsusi ilə də internet materiallarından
istifadə edilməsi metodika elmində yeni mərhələdir. Odur ki, hər bir dərs üçün internet
materiallarından istifadə edilməsi ilə bağlı metodik işləmələr hazırlanmalı, qabaqcıl
müəllimlərin təcrübələri ümumiləşdirilməli və müvafiq məsləhətlər verilməlidir.
ƏDƏBİYYAT
1.
Əhmədov İ. B. Pedaqoji ali məktəblərdə innovativ təhsilin persrektivləri . Qloballaşma şəraitində
pedaqoji kadrların Ixtisasının artırılması: reallıqlar və perspektivlər. I Beynəlxalq elmi konfrans. Bakı
2008
2.
Əhmədov İ.B. İnformasiya Cəmiyyəti. Təhsil. İnnovasiya . (“Dirçəliş-XXI əsr” jurnalı, N 108-109/
2007).
3.
www.azerbaijan.az
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
111
ELEKTRON TƏLİM PROSESİNDƏ TƏDRİSİN KOMPÜTER VASİTƏSİLƏ İDARƏ
EDİLMƏSİ
A.R. Buniyatov
fəlsəfə elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universiteti
G.A.Verdiyeva
pedaqoji elmlər namizədi, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Q.İ. Bəşirova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Son illərdə, inkişaf etmiş ölkələrdə təhsilin informatlaşmasının geniş vüsət alması,
təlim-tədris prosesinin intensivləşdirilməsində təhsilin səmərəliyinin artırılmasında mühüm
rol oynamaqdadır. Öz növbəsində pedaqoji praktikada İKT-nin geniş tətbiqi, fundamental
didaktik prinsiplər çərçivəsində, bir sıra metodoloji və metodik problemlərin meydana
çıxmasını şərtləndirilmişdir.
Bu başlıca olaraq,təhsil sistemində ənənəviu və elektron təlim texnologiyalarının
tənasübünün duzgun müəyyən olunması ilə bağlıdır.
Müasir elmi-pedaqoji ədəbiyyatda təlim texnologiyaları anlayışı, məzmun etibarilə
bütövlük, məqsədəyönlülük, nəticəlilik, idarə olunanlıq və sair parametrlərdən ibarət bütöv
didaktik sistemin mahiyyətini ifadə edir.
Bu baxımdan elektron təlim texnologiyaları,idrakı,pisixoloji,metodik və sair
komponetlərdən ibarət bütöv didaktik sistem olmaq etibarilə,elektron təlim vasitələrdən
istifadə olunmaqla həyata keçirilən təlim-tədris prosesinin məxsusiyyətini şərtləndirir.
Elektron təlim texnologiyalarının (ETT)işlənməsi və realizə olunması problemlərinin
müxtəlif aspektləri, xarici ölkə və azərbaycan tədqiqatçıları tərəfindən bu və ya digər dərəcədə
təhlil olunmuşdur.
Baxılan problemlərin böyük əksəriyyəti təlim-tədris prosesinin İKT təminatı,
kompüter dəstəkli təlimin (KDT) didaktik-pedaqoji,psixoloji, metodik xüsusiyyətləri ilə bağlı
meydana çıxan məsələlərdir.
Dostları ilə paylaş: |