METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
97
MƏQSƏDLİ VƏ ZAMAN ƏLAMƏTLƏRİ
1.
Məqsədli oyunlar - Bu sinifdən olan oyunların ssenarisində oyunçu qrupunun
müəyyən məqsədə nail olması zamanı onların qalib elan olunacaqları əvvəlcədən öz əksini
tapır. Oyun bununla da tamamlanır;
2.
Açıq sonluqlu oyunlar - Bu sinifdən olan oyunların ssenarisi keçirilmə vaxtına
görə məhduddur. Oyun gedişatının mümkün istiqamətlərini ehtimal edən ssenarinin səylə
işlənməsi lazımdır. Hər bir oyunçunun (ən azı bir) öz məqsədi vardır. Lakin bu məqsədin
yerinə yetirilməsi onun üçün oyunun sonu deyildir. Yeni, daha qlobal məqsədlər meydana
gələ bilər. Oyun iştirakçısının hazırlanmasının əsas kriteriyası onun oyun obrazını yaşama və
onu sona çatdırma qabiliyyətidir;
3.
Fasiləsiz oyunlar - Bu sinifdən olan oyunların ssenarisi elə hazırlanır ki,
oyunçular oyunu qaldıqları yerdən başlayaraq sona qədər davam etdirə bilsinlər.
Modelləşdirilmiş dünya təkmilləşdirilir və inkişaf etdirilir, onunla birlikdə oyunçular da
təkmilləşir.
OYUNDA İŞTİRAK SƏVİYYƏLƏRİ
Oyunçuların rollu oyunlarda iştirakını onların iştirak səviyyəsinə görə sinifləndirmək
olar. İştirak səviyyəsi oyunçunun hazırlıq və təcrübəsinə görə artırıla bilər:
1.
Passiv iştirak (ekskursant) - Bu mərhələdə iştirakçılar fəal fəaliyyət göstərmirlər,
oyun-texnik qrupunun və ya daha təcrübəli oyunçuların oynadıqları süjetin inkişafını
izləyirlər;
2.
Məhdudlaşdırılmış iştirak (məlum) - Oyunçular bilavasitə oyuna daxil edilirlər,
lakin onların təşəbbüsləri aparıcılar tərəfindən məhdudlaşdırılmış olur. Oyun-texnik qrupu
əsas anların əvvəlcədən yazıldığı ssenariyə uyğun olaraq səhnələri oynayırlar, hansı ki,
onların köməyi ilə yaranmış sütuasiya şərh edilir və oyunun növbəti gedişatına təkan verilir;
3.
Sərbəst iştirak (oyunçu) - Bu səfiyyəli iştirakı həyata keçirmək üçün oyunçuların
təcrübələrinin və aparıcıların dəqiq işinin olması vacibdir. Oyunçular sərbəst olaraq öz
fəaliyyətlərini təyin edirlər, şəxsi və komandalı əfsanə-süjetlərini hazırlayırlar. Oyunun
gedişatı əsasən iştirakçıların özlərindən asılıdır, aparıcılar qaydalara əməl olunmasına nəzarət
edir və oyunun gedişatını nizamlayırlar.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
98
OYUNUN HAZIRLANMASI
Rollu oyunların təşkilinin birinci mərhələsi növbəti tərkib hissələrindən ibarət nəzəri
işlərdir:
1.
modelləşdirlən dünyanın təsviri;
2.
oyun qaydaları;
3.
komandalı və ya fərdi giriş.
Bütün oyunun gedişatı oyunun hazırlanmasının bu mərhələsinin nə dərəcədə ətraflı
düşünülməsindən asılıdır:
1.
Modelləşdirlən dünyanın təsviri - modelləşdirlən dünyanın mövcudluq şərtlərini
və qanunlarını şərh etmək lazımdır. Onlar nə qədər dolğun və aydın şərh edilərlərsə,
oyunçuların fəaliyyətləri də bir o qədər rəngarəng və düşünülmüş olar.
Şərh etmə sxemi belədir:
-
fəaliyyətin yeri;
-
fəaliyyət zamanı;
-
fəaliyyət göstərən şəxslər və onların tutduqları mövqelər;
-
modelləşdirilən zaman müddətində baş verən vacib hadisələr;
-
oyunun əvvəlində yaranan situasiya.
2.
Oyun qaydaları - oyunun əsas qanunlarıdır, ona görə də onlar müxtəlif
qarşıdurmalardan qaçmaq üçün hüquqi dəqiqliklə hazırlanmalıdır;
3.
Komandalı və ya fərdi giriş - oyunun təşkilatçıları, ya da təşkilatçıların razılığı
ilə oyunçuların özləri tərəfindən hazırlanır. Komandalı və ya fərdi girişlər iştirakçılara öz
rollarını yaxşı dərk etməkdə, modelləşdirilmiş dünyada öz yerləni müəyyənləşdirməkdə və
fəaliyyət xəttini göstərməkdə kömək edirlər. Yaxşı rollu oyun yaratmaq üçün oyunun növbəti
tərkib hissələri haqqında dəqiq təsəvvürə malik olmaq lazımdır:
-
rollu modelləşdirmə;
-
rollu oyunun alqoritmi;
-
rollu oyunun fəaliyyət mühiti;
-
oyun ustasının etikası;
-
standart qaydalar və onların oyunda istifadəsi.
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
99
İlk iki blok oyunun təməlini təşkil edir. Onlar iştirakçıların dinamikasını və marağını
təmin edirlər. Oyunun aparılması zamanı qaydalara riayiət olunmasına daimi nəzarət lazımdır.
Onların hər hansı birinin pozulması anında və əməli olaraq cəzalandırılmalıdır. Təbii ki,
buraxılmış səhv və veriləcək cəza uyğunlaşdırılmalıdır.
Hətta yaxşı təşkil edilmiş RO-nun aparılması zamanı gözlənilməz situasiyalar yarana
bilər. Oyunçular qaydalarda uyğunsuszluq qeydə ala bilər, qeyri-adi gediş müəyyənləşdirə və
ya qaydanı poza bilər. İstənilən halda situasiya üzərində nəzarəti bərpa etmək lazımdır. Çox
vaxt oyunçular aparıcılara qarşı təzyiq göstərməyə və təşəbbüsü əla almağa çalışırlar. Buna
yol vermək olmaz. Aparıcılar yaranmış situasiyanı ətraflı aydınlaşdırmalı və onu qaydalara və
modelləşdirilən dünyanın təsvirinə uyğun sınaqdan keçirməlidirlər.
RO-nun axırıncı mərhələsi onun analizidir. Yaxşı olardı ki, bu mərhələdə bütün
oyunçular və aparıcılar iştirak etsinlər. Əgər bu mümkün deyilsə, aparıcılar oyunun təşkilinin
və aparılmasının bütün mərhələlərini ətraflı analiz etməli, bütün müvəffəqiyyətləri və
müvəffəqiyətsizlikləri nəzərə almalı, onların səbəblərini anlamalıdırlar. Ən yaxşısı oyunun
bitməsindən bir müddət sonra, (həyacanlar səngidikdən sonra) tam analiz aparmaq lazımdır.
Aparıcılar oyunçulara özlərinin ilkin fikirləri haqqında söyləməli, onlar tərəfindən həyata
keçirilən bu və ya digər fəaliyyətləri aydınlatmalı, keçirilmiş oyuna öz qiymətlərini
verməlidirlər. Oyunçular da öz növbələrində oyunun gedişatını və ondkı öz fəaliyyətlərini,
həmçinin oyunun təşkilini tam şəkildə analiz etməlidirlər.
Bütün bunlar oyunçularda təcrübənin toplanmasına, ümumilikdə oyun mədəniyyətinin
və səviyyəsinin artırılmasına kömək edir. Hətta əgər oyun ümumi anlamda baş tutmamış olsa
belə, onun analizi qarşılıqlı incikliklərə və ya aparıcıların fəaliyyətinin sadəcə tənqidinə
gətirib çıxarmamalıdır.
İBTİDAİ SİNİFLƏRDƏ İNFORMATİKANIN TƏDRİSİNDƏ HANSI OYUN
TİPİNDƏN İSTİFADƏ ETMƏK MƏQSƏDƏUYĞUNDUR?
İbtidai siniflərdə İnformatika dərslərində müəllim həmişə rollu oyuna əsaslanan
ozünün yeni, uyğunlaşdırılmış oyun tipini qurmaq məcburiyyətindədir. Məsələn, verilmiş
çoxluqdan cismin xüsusiyətlərinə görə seçilməsi ilə əlaqədar biliklərini möhkəmləndirmək
üçün növbəti oyun dərsini aparmaq olar: Bütün sinif qruplara bölünür. Hər bir qrupa rəsmlər
dəsti (məsələn, pişik, qənd, bint, duz, kran) paylanılır. Uşaqlar nağıl-oyun fikirləşirlər. Bunun
nəticəsində təqdim olunmuş çoxluqdan cisimlərdən biri seçilir, bu zaman onlar “pişik”,
Dostları ilə paylaş: |