Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
100 
“qənd”  və  s.  rollarını  oynayırlar.  Müxtəlif  uşaq  qrupları  müxtəlif  cavablar  verə  bilərlər, 
məsələn, pişik – canlı varlıqdır və ya qənd bir hecadan ibarətdir. 
Müəllimin vəzifəsi – uşaqlara, məqsədi verilmiş yığından cismin seçilməsi olan, kiçik 
səhnəcik  (rollu  oyun)  oynamalarına  kömək  etməkdir.  Oyun  bitdikdən  sonra  müəllim  onun 
analizini  aparmalı,  hansı  qrupun  qoyulan  məsələni  doğru  həll  etdiklərini  (oynadıqlarını), 
kimin  öz  rolunu  müvəffəqiyyətlə  apardığını,  kimin  fikirlərin  (modelləşdirilən  dünyasının) 
daha maraqlı olmasını və s. qeyd etməlidir. 
İBTİDAİ  SİNİFLƏRDƏ  İNFORMATİKANIN  EVRİSTİK  METODLA 
TƏDRİSİNİN MAHİYYƏTİ NƏDƏN İBARƏTDİR? 
Məntiqi  və  alqoritmik  təfəkkürün  formalaşması  üçün  tətbiq  olunan  evristik  metod 
oyun metoduna çox oxşayır, əsas vərqi isə dərsin gedişatında təşəbbüsün tamamilə müəllimin 
əlində olmasından ibarət. Şagirdlər isə “passiv oyunçular”dır. 
Evristik  metodda  şagirdlərin  sinifdəki  fəaliyyətlərinin  təşkilini  beş  əsas  mərhələyə 
ayırmaq nəzərdə tutulur [10]: 
1.
 
motivə etmə; 
2.
 
quruluşçu; 
3.
 
xüsusi məhsulun hazırlanması; 
4.
 
nümayişetdirmə; 
5.
 
refleksiya. 
Evristik metodun məqsədi – xüsusi yaradıcı məhsulun (alqoritm, nağıl, proqram və s.) 
hazırlanmasıdır. 
Motivasiya  metodunun  məqsədi  iştirakçıları  tanış  alqoritmlərin  və  tanış  icraçıların 
fəaliyyətlərinin müzakirəsinə cəlb etməkdir. 
İkinci  mərhələdə  məsələ  qoyulur.  Şagirdlərə  qoyulan  məsələni  həll  edə  biləcək 
icraçıları  seçmək  təklif  olunur  (seçim  hər  bir  icraçının  imkanları  müzakirə  olunaraq  həyata 
keçirilir). 
Üçüncü  (əsas)  mərhələ  ondan  ibarətdir  ki,  şagirdlər,  bir  qayda  olaraq  seçilmiş  icraçı 
üçün  qoyulan  məsələnin  həlli  alqoritmi  olan  özlərinin  şəxsi  yaradıcı  məhsulunu 
hazırlamalıdırlar. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  101 
Dördüncü  mərhələ  şagird  məhsullarının  dərsdə  və  ya  xüsusi  yaradıcı  mühitlərdə 
nümayiş etdirmələrindən ibarətdir. 
Refleksiya  mərhələsində  şagirdlər  özlərinin  fəaliyyətlərini  və  işin  nəticəsini 
qiymətləndirirlər. 
Nəticə  olaraq  qeyd  etmək  lazımdır  ki,  uşaqların  yaradıcılıq  qabiliyyətlərinin  inkişaf 
etdirilməsinin  yeni  yollarının  axtarılması,  artıq  mövcud  olan  və  yeni  oyun  formalarının 
kompüter mühitində tətbiq edilməsi məqsədəuyğun və səmərəlidir. 
Cəmiyyətin  inkişafı  bukün  yeni  informasiya  texnologiyalarının  həyatın  bütün 
sahələrində  istifadə  edilməsini  diktə  edir.  Müasir  məktəb  zamanın  tələbindən  geri 
qalmamalıdır, deməli  müasir müəllim öz fəaliyyətində yeni  informasiya texnologiyalarından 
istifadə  etməlidir,  belə  ki,  məktəbin  başlıca  vəzifəsi  –  yeni  nəsli  savadlı,  düşünən,  bilikləri 
sərbəst əldə etməyi bacaran vətəndaş kimi yetişdirməkdir. Artıq müəllimləri yeni vasitələrlə 
təchiz etmə vaxtı gəlmişdir və nəticə gələcək nəsillərdə öz bəhrəsini verəcəkdir. 
ƏDƏBİYYAT 
1.
 
Seyidzadə  E.V.,  Kompüter  oyun  proqramları  kiçikyaşlı  məktəblilərin  inkişafının  vasitəsi  kimi.  // 
İbtidai məktəb və məktəbəqədər tərbiyə, Bakı, 2006, № 1 (174), s. 44. 
2.
 
Bəşirov N.Ə., Kompüter oyunları, ADN, Bakı, 1996, ss. 6-7. 
3.
 
Özcan  Demirel,  S.Sadi  Seferoğlu,  Esed  Yağcı,  “Öğretim  Teknolojileri  ve  Materyal  Geliştirme”, 
Pegem A Yayınları, 2005, s. 141. 
4.
 
İsa Halis, Öğretim Teknolojileri ve Materyal Geliştirme, Mikro Yayinevi, 2001, s. 172. 
5.
 
Zeki Kaya, Öğretim Teknolojileri ve Materyal Geliştirme, Pegem A Yayınları, 2005, s. 213. 
6.
 
Mustafa Karaağaclı, Eğitimde Teknoloji ve Materyal, Pelikan Yayıncılık, 2004, s. 113. 
7.
 
Брыксина О.Ф., Информационные минутки на  уроках в начальной школе. // Информатика, 
№ 6, 2000. 
8.
 
Булгакова Н.Н., Знакомство с компьютером в детском саду. // Информатика, № 18, 2001. 
9.
 
Талызина Н.Ф. Педагогическая психология. М.: Академия, 1998. 
10.
 
Эльконин Д.Б. Психология игры. М., 1978. 
11.
 
Первин Ю.А. Зимние вечера. Информатика для начинающих. // Информатика, № 1, 14/2001. 
12.
 
Коляда Е.П. Развитие логического и алгоритмического мышления учащихся второго класса 
// Информатика и образование, № 1, 1996. 
13.
 
Хуторской  А.В.,  Галкина  О.Н.  Эвристический  подход  к  обучению  информатике.  // 
Информатика и образование, № 6, 1996. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
102 
HƏNDƏSƏ DƏRSLƏRİNİN KOMPÜTERLƏ TƏDRİSİ ÜÇÜN ÖYRƏDİLƏCƏK 
TƏDRİS MATERİALININ SEÇİLMƏSİ QAYDASI 
 
Ə.Q. Pələngov 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
XÜLASƏ 
Məqalədə  həndəsə  fənninin  kompüterlə  tədrisi  üçün  lazım  olan  apparat  sisteminin 
qurulmasınını ümumi nəzəri məsələləri şərh edilmişdir. Burada öyrədiləcək materialın mənimsənilməsi 
üçün lazım olan koməkçi materialın seçilməsi qaydası verilmişdir. Tədris materialının strukturlaşması 
və  hər  yeni  dərsə  hazırlaşan  müəllim  üçün  bundan  istifadənin  əhəmiyyəti  göstərilmişdir.  Burada 
kompüter təlim vasitəsi kimi iştirak etdiyi riyyaziyyat dərslərinin təşkilinə olan təlabat təsnif edilmişdir. 
 
GİRİŞ 
Həndəsə  poqramının  tələblərinə  əsasən  tədris  materialının  məzmununda  seçmə 
aparmaq  zəruridir.  İnformasiya  texnologiyalarından  istifadə  ideyalarının  özü  əslində  təlim 
üsulları  kimi  meydana  gəlir  və  həyata  keçirilməsi  üçün  tədris  materialının  məzmunu 
xarakterik  quruluşlu  növlərə  bölünür.  Daha  sonra  komputerlərin  köməyi  ilə  tədrisi  daha 
səmərəli olan , davamlılığı və qarşılıqlı məlumatlılığı ilə seçilən, öz sturukturuna və təyinatına 
görə müxtəlif olan dərslər müəyən olunur. 
Bütün  tədris  materialı  nəzəriyyəyə,  təcrübəyə,  biliyin  nəzarəti  və  düzəldilməsinə 
bölünür.  İnformasiya  texnologiyalarından  istifadə  olunan  təlim  dərslərini  təşkilindəki 
müxtəlifliyi istiqamətləndirməyə imkan vermək üçün dərslərin quruluşlarındakı xüsusiyyətləri 
nəzərə almaq və bölgü aparmaq zəruridir. Belə dərslərin bədii formaya salınması, şagirdlərin 
diqqətinin  cəlb  edilməsi,  onlarda  maraq  yaradılması  məqsədini  güdməlidir.  Hər  bir  konkret 
halda  material elə araşdırılır ki, o  mövzunun  məqsədinə və dərsin təyinatına görə tam uyğun 
olsun. Bu halda  müəllim  sinfin  imkanlarını, hər  bir şagirdin qabiliyyətini  və  marağını nəzərə 
almalıdır. 
TƏDQİQATIN NƏZƏRİ MÜDDƏALARI 
Məlumdur ki, hər bir dərsin özünün məqsədi və özəllikləri vardır. Elə dərs ola bilər ki, 
onu ənəvi üsulla tədris etmək daha məqsədəuyğundur. Elə dərslər də vardır ki, onların tədrisi 
zamanı  təkcə  ənənəvi  metodlardan  istifadə  etməklə  kifayətlənmək  olmaz.  Burada  ənənəvi 
metodların  tətbiqi  ilə  yanaşı,  hökmən  müasir  təlim  metodlarından  da  istifadə  olunmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə