Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  77 
Yuxarıda  qeyd  edilən  bir  çox  imkanı  bizə  təqdim  edən  WWW,  qloballaşma 
müddətində həm şagirdlərə həm də bizlərə yeni üfüqlər açacaq. 
 
ƏDƏBİYYAT 
1.
 
Akkoyunlu,  B.  ve  Erdem,M.  (2000).  “Toplumların  yerini  belirlemede  eğitim  sistemlerinin rolü“. 
Türkiye  Sorunlarına  Çözüm  Konferansı  III.  21.yüzyılda  Türkiye.  Ankara.  Ankara  Serbest  Muhasebeci  Mali 
Müşavirler Odası. 
2.
 
SCANS (1991). What work requires of schools: a SCANS report for America 2000. The 
3.
 
Secretary’s Commission on Achieving Necessary Skills, U. S. Department of Labor. 
4.
 
 (10.3. 2001). 
5.
 
TÜSİAD (1999). Türkiye’de mesleki ve teknik eğitimin yeniden yapılandırılması. Türk 
6.
 
Sanayicileri ve İşadamları Derneği. (Rapor No: TY/184/1999). 
7.
 
http//www.tusiad.org/turkish/rapor/mesleki/mesleki02-1.pdf> (14. 10. 2007). 
8.
 
Spitzer, K. L., Eisenberg, M. B. ve Lowe, C. A. (1998). Information literacy: essential skills for the 
information age. Syracuse: ERIC Clearinghouse on Information Technology. 
9.
 
International  Society  for  Technology  Education.  (ISTE).  (1998).  National  educational  technology 
standards for students. Eugene: ISTE Publications. 
10.
 
AASL/AECT  (American  Association  of  School  Librarians  ve  Association  for  Educational 
Communication  and  Technology).  (1998).  Information  literacy  standards  for  student  learning.  Chicago: 
American Library Association. 
11.
 
International  Society  for  Technology  Education.  (ISTE).  (2000).  National  educational  technology 
standards for teachers. Eugene: ISTE Publications. 
12.
 
Roerden, L. P. (2007). Net lessons: Web  based projects  for  your classroom. Sepastapol: Songline 
Studios. Inc. 
13.
 
Kawka, B. ve Burgess, B. (2001). Classroom strategies for virtual field trips: V – trip travel guide. 
Eugene: ISTE Publications. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
78 
FİZİKA-RİYAZİYYAT TƏDRİSİNDƏ MAGİSTRLƏRİN İNFORMASİYA-
KOMMUNİKASİYA KOMPETENSİYASININ FORMALAŞMASI 
 
T.H. Vəzirov 
pedaqoji elmlər doktoru, professor 
Dağıstan Dövlət Pedaqoji Universiteti 
 
Mütəxəssisin kompetenliyi özündə bilikləri, bacarıqları, vərdişləri, sosial təcrübəni və 
tələbənin şəxsi keyfiyyətlərini ehtiva etməklə, müxtəlif fəaliyyət növlərində təzahür edir. 
Kompetenlik anlayışına müxtəlif yanaşmalar mövcuddur. 
Bununla  yanaşı  qeyd  etmek  lazımdır  ki,  özü-özlüyündə  kompetenliklər  nəzəriyyəsi 
(başqa  deyilişdə  kompetensiyalar),  bütövlikdə  hələ  kifayət  qədər  formalaşmamışdır  və 
tədqiqatçıları diqqət mərkəzində durmaqdadır. 
İnformasiya  kompetentliyi  anlayışı  elmi  diskursa  kompetenlik  və  informasiya 
problemlərinə ciddi marağın yaranması ilə  əlaqədar daxil olmuşdur, lakin özü-özlüyündə bir 
ideya  kimi  çox-çox  əvvəllər  meydana  çıxmışdır  [2]  Məxsusi  olaraq,  informasiya 
kompetentliyi  özü-özlüyündə  informatika  və  informasiya-kommunikasiya  texnologiyaları 
sahəsində biliklər, bacarıqlar, vərdişlər və fəaliyyət üsullarını əhatə edən bir sistemdir. 
Ədəbiyyat  siyahısında  [1]  işarəsi  ilə  qeyd  olunmuş  avtoreferatda  “peşə  informasiya 
komminikativ  kompetensiya”  anlayışı  mütəxəssisin  peşə,  şəxsi,  iş  keyfiyyətlərinin  inteqral 
xarakteristikası kimi  müəyyənləşdirilmişdir. Müasir elmi-tədqiqtlar göstərir ki,  bu günki gün 
üçün tədbiq olunan problem üzrə ciddi nəzəri və praktik əsaslar mövcuddur. 
Lakin magistrlərin informasiya-kommnikativ kompetensiyası məsələləri, hələ də təhsil 
sisteminin tələblərinə uyğunlaşdırılmamışdır. 
Magistrlərin  informatik  biliklərinin  və  bacarıqlarının  inkişaf  etdirilməsi  zəruriyyəti, 
təlimdə  müasir  formaların,  metod  və  vasitələrin  axtarışını  şərtləndirir.  Magistlərin 
informasiya-kommunikativ  kompetentliyinin  formalaşması  prosesinin  effektivliyi,  aşağıdakı 
tərkibdə  pisixoloji-pedaqoji  şərtlərin  kompleksinin  təminatı  ilə  əlaqədardır.  Magistrin 
informativ  və  komnikativ  kompetetliyinin  formalaşması  prosesinin  elmi  əsaslarla  təşkili 
informasiya  ilə  iş  zamanı,  magistrin  subyekt  mövqeyinin  aktuallaşması  peşəyönümlü 
informasiya  təhsil  mühitinin  xüsusi  təşkili  öyrəncinin  şəxsən  özü  üçün,  dəyərli  tədris 
materialını  əldə  etmək  motivasiyası  magistirin  informativ  və  kommunikativ  kompensiya 
səviyyəsinin  monitorinqinin  aparılması  informativ  və  komminikativ  kompetentiliklər,açar 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  79 
kompetensiyalar  içərisində  baza  kompetensiyalar  hesab  olunurlar.  Biz  ilk  növbədə  gələcək 
pedaqoqların  peşə  hazırlığında,magistır  proqramı  çərçivəsində  baxılan  kompetensiyaların 
formalaşmasına diqqət yetiririk. 
Fiziki-riyaziyyat 
təhsili 
olan 
magistrların 
informasiya-kommunikativ 
kompetensiyalarının formalaşması prosesində ali təhsil müəssisəsinin informativ təhsil mühiti 
mühüm rol oynamaqla aşağıdakı tələblərə cavab verməlidir: 
-  Tədris  materialının  verilməsinin  sistemliliyi  və  struktur-funksional  bağlılığı  tədris 
materialının kompüter vizualizasiya  imkanlarının maksimum realizə edilməsi modelləşdirmə 
və yaradıcılıq imkanlarının reallaşdırılması. 
-  Tədris  materialının  modul  təqdimatı  yüksək  inkişaf  etmiş  müasir  informativ  tədris 
mühitinin  (İTM)  mövcudluğu  şəraitində  informatika  və  İKT  üzrə  yüksək  səviyyəli  magistır 
hazırlığına imkan verən təlim sistemi yaradılmalıdır. 
Belə bir hazırlıq, fizika-riyaziyyay təhsili alan magistrlərin informasiya kommunikativ 
kompetensiyasının  formalaşmasının  mühüm  elementidir.  Ali  təhsil  müəssisəsinin  xarakterik 
xüsusiyyətləri aşağıdakılardır: 
1.
 
Müəllimlərin müasir İKT vasitələri ilə təchizatının yüksək səviyyəsi; 
2.
 
Magistrlərin müasir İKT vasitələri ilə təchizatının yüksək səviyyəsi; 
3.
 
İnformatika və İKT üzrə təlimin yüksək təşkilatı-metodik səviyyəsi. 
Qeyd  etmək  lazımdır  ki,müstəqil  iş  çərçivəsində,  öyrənilən  fənnin  mövzusu  üzrə 
konstroiyrə etmə zəruriyyəti meydana gəlir. 
Qeyd  etmək  lazımdır  ki,  İnternet  resusların  imkanları  sayəsində  magistrların 
müəllimlər  ilə  təması  konseptual  olaraq  dəyişir.  Tələbə  istənilən  vaxt  İnternet  vasitəsi  ilə 
öyrəndiyi  kursa  dair  zəruri  informasiyanı  əldə  edə  bilər.  Baxılan  məsələyə  bizim  əsas 
yanaşmamız ondan ibarətdir ki, magistrlərin İKT kompetensiyalarının formalaşması, tədqiqat 
məsələlərinin  həllində İnternetdən  istifadəyə  istinad edir.Bununla əlaqədar,  tədris  Web  saytı 
mühüm əhəmiyyət kəsb edir. 
Tədris  Web–saytının  yaradılması  magistrlərə  impuls  verir.  Belə  ki,  İnternet 
texnologiyalarından  istifadə  etməklə  magistr  tədris  prosesinin  təkmilləşməsi  üçün  yeni,  
fövqəladə  vasitə  əldə  etmiş  olurlar  və  onlarda  informasiya-kommnikativ  kompetenlik 
formalaşır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə