Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə29/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

71 
qabaqcıl  təcrübələrini  iqtibasetmə  Azərbaycanda  müasir  elm  və 
mədəniyyətin inkişafı üçün zəmin yaratmışdır.  
Qeyd  etmək  lazımdır  ki,  həm  ərəb,  həm  türk  bədii  mədəniyyətinin 
bəzi ölkələrin və xalqların yaradıcılığına əsaslı qarşılıqlı təsiri olmuşdur. 
Mədəniyyətin  milli  özünəməxsus  cəhətlərinin  formalaşması  nəticəsində 
mədəniyyətlərin  qarşılıqlı  təsiri,  qarşılıqlı  əlaqələri  incəsənətdə  inkişaf 
prosesinə  təkan  verərək,  bədii  yaradıcılıqda  yeni  qolların  yaranmasına 
yol açmışdır. 
Azərbaycanda  hər  bir  tarixi  mərhələdə  incəsənətin  qarşılıqlı  əlaqə-
lərinin  növü,  səciyyəsi  fərqli  olmuşdur.  Burada  regionlararası, 
janrlararası  qarşılıqlı  əlaqələri,  keçmişlə  müasir  əlaqəni,  mədəni 
dəyərlərlə mübadilə təcrübəsini də nəzərə almaq lazımdır. 
Bir sıra Azərbaycan alimləri öz tədqiqatlarında Azərbaycan musiqisinin 
ərəb,  fars,  türk  xalqlarının  mədəniyyətləri  ilə  qarşılıqlı  əlaqələrinə 
əhəmiyyətli  dərəcədə  diqqət  yetirmişlər.  Məsələn,  Orta  əsrlər  dövründə 
Azərbaycan  musiqi  mədəniyyətinin  digər  Şərq  xalqları  ilə  qarşılıqlı 
əlaqələrinə  işıq  saçan  tədqiqatlardan  Üzeyir  Hacıbəylinin,  Əfrasiyab 
Bədəlbəylinin,  Məmmədsaleh  İsmayılovun,  Ramiz  Zöhrabovun,  Zemfira 
Səfərovanın,  Gülnaz  Abdullazadənin,  Səadət  Abdullayevanın,  Vaqif 
Əbdülqasımovun,  Rəna  Məmmədovanın  və  başqalarının  tədqiqatları 
mühüm əhəmiyyətə malikdir. Azərbaycan musiqisinin qaynaqlarını öyrənən 
bütün bu müəlliflərin əsərlərində qədim və orta əsrlərdən başlayaraq, müasir 
dövrə kimi Azərbaycanın şifahi ənənəli musiqi mədəniyyətinin Şərq musiqi 
mədəniyyəti kontekstində inkişaf yolları araşdırılmışdır.  
Ümumilikdə,  Azərbaycan  mədəniyyətinin  səciyyəsi,  növləri,  tarixi 
mərhələləri,  incəsənət  mənbələrinin  etnogenetik  tədqiqi,  bu  kontekstdə 
incəsənətin  qarşılıqlı  əlaqələrinin  xüsusiyyətləri  diqqəti  cəlb  edir. 
Azərbaycan  özünün  mövcud  olduğu  bir  çox  əsrlər  ərzində  müxtəlif 
dövlətlərə və siyasi birliklərə daxil olmuş, xüsusilə Azərbaycan xalqının 
dünyagörüşündə ərəb və türk etnomədəniyyətinin “mədəni qatları” dərin 
izlər  buraxmışdır.  Bu  baxımdan,  əlbəttə  ki,  mədəniyyətlərin  qarşılıqlı 
əlaqələrinin inkişaf etdirilməsi mühüm rol oynamışdır.  
Məlumdur  ki,  Azərbaycan  mədəniyyəti  öz  üzərində  dünya  sivilizasi-
yasının – Şumer-Mesopotamiya, Kiçik Asiya, Elam mədəniyyətinin təsirini 
hiss  etmişdir.  Sonralar  Qafqaz,  Kiçik  Asiya,  Suriya,  Mesopotamiya,  İran, 
Skif xalqları ilə mədəni-tarixi qarşılıqlı əlaqələr yaranmışdır. Azərbaycanın 
müəyyən  regionlarla  əlaqəsi  Zərdüştilik  mədəniyyətində  də  öz  əksini 
tapmışdır.  Bir  çox  əsrlər  ərzində  Azərbaycan  tarixində  mədəni  universal-
laşma  prosesi  baş  verib,  başqa  sözlə  desək,  mədəniyyətlərin  qarşılıqlı 
əlaqələri  o  qədər  fəal  və  əhəmiyyətli  olub  ki,  əksər  halda  incəsənətin 
üslubunun müəyyənləşdirilməsinə xidmət etmişdir. 
Bəşəriyyətin erkən dövrünün mədəniyyət tarixi haqqında vacib məlumat-


72 
ları əsasən arxeoloji mənbələrdən alırıq. Onlar orqanologiya sahəsində daha 
zəngin  informasiyaya  malik  olurlar.  Bu  və  ya  digər  ölkənin,  müəyyən 
dövrdə  qarşılıqlı  əlaqələri  musiqi  alətlərinin  illüstrasiyasını,  musiqi 
mədəniyyəti tarixinin yaranma və inkişafının maraqlı səhifələrini açıqlayır. 
Arxeoloji  mənbələrin  bizə  verdiyi  bilgilər  coğrafi,  tarixi-siyasi,  mə-
dəniyyət  əlaqələrinin  xüsusiyyətlərini  əks  etdirir.  Bu  baxımdan 
mədəniyyətin  təşəkkülü  dövründən  bu  günümüzə  gəlib  çatan 
azərbaycanlıların  bir  sıra  mərasimləri  də  mühüm  əhəmiyyətə  malikdir. 
Azərbaycan  mərasim  mədəniyyətinin  ölkəmizin  tarixinin  erkən 
mərhələsində  digər  xalqlarla  qarşılıqlı  əlaqədə  formalaşdığını  qeyd 
etməliyik. Belə ki, antik Azərbaycanın mövcud olduğu dövrdə – Midiya, 
Atropatena  və  Qafqaz  Albaniyasında  –  özünəxas  ciddi  qaydaları  olan 
mərasimlər yaranmışdır, arxeoloji qazıntılar zamanı aşkarlanmış mərasim 
əşyaları  da  Azərbaycan  ərazisində  yaranmış  mərasim  mədəniyyəti 
haqqında aydın tərzdə məlumat verir.  
Azərbaycan mədəniyyət tarixinin erkən dövründən başlayaraq, bir çox 
məişət  əşyalarının  digər  xalqlardakı  kimi  oxşar  ornamentlərə  malik 
olması  da  diqqətəlayiqdir.  Belə  ki,  bəzəklər,  muncuqlar,  tilsimlər, 
keramik  məmulat  ornamentləri,  bir  çox  gümüş  və  qızıl  məmulatları  öz 
görkəmlərinə  görə  antik  dövrün  milli  mədəniyyətində  eynidirlər. 
Azərbaycanın  milli  geyimlərinin  xüsusiyyətləri  də  Azərbaycanla  qonşu 
ölkələr  arasındakı  fəal  qarşılıqlı  mədəni  əlaqələr  nəticəsində  yaranıb. 
İncəsənətin  qarşılıqlı  əlaqələrinin  öyrənilməsində,  əlbəttə,  memarlıq 
abidələri xüsusi  yer tutur. Belə ki,  bir çox abidələrdə  yalnız qonşu ölkə 
xalqlarının  memarlıq  və  mədəniyyəti  ilə  deyil,  həm  də  Orta  Asiya  və 
Yaxın Şərq mədəniyyəti ilə ümumi cəhətlər nəzərə çarpır. 
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  xalqlar  arasında  mədəni 
mübadilə  ticarət  əlaqələrinin  fəallaşması  nəticəsində  də  genişlənmişdir. 
Məlumdur  ki,  Azərbaycan  ərazisi  vasitəsilə  Qərb  və  Şərqin  çoxsaylı 
ölkələrini əlaqələndirən magistral ticarət yolları keçirdi.  
Qarşılıqlı  mədəni  əlaqə,  iqtibas  etmək,  mədəni  qarşılıqlı  mübadilə, 
assimilyasiya  prosesləri  Azərbaycan  xalqının,  onun  mədəniyyətinin 
cəmləşməsində  həlledici  rol  oynayıb.  Belə  ki,  Azərbaycanın  Sasanilər 
dövlətinin  tərkibinə  daxil  olması  Atropaten  və  Albaniya  əhalisinin 
inteqrasiyasını  müəyyənləşdirmişdir.  Mədəniyyətlərin  qarşılıqlı  təsiri 
Azərbaycan mədəniyyətini inkişafa doğru aparmışdır. Ərəb – müsəlman 
mədəniyyəti isə bu prosesi gücləndirmişdir. Burada türkdilli, qafqazdilli, 
irandilli  və  ərəbdilli  tayfaların  Azərbaycan  xalqına  qovuşması  mühüm 
əhəmiyyətə malikdir.  
XII əsr haqlı olaraq, Azərbaycan Renessansı dövrü hesab edilir. Məhz 
bu  dövrdə  Bakı,  Gəncə,  Şamaxı,  Naxçıvan,  Təbriz  kimi  Azərbaycan 
şəhərləri inkişaf etdi. Astrologiya, riyaziyyat, təbiətşünaslıq, fəlsəfə, tibb 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə