68
və hər bir xanəndə bunu bacara bilmir. Çünki bu üsul əsil məharət tələb
edərək, səsi bir müddət burunda uzatdıqdan sonra ehmallıca ağıza
keçirtməkdən ibarətdir. Gərək burada heç bir sərt səs ayrılığı hiss
olunmasın. Mirzə Muxtar qeyd edir ki, Qarabağ xanəndələri arasında
yalnız Seyid Şuşinski burunda oxumaq üsulundan məharətlə istifadə
etməyi bacarırdı.
O, xanəndələrə səsin diapazonunu artırmaqla əlaqədar da bəzi
tövsiyələr vermişdir. Belə ki, «səsin həcmini istər bəm, istərsə də zil
pərdələrə doğru çox böyük ehtiyatkarlıqla, ehmalca, tədricən, pillə-pillə
genişləndirmək lazımdır.» Səs rəvan olduğu qədər qıvraq, oynaq olduğu
qədər
də səlis, dayanıqlı və axıcı olmalıdır.
Mirzə Muxtar göstərirdi ki, səsi süni surətdə gücləndirmək və
həddindən ziyadə bərkdən (ucadan) oxumağa cəhd etmək zərərlidir, o
cümlədən, zümzümə aludəçiliyi də ziyandır. Çünki bunların hər ikisi
boğaz əzələlərinin düzgün inkişaf etməsinə mane olur. Nəhayət o,
fıkirlərini yekunlaşdıraraq qeyd edirdi ki, «xaric oxumaq - fəlakətdir,
xaric oxuduğunu eşitməmək faciədir, xaric oxuduğunu inkar etmək isə
cəhalətdir» (4, с. 183-184).
Göründüyü kimi, xanəndələrin düzgün oxuması üçün verilən dəyərli
tövsiyələr gənc xanəndələrə sənətin sirlərinə yiyələnməyə kömək etmiş,
həm də onların professional xanəndə kimi yetişməsində və inkişaf
etməsində böyük rol oynamışdır.
Bütün bu fikirlər dərin mənalıdır və şifahi ənənəli musiqidə ifaçılıq
məsələlərinin tədqiqində mühüm əhəmiyyətə malikdir. Çünki bunlar
xanəndəlik sənətində peşəkarlıq kateqoriyalarını açıqlayır və onların
dəqiq tətbiqi sahələrini göstərir.
Beləliklə də, ifaçılıq ənənələri nəsildən-nəslə ötürülmüşdür. Şübhəsiz
ki, bütün bu keyfıyyətlərə malik olan ustad xanəndələr müasirlərindən
fərqlənmiş, onların adı milli musiqi salnaməsinin səhifələrinə həkk
olunmuşdur.
YUNESCO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siya-
hısına daxil edilmiş Azərbaycan muğam sənətinin öyrənilməsi musi-
qişünaslığın aktual mövzularından olub, həm Azərbaycan, həm də xarici
ölkə musiqişünaslarının diqqət mərkəzində durur. Muğamın tədqiqi
müxtəlif aspektlərdən – tarixi, nəzəri, ifaçılıq, estetik, etnomusiqişünaslıq
baxımından həyata keçirilir. Bu sahədə yüzlərlə sanballı tədqiqat işləri
yazılır.
Bu baxımdan, əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti
ЙUNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım
70
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 2, 2011
___________________
Musiqişünaslıq
Музыковедение
Aygün BAYRAMOVA
Azərbaycan Milli Konservatoriyasının müəllimi
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNDƏ QARŞILIQLI
ƏLAQƏLƏRİN ROLU
Açar sözlər: musiqi mədəniyyəti, Orta əsrlər, muğam aləmi, mənəvi
dəyərlər.
Məlum həqiqətdir ki, tarix yalnız adlar, sosial, coğrafi dəyişikliklərin
xronoloji salnaməsi deyil, ilk öncə, xalqın taleyi, onun mənbələri, kökləridir.
Bu sözlər musiqi tariximizə də aiddir. Yalnız xalqımızın çoxçalarlı musiqi
tarixini toplu halında bilmək şərti ilə biz ölkəmizin sonrakı yüksəlişi və
inkişafı, perspektivi haqqında müəyyən fikir yürüdə bilərik.
Dünya sivilizasiyasının inkişafı boyu Azərbaycan cəmiyyətinin – iqtisadi,
siyasi və xüsusən mədəni sahələrdə inkişafı böyük məna kəsb edir.
Azərbaycan incəsənəti digər xalqların mədəniyyəti ilə sıx əlaqədə təşəkkül
tapmışdır. Məlumdur ki, xalqın mədəniyyəti nə qədər yüksək olarsa, onun
incəsənəti də digər xalqlar ilə daha fəal qarşılıqlı əlaqədə olur.
Azərbaycan xalqının tarixinin başlanğıcından insanpərvərlik, başqa
xalqlara, digər din nümayəndələrinə qarşı dözümlülük, başqa dinlərə
məxsus xalqların mədəniyyətinə, ənənəsinə hörmət onun əsas xüsusiy-
yətidir ki, bu da bilavasitə Azərbaycan xalqının mentaliteti ilə sıx əlaqədə
olan bir cəhət olub, Azərbaycan mədəniyyətinin açıqlığına, onun bir çox
əsrlər boyu əlaqədə olduğu fars, ərəb, türk, slavyan yaradıcılıq siviliza-
siyasını dərk etməsinə və assimilyasiyasına səbəb olmuşdur.
Mədəniyyətin formalaşma proseslərini öyrənərkən, inkişafın vacib
faktorları arasında təbii-coğrafi şərtlərlə, bioloji kodlarla, genetik
əlamətlərlə, sosial və tarixi mühitlə yanaşı, mədəni mübadlilə xüsusilə
qeyd edilməlidir, çünki mədəni mübadilə milli
mədəniyyətin daha yüksək
səviyyədə inkişafına şərait yaradır.
Ədəbiyyat və incəsənət xadimlərinin, son halda – bütün Azərbaycan
xalqının digər xalqların - ərəb, fars, rus, yunan və b. mədəniyyətinə
marağı diqqətəlayiqdir. Sirr deyil ki, böyük və müdrik xalqlar həmişə
zəngin bəşəri biliklərə ehtiyac duyurlar. Alimlərin haqlı rəyinə görə,
mədəniyyətlərin qarşılıqlı əlaqələri əsasında milli mədəniyyətlərin
inkişafı, xüsusən, dünya sivilizasiyasının inkişaf etmiş ölkələrinin