Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

59 
resenziyalar, rəylər bu baleti yüksək qiymətləndirmişdir. 
...İstedadlı  musiqiçi  opera  janrında  da  yaradıcılıq  sınağından  uğurla 
çıxmışdır. Dahi mütəfəkkir Nizami Gəncəvinin 800 illik yubileyinə həsr 
etdiyi  "Nizami"  operasının  (libretto  müəllifı  M.S.Ordubadidir)  tamaşası 
Azərbaycan  musiqili  teatrının  yeni  qələbəsinin  təntənəsinə  çevrildi. 
Tamaşanın  musiqisi  onun  dramaturji  materialı,  rejissor  tapmtıları, 
istedadlı solistlərin misilsiz oyunu ilə vəhdətdə gözəl təsir bağışlamışdır. 
 1948-ci  il  mövsümündə  bu  operanın  tamaşası  üçün  xüsusi  olaraq 
buraxılmış bukletdə bəstəkar fıkrini sənətsevərlərlə belə bölürdü: 
"Dünya  opera  ədəbiyyatında  ayn-ayrı  dövlət  adamlarının  ("Knyaz 
İqor", "Boris Qodunov"), xalq qəhrəmanlarının ("İvan Susanin", "Orlean 
qızı",  "Koroğlu"),  yüksək  məhəbbət  hissləri  daşıyan  aşiqlərin  (“Romeo 
və  Cülyetta",  "Leyli  və  Məcnun"),  rəssamların,  aktyorların  ("Tirilbi", 
"Bohema" və sairə) həyatı və duyğularını tərənnüm edən bir çox zəngin 
opera  əsərləri  mövcud  ikən,  yazıçılar,  şairlər  həyatından  nümunə  ola 
biləcək  məşhur  bir  opera  əsərinin  olmaması  "Nizami"  operasının 
yazarkən,  mənim  qarşımda  musiqi  dramaturgiyasının  bir  çox  prinsipial 
məsələlərini  kimsəyə  istinad  etmədən,  heç  bir  məxəzə  arxalanmadan, 
"özbaşına" həll etmək kimi çətin bir vəzifə qoymuşdu...» ( 3, s. 22-23) 
Tükənməz yaradıcılıq enerjisinə malik Ə.Bədəlbəyli müasir mövzuda 
yeni  operalar  yaratmaq  təşəbbüsünə  ilk  qoşulanlardandır.  Onun  qələmə 
aldığı "Söyüdlər ağlamaz" opera librettosu mötəbər musabiqədə mükafat 
aldıqdan  sonra  müəllif  özünün  dramatik  materiallarına  musiqi  bəstələ-
mişdir. "Söyüdlər ağlamaz" operasının premyerası 1974-cü ilin aprelində 
oldu. Əsər İkinci Dünya Müharibəsində əsgərlərimizin mərdliklə döyüş-
məsindən, qəhrəmanlıq mübarizəsindən musiqi dili ilə təsirli söhbət açır. 
Burada  kəskin  konfliktlər,  dramatik  səhnələr,  psixoloji  anlar  çoxdur. 
Əlbəttə,  tamaşada  libretto  müəllifı,  quruluşçu  rejissor  və  dirijor  kimi 
fəaliyyət  göstərən  Əfrasiyab  ilə  yanaşı  bəstəkar  Əfrasiyab  Bədəlbəyli 
musiqisi yenə də daha çox diqqət mərkəzində idi. Bu görkəmli sənətkar 
bütünlükdə yeni yaradıcılıq qələbəsinə nail olmuşdu. 
R.Qlierin "Şahsənəm", S.Rossininin "Sevilya bərbəri", Z.Paliaşvilinin 
"Daisi"  və  digər  müəlliflərin  operalarının  səhnəmizdə  azərbaycanca 
tamaşaya  qoyulmasında  librettoların  tərcüməçisi  olan  Ə.Bədəlbəyli 
əvəzsiz  xidmət  göstərmişdir.  Bir  sıra  musiqi  ədəbiyyatının,  kitabların 
dilimizə  çevrilməsində  də  o,  yaxından  iştirak  etmişdir.  Özünün  orijinal 
librettolarını  da  qeyd  etsək,  yazıçı-ədib  Əfrasiyab  Bədəlbəyli  yaradı-
cılığının böyük dəyəri daha aydın görünür. 
Bəstəkarın  yaradıcılıq  axtarışları  yolu  isə  çoxcəhətli  və  zəngindir, 
məhsuldar  və  təqdirəlayiqdir.  Hələ  20-30-cu  illərdə  o,  Milli  Dram 
Teatrında  qoyulmuş  bir  çox  əsərin,  xüsusən  Cəfər  Cabbarlı  pyeslərinin 


60 
tamaşalarına  musiqi  bəstələmiş,  böyük  dramaturqla  yaradıcılıq  təma-
sından  mənən  zənginləşmiş,  dünyagörüşü  genişlənmişdir.  "Od  gəlini", 
"Sevil", "1905-ci ildə", "Almas" və s. tamaşalara yazdığı mahnılar indi də 
tez-tez efirdə səslənir, ürəklərə sirayətedici təsir göstərir.  
Görkəmli  musiqişunas,  tədqiqatçı  və  nəzəriyyəçi  kimi  onun  vaxtilə 
yazdığı  “Musiqi  haqqında  söhbət”,  “Qurban  Pirimov”  və  s.  monoqrafik 
əsərləri, mavi ekranda apardığı silsilə verilişləri tamaşaların mədəni-maarif 
irsində  və  gənclərin  estetik  tərbiyəsində  böyük  əhəmiyyət  kəsb  etmişdir. 
Üzeyirbəy  Hacıbəyli,  Müslüm  Maqomayev,  Bülbül,  Hüseynqulu  Sarablı, 
Həqiqət  Rzayeva  və  onlarca  digər  sənət  korifeyi  haqqmda,  musiqimizin 
anası  muğamlarımız,  opera  və  baletlərimiz  barədə  silsilə  mühazirələri  əsl 
universitet  timsalı  idi.  Ə.Bədəlbəyli  Qərbi  Avropa  və  rus  klassik 
bəstəkarlarının,  günümüzün  musiqiçilərinin  həyatını  və  yaradıcılığını 
işıqlandıran, səhnəmizdə göstərilən opera və balet tamaşalarının peşəkarlıq 
baxımından təhlil edən saysız-hesabsız məqalənin, resenziyanm müəllifıdir. 
Onun  müxtəlif  xalqların  musiqi  əlaqələrinə  aid  ciddi  araşdırmaları,  əldə 
etdiyi elmi nəticələri də misilsiz qiymətə malikdir (3, s. 32). 
Ə.Bədəlbəylinin  «İzahlı  monoqrafik  musiqi  lüğəti"  (4)  isə  yalnız 
Azərbaycan mədəniyyətinin deyil, bir çox xarici ölkə xalqlarının musiqi 
nəzəriyyəsi  xəzinəsinə  daxil  olmuş  dəyərli  incidir,  bütün  Yaxın  Şərq 
aləmində bu sahədə atılan ilk addımdır. 
Bu  əsər  üç  bölmədən  ibarətdir.  Birinci  bölmədə  müəllif  musiqi  ter-
minləri,  ikinci  bölmədə  musiqi  praktikamızda  işlənən  terminlər  (əsasən 
rus musiqi terminləri), üçüncü bölmədə isçə musiqi ədəbiyyatında xarici 
söz və terminlər haqda oxucuda geniş təsəvvür yaratmağa çalışır.  
Lüğətin  birinci  bülməsi  xüsusilə  əhəmiyyətlidir.  Həmin  hissədə 
dilimizdə  işlənən, xalq  musiqimizin  bu  və  ya  digər  xüsusiyyətlərini  əks 
etdirən  terminlər  dolğun  izahını  tapır.  Bu  bölmədə  Azərbaycan  xalq 
musiqisi,  o  cümlədən  onun  iki  ayrılmaz  qolu  olan  aşıq  və  xanəndə 
yaradıcılığı  haqqında bir sıra dəyərli məlumatlara rast  gəlirik. Müəllifin 
qədim Şərq və Azərbaycan musiqi  alətləri,  onların xüsusiyyətləri haqda 
topladığı  zəngin  məlumat  da  maraq  oyadır.  Muğamatla  əlaqədar  top-
lanmış  məlumatların  zənginliyi  (müəllif  nəinki  ayrı-ayrı  muğamların, 
onların  şöbələri,  ifadə  vasitələri,  ifa  üsulları  haqqında,  eyni  zamanda 
muğamların  Orta  və  Yaxın  Şərq  ölkələrindəki  spesifik  xüsusiyyətləri 
haqqında  da  məlumat  verir)  xalqımızın  klassik  muğam  yaradıcılığının 
uzun əsrlik inkişaf yolunu işıqlandırır.  
Lüğətin  sonunda  verilmiş  «Qeydlər,  şərhlər  və  monoqrafik 
məlumatlar»  hissəsində  Azərbaycanın  istedadlı  xanəndələri,  tarzənləri 
barədə  danışılır,  onların  musiqi  mədəniyyətimizin,  xüsusilə  muğam 
sənətinin inkişafındakı müstəsna rolu qeyd olunur. 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə