Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

52 
bu  dərs  vəsaitinin  əsasında  Azərbaycan  tarında  ifa  qaydalarını  gös-
təmişdir.  Bu  kitab  İranda  Azərbaycan  tarının  tədrisi  üçün  yazılmış  ilk 
kitab  sayılır.  Onu  da  qeyd  edək  ki,  bu  dərs  vəsaiti  ilə  yanaşı,  Azər-
baycanın  görkəmli  bəstəkarı,  professor,  folklorçu,  ictimai  xadim  və 
pedaqoq  Səid  Rüstəmovun  “Tar  məktəbi”  adlı  dərs  vəsaiti  də  İran 
musiqiçiləri arasında geniş yayılmışdır.  
Əli Səlimi eyni zamanda bir bəstəkar kimi musiqi ictimaiyyəti arasında 
şöhrət qazanmışdır. Bu da təsadüfi deyildir. Çünki Ə.Səlimi Bakıda yaşadığı 
dönəmdə  Cahangir  Cahangirovla  birgə  dahi  Üzeyir  Hacıbəylidən  xüsusi 
bəstəkarlıq  dərsləri  almışdır.  Bu  məlumatı  biz  Azərbaycanın  görkəmli 
bəstəkarı,  Respublikanın  Xalq  artisti,  professor  Ramiz  Mirişlinin  Ə.Səlimi 
haqqında xatirələrindən əldə  etmişik. Qeyd  edək  ki, R.Mirişli 1992-ci ildə 
İran  İslam  Respublikasında  olarkən  Ə.Səlimi  ilə  görüşmüş  və  ustadın 
söylədiklərini qiymətli fakt olaraq bizə çatdırmışdır. 
 Əli  Səlimi  bir  çox  gözəl  mahnıların,  tar  üçün  notla  yazılan  dərs 
vəsaitlərinin,  xalq  çalğı  alətləri  orkestri  üçün  əsərlərin  də  müəllifidir. 
Mahnıları  arasında  bizə  yaxşı  tanış  olanlarından  biri  də  “Sizə  salam 
gətirmişəm”  mahnısıdır.  Bu  mahnının  maraqlı  bir  tarixçəsi  də  var.  “Sizə 
salam  gətirmişəm”  mahnısını  İrandan  Türkiyəyə  gedən  Huşəng  Azəroğlu 
adlı bir müğənni orada öz mahnısı kimi təqdim edir. Hələ o vaxtlar bu mahnı 
Türkiyədə  böyük  rəğbətlə  qarşılanır.  Həmin  şəxsə  böyük  şöhrət  və  sərvət 
gətirir. Sonralar Ə.Səliminin  yetirmələrindən olan  – Cavad Çavuşi adlı bir 
gənc “Sizə salam gətirmişəm” mahnısını ustadından öyrəndiyi kimi oxuyur, 
mahnının müəllifinin həqiqətən də kim olduğunu aşkara çıxarır.  
“Ayrılıq”  mahnısını  isə  istedadlı,  əvəzolunmaz  səsə  malik  mərhum 
müğənnimiz  Rəşid  Behbudov  ilk  dəfə  Azərbaycanda  səsləndirmişdir. 
Bunun  tarixçəsini  Ə.Səlimi  özü  Bakıda  olarkən  söyləmişdir:  “...  Rəşid 
Behbudov  birinci  dəfə  1965-ci  ildə  İrana  gəlmişdi.  Əhsən  Dadaşov, 
Çingiz  Sadıqov  da  onunla  idi.  Rəşid  ilk  dəfə  İranda  olanda  bizi  də 
“Xaneyi  cavanlar”  evinə  dəvət  etmişdilər.  Tanış  olduq.  Konsert  verdik, 
mənim “Vətən” adlanan süitamı və “Ayrılıq” mahnımı ifa etdilər. Mahnı 
Rəşidin çox xoşuna gəldi. Xahiş elədi ki, ona verək. Dedim ki, bu şərtlə 
verərəm: plastinka çıxanda, onun üstündə şairin də adı olsun, mənim də. 
“Siz  istəyən  kimi  olacaq”,  -  dedi.  Nə  cür  söz  vermişdi,  elə  də  oldu. 
Tehranda bu val var. Üstündə ingilis, Azərbaycan, rus dillərində yazılıb: 
Sözləri  Fərhadın,  musiqisi  Əli  Səliminindir.  Oxuyur  Rəşid  Behbudov. 
Plastinka  1967-ci  ildən  sonra  çıxıb.  Rəşid  həmin  il  İrana  gələndə  bu 
mahnını  özü  də  oxudu.  Tehranda  Firdovsinin  heykəli  ucalan  meydanda 
val  satılan  böyük  mağaza  var.  Burada  Rəşid  Behbudovun  bütün  valları 
var. O cümlədən əvəzsiz müğənninin ifasında “Ayrılıq” mahnısı”. (1.) 
Məqalənin  bu  hissəsində  “Ayrılıq”  mahnısının  sözləri  ilə  bağlı  bir 
neçə  məlumatı  da  nəzərinizə  çatdırmaq  istərdik.  Bəzi  mənbələrdə 
“Ayrılıq” mahnısının  sözləri  dahi  Azərbaycan şairi Şəhriyara, bəzən isə 


53 
Rəcəb  İbrahimi  adlı  şairə  məxsus  olduğu  da  qeyd  olunur  (internet 
səhifəsində).  Bu  sətirlərin  müəllifləri  olaraq  biz  Azərbaycanın  Təbriz 
şəhərində  olarkən,  orda  yaşayan  və  Ə.Səliminin  istedadlı  davamçı-
larından  olan  Şəhriyar  Sədiq  (Qeyd  edək  ki,  Şəhriyar  Sədiq  hal-hazırda 
Təbriz  şəhərində  yaşayır  və  çalışır.)  adlı  tar  ustadından  “Ayrılıq” 
mahnısının  yaranması  ilə  bağlı  müəllimindən  eşitdiklərini  sizin 
diqqətinizə  çatdırmağı  özümüzə  borc  bilirik.  Onun  sözlərinə  görə, 
konsertlərdən  birində  səhnə  arxasında  Ə.Səlimiyə  tanımadığı  və  hətta 
adını belə bilmədiyi bir şəxs yaxınlaşır, ona kiçik bir kağız təqdim edir. 
Şeir parçası olduğunu və həmin şeirə musiqi bəstələməyi ustad Səlimidən 
rica edir. Həmin anda konsert salonundakı qarmaqarışıqlıqdan o adamın 
istəyinə  çox  da  ciddi  yanaşmayan  Ə.Səlimi  bu  hadisəni  unudur.  Bir 
müddət sonra təsadüfən həmin seir parçası yazılan kağız onun əlinə keçir
sözləri  oxuyaraq  valeh  olur  və  bu  sözlərə  mütləq  musiqi  yazmağı 
düşünür. Beləliklə, “Ayrılıq” mahnısı belə yaranır. 
 Bu  sözlərdə  həqiqət  olduğunu  düşünmək  olar.  Çünki  R.Behbudovun 
ifası  ilə  lentə  yazılan  valın  üzərində  Fərhad  adlı  şəxsin  yalnız  adı 
göstərilib,  soyadı  isə  olmamışdır.  Buradan  belə  təxmin  etmək  olar  ki, 
kiçik seir parçasının sonunda müəllif ancaq öz adını qeyd etmiş və ustad 
Səlimi  də  həmin  adamın  kimliyindən  xəbərsiz  olmuşdur.  Buna  görə  də 
yuxarıda qeyd olunan sitatda sözlərinin məhz Fərhada məxsus olduğunu 
yazmağı rica etmişdir.  
“Ayrılıq” və “Sizə salam gətirmişəm” mahnılarından başqa, Ə.Səliminin 
bir  sıra  əsərləri  də  vardır.  Bunlardan  “Azərbaycan”  adlı  süitası  bəstəkarlar 
arasında  keçirilən  müsabiqədə  İran  İslam  Respublikasının  İrşadı  İslam 
İdarəsinin  qızıl  medalına  layiq  görülmüşdür.  Bundan  başqa,  bəstəkar  daha 
bir “Azərbaycan” adlı əsərin də müəllifidir. (bax. vikipediya) 
Bunlarla  yanaşı,  Ə.Səlimi  “Fantaziya”,  “Elim,  günüm,  şövkətim”, 
“Ceyran  sevgilim”,  “Sallana-sallana”,  “Rəhilə”,  “Səməd  xatirəsi”, 
“Vətən  süitası”,  “Savalan”,  “Cicim”,  “Köçəri”,  “Xatırla  məni”  və  s. 
mahnıları, “Rast” dəstgahı üçün dəraməd, “Pişdəraməd”, “Bayatı-Şiraz” 
dəramədi və rənglər bəstələmişdir. 
Əli Səlimi həyatının sonrakı illərini Təbriz şəhərinə köçərək ömrünün 
axırına kimi fəaliyyətini Təbriz Televiziya və Radio Verilişləri Şirkətində 
davam etdirmişdir.  
1991-ci ilin dekabr ayında 53 il ayrılıqdan sonra böyük ustad yenidən 
Bakıya  gəlir.  Bundan  öncə  isə  öz  ansamblı  ilə  Naxçıvan  şəhərində 
konsert proqramı ilə çıxış etmişdir. Azərbaycan Dövlət Filarmoniyasında 
tanınmış  mərhum  müğənnimiz  Rauf  Adıgözəlovun  25  illik  yaradıcılıq 
fəaliyyəti  ilə  bağlı  gecədə  məşhur  bəstəkar  həyəcanlı,  məhəbbət  dolu 
çıxışı ilə tamaşaçıların qəlbini sarsıtmışdı.  
Əli  Səlimi  Bakıdan  yola  düşərkən  Azərbaycana  “Vüsal”  mahnısı  ilə 
yenidən  qayıdacağını  söyləmişdi.  Lakin  tale  buna  imkan  vermədi.  Az 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə