Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

54 
sonra  böyük  ustadın  dünyasını  dəyişdiyini  radio  vasitəsilə  eşidib 
kədərlənmək qismətimiz oldu. 
Doğma  yurdundan  ayrılarkən  dediyi  sözlər:  -  “Məgər  ayrılıq 
qurtarırmı?!  Məgər  açılarmı  qapılar  ?!  ...O  qədər  ayrılıq  çəkmişəm  ki, 
sizinlə birgə əmin-amanlıqda yaşamaq ən müqəddəs arzum olmuşdur.”  
Bu  sözlər,  illərlə  doğma  vətən  həsrəti  ilə  yaşayan  Azərbaycanlı  bir 
şəxsiyyətin  nisgilinin  kiçicik  hissəsini  ifadə  edə  biləcək  kəlmələrdir. 
Qapılar  açıldı,  ayrılıqlar  bitdi.  Lakin  təəssüflər  olsun,  böyük  ustad  bu 
günlərin sevincini bizimlə yaşaya bilmədi.  
Əli Səlimi bu gün cismən aramızda deyil, lakin o, öz böyük sənəti ilə 
sevimli  xalqının  qəlbində  əbədi  yaşayacaqdır.  Onun  “Ayrılıq”  və  “Sizə 
salam  gətirmişəm”  mahnıları  bu  gün  də  o  taylı-bu  taylı  Azərbaycanda 
səslənməkdə, ürəkləri ehtizaza gətirməkdədir.  
Məqalənin  sonunda  öz  arzumuzu  da  bildirmək  istərdik.  Yaxşı  olardı 
ki,  Əli  Səlimi  kimi  bəstəkar  yalnız  adlarını  yuxarıda  çəkdiyimiz  iki 
mahnının  müəllifi  olaraq  tanınmasın.  Onun  digər  əsərləri  də  (xüsusilə 
“Azərbaycan”  süitası)  tədqiqatçıların  marağına  səbəb  olsun.  Bəstəkarın 
çoxşaxəli yaradıcılığı bir neçə aspektdən araşdırılaraq, tədqiqat obyektinə 
çevrilsin.  Böyük  AZƏRBAYCAN  həsrətilə  yaşayan  bəstəkarımızın  da 
ruhu şad olsun! 
 
Ədəbiyyat siyahısı 
1.
 
Mürsəl  Cavad.  “Ayrılıq  olsa  da,  dərin  köklər  dönüb  yadlaşmaz”.  Məşhur 
Azərbaycan bəstəkarı Əli Səliminin xatirəsinə həsr olunur. “Vışka” qəzeti, 25.07.1997 
2.
 
Pərvanə Məmmədli. “Ayrılığı kim yazıb”. “Xalq” qəzeti, 21.07.1998 
 
РЕЗЮМЕ 
Композитор живущий ностальгией по Азербайджану 
Имя  Али  Салими  известен  Азербайджанской  музыкальной  общественности 
как композитор, исполнитель тара и как педагог. Из- за сталинской политики Али 
Салими был сослан в Иран, где до конца жизни жил ностальгией об Азербайджа-
не. Статья посвящена жизни и творчеству Али Салими. 
Ключевые слова: Азербайджан, Али Салими, «Айрылыг», тар.  
 
SUMMARY  
A composer yearning for Azerbaijan 
Ali Salimi is known in the history of Azerbaijan music as a talented composer, a dis-
tinguished  tar  player  and  teacher.  Due  to  Stalin’s  policy,  he  has  been  deported  to  Iran 
and  lived  there  until  his  death  with  yearning  for  Azerbaijan.  The  article  describes  life 
activities of A. Salimi. 
Key words: Azerbaijan, Ali Salimi, “ Ayrilig ” (separation), tar. 
 
Rəyçilər:   Professor Ramiz Mirişli
 
  
Professor Vaqif Əbdülqasımov. 
 


55 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Bəstəkarların yaradıcılığı       Творчество композиторов 
 
Malik MANSUROV 
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi 
 
ƏFRASİYAB BƏDƏLBƏYLİ VƏ AZƏRBAYCAN 
XALQ MUSİQİSİ 
 
Açar  sözlər:  Əfrasiyab  Bədəlbəyli,  musiqidə  xəlqilik,  revolyusiya  və 
kultura, Zurab Paliaşvili, “Qız qalası”, baletmeystr. 
Dahi sənətkar Üzeyir Hacıbəyli «Musiqidə xəlqilik» adlı məqaləsində 
yazırdı:  «Xalq  incəsənəti,  folklor  stili  səslər  və  gözəllik  cəhətdən 
tükənməz zənginliyə malikdir… 
İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə 
bu  gün  nümunə  olan  xalq  nəğmələri  əsrlərdən  bəri  işlənə-işlənə 
yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır.  
Bununla  belə,  xalq  yalnız  yaradıcı,  yalnız  kompozitor  deyildir;  xalq 
eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı  «istehlak-
çısıdır», xalq  musiqi  əsərlərinə diqqətlə  yanaşır,  yaxşını pisdən seçir və 
hər çeşidli saxta gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd 
edir» (1, s. 322).  
Bu məqalə ilk dəfə «Revolyusiya və kultura» jurnalının 1939-cü il 5-
ci  sayında  dərc  edilmişdir  (kiçik  dəyişikliklərlə  Möskvada  çıxan 
«Narodnoe  tvorçestvo»  jurnalının  1939-cü  il  4-cü  sayında  da  çap  olun-
muşdur).  Məqalədə  xalq  musiqi  sənətinin  tükənməz  zənginliyi,  xalqın 
özünün  yalnız  yaradıcı  deyil,  eyni  zamanda  misilsiz  tənqidçi  olduğu, 
«saxta  gözəllikləri  və  ideyasız  dəbdəbələri  amansızcasına  rədd  etdiyi» 
göstərilmişdir. Ü.Hacıbəyli xalqın yüksək estetik tələblərini təmin etmək 
üçün  bəstəkarın  ümumi  musiqi  mədəniyyətindən  başqa,  xalq  musiqisi 
sahəsində də ciddi məlumata malik olmağının zəruriliyini, özünün «xalq 
musiqisini  əsaslı  surətdə  öyrənməyincə  böyük  əsərlər  yazmağa 
tələsmədiyini»  qeyd  etmişdir.  Müəllif  həmçinin,  Azərbaycan  xalq 
musiqisinin  xüsusi  bir  sistemə  malik  və  tam  formalaşmış  müstəqil  bir 
incəsənət  növü  olduğunu  göstərmiş,  eləcə  də  temperasiya,  muğam, 
çoxsəslilik  məsələlərinə  toxunmuş,  xalq  musiqisinin  konservatoriyada 
tədris olunmasının vacibliyini vurğulamışdır (2, s. 156). 
Xalq musiqisini əsaslı şəkildə öyrənib, ondan bəhrələnən sənətkarları-


56 
mızdan biri də görkəmli bəstəkar, dirijor və musiqiçi Əfrasiyab Bədəlbəy 
oğlu Bədəlbəyli (1907-1976) idi. 
Bədəlbəyov  Bədəlbəy  Bəşir  oğlu  (1875-1932)  maarif  xadimi, 
Əfrasiyab  və  Şəmsi  Bədəlbəylinin  atası,  Üzeyir  Hacıbəylinin  xalası 
oğludur.  Qori  seminariyasını  bitirdikdən  sonra  Bakıdakı  rus-müsəlman 
məktəbinin  (indiki  6№-li  məktəb)  müdiri  olmuşdur.  Hacıbəylinin  bir 
müddət  bu  məktəbdə  müəllimlik  etmiş,  hesab,  rus  dili,  coğrafiya, 
ədəbiyyat  və  musiqi  fənlərindən  dərs  demişdir.  Bədəlbəyov  «Nicat» 
xeyriyyə cəmiyyətinin üzvü olmuş, həvəskar aktyor kimi opera və dram 
tamaşalarında, o  cümlədən Hacıbəylinin  «Leyli və Məcnun»  operasında 
Məcnun rolunda məharətlə çıxış etmişdir (2, s. 48). 
Bədəlbəyli Əfrasiyab Bədəl bəy oğlu – bəstəkar, dirijor, müsiqişünas, 
librettoçu.  Azərbaycan  xalq  artisti  (1960).  B.Bədəlbəyovun  oğlu, 
Hacıbəylinin  xalanəvəsidir.  İlk  Azərbaycan  baletinin  («Qız  qalası», 
1940) müəllifidir. 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Opera 
və Balet Teatrının dirijoru olmuşdur. Repertuarında Avropa, rus, eləcə də 
Azərbaycan bəstəkarlarının  əsərləri, o cümlədən Hacıbəylinin  «Leyli  və 
Məcnun» operası mühüm yer tutmuşdur. Hacıbəyli ilə sıx yaradıcılıq və 
şəxsi dostluq əlaqələri saxlamışdır (2, s. 48).  
Əslən  Qarabağdan  olan  Bədəlbəy  dövrünün  qabaqcıl  maarif  və 
mədəniyyət  xadimi  idi.  O,  Bakıya  köçdükdən  sonra  geniş  fəailiyyətə 
başlayaraq, xalqın maariflənməsi, milli mədəniyyətin yüksəldilməsi yolunda 
səmərəli,  ictimai  iş  aparmışdı.  Bədəl  bəy  övladlarının  zəkalı  və  savadlı 
böyüməsi  üçün  varlığını  əsirgəmir,  şəxsən  özü  onların  hümanizm  və 
maarifçilik ideyaları ilə silahlanmasına səy göstərirdi. O dövrün mütərəqqi 
ziyalıları ilə dostluq edən Bədəl bəyin evində görkəmli ədəbiyyat, incəsənət, 
mədəniyyət  xadimləri  -  xalası  oğlu  Üzeyir  Hacıbəyli,  Süleyman  Sani, 
Hüseyn Cavid, tələbəsi Cəfər Cabbarlı və başqaları tez-tez qonaq olurdular. 
Əfrasiyab  məhz  belə  bir  ailədə  və  mühitdə  tərbiyə  alıb,  böyüyürdü.  Onun 
gənc yaşından teatra, musiqiyə bağlılığı da bilavasitə bununla əlaqədardı.  
Əfrasiyabın peşəkar musiqiçi kimi formalaşmasında, kamilləşməsində 
Sankt-Peterburqda  təhsil  alması  mühüm  rol  oynayıb.  Elə  bu  zaman  o, 
irihəcmli monumental əsərlər yaratmaq istəyi ilə yaşamışdır. 
Əfrasiyab ilk dəfə dirijor pultu arxasında 1929-cu ildə dayanmışdır. O 
zaman  maestronun  cəmi  22  yaşı  vardı.  "Əsli  və  Kərəm"  operasının 
tamaşasında  orkestri  idarə  edən  Ə.Bədəlbəyli  Azərbaycanın  ilk  peşəkar 
dirijorlarından  biri  kimi  həmin  ildən  etibarən  dolğun  və  səmərəli 
fəaliyyət göstərmişdir. Pult arxasında durduğu təxminən 45 il ərzində o, 
bir  çox  opera  və  balet  tamaşasının  musiqi  rəhbəri  və  dirijoru  olmuş, 
klassik  dünya,  rus  və  müasir  bəstəkarların  dəyərli  musiqi  əsərlərinin 
təfsirində  yaxından  iştirak  etmişdir.  Ə.Bədəlbəyli  hər  hansı  tamaşada 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə