57
orkestrin səlis səslənməsinə, bəstəkar fıkrinin musiqi dilində real
təcəssümünə, harmoniya uyarlığına nail olmuşdur. O, heç zaman səhnədəki
opera ifaçılarını yalnız dirijor çubuğundan asılı vəziyyətdə qoymamış,
quruluşçu rejissorla "ümumi dil" taparaq solistlərin dramaturji və musiqi
materialını dərindən əxz etmələrinə səy göstərmişdir. Odur ki, maestro
Əfrasiyab Bədəlbəylinin orkestri idarə etdiyi tamaşalarda ifaçılar səhnədə
özlərinin yalnız vokal istedadını deyil, eyni zamanda aktiyorluq bacarığını
da nümayiş etdirmək imkanı tapmışlar. Ə.Bədəlbəyli həm opera və həm də
balet tamaşalarına eyni dərəcədə müvəffəqiyyətlə dirijorluq etmişdir.
Musiqişünaslar haqlı olaraq yazırlar ki, Ə.Bədəlbəylinin yaradıcılığı
bir bəstəkar, dirijor, tənqidçi, librettoçu, nəzəriyyəçi və maarifpərvər
kimi Azərbaycan musiqi sənətinin inkişafında müxtəlif mərhələləri təşkil
edir (16). Ə.Bədəlbəyli Azərbaycan bəstəkarlarının yaşlı nəslinə mənsub
idi, bu nəslin yaradıcıları musiqi sənətinə yeni janrlar gətirmişlər.
Əfrasiyab bəyin ən böyük xüsusiyyəti odur ki, indiyədək öz əhəmiyyətini
və dəyərini itirməyən, Azərbaycanda, o cümlədən də Yaxm Şərqdə ilk
balet sayılan "Qız qalası"nın yaradıcısıdır.
1940-cı il aprelin 18-də ilk dəfə tama.aya qoyulan "Qız qalası" baleti
ilə Əfrasiyab milli musiqi tariximizdə yeni dolğun səhifə açmaqla yanaşı,
özünün monumental yaradıcılıq axtarışlarında ilk böyük uğurunu tapdı.
Ü.Hacıbəyli «Qız qalası» – İlk Azərbaycan baletinin premyerası» adlı
məqaləsində (Məqalə ilk dəfə «Pravda» qəzetinin 1940-ci il 25 aprel
tarixli nömrəsində çap edilmişdir. Rus dilindən tərcümə olunmuşdur)
yazırdı: «Yerli Konservatoriyanın yetişdirməsi olan Bədəlbəyli gənc
bəstəkarların elə bir dəstəsinə daxildir ki, həmin dəstə nəinki musiqi
yazıçı texnikasına yiyələnməyə can atır, həm də xalq yaradıcılığını
dərindən öyrənir, xalqdan səmərəli surətdə öyrənir. Bədəlbəyli öz
baletində gözəl orkestovka vermiş, bəstəkar fikrini sərbəst inkişaf
etdirmiş, habelə xalq melodiyalarının gözəlliyindən həvəs və diqqətlə
istifadə etmişdir. «Şaloxo», «Ay bəri bax», «Kikican» kimi xalq havaları
orkestrin ifasında xüsusilə təravətli, rəvan və dolğun yaradılmışdır.
Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm
də son dərəcə aydın və anlaşıqlıdır» (1, s. 326).
Tanınmış yazıçı-publisist və sənətşünas Fazil Rəhmanzadə özünün
“Bədəlbəylilər” kitabında yazır: "Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"
operası həm milli musiqi tariximizdə, həm də Yaxm Şərq mədəniyyəti
aləmində hansı qiyməti qazanıbsa, "Qız qalası" da məhz həmin
dəyərdədir. "Qız qalası" 12 il sonra "Yeddi gözəl"in doğulmasına və
dünya şöhrəti qazanmasına müəyyən zəmin oldu. Bütün bunlardan sonra
"Gülşən", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Min bir gecə" kimi
klassik baletlərimiz pərvəriş tapdı, yer kürəsinin möhtəşəm səhnələrində
58
göstərildi, xalqımızın intellekti, mədəniyyəti, musiqi qabiliyyəti, estetik
zövqü barədə müsbət təsəvvür oyatdı" (3, s. 17).
Janr müxtəlifliyinə çalışan bəstəkar böyük simfonik orkestr üçün
yaratdığı əsərləri ilə milli simfonik musiqinin bərqərarlığı istiqamətində
ilk cəsarətli addımlar atmışdır. Heç şübhəsiz, ciddi xoreoqrafık əsəri -
"Qız qalası" baleti onun bu cəsarətli addımlarının yekunudur. Hərçənd ki,
bu əsərdə xalq mahnıları, el musiqisi motivləri az deyil. "Qız
qalası"nadək milli baletimizlə səhnədə qarşılaşmayan tamaşaçı üçün
musiqili səhnəqrafiyada məhz bu yolu tutmaq daha doğru idi. Tamaşaçı
sadədən mürəkkəbə estetik zövqünü cilalamalı idi. Və həyat göstərdi ki,
həmin balet öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi (3, s. 18).
Tamaşa teatrda baletmeystrlərin, xoreoqrafların böyük bir dəstəsinin
tərbiyə olunub yetişdirilməsinə ciddi təkan vermişdir. Xüsusən
xoreoqrafların, rəqs ustalarının geniş şöhrət tapmasını öncə nəzərə
çarpdırmalıyıq. Qəmər Almazzadə, Maqsud Məmmədov, Rəfıqə
Axundova, Konstantin Bataşov, Leyla Vəkilova, Tamilla Şirəliyeva,
Çimnaz Babayeva və digərləri balet teatrımızın şöhrət tacıdırlar.
Əsər klassik dünya və rus bəstəkarlarının balet yaradıcılığının ən təq-
dirəlayiq ənənələri ruhunda yazılsa da bütün çalarları ilə milli koloritə
malikdir. Azərbaycan xalq musiqisi ilə klassik musiqi stilinin uyarlı
vəhdətindədir.
Görkəmli müğənni Bülbül isə "Kommunist" qəzetində çıxan "Xo-
reoqrafıya sənətimizin nailiyyəti" adlı yazısında fikrini belə ifadə etmişdir:
"Üzeyir Hacıbəylinin opera sahəsində "Koroğlu" əsəri ilə açdığı doğru
cığır kimi Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti də xoreoqrafiya
sənətimizin düzgün inkişafında parlaq bir nümunədir...
Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti xoreoqrafiya sənətimizin
inkişafında ilk addımdır. Böyük ustalıqla mükəmməl bir balet əsəri
meydana çıxarmaq bəstəkarın el havalarını məharətlə işlədiyini və
Avropa xoreoqrafıya sənəti ilə Azərbaycan xalq oyun havalarını
birləşdirməyi bacardığını göstərir. Ə.Bədəlbəyli xalq oyun havalarının
simfonik orkestrlə işlənməsi, xalq musiqi alətlərinin orkestrlə
ahəngləşdirilməsi işində böyük müvəffəqiyyət qazanmış və oyun
havalarımızı primitiv haldan qurtararaq gözəlləşdirmişdir"... (3, s. 20)
Görkəmli rus baletmeysteri Olqa Lepeşinskaya, xalq yazıçısı Mirzə
İbrahimov, Moskva bəstəkarı Nikolay Elyaş və onlarca başqası onu
nəinki Azərbaycan, habelə SSRİ-nin xoreoqrafıya sənətində mühüm
hadisə kimi səciyyələndirmişlər. 1959-cu ildə Moskvada keçirilmiş
Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü repertuarında "Qız
qalası" baleti də vardı. Tamaşa Moskva bədii ictimaiyyətinin və paytaxt
qonaqlarının böyük marağına səbəb olmuşdu. Moskva mətbuatında çıxan
Dostları ilə paylaş: |