83
Semiotika UOT 003:7 Камина Мамедова - Некоторые онтологические аспекты музыкальной семиотики
5. Кушнаренко В. Музыка/ URL: http://www.lomonosov.org/laws /fourlaws
625412.html
6. Ленин В.И. Материализм и эмпириокритицизм. Полн. собр. соч., т. 18, с. 247-248
7. Символы и знаки. Музыка/ URL: http://sigils.ru/symbols/music.html
8. Спирова Э.М. Знак или символ? /Знание. Понимание. Умение. №1, М., 2007,
с.110-114
9. Татанова Е. PR в Античной мифологии. Сирены /Электронная
энциклопедия
URL: http://mifologia.osipova-pr.com/soderjanie/antichnost/sireny
10. Федоров В.С.Феномен Гёте в метафизике Андрея Платонова/ URL:
http://philosophy.spbu.ru/userfiles/rusphil/Veche%20%E2%84%9614-6.pdf
Kəminə MƏMMƏDOVA
Fəlsəfə doktoru, dosent
MUSİQİ SEMİOTİKASININ BƏZİ ONTOLOJİ ASPEKTLƏRİ
Xülasə: İdeologiya və texniki imkanlarından asılı olaraq musiqi semiotikası
ontologiyasının öyrənilmə zərurətinin aktuallığı daim meydana çıxan potensial elmi
yanaşmalardan irəli gəlir. Müəllifin fikrincə, müasir dövrdə musiqili rəmzlər
informasiya obrazlarının daşıyıcısı kimi inteqrativn-kommunikativ faktor rolunu
oynayır, dünyanın mədəni dəyərlərini mənən nəcibləşdirirlər.
Açar sözlər: Musiqi rəmzləri, ontologiya, obraz, pərəstiş, ideologiya, inkar,
musiqili məlumatlar, məna inkişafı.
Kamina MAMMADOVA
Doctor of philosophy,
Associate Professor
SOME ONTOLOGICAL ASPECTS OF MUSICAL SEMIOTICS
Summary: The urgency of the need to study the ontology of a musical semiotics
is due to the ever-expanding potential of scientific approaches depending on ideolo-
gy and technical capabilities. In the author's opinion,as carriers of information im-
ages,musical symbols in the modern period, play the role of an integrative - commu-
nicative factor,which spiritually ennobling a new picture of the world its values and
cultural attitudes.
Key words: musical symbol, ontology, image, cult, ideology, denial, music in-
formation, semantic development.
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
professor Lalə Hüseynova
84
“
Konservatoriya” jurnalı 2017№2 (36)
Gülxanım ƏSƏDZADƏ
Etnomusiqişünas-magistr
Email: asadzade-gulxanim@mail.ru
ŞİRVANIN AUTENTİK FOLKLOR NÜMUNƏLƏRİ
Xülasə: Məqalədə ekspedisiya zamanı Şirvanın qədim məskənlərindən biri
olan Qobustan şəhərindən toplanılan folklor nümunələri təqdim olunur.
Qarşımıza çıxan nümunələr əsasən xınayaxdı, toy və uşaq mahnılarından
ibarətdir. Sahə araşdırması zamanı informatorlar müxtəlif adət-ənənələri
danışaraq, musiqi nümunələri ifa etmişlər. Tədqiqat işləri bir daha sübut etdi
ki, hələ də toplanılmamış musiqi nümunələri yaşamaqdadır.
Açar sözlər: Şirvan, Qobustan, folklor, xınayaxdı, toy, uşaq mahnıları
Azərbaycanın qədim yaşayış ərazilərindən biri, Şirvan regionunda yerləşən
Qobustan
5
şəhərinin folklor musiqisi olduqca zəngindir. Lakin təəssüflə qeyd
etməliyik ki, insanların böyük şəhərlərə axın etməsi ilə burada folklor nümunələri
yox olmaq üzrədir. İnformatorlardan aldığımız məlumata görə qədim zamanlarda
müxtəlif şənlik və məclislərdə, eləcə də məişətdə fərqli folklor nümunələri ifa
edilərmiş. Musiqi sözügedən məclislərin əsas qayəsini təşkil edir. Bu səbəbdən də,
xalqın yaddaşlarında qalmış və günlük həyatlarında istifadə etdikləri autentik
musiqi folklor nümunələrini bu gün toplamağı özümüzə borc bilirik. Qeyd edək ki,
Şirvanın autentik musiqi folklorunun ilk dəfə olaraq öyrənilməsini macar
etnomusiqişünası Yanoş Şipoş həyata keçirmişdir. Müəllifin 2005-ci ildə işıq üzü
görmüş “Azərbaycan el havaları. Musiqinin ilkin qaynaqlarında” adlı böyük
tədqiqat əsərində (2) Şirvanın autentik musiqi folklorunun müxtəlif janrlarına dair
musiqi nümunələrinə rast gəlmək mümkündür. Eləcə də, Şirvanın musiqi
folklorunun öyrənilməsində professor F.Xalıqzadənin də müstəsna xidmətləri
olmuşdur.
Adı çəkilən ərazidən topladığımız nümunələr toy, xınayaxdı və uşaq
mahnıları ilə bağlı ifa olunur. Təqdim edəcəyimiz ilk nümunələr ənənəvi xınayaxdı
havalarıdır. Azərbaycan xalqının təfəkküründə toy adət-ənənəsi ən qədim tarixə
malik, çal-çağırlı bir hadisədir. Xınayaxdı mərasiminin iştirakçıları qadınlar və
cavan qızlardır. Sözügedən mərasim bütün gecə boyu davam edir və şənlik zamanı
müxtəlif mahnılar, rəqslər ifa edilir.
Biz Sündü ekspedisiyası zamanı xınayaxdı ilə bağlı iki nümunə əldə edə
bildik. Qeyd edək ki, informatorlardan biri Orucova Gülcahanın verdiyi məlumata
əsasən bu nümunələri ona öz nənəsi oxuyub. Daha sonralar bu nümunələri
5Tarixi abidələri və ziyalıları ilə tanınan bu kənd, Bakıdan 101 km uzaqlıqda yerləşir. Əhalisi
əkinçilik, üzümçülük və heyvandarlıqla məşğul olur.