89
Etnomusiqişünaslıq UOT 78.031.4 Gülxanım Əsədzadə - Şirvanın autentik folklor nümunələri
Çöl-sahə araşdırmaları zamanı qarşımıza çıxan digər nümunə bir qədər
fərqliliyi ilə seçilir. Belə ki, informator Abdalova Xan Nisə nənənin verdiyi
məlumata əsasən bu nümunə “Teşti” oyunu adlanır. Lakin elmi mənbələrdə “Teşti”
nəğməsi mövsüm nəğməsi kimi yağışla bağlı olaraq ifa olunduğu qeyd olunur.
İnformantın bizə verdiyi məlumata görə isə bu nümunəni uşaqlar oyun zamanı ifa
edirlər. Uşaqlar teşt
6
götürərək onu çalğı aləti kimi istifadə edərək mahnını
oxuyurlar.İti, cəld tempdə ifa olunan “Teşti” oyunu 6/8 ölçüsündədir. Bu nümunədə
rast məqamının çalarlarını, rüşeymini görmək mümkündür. Uşaq oyun havalarına xas
dar diapazondadır.
Nümunə №8.
Nota köçürən: Əsədzadə Gülxanım
Növbəti təhlilə cəlb olunan nümunə analar və ya nənələr tərəfindən qız övladı
üçün oxunan nümunədir. Mövzu etibarı ilə əsasən valideyn, xüsusən də ana və
nənələr öz qız övladını təriflədiyi halda, oğul övladına zarafat ilə yanaşır.
Nümunə №9.
Nota köçürən: Əsədzadə Gülxanım
Ritmik, şən, gümrah, yumoristik xarakterdə olan nümunə informant Ağayeva
Nanəgülün dediklərinə əsasən körpə qız uşaqlarını oynadan zaman ifa olunur. Si
mayəli rast məqamında ifa olunan nümunədə sonuncu dörd xanədə do mayəsi ilə
əvəz olunur. Folklor mühiti olduğu üçün informant burada mayəni sonadək saxlaya
bilməmişdir. 6/8 ölçüsündə ifa olunan nümunə səkkizlik və çərək notlardan təşkil
6Kənd əhalisinin məclislər zamanı istifadə etdiyi xörək tavaları
90
“ Konservatoriya” jurnalı 2017№2 (36)
olunub. Melodiyanın diapazonu k6 intervalı çərçivəsində, kiçik oktavanın lya
notundan birinci oktavanın mi notuna qədər olan məsafəni əhatə edir.
Beləliklə, Qobustanın ərazisinə təyin edilmiş ekspedisiya zamanı bizim
qarşımıza çıxan iki xınayaxdı, iki toy mahnısı və beş uşaq mahnısını araşdıra bildik.
Araşdırılan nümunələr Şirvan ərazisinin musiqi folklor mühiti anlayışının və autentik
folklorun ümumi cizgilərinin formalaşmasında qismən də olsa müəyyən rol oynadı.
Tədqiqat işləri bir daha sübut etdi ki, hələ də araşdırılmamış folklor nümunələri
mövcuddur. Kütləvi informasiya vasitələrinin insanların həyatına nüfuz etməsi,
əhalinin böyük şəhərlərə miqrasiya etməsi kimi halların baş verdiyi zamanda mənəvi
xəzinəmiz hesab edilən folklor nümunələrinin toplanılması, tədqiq olunması aktual
məsələlərdən biri kimi qalmaqdadır.
ƏDƏBİYYAT:
1. Xalıqzadə F.X. Şamaxı folklor musiqi ənənələrinin tədqiqinə dair. / Ulu
öndər Heydər Əliyev İrsində Multikultural və Tolerant dəyərlər mövzusunda
konfrans materialı. B.: 2016, 400 s.
2. Şipoş Y. Azərbaycan el havaları. Musiqinin ilkin qaynaqlarında. B.: “Əbilov,
Zeynalov və oğulları”, 2005, 604 s.
3. Kərimova T.M. Ana folkloru. B.: Azərbaycan, 1994, 49 s.
Гюльханум Асадзаде
Магистр - этномузыковед
АУТЕНТИЧЕСКИЕ ФОЛЬКЛОРНЫЕ ОБРАЗЦЫ ШИРВАНА
Резюме: В статье представлены фольклорные образцы, которые были со-
браны во время экспедиции в Ширване Гобустанского города. Собранные об-
разцы в основном принадлежат свадебным торжествам и детским песням. Ин-
форманты, рассказывая о свадебных обычаях, воспроизвели несколько народ-
ных песен, посвященных различным народным торжествам. Исследования по-
казали, что существует еще очень много не найденных фольклорных образцов.
Ключевые слова: Ширван, Гобустан, фольклор, свадебные песни, дет-
ские песни
Gulkhanim Asadzade
Ethnomusicologyst
AUTHENTIC FOLKLORE OF SHIRVAN
Summary:This article give information about folklore examples which gath-
ered in expedition in city Qobustan of Shirvan. Collected samples about wedding
and nurseries songs. The people who lives there gives information about traditions
and sing a lot of songs.
Key words: Shirvan, Qobustan, folklore, wedding songs, nursery songs
Rəyçilər: dosent, əməkdar incəsənət xadimi Faiq Nağıyev
Filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Baxşəliyev
91
Etnomusiqişünaslıq UOT 78.031.4 Səfixanova Aysel - Cəbrayıl rayonunda dini musiqi – mərsiyələr
Aysel SƏFİXANOVA
AMK-nın magistrantı
Email: aysel.sefixanova.1993@mail.ru
CƏBRAYIL RAYONUNDA DİNİ MUSİQİ – MƏRSİYƏLƏR
Xülasə: MəqaləCəbrayıl rayonunun musiqi folklorunun tərkib hissəsi olan
mərsiyə janrına həsr edilib. Hazırda erməni təcavüzkarları tərəfindən işğal
altında olsa da rayonun sakinləri ağır şəraitdə yaşamalarına baxmayaraq öz
adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Təqdim edilən məqalədə bir
neçə sakinin ifasından mərsiyələr toplanmış, nota köçürülmüş və onların
məqam, janr, forma baxımından təhlili verilmişdir.
Açar sözlər: Cəbrayıl, musiqi folkloru, ekspedisiya, mərsiyə, təziyə
Azərbaycanda islam dini mərasimlərində musiqinin xüsusiyyətlərindən
danışdıqda, xüsusilə, dini mərasim və xalq musiqi yaradıcılığı arasında orta mövqe
tutan, orijinal janr – İmam Hüseyn təziyələrini ayrıca göstərmək olduqca vacibdir.
Çünki İmam Hüseyn təziyələri islam dini mərasimlərinin musiqi tərtibatında
demokratik tendensiyaları göstərən əyani nümunədir. Dini ibadət formalarında
musiqidən istifadə etməni ciddi surətdə məhdudlaşdıran və nizama salan islam,
burada dini matəm mərasimlərinə xalq melodiyalarının daxil olmasına böyük səbrlə
yanaşır. Ona görə də hər hansı milli regionda dini mətnlərin oxunuşunda xalq musiqi
mədəniyyətinin, müxtəlif milli dillərin və onların lokal xüsusiyyətlərinin intonasiya
cizgiləri duyulur. Bir sözlə, müxtəlif milli regionda hər bir din xadimi mətni sabit
saxlamaq şərtilə Allah “kəlamını” öz ləhcəsinə müvafiq surətdə oxuyur. Bu
baxımdan ayrı-ayrı regionlarda oxunan dini mətnlərin bəziləri əgər musiqi cəhətdən
daha inkşaflıdırsa, digərləri melodik quruluşunun bir qədər ciddiliyinə, sadəliyinə və
təbiiliyinə görə fərqlənir, bir başqası melodik şəklin tamamilə bəsitliyi, olduqca kiçik
diapazonu ilə seçilir.
Dini musiqi şifahi ənənəyə əsaslanan professional sənətdir. Bu sənət
nümunələri auditoriya qarşısında oxunduğuna görə ifaçıdan yüksək məharət tələb
edir. Dini mərasimlərlə əlaqədar musiqilər öz funksionallığı ilə bilavasitə folklora
yaxın olsa da, eyni vaxtda ondan kəskin surətdə ayrılırlar. Əfsanə Babayeva yazır:
“Dini mətnlərin qiraətində musiqi: reçitativ, adi deklamasiya, melodik oxuma halında
özünü göstərir. Dini mətnlərin musiqili oxunuşu, sözsüz, emosional təsiri artırır,
bununla da əsil bədii əhəmiyyət əldə edir” (1, s. 85-86).
Yas nəğmələrinin əsas yaradıcısı və ifaçısı qadınlardır. Yas nəğmələrinin
formaları ağılar, edilər və mərsiyələrdir. Belə nəğmələr daha çox kədəri ovutmaq
məqsədilə, eyni zamanda ruhun o dünyaya rahat gedə bilməsi üçün oxunur. Mifoloji
təsəvvürlərə görə ruh kənardan öz matəm məclisini müşahidə edir, gözlərdən çıxan
yaş onun ruhunun ali məkana çatmasına kömək edir. Ağı nəğmələrinin son dil həddi
“Şaxsey-vaxsey”dir.
Dostları ilə paylaş: |