97
Etnomusiqişünaslıq UOT 78.031.4 Səfixanova Aysel - Cəbrayıl rayonunda dini musiqi – mərsiyələr
Nümunə sol diyez mayləli segah məqamında və 2 cümləli period
formasındadır. Quruluş formulu belədir: a (8x)+a
1
(12x). Qeyri-kvadrat quruluşlu və
qapalı perioddur. I cümlə 2 ibarədən ibarətdir. 4 xanəni özündə birləşdirən ibarələrin
hər biri 2 xanədən ibarət 2 motivə, bu motivlər isə submotivlərə bölünür. Mayənin
üst mediantasında başlayan melodiya çox kiçik diapazonda – kiçik tersiya
çərçivəsində dalğavari melodiya yaradaraq nəhayət, mayədə tam kadansla bitir.
Melodiyanın inkşaf xüsusiyyətlərindən danışarkən qeyd etmək lazımdır ki, burada
təkrarlardan və gəzişmədən çox istifadə olunub. Melodiya 6/8 ölçüsündə, Allegretto
tempindədir. Heç bir melizmatik işarələrdən istifadə olunmayıb.
Beləliklə, apardığımız təqdiqata əsasən söyləmək olar ki, coğrafi-iqtisadi
mövqeyi, özünəməxsusluğu ilə seçilən Cəbrayıl rayonunun musiqi folkloru
ümumazərbaycan mədəniyyətinin tərkib hissəsidir. Hazırda erməni təcavüzkarları
tərəfindən işğal altında olsa da rayonun hər bir sakini ağır şəraitdə yaşamalarına
baxmayaraq öz adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Bakı şəhərində,
Biləsuvar və Beyləqan rayonlarında apardığımız tədqiqatlar və toplanılan
materialların elmi təhlili xalqımızın mənəvi mədəniyyətinin olduqca
zəngin və qədim
olmasını bir daha təsdiqləmiş oldu.
ƏDƏBİYYAT:
1. Babayeva Ə.A. Azərbaycanda İslam və musiqi. B.: 2001,Nurlan, 177s.
2. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. B.: Səda, 2002, 210 s.
3. Seyidova S.A. Qədim Azərbaycan mərasim musiqisi. Ali və orta musiqi
məktəbləri üçün dərs vəsaiti. B.:
Mars-Print, 2005, 116 s.
4. Vəliyev V.Ə. Azərbaycan folkloru. B.: Maarif, 1985, 414 s.
Айсель САФИХАНОВА
Магистрант АНК
РЕЛИГИОЗНАЯ МУЗЫКА В ДЖАБРАИЛЬСКОЙ РАЙОНЕ-
МАРСИЯ
Резюме: Марсия является одним из литературно-музыкальных жанров,
который играет большую роль в проведении религиозных церемоний. Музы-
кальный фольклор Джабраилского района - составная часть общеазербай-
джанской культуры. Несмотря на то, что в данный момент этот район ос-
тается под оккупацией армянских сепаратистов, жители Джабраила в тя-
желых обстоятельствах сохраняют традиции своего региона. В данной ста-
тье собраны марсии исполняемые вынужденными переселенцами, проживаю-
щими в Баку, а также в Бейляганском и Билясуварском районах. Эти марсийи
были нотографически зафиксированы и проанализированы