512
İZАHLI ТЕRMİNLƏR LÜĞƏТİ
Abstraksiya – təfəkkür prosesində cisim və hadisələrdəki mühüm cə-
hətləri, keyfiyyət və əlamətləri ümumiləşdirərkən bunları fikrən
başqa cəhət və əlamətlərdən ayırır və onlar haqqında düşünürük.
Bu, abstraksiyadır. Abstraksiya ümumiləşdirmə ilə vəhdətdədir.
Cisimlərin fərqli cəhətlərindən fikrən ayrılmadan onların oxşar
cəhətlərini ümumiləşdirə bilmərik. Abstraksiyasız elmi bilik-
lərin əldə edilməsi, ümumiyyətlə, məntiqi təfəkkür olmazdı.
Adekvat – hərfi mənası həmin şərait üçün müvafiq, münasib olan
deməkdir.
Adyunktura – hərbi təhsil müəssisələrində doktoranturaya bərabər tutu-
lan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forma-
sıdır.
Ağıl – insanın hiss və iradədən fərqli olaraq, idrak imkanlarının ümumi
xarakteristikasıdır. Nisbətən dar mənada insanın fikri qabiliy-
yətlərinin fərdi-psixoloji xarakteristikası kimi mənalandırılır.
Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata
keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil
müəssisəsidir.
Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil stan-
dartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib
təsdiq edilməsi prosedurudur.
Ali psixi funksiyalar – insanda cəmiyyət, təlim və tərbiyənin təsiri
nəticəsində əmələ gələn mürəkkəb sistemli psixi proseslərdir.
Mənşəyinə görə onlar sosial proseslərdir. Müasir psixologiyanın
mürəkkəb anlayışlarından biridir. Bu anla–yış L.S.Vıqotski
məktəbində formalaşmış, ilk növbədə A.R.Luriyanın axtarışla-
rında inkişaf etdirilmişdir.
Analiz – (yunanca analysis efti – tərkib hissələrinə ayırma) – bütövün və
ya tamın tərkib hissələrinə parçalanması prosesidir. Analiz orqa-
nizmin mühitlə qarşılıqlı təsir prosesində özünü göstərən bütün
idraki və praktik aktlara daxildir. İnsanda praktik fəaliyyət nəti-
cəsində anlayışlarla əməliyyat aparmaq səviyyəsində analiz et-
mək qabiliyyəti inkişaf etmişdir. Analiz sintezlə sıx surətdə
bağlıdır.
513
Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təh-
sildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiy-
mətləndirilməsi prosedurudur.
Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcə-
sidir.
Bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını
həyata keçirən ali təhsilin birinci səviyyəsidir.
Bacarıq – subyektdə mövcud olan bilik və vərdişlərlə fəaliyyətin məq-
sədəuyğun şəkildə tənzim edilməsi üçün zəruri olan mürəkkəb
psixi və praktik işlər sisteminə yiyələnmədir. Məsələnin şərtləri-
nə və qarşıda duran məqsədə müvafiq olan yolları və əməliy-
yatları düzgün seçmək və onlara nəzarət etmək üçün məlumat-
lardan istifadə qaydalarını mənimsəmək prosesinin son məhsulu
bacarıqdır.
Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standartdır.
Dülgər müəyyən hissənin hansı uzunluqda olmasını ölçmək
üçün nişanlardan istifadə etdiyi kimi, müəllimlər də şagirdlərin
işinin səviyyəsini müəyyən etmək üçün bençmaklardan istifadə
edirlər. Bir sıra məktəblər öyrətmənin xüsusi bir mərhələsində
şagirdlərin nəyi bilməli və ya nəyi etməli olduqlarını müəyyən-
ləşdirmək üçün bençmaklar hazırlayırlar.
Bilik – bu və ya digər ideal və praktik fəaliyyət növünün müvəffəqiy-
yətlə təşkil edilməsi üçün aləmin zəruri mühüm xassələri barədə
məlumatın mənimsənilməsi prosesinin məhsuludur. Məktəbdə
bilik-təhsilin məzmununu təşkil edən başlıca komponentlərdən
biridir. O, təlim prosesinin nəticəsi kimi meydana gəlir. Təlim
zamanı şagirdlər elmi bilikləri mənimsəyir. Elmi bilik deyəndə
təbiət, cəmiyyət və təfəkkürə aid şübhə doğurmayan, isbat olun-
muş faktlar, anlayışlar, qanunlar, qaydalar, nəzəriyyələr, teorem-
lər, ümumiləşmələr və s. nəzərdə tutulur. Biliyin dörd başlıca
məziyyəti-dolğunluğu,
sistemliyi, anlaşıqlığı, istifadəliliyi
vardır.
Birləşmiş öyrənmə sistemləri – hər bir şagird üçün interaktiv təlimi
təmin edən və hər şagirdin inkişafı haqqında məlumatı təsdiq
edən komputer əsaslı sistemlər kimi anlaşılmalıdır. Mürəkkəb
sistemlər təlim mərhələlərinə, şagirdlərin müvəffəqiyyət səviy-
yələrinə uyğunlaşdırılır, zəif şagirdlərə əlavə kömək edir, qüv-
vətli şagirdlərə isə daha yüksək təlim nəticələri göstərməyə im-
kan yaradır.
514
Blum taksonomiyası – Çikaqo Universitetində Bencamin Blumun
rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə hazır-
lanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qavrama-
ya malik olmaq üçün bilik və qavramadan (ən aşağı) sintez və
qiymətləndirməyə (ən yüksək) doğru aparan, istiqamətləndirən
idraki məqsədləri əhatə edir. Blumun taksonomiyası müəllimlər
tərəfindən təlim məqsədlərini müəyyənləşdirmək üçün geniş
şəkildə istifadə edilir.
Çoxfənli kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid
mövzuları əhatə edən kurikulumdur. İnsanlar bu və onunla əla-
qəli olan digər terminləri müxtəlif cür işlədirlər, ümumiyyətlə,
çoxfənli kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya)
bir deyil, bir neçə fənn (məsələn, musiqi, tarix, ədəbiyyat, fizika)
baxımından öyrədilir. Məsələn, uşaqlar hava mövzusunu
müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər. Onlar hava-
nın təzyiqini ölçdükdə fizikanı öyrənir, hava proqnozunun
tarixini öyrənir, hava mövzusunda oxuyur və şeir yazırlar.
Çoxşaxəli əqli qabiliyyətlər – Əqli qabiliyyətlər nəzəriyyəsi Harvard
Universitetinin təhsil professoru H.Qardner tərəfindən yara-
dılmışdır. H.Qardner əqli qabiliyyətləri “bir və ya bir neçə
mədəni mühitdə qiymətləndirilən problem həlli və ya məhsul
hazırlanması qabiliyyəti” kimi geniş şəkildə şərh etmişdir.
Əvvəlcə o, çoxşaxəli qabiliyyətlərin (ÇQ) içərisindən 7 qabiliy-
yət müəyyən etmişdir: Linqvistik, məntiqi-riyazi, musiqi, mə-
kan, kinestetik, şəxsiyyətlərarası, şəxsiyyətdaxili. Sonralar
H.Qardner təbii, mənəvi, eqzistensial da daxil edilməklə başqa
qabiliyyətlərin də mövcud olduğunu bildirmişdir. Hər bir kəsdə
bütün əqli qabiliyyətlər olsa da, onlar müxtəlif dərəcədədirlər.
Çoxşaxəli qabiliyyətlər yanaşmasından istifadə edən müəllimlər
fənni şagirdlərə bir neçə qabiliyyətlərdən istifadə etməklə,
öyrənməyə imkan verən yollarla təqdim etməyə çalışırlar.
Konstruktivizmlə müqayisədə fərqli öyrənmə nəzəriyyəsi hesab
edilsə də, həqiqətdə müəllimlər və məktəblər öyrənmə məq-
sədlərinə və təhsil standartlarına cavab vermək üçün konstruk-
tivizm ilə çoxşaxəli qabiliyyətlər ideyalarını qarşılıqlı əlaqədə
səmərəli yollarla həyata keçirirlər.
Davranış – canlı varlıqların ətraf mühitlə qarşılıqlı əlaqəsindən ibarətdir.
Bu əlaqə orqanizmin daxili (psixi) və xarici (hərəkət) fəallığı
vasitəsi ilə ifadə olunur.
Dostları ilə paylaş: |