515
Deduksiya – (latınca deducto – nəticə çıxartma) – təfəkkür prosesində
ümumidən xüsusiyə doğru çıxarılan məntiqi nəticədir. Bilik və
məlumatın daha çox ümumi olandan daha az daha az ümumi
olana hərəkəti olub, mühakimələrdən nəticə çıxarmağa deyilir.
Başqa sözlə, deduksiya nəticə çıxarmadan ibarət olan, ümu-
midən xüsusiyə gedən əqli nəticədir. Biliyin ümumidən xüsusiyə
getməsi onun psixi proseslərdən, əqli fəaliyyətin quruluşundan
asılılığı ilə izah olunur. Antonimi “induksiya”dır.
De-institutlaşdırma – dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında həyata
keçirilir. Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları
Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və
ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət və
anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq,
dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və
alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və
səmərəli işləmənin təmin edilməsidir.
Dəyər – fəlsəfə, etika, estetika və sosiologiyada gerçəkliyin müəyyən
hadisələrinin cəmiyyət üçün sosial-tarixi əhəmiyyəti və fərd
üçün şəxsi məna daşıyan anlayış kimi xarakterizə olunur. Dəyər
insanların qarşılıqlı münasibətlərinin və şəxsiyyətin davranışının
sosial tənziminin əsas amili kimi çıxış edir.
Dəyər meyli – şəxsiyyətin, cəmiyyətin sosial, siyasi və əxlaqi normalarına
olan münasibətlər sistemidir.
Distant (məsafədən) təhsil – tədris prosesinin elektron, telekom-
munikasiya, proqram – texniki vasitələr əsasında təşkil olunduğu
təhsilalma formasıdır.
Dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi
tədqiqat işidir.
Dissertant – dissertasiya işini yerinə yetirən şəxsdir.
Divergent təfəkkür – yaradıcı təfəkkürdür, yaradıcı fəaliyyətin ayrılmaz
hissəsidir. C.Gilfordun intellektin struktur modelinin əsas anla-
yışlarından biridir.
Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi də-
rəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pe-
daqoji kadr hazırlığı formasıdır.
Dosent – ali təhsil müəssisələrində müəllimlərə verilən ad və seçkili və-
zifədir.
Dünyagörüş – ətraf aləmə münasibəti ifadə edən inam və biliyin ümu-
miləşdirilmiş formasıdır.
516
Eksteriorizasiya – əməliyyatların daxili, fikri planından əşyalarla icra
olunan priyom və əməliyyatlar formasında həyata keçirilən
xarici əməliyyatlara keçiddir.
Elmlər doktoru – elm sahələri üzrə doktoranturada verilən ən yüksək
elmi dərəcədir.
Emosionallıq – insanın emosiya və hisslərinin keyfiyyət və dinamikasını,
məzmununu müəyyən edən xüsusiyyətlərinə deyilir. Emosio-
nallığın mahiyyəti subyekt üçün xüsusi əhəmiyyət daşıyan hadi-
sə və situasiyaların inkişafından ibarətdir. O, şəxsiyyətin əsas
xüsusiyyətləri – əxlaq normaları, motivasiya sahəsi, dünyagö-
rüşü, dəyər meyli və s. ilə bağlıdır.
Epistemologiya – bilik və öyrənmənin mahiyyəti və təbiəti, xüsusilə də
onun etibarlılığı və ya məhdudiyyətləri ilə əlaqədar araşdırma,
nəzəriyyə və ya şəxsi inanclardır.
Evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin
evdə təşkili formasıdır.
Əqidə – şəxsiyyəti öz dəyərlər sisteminə uyğun olaraq hərəkət etməyə
sövq edən dərk olunmuş tələbatdır. Möhkəm əqidənin formalaş-
ması üçün ilk şərait erkən uşaqlıqda yaranır. Bu yaşda həyat
tərzi və ailə ənənələri, ətrafdakılara münasibətin xarakteri daha
çox əhəmiyyət kəsb edir. Əsl əqidə yeniyetməlik və ilk gənclik
dövründə yaranır. Bu isə bu yaşda ətraflı və dərin biliklərə
yiyələnmək, ətrafa şüurlu tənqidi münasibətin, təfəkkürün in-
kişaf etmiş formalarının yaranması, dünyagörüşün və fəal həyat
mövqeyinin formalaşması ilə bağlıdır.
Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə
əlavə təhsil proqramları əsasında verilən təhsildir. Müasir
dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi
fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini
bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Əlavə
təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazır-
lanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləş-
dirilmişdir.
Əvvəlki biliklər – hər bir fərdin əvvəlki təcrübəsindən öyrəndiklərinin
məcmusudur. Bu, şagirdin yeni öyrəndiyi konsepsiyanı əvvəlki
biliklər sistemi ilə inteqrasiya etməsini təmin etmək üçün həl-
ledici əhəmiyyətə malikdir.
517
Əyani-əməli təfəkkür – cisimlərlə real şəkildə yerinə yetirilən iş və
əməliyyatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə əmə-
liyyat aparmağı müvəffəqiyyətin zəruri şərti kimi özünə daxil
edən fikri prosesdir.
Fəaliyyət – insanın tələbat əsasında əmələ gələn, yüksək mərhələ kimi
şüur tərəfindən tənzim olunan spesifik zahiri fəallığı, başqa
sözlə, aktivliyin zahiri formasıdır. Onun özünəməxsus motiva-
siya, məqsəd və instrumental əsasları vardır. Fəaliyyət xarici
aləmin dərk olunmasına, yaradıcı surətdə əks olunmasına və
dəyişdirilməsinə yönəlir. Fəaliyyətin strukturunda məqsədə çat-
ma üsulları, şərait və nəticə anlamları xüsusi yer tutur.
Fəaliyyət tədqiqatları – səmərəliliyi yüksəltmək üçün müəllimlərin öz
işlərinin bəzi aspektlərini sistematik araşdırmasıdır. Fəaliyyət
tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haqqın-
da məsələlərin fundamental öyrənilməsidir. Fəaliyyət tədqiqatı
sualın, yaxud problemin müəyyən edilməsini, sonra isə müvafiq
məlumatların toplanmasını və təhlil edilməsini əhatə edir.
Fəaliyyətin birgə tədqiqatı – öz işinin bəzi aspektlərinin səmərəliliyini
yaxşılaşdırmaq üçün iki və ya daha çox müəllim tərəfindən
aparılan sistematik elmi tədqiqatdır. Fəaliyyətin elmi tədqiqatı
sualın, yaxud problemin müəyyən edilməsi, sonra isə müvafiq
məlumatların toplanması və analizini əhatə edir. Bu, ona görə
fəaliyyətin elmi tədqiqatı adlanır ki, iştirakçılar öz işlərinin
müəyyən cəhətlərini öyrənirlər və əldə edilən nəticələrdən özləri
istifadə edirlər. O, ənənəvi, hamı tərəfindən qəbul edilmiş tədqi-
qatlardan fərqlənir, çünki iştirakçılar bu halda öz işlərinin
aspektlərini öyrənir və nəticələrdən özləri istifadə edirlər.
Fəallıq – subyektin xüsusi vəziyyətidir. O, daxilən subyektin dünyaya
münasibəti ilə şərtlənir, zahirən davranış proseslərində reallaşır.
Fəallıq müasir psixologiyanın əsas kateqoriyalarından biridir.
Onun motivasiya, məqsəd və instrumental əsasları zahiri tərəf-
ləri (fəaliyyət) ilə bilavasitə bağlıdır.
Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya problem üzərində diqqəti
cəmləşdirmək üçün məzmunun iki və ya artıq fənn sahəsindən
əldə edildiyi tədris planını tərtib etməyin üsuludur. Fənlər arasın-
dakı ümumilik diqqət mərkəzində dayanır.
Fənlərin sərhədlərindən kənar kurikulum – bu yanaşmaya görə fənlər
arasındakı əlaqələr geniş və mürəkkəbdir. Mahiyyət etibarı ilə
bu kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fən-
lərə aid olan, iki və ya daha çox fənlərarası yanaşmalar üçün də
Dostları ilə paylaş: |