Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə167/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   176

 

515 


Deduksiya  –  (latınca  deducto  –  nəticə  çıxartma)  –  təfəkkür  prosesində 

ümumidən  xüsusiyə  doğru  çıxarılan  məntiqi  nəticədir.  Bilik  və 

məlumatın  daha  çox  ümumi  olandan  daha  az  daha  az  ümumi 

olana  hərəkəti  olub,  mühakimələrdən  nəticə  çıxarmağa  deyilir. 

Başqa  sözlə,  deduksiya  nəticə  çıxarmadan  ibarət  olan,  ümu-

midən xüsusiyə gedən əqli nəticədir. Biliyin ümumidən xüsusiyə 

getməsi  onun  psixi  proseslərdən,  əqli  fəaliyyətin  quruluşundan 

asılılığı ilə izah olunur. Antonimi “induksiya”dır.  



De-institutlaşdırma  –  dövlət  uşaq  müəssisələrindən  uşaqların  ailələrə 

verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında həyata 

keçirilir.  Proqramın  əsas  məqsədi  BMT-nin  Uşaq  Hüquqları 

Konvensiyasında  təsbit  olunmuş  uşağın  şəxsiyyətinin  tam  və 

ahəngdar  inkişafı  üçün  ailə  mühitində  xoşbəxtlik,  məhəbbət  və 

anlaşma  şəraitində  böyüməsinin  zəruriliyi  nəzərə  alınaraq, 

dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və 

alternativ  qayğının  təşkili  mexanizmlərinin  yaradılması  və 

səmərəli işləmənin təmin edilməsidir. 

Dəyər  –  fəlsəfə,  etika,  estetika  və  sosiologiyada  gerçəkliyin  müəyyən 

hadisələrinin  cəmiyyət  üçün  sosial-tarixi  əhəmiyyəti  və  fərd 

üçün şəxsi məna daşıyan anlayış kimi xarakterizə olunur. Dəyər 

insanların qarşılıqlı münasibətlərinin və şəxsiyyətin davranışının 

sosial tənziminin əsas amili kimi çıxış edir.  

Dəyər meyli – şəxsiyyətin, cəmiyyətin sosial, siyasi və əxlaqi normalarına 

olan münasibətlər sistemidir.  



Distant  (məsafədən)  təhsil  –  tədris  prosesinin  elektron,  telekom-

munikasiya, proqram – texniki vasitələr əsasında təşkil olunduğu 

təhsilalma formasıdır. 

Dissertasiya  –  müvafiq  elmi  dərəcə  almaq  üçün  təqdim  edilən  elmi 

tədqiqat işidir. 



Dissertant – dissertasiya işini yerinə yetirən şəxsdir. 

Divergent  təfəkkür  – yaradıcı təfəkkürdür, yaradıcı fəaliyyətin ayrılmaz 

hissəsidir.  C.Gilfordun  intellektin  struktur  modelinin  əsas  anla-

yışlarından biridir.  

Doktorantura  –  ali  təhsilin  ən  yüksək  səviyyəsi,  doktorluq  elmi  də-

rəcəsinin  alınmasını  həyata  keçirən  yüksək  səviyyəli  elmi-pe-

daqoji kadr hazırlığı formasıdır. 

Dosent  –  ali təhsil  müəssisələrində  müəllimlərə  verilən  ad  və  seçkili  və-

zifədir. 



Dünyagörüş  –  ətraf  aləmə  münasibəti  ifadə  edən  inam  və  biliyin  ümu-

miləşdirilmiş formasıdır.  




 

516 


Eksteriorizasiya  –  əməliyyatların  daxili,  fikri  planından  əşyalarla  icra 

olunan  priyom  və  əməliyyatlar  formasında  həyata  keçirilən 

xarici əməliyyatlara keçiddir.  

Elmlər  doktoru  –  elm  sahələri  üzrə  doktoranturada  verilən  ən  yüksək 

elmi dərəcədir. 



Emosionallıq – insanın emosiya və hisslərinin keyfiyyət və dinamikasını, 

məzmununu  müəyyən  edən  xüsusiyyətlərinə  deyilir.  Emosio-

nallığın mahiyyəti subyekt üçün xüsusi əhəmiyyət daşıyan hadi-

sə  və  situasiyaların  inkişafından  ibarətdir.  O,  şəxsiyyətin  əsas 

xüsusiyyətləri  –  əxlaq  normaları,  motivasiya  sahəsi,  dünyagö-

rüşü, dəyər meyli və s. ilə bağlıdır.  



Epistemologiya  –  bilik  və  öyrənmənin  mahiyyəti  və  təbiəti,  xüsusilə  də 

onun  etibarlılığı  və  ya  məhdudiyyətləri  ilə  əlaqədar  araşdırma, 

nəzəriyyə və ya şəxsi inanclardır. 

Evdə  təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin 

evdə təşkili formasıdır. 



Əqidə  –  şəxsiyyəti  öz  dəyərlər  sisteminə  uyğun  olaraq  hərəkət  etməyə 

sövq edən dərk olunmuş tələbatdır. Möhkəm əqidənin formalaş-

ması  üçün  ilk  şərait  erkən  uşaqlıqda  yaranır.  Bu  yaşda  həyat 

tərzi  və  ailə  ənənələri,  ətrafdakılara  münasibətin  xarakteri  daha 

çox əhəmiyyət kəsb edir. Əsl əqidə yeniyetməlik və ilk gənclik 

dövründə  yaranır.  Bu  isə  bu  yaşda  ətraflı  və  dərin  biliklərə 

yiyələnmək,  ətrafa  şüurlu  tənqidi  münasibətin,  təfəkkürün  in-

kişaf etmiş formalarının yaranması, dünyagörüşün və fəal həyat 

mövqeyinin formalaşması ilə bağlıdır.  

Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə 

əlavə  təhsil  proqramları  əsasında  verilən  təhsildir.  Müasir 

dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi 

fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini 

bitirən  və  təhsil  haqqında  dövlət  sənədi  olan  hər  bir  vətəndaşın 

fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Əlavə 

təhsilin ixtisasartırma,  təkmilləşdirmə,  stajkeçmə,  yenidənhazır-

lanma,  yaşlıların  təhsili  və  s.  kimi  istiqamətləri  müəyyənləş-

dirilmişdir. 

Əvvəlki  biliklər  –  hər  bir  fərdin  əvvəlki  təcrübəsindən  öyrəndiklərinin 

məcmusudur.  Bu,  şagirdin  yeni  öyrəndiyi  konsepsiyanı  əvvəlki 

biliklər  sistemi  ilə  inteqrasiya  etməsini  təmin  etmək  üçün  həl-

ledici əhəmiyyətə malikdir. 




 

517 


Əyani-əməli  təfəkkür  –  cisimlərlə  real  şəkildə  yerinə  yetirilən  iş  və 

əməliyyatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə əmə-

liyyat  aparmağı  müvəffəqiyyətin  zəruri  şərti  kimi  özünə  daxil 

edən fikri prosesdir. 



Fəaliyyət  –  insanın  tələbat  əsasında  əmələ  gələn,  yüksək  mərhələ  kimi 

şüur  tərəfindən  tənzim  olunan  spesifik  zahiri  fəallığı,  başqa 

sözlə,  aktivliyin  zahiri  formasıdır.  Onun  özünəməxsus  motiva-

siya,  məqsəd  və  instrumental  əsasları  vardır.  Fəaliyyət  xarici 

aləmin  dərk  olunmasına,  yaradıcı  surətdə  əks  olunmasına  və 

dəyişdirilməsinə  yönəlir.  Fəaliyyətin  strukturunda  məqsədə  çat-

ma üsulları, şərait və nəticə anlamları xüsusi yer tutur.  

Fəaliyyət  tədqiqatları  –  səmərəliliyi  yüksəltmək  üçün  müəllimlərin  öz 

işlərinin  bəzi  aspektlərini  sistematik  araşdırmasıdır.  Fəaliyyət 

tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haqqın-

da  məsələlərin  fundamental  öyrənilməsidir.  Fəaliyyət  tədqiqatı 

sualın, yaxud problemin müəyyən edilməsini, sonra isə müvafiq 

məlumatların toplanmasını və təhlil edilməsini əhatə edir. 



Fəaliyyətin  birgə  tədqiqatı  –  öz  işinin  bəzi  aspektlərinin  səmərəliliyini 

yaxşılaşdırmaq  üçün  iki  və  ya  daha  çox  müəllim  tərəfindən 

aparılan  sistematik  elmi  tədqiqatdır.  Fəaliyyətin  elmi  tədqiqatı 

sualın,  yaxud  problemin  müəyyən  edilməsi,  sonra  isə  müvafiq 

məlumatların  toplanması  və  analizini  əhatə  edir.  Bu,  ona  görə 

fəaliyyətin  elmi  tədqiqatı  adlanır  ki,  iştirakçılar  öz  işlərinin 

müəyyən cəhətlərini öyrənirlər və əldə edilən nəticələrdən özləri 

istifadə edirlər. O, ənənəvi, hamı tərəfindən qəbul edilmiş tədqi-

qatlardan  fərqlənir,  çünki  iştirakçılar  bu  halda  öz  işlərinin 

aspektlərini öyrənir və nəticələrdən özləri istifadə edirlər. 



Fəallıq  –  subyektin  xüsusi  vəziyyətidir.  O,  daxilən  subyektin  dünyaya 

münasibəti ilə şərtlənir, zahirən davranış proseslərində reallaşır. 

Fəallıq  müasir  psixologiyanın  əsas  kateqoriyalarından  biridir. 

Onun  motivasiya,  məqsəd  və  instrumental  əsasları  zahiri  tərəf-

ləri (fəaliyyət) ilə bilavasitə bağlıdır.  

Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya problem üzərində diqqəti 

cəmləşdirmək  üçün  məzmunun  iki  və  ya  artıq  fənn  sahəsindən 

əldə edildiyi tədris planını tərtib etməyin üsuludur. Fənlər arasın-

dakı ümumilik diqqət mərkəzində dayanır. 



Fənlərin  sərhədlərindən  kənar  kurikulum – bu yanaşmaya görə fənlər 

arasındakı  əlaqələr  geniş  və  mürəkkəbdir.  Mahiyyət  etibarı  ilə 

bu kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fən-

lərə aid olan, iki və ya daha çox fənlərarası yanaşmalar üçün də 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə