Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə170/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   176

 

524 


məsələlərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatla-

rı ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir. 



Məfhum  və  ya  anlayış  –  cisim  və  hadisələr  haqqında  onların  bir  sıra 

mühüm  və  birlikdə  spesifik  əlamətlərini  ayırd  edən  ümu-

miləşdirilmiş biliklərə deyilir. 

Nəticələr  –  təhsilin  gözlənilən  nəticələri  dedikdə,  şagirdlərin  bilməli 

olduqları və edə bildikləri nəzərdə tutulur. Təhsil işçiləri nəticə 

terminini məqsəd, vəzifə və ya standartlar mənalarında işlətsələr 

də “nəticə” sözü nəticə əsaslı təhsil ideyası ilə bağlıdır. 



Nəticə  əsaslı  təhsil  –  təhsil  təcrübəsinin  yaradılması  və  planlaşdırıl-

masında təlim nəticələrini əsas amil hesab edən yanaşmadır. Nə-

ticə əsaslı təhsil hərəkatı belə bir narahatçılıqdan yaranmışdır ki, 

şagirdlər orta məktəbi cəmiyyətin həyatında iştirak etmək üçün 

zəruri olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər. 

Nəzarət  –  adətən  daha  çox  ixtiyari  olan  insanın  başqasının  inkişafına 

kömək  etməsi  prosesidir.  Təhsil  sistemində  nəzarət  ideal  halda 

hədələyici  deyil,  dəstəkləyici  qarşılıqlı  münasibətdir, müəllimin 

qiymətləndirilməsi  isə formal  inzibati  məsuliyyətdir.  Təcrübədə 

nəzarətin  çox  hissəsi  məktəb  direktoru  tərəfindən  müəllimlərin 

dərslərinin  müşahidə  edilməsi,  sonra  həmin  dərslərin müəllimlə 

birgə  müzakirəsi  formasında  həyata  keçirilir.  Müşahidə  və 

müzakirə prosesi bəzən klinik müşahidə adlandırılır ki, o, hər bir 

təşkilatda  işçilərin  vaxtında  işə  gəlməsinə  nəzarət  etmək  üçün 

istifadə edilən nəzarətdən fərqləndirilsin. 



Nostrifikasiya  –  təhsil  haqqında  sənədin  ekvivalentliyinin  müəyyən 

edilməsi prosedurudur. 



Özünüdərketmə (metakoqnisiya)  – şüurlu olmaq və müəyyən dərəcədə 

öz  təfəkkürünə  nəzarət  etmək  qabiliyyətidir.  Təhsil  işçiləri 

“meta” sözünü prosesin tətbiqini prosesin özünə aid etmək üçün 

işlədirlər (məsələn meta-analiz ayrıca bir mövzu üzrə çoxlu say-

da tədqiqatların analizidir). Bu halda, dərketmə düşünmədir, ona 

görə də özünüdərketmə (metakoqnisiya) hər bir kəsin özünün tə-

fəkkürü, düşünməsi haqqında düşünməsidir. 

Pedaqoji proses – təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan 

inkişafın vəhdəti kimi başa düşülür. 



Pedaqoji  məzmuna  malik  olan  biliklər    fənn  üzrə biliklərin  tədris  ilə 

bağlı  biliklərlə  birləşdirilməsi  olub,  konkret  fənni  necə  tədris 

etmək barədə müəllimin biliyinin əmələ gəlməsidir. 



 

525 


Pedaqoji  texnologiya  –  praktiki  mənada,  həm  də  qarşıya  qoyulmuş 

məqsədə  uyğun  olaraq  bilik,  bacarıq,  vərdiş  və  münasibətləri 

formalaşdırmaq  və  onlara  nəzarəti  həyata  keçirmək  üçün  əmə-

liyyatlar kompleksi başa düşülür. Pedaqoji texnologiyalar yalnız 

təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, 

prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji texnologiyalar 

aşağıdakı  kimi  təsnif  oluna  bilər:  1)  təlim  prosesinin  texnolo-

giyası;  2)  tərbiyə  prosesinin  texnologiyası;  3)  inkişaf  texnolo-

giyası;  4)  diaqnostika  texnologiyası.  Pedaqoji  texnologiyalarda 

müəllimin  fəaliyyətinin  qnostik  (idraki),  layihələndirici,  kon-

struktiv, təşkilatçılıq, kommunikativ (ünsiyyət) komponentlərini 

ayırmaq mümkündür. 



Psixomotr – hərəki effektli psixi hadisələr. 

Psixi  inkişafın  hərəkətverici  qüvvələri  –  psixi  inkişafın  istiqamətini, 

məzmununu  və  səviyyəsini  müəyyən  edən  xarici  və  daxili  şərt-

lərin  məcmusudur.  Psixi  inkişafın  əsas  hərəkətverici  qüv-

vələrindən  biri  şəxsiyyətin  inkişafı  prosesində  fəaliyyətdə 

dəyişən tələbatla onların real təmin olunma şəraiti arasında daim 

təkrar edilən ziddiyyətlərin həll olunmasından ibarətdir. 



Piqmalion  effekti  –  müəllimin  ümidlərinin,  gözləmələrinin  şagirdlərin 

təlim  fəaliyyətlərinin  keyfiyyətinə  təsirini  ifadə  edir.  Bu  termin 

qədim yunan əfsanəsindən götürülmüşdür və müəllimin savadsız 

bir insanı əsl xanıma çevirməsi haqqında olan “Mənim vicdanlı 

xanımım”  adlı  Britaniya  musiqili  komediyasının  sələfi  hesab 

olunur.  Hərtərəfli  tədqiqatlar  əsasında  toplanmış  dəlillər  sübut 

edir  ki,  müəllim  öz  şagirdləri  haqqında  necə  fikirləşməsinin 

onların təlim fəaliyyətlərinə çox güclü təsiri vardır. 



Problem  əsaslı  öyrənmə  –  tədris  proqramı  və  təlim  prosesinə  elə 

yanaşmadır ki, o, termin və informasiyaların yadda saxlanılma-

sından  ibarət  ənənəvi  təlimi  deyil,  şagirdlərin  real-həyati  pro-

blemləri həll etməyə yönəlmiş fəaliyyətlərini nəzərdə tutur. 



Professor  –  yüksək  elm  və  təhsil  göstəricilərinə  (xüsusi  qabiliyyət  tələb 

edən  sahələr  istisna  olmaqla)  nail  olan  təcrübəli  elmlər  doktor-

larına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifədir. 

Problem  –  qazanılmış  biliyin  sistemləşdirilməsinin  rüşeym  halında  olan 

strukturudur.  O,  obyektin  mövcudluğu  haqqında  sistemləş-

dirilməmiş biliklə onun mövcudluğu haqqında artıq sistemləşdi-

rilmiş bilik arasında aralıq bir həlqədir. 




 

526 


Rubrika  – verilmiş tapşırığın icrasının müxtəlif keyfiyyət göstəricilərinə 

görə xüsusi təsviridir. Müəllimlər tapşırıqların yerinə yetirilməsi 

zamanı  şagirdlərin  icra  səviyyəsini  qiymətləndirmək  üçün  rub-

rikalardan  istifadə  edirlər.  Şagirdlərə  tez-tez  rubrikalar  verilir, 

hətta  onlar  özləri  də  bəzən  rubrikalar  hazırlayırlar  və  beləliklə, 

şagirdlər onlardan nə gözlənildiyini əvvəlcədən bilirlər. 



Semantik  hafizə    insanın  sözlər  və  başqa  verbal  simvollar,  onların 

mənası  və  referensiyası,  qarşılıqlı  əlaqəsi,  bu  simvolların,  anla-

yışların  və  münasibətlərin  manipulyasiya  qaydaları,  formulları, 

alqoritmləri haqqında bilikləri əhatə edir.  



Sərbəst  (eksternat)  təhsil    müxtəlif  səbəblərdən  ümumi  təhsildən 

kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təh-

silin  hər  hansı  pilləsini  vaxtından  əvvəl  bitirmək  hüququ  verən 

təhsilalma formasıdır. 



Sinfin  idarə  olunması  –  sinif  həyatını  mümkün  qədər  məhsuldar  və 

qənaətbəxş  etmək  üçün  müəllimin  sinif  qaydalarını  təşkil  və 

idarəetmə yoludur. Bəzi təhsil işçiləri bunu məhdud şəkildə başa 

düşərək “intizam” adlandırırlar. 



Subbakalavr  –  orta  ixtisas  təhsili  pilləsində  məzunlara  verilən  peşə-

ixtisas dərəcəsidir. 



Standartlar – termin adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların 

əsasında şagirdlərin öyrənməli və etməli olduqları təxmin edilir. 

Bu standartlar adətən tədris proqramlarında iki formada olur:  

1) Məzmun standartları. Bu standartlar şagirdlərin müxtəlif fən-

lər  üzrə  (məsələn,  riyaziyyat,  fizika,  oxu)  bilməli  və  etməli 

olduqlarını müəyyənləşdirir.  



  

2) İcra standartları. Bu standartlar  – gözlənilən icra standartları 

məzmun  standartlarının  yerinə  yetirilmə  səviyyələrini  qiymət-

ləndirir.  Son  illərdə  müəllimlərin  bilməli  və  etməli  olduqlarını 

dəqiq müəyyən edən standartlar da işlənib hazırlanmışdır. 

Standart  əsaslı  təhsil  –  şagirdlərin  müəyyən  edilmiş  standartlara 

yiyələnməsinə yönəldilmiş təlim prosesidir. 



Taksonomiya  –  yunan  sözü  olub,  taxus  –  qayda  ilə  yerləşmə+romos  – 

qanun deməkdir:  

 

təlim  məqsədlərinin şəbəkəli (iyerarxik) və ya “sistemli” təs-



nifatına taksonomiya deyilir. 

 



şəbəkələr  düzülüşünə  malik  olan  mürəkkəb  fəaliyyət  sahələ-

rinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə