Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə2/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 



 



1.2. İbtidai icma quruluşunda tərbiyə 

 

Maddi  və  mənəvi  mədəniyyət  abidələrinin,  habelə  folklor 



nümunələrinin  öyrənilməsi  bəşər  sivilizasiyasının  ilkin  çağlarında 

tərbiyənin meydana gəlməsi ilə bağlı müəyyən fikirlər irəli sürməyə 

imkan  verir.  İbtidai  icma  dövründə  ilkin  pedaqoji  təsəvvürlərin 

yaranması və təşəkkülü ayrı-ayrı xalqların qədim adət və ənənələri, 

mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlı olmuşdur. 

Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşa- 

hidələrinin  və  empirik  təcrübənin  məhsulu  olan  atalar  sözləri,  zərb 

məsəllər,  mərasimlər,  xalq  oyunları,  əyləncələr  qədim  insanların 

tərbiyə  ilə  bağlı  fikirlərinə  parlaq  sübutdur.  Bu  günə  qədər  insanın 

mənşəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsep-

siyalar  arasında  təkamül-bioloji  (Ş.Leturno,  S.Simpson,  A.Espi-

nas) və psixoloji (P.Monronəzəriyyə mühüm yer tutur. 

Təkamül-bioloji  nəzəriyyənin  nümayəndələri  insanların  ibti-

dai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz balaları-

na göstərdikləri instinktiv qayğıya bənzədir, heyvanlar aləmində də 

tərbiyənin  mövcud  olduğunu  söyləyirlər.  Bu  alimlər  tərbiyənin  şü-

urlu  səciyyəsini  inkar  edir  və  onu  qeyri-mütəşəkkil,  kortəbii  bir 

hadisə hesab edirlər. 

P.Monro  tərbiyənin  meydana  çıxmasını  yalnız  uşaqların  bö-

yükləri şüursuz surətdə təqlidində görürdü. O, bununla bağlı yazır-

dı:  “İbtidai  insan  üçün  yalnız  yaşadığı  zaman  mövcuddur.  Onun 

şüurunda keçmiş və gələcək anlayışları demək olar ki, yoxdur. Tər-

biyə  isə  yalnız  ətraf  mühitə  uyğunlaşmaqdan  ibarətdir”.  İnsanın 

mənşəyi  və  tərbiyənin  yaranması  ilə  bağlı  dini  təlimlərdə  dəyərli 

fikirlər  vardır.  Y.A.Komenski  “Böyük  didaktika”nın  III  fəslində 

“İnsanın  ən  ali,  ən  kamil,  hər  şeydən  üstün  məxluq  olması”  müd-

dəasını  irəli  sürərək  insanın  həqiqi  layiq  olduğu  ucalığa  çatması 

üçün  son  məqsədi  uğrunda  ləyaqətlə  mübarizə  aparmağa  səsləyir. 

İnsanın son məqsədi isə bu həyatdan kənardadır. 

Y.A.Komenskiyə  görə,  bu  həyat  yalnız  əbədi  həyata  hazır- 

lıqdır.Y.A.Komenski  əbədiyyata  hazırlığın  üç  mərhələsini  göstər-

mişdir: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. Sonra o, fik-



 

rini  davam  etdirir:  “İnsan  İlahəyə  bənzəyir.  İnsan  da  müqəddəs 



olmağa çalışmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Allahı-

nız kimi siz də müqəddəs olun”. 

Bir çox müasir pedaqoq-tədqiqatçılar tərbiyənin mənşəyi mə-

sələsini nəzərdən keçirərkən bəzi ali heyvanlarda və insanda şüurlu 

fəaliyyətin formaları arasında varisliyin zəruri olması fikri ilə razıla-

şırlar. Lakin bununla belə onlar xüsusi fəaliyyət növü kimi meydana 

gələn  insan  tərbiyəsini  fərqləndirən  sosial  xarakteristikaları  da  xü-

susi vurğulayırlar. 

Deməli,  insanın  tərbiyə  fəaliyyəti  onun  əmək  fəaliyyətinin 

zəruru  bir  hissəsidir.Tərbiyə  fəaliyyəti  insanın  öz  nəslinin  davam 

etdirilməsinə  xidmət  edir.  Bu  əməyin  nəticəsi  maddi  nemətlər  və 

dəyərlər  deyil,  yaxşı  təhsil-tərbiyə  almış  insandır.  Tərbiyə  mənəvi 

istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbə-

di  və  təbii  şərti  olan  uşaqların  tərbiyəsi  insanın  təşəkkülünün  ilk 

mərhələsində  əmələ  gəlmiş,  bir  ictimai  üsulun  digəri  ilə  əvəz  edil-

məsindən  asılı  olmayaraq  bütün  bəşər  tarixi  boyunca  davam  etmiş 

və edəcəkdir. 

İbtidai  icma  dövründə  tərbiyə  xüsusi  fəaliyyət  növü  kimi 

meydana gəlmişdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter daşı-

yırdı. Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və böyü-

dülməsindən,  habelə  yaşlı  nəslin  təcrübəsinin  böyüyən  gənc  nəslə 

verilməsindən ibarət idi. 

Kortəbii şəkildə  yaranmış  tərbiyənin  məqsədi  insanı  sadə  hə-

yat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi şüur sə-

viyyəsində pedaqoji fikrin ünsürləri tədricən inkişaf edirdi. Sonralar 

onlar  praktik  təcrübədə  tərbiyəyə  çevrilərək  adət-ənənələrdə  və 

folklorda özünü təzahür etdirirdi. 

Getdikcə  tərbiyə  insanların  fiziki,  əqli,  mənəvi,  emosional 

baxımdan böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insan- 

ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı. 

İbtidai insanların ictimai-sosial təcrübəsi və təfəkkürü zəngin-

ləşdikcə onun məzmunu və tədqiq üsulları da mürəkkəbləşirdi. 

İlk vaxtlar tərbiyə xüsusi fəaliyyət növü kimi deyil, həyat təc-

rübəsinin  ötürülməsi  kimi  başa  düşülürdü.  Bu  dövrdə  tərbiyənin 

mühüm xarakterik xüsusiyyətlərindən biri ondan ibarət idi ki, uşaq-

ların tərbiyəsi ümumi və təbii səciyyə daşıyırdı. Bütün uşaqlar qrup 




 

və ya kollektiv şəkildə birgə tərbiyə olunurdular. Bununla da uşaq-



lar icmanın ictimai əmək həyatına müstəqil olaraq hazırlanır dılar. 

Tərbiyə  sahəsində  uşaqların  cinsi  və  yaşında  müəyyən  fərdi 

fərqlər özünü göstərirdi. Oğlanlarla qızların tərbiyəsindəki əsas fərq 

əməyin təbii bölgüsündə meydana gəldi. İbtidai icma cəmiyyətində 

tərbiyənin  digər  xarakterik  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  həmin 

dövrdə  uşaqların  tərbiyə  edilməsi  üçün  xüsusi  müəssisələrin  yara- 

dılmasına ehtiyac yox idi. O dövrdə tərbiyə əmək adamlarının fəa-

liyyəti və onların təbiət qüvvələri ilə apardığı mübarizə ilə sıx bağlı 

idi. Tərbiyənin forma və metodları sadəliyi ilə seçilirdi. İlk vaxtlar-

da uşaqların tərbiyəsi bəşər cəmiyyəti həyatının əmək prose- sindən 

ayrılmırdı.  Tərbiyə  icma  həyat  tərzindən  irəli  gələrək  bu  cür  möv-

cudluq  üsuluna zəmin  yaradır və  onu möhkəmləndirirdi.  İbtidai  ic-

ma  cəmiyyətinin  sonrakı  mərhələsində  tərbiyənin  mənşəyində  yeni 

mərhələ  yarandı.  İnsanların  sosial  məşğulluğunun  əhatə  dairəsi 

məhz bu mərhələdə daha da gücləndi. 

Getdikcə  tərbiyənin  mütəşəkkil  formalarının  ünsürləri  mey- 

dana gəldi. Tədricən tərbiyə işi xüsusi şəxslərin əlində cəmləşməyə 

başladı. Tərbiyə işi 9  yaşdan başlayaraq 11  yaşadək davam  edirdi. 

Kiçik yaşlı uşaqlar analarının nəzarəti altında zəruri əmək vərdişlə-

rinə yiyələnirdilər. Bu dövrdə azyaşlı uşaqlar oyunda böyüklərin hə-

yatını təqlid edirdilər. Uşaqlar yaşlıların ictimai həyat fəaliyyətində 

yaxından iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbi-

yə  olunur  və  onlardan  öyrənirdilər.  Bununla  da,  uşaqlar  əmək  fəa-

liyyətinə, kollektiv əməyə hazırlanırdılar. 

Bu  cəmiyyətdə  hər  şey  kollektiv  xarakter  daşıyırdı.  Əməkdə 

iştirak  edən  və  böyüklərlə  gündəlik  ünsiyyətdə  olan  uşaqlar  həyat 

üçün  zəruri  vərdiş  və  əmək  bacarığını  mənimsəyir,  müvafiq  məra- 

simlərin icra edilməsi qaydaları ilə tanış olur, özünün bütün vəzifə- 

lərini  böyüklərin  tələbinə  uyğunlaşdırırdılar.  Ağsaqqallar  və  din 

xadimləri  isə  uşaqlar  tərəfindən  icmanın  müəyyən  etdiyi  qadağa- 

ların pozulmamasına nəzarət edirdilər. 

Erkən  ibtidai  icma  dövründə  tərbiyənin  səviyyəsi  çox  aşağı 

idi. İcmanın kiçik yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış 

sərbəstliyi verilirdi, bununla yanaşı onlara sərt cəzalar da tətbiq olu-

nurdu. Uşaqlar mütəmadi olaraq ciddi fiziki cəza veriləcəyi ilə qor-

xudulurdu.  Tədricən  icmanın  təbəqələşməsi  və  insanlar  arasında 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə